Ev Blog Səhifə 173

Bu məsələdə həmişə Azərbaycanı dəstəkləmişik – Səfir

0
Hüsnan bəy Fənani

Avqustun 23-də İndoneziyanın Azərbaycandakı səfirliyi sentyabrın 11-15-də Bakıda keçiriləcək 4-cü İndoneziya mədəniyyət festivalı ilə bağlı tədbir təşkil edib.

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fənani festivalın sentyabrın 11-də Heydər Əliyev Sarayında, 13-15-də isə Fəvvarələr meydanında keçiriləcəyini bildirib. Səfir qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, budəfəki festival da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələri Azərbaycanda təqdim edəcək. Bu festival İndoneziya xalqını Azərbaycanda daha yaxından tanınmasına mühüm töhfə verəcək. Festivalda İndoneziyanın Təhsil və Mədəniyyət, Gənclər və İdman, eləcə də aidiyyəti digər nazirlikləri təmsil olunacaq. Eyni zamanda, İndoneziyadan iqtisadiyyat, turizm və digər sahələri təmsil edən iş adamları da Azərbaycana gələcəklər. Musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələri də festivalda iştirak edəcəklər.

Belə tədbirlərin ölkələrimiz arasında münasibətlərin səviyyəsini də nümayiş etdirdiyini vurğulayan diplomat festivalda Azərbaycan Dillər Universitetinin tələbələrinin də çıxış edəcəklərini bildirib: “Azərbaycan Odlar yurdu, İndoneziya isə Odlar halqası ölkəsidir. İndoneziya vulkanlarla əhatə olunub. Bu bənzərlik xalqlarımızı bir-birinə bağlayır. Azərbaycanın müstəqilliyinin bərpasından ötən 27 ildə ölkələrimiz arasında əməkdaşlıq genişlənib və bu gün də sürətlə inkişaf edir”.

Ölkəsinin Azərbaycanı hər zamanı dəstəklədiyini deyən səfir vurğulayıb ki, İndoneziya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. İndoneziya parlamentinin sədri yaxın günlərdə Bakıda səfərdə olub və ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

Tədbirdə iştirak edən İndoneziya parlamentinin nümayəndəsi Həsən Hüseyn ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıqdan bəhs edib. O deyib ki, dövlətlərarası münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu əməkdaşlıq elm, təhsil və mədəniyyət sahələrində də özünü göstərir.

“Turizmin inkişafında milli mətbəxin rolu” mövzusunda layihəyə yekun vuruldu

0
Turizm

AZpress.AZ xəbər verir ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi “Turizmin inkişafında milli mətbəxin rolu” mövzusunda layihəsini yekunlaşdırdı. Bu barədə saytımıza layihənin rəhbəri Natiq Cabbarlı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi milli mətbəximizin ölkəmizdə turizmin inkişafındakı rolunu artırmaqdır. Azərbaycana daha çox turistin cəlb olunmasına təsirini qabartmaqdır. Onun sözlərinə görə, layihə ölkəmizdə turizmin inkişafına müsbət təsir etməklə yanaşı, milli mətbəximizin turistlərə,əcnəbilərə tanıdır. Ermənilərin özününküləşdirmək istədiyi yeməklərimizin, həqiqətən Azərbaycan xalqına məxsus olmasının təsdiqində mühüm rol oynayır.

Turizm

Layihə Bakı Bulvarında həyata keçirilib. Layihə rəhbərinin fikrincə, gündən-günə gözəlləşən, Avropanın ikinci ən böyük bulvarı olan Dənizkənarı Milli Park ölkəmizə gələn turistlərin daha çox üz tutduğu məkanlardan biridir. Bakı Bulvarını ilin bütün fəsillərində gün ərzində minlərlə turist ziyarət edir.

Turizm

Layihə çərçivəsində üç gün ərzində İctimai Birliyin üzvləri Dənizkənarı Milli Parkda turistlərə milli mətbəximizin dadlı və əvəzolunmaz nümunələri olan yarpaq dolması, lavaş arasında lülə kababaqonaq ediblər. Turistlərə, həmçinin Azərbaycan, onun qədim tarixi, mədəniyyəti, xalqımızın adət-ənənələri, mətbəx, məişət və süfrə mədəniyyəti, qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib. Bu mövzuda ingilis dilində hazırlanmış buklet təqdim edilib.

Turizm

Qeyd edək ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi 2004-cü ildə yaradılıb. İctimai Birliyin əsas məqsədi xalqımızın zəngin mətbəx, məişət və süfrə mədəniyyətini tanıtmaqdır. Adət-ənənələrini, etnoqrafik xüsusiyyətlərini, qonaqpərvərliyini, qonağa hörmət adətini, milli bayramlarımızı dərindən araşdırmaq, öyrənmək, yaşatmaqdır. Ölkə daxilində və xaricdə layiqincə təbliğ etməkdir. Eyni zamanda milli mətbəximizin nümunələrinə də göz dikən, onları özününküləşdirməyə çalışan bədnam qonşularımızın – ermənilərin bu çirkin niyyətlərinə qarşı da mübarizə aparmaqdır.

Turizm


Bakıda 4-cü İndoneziya Mədəniyyət Festivalı keçiriləcək

0
Husnan Bey Fanani

Bakıda 11-15 sentyabrda 4-cü İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.

Bunu jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani deyib.

Onun sözlərinə görə, festival 11 sentyabrda Heydər Əliyev Sarayında, 13-15 sentyabrda Fəvvarələr meydanında keçiriləcək.

“Hər zaman olduğu kimi, festival bu il də İndoneziyanın ən gözəl və ən parlaq nümunələrini Azərbaycana gətirəcək, istər insanları, istər mədəniyyəti, istərsə də əyləncə və mətbəxi baxımından. Bakı nəinki mədəni çıxışların şahidi olacaq, həm də yeməklərimizi dadmaq və İndoneziyanın gözəlliyindən bir mənzərə əldə etmək imkanı qazanacaq. Ən mühüm hissəsi isə odur ki, Bakı bizim xalqımızı bir qədər daha yaxından tanıyacaq”, – deyə H.B.Fanani bildirib.

Festivala İndoneziyanın Təhsil və mədəniyyət, Gənclər və idman və başqa nazirliklərin nümayəndələri qatılacaq.

Eyni zamanda, İndoneziyanın istehlak malları, ev əşyaları və turizm kimi bir neçə sektordan olan iş adamları da Bakıya gələcək.


Dağıstanın hakimiyyət orqanları kəndi turistlərdən qorumağa çağırırlar

0
Qamsutl kəndi

Dağıstanın qədim Qamsutl kəndini turistlərin vandalizmindən qorumaq üçün onun mədəni dəyəri müəyyən olunmalıdır. Bunun üçün isə ekspertiza lazımdır.

Bunu Dağıstan Respublikası Mədəni İrsin Mühafizəsi Agentliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Zairə Musalova RİA “Novosti” agentliyinə bildirib.

Turistlər arasında populyar olan Qamsutl Dağıstan dağlarında tərk edilmiş qədim kənddir. Bu kəndi çox vaxt ruhlar kəndi də adlandırırlar. Daha əvvəl KİV-lərin yaydığı məlumata görə, naməlum şəxslər Qamsutlda qədim evin giriş qapısının tağında üzərində təsvirlər və mətn olan qiymətli dekorativ daşları söküb aparıblar. Bundan sonra respublika sakinləri və bloqqerlər sosial şəbəkələrdə kənddə ekskursiyanın qadağa edilməsinin zəruri olduğunu bildiriblər.

Musalova deyib: “Elə bloqqerlər var ki, onlar Qamsutl kəndinə ekskursiyaya qadağa qoyulmasının lazım olduğunu düşünürlər. Bu aulda iki qalamız var. Bizim yalnız onları mühafizə etmək səlahiyyətimiz var. Prinsipcə, qadağa prosedurlarına başlamaq olar, lakin bu, yetərincə zəhmətli işdir”.

Onun sözlərinə görə, bunun üçün regional hakimiyyət orqanları hüquq müəyyənedici sənədləri qaldırmalıdırlar.

Musalova deyib: “Axı, bu kənddir, vaxtilə burada insanlar yaşayıblar və hətta köçüb getsələr belə, mülkiyyət barədə sənədlər qaldırılmalıdır. Turistlərin gəlişini məhdudlaşdırmaq üçün obyektin mədəni dəyərini qiymətləndirmək, bunun üçün ekspertiza aparmaq, onun konservasiya edilib-edilməməsinin vacibliyini aydınlaşdırmaq lazımdır”.

Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq

0
Srisuda Vanapinyosak

Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması iki ölkə arasında turist axınını daha da artıracaq.

Bu sözləri eksklüziv müsahibəsində “Tailanddan MDB ölkələrinə” adlı infotur layihəsi çərçivəsində Bakıda təşkil olunan təqdimat mərasiminin iştirakçısı Tailand turizm idarəsinin sədr müavini Srisuda Vanapinyosak deyib.

Bakıya ilk dəfə səfər etdiyini deyən tailandlı qonaq Heydər Əliyev Beynəlxalq Hava Limanı və “Silk Way Travel” turizm şirkətinin nümayəndələri ilə səmərəli görüşlər keçirdiyini bildirib. O, görüşlər zamanı Azərbaycanla Tailand arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi eləcə də, turist axınını sürətləndirəcək birbaşa reyslərin açılması məsələlərinin müzakirə olunduğunu qeyd edib.

“Azərbaycan, xüsusilə də paytaxt Bakı çox gözəldir. Tailandlı turistlərin ölkənizə gəlməsini təmin etmək olar. Azərbaycanın zəngin mədəniyyəti və tarixi, eləcədə də insanları ilə yaxından tanış etmək üçün böyük bir potensial mövcuddur. Lakin tailandlılar ölkəniz haqqında məlumatlı deyillər. Düşünürəm ki, onlar Azərbaycan haqqında daha çox məlumatlandırılsa, buraya daha çox gəlmək istəyərlər,” – deyə o bildirib.

Srisuda Vanapinyosak hər il 2000-ə yaxın azərbaycanlı turistin Tailanda səfər etdiyini qeyd edib. “Ancaq Azərbaycan və Tailand arasında birbaşa aviareyslərin olacağı təqdirdə bu sayın artırılması üçün böyük potensial mövcuddur. İnanıram ki, iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi sayəsində hər iki ölkənin vətəndaşları üçün səfər etmək daha da asanlaşacaq. Bu da öz növbəsində, hər iki istiqamətdə turistlərin sayının çoxalmasına təkan verəcək,”.

Çernobıl faciəsi – Fəlakətdən turizmə… – FOTOLAR

0
Çernobıl faciəsi

1986-ci ilin aprelində Çernobıl Atom elektrik stansiyasının 4 saylı nüvə reaktorunda baş verən qəza bəşəriyyəti böyük bir təhlükə ilə üz-üzə qoydu.

Məqsədimiz bu faciənin səbəbləri və nəticələri barədə danışmaq deyil. Tərk edilən Çernobıl AES və onun yaxınlığındakı Pripyat şəhərinin aqibəti maraq doğurur.

ATV.az xəbər verir ki, neçə illərdir insan yaşamayan bu yerlər son zamanlarda turistlərin diqqətini daha çox cəlb edir. Bu məsələdə amerika istehsalı olan Çernobıl serialının da təsiri danılmazdır. Film qəzanın başvermə səbəbləri haqqında olsa da, turizm baxımından əsl təbliğat vasitəsinə çevrildi. 2011-ci ildən etibarən radiasiya səviyyəsinin azalmasını nəzərə alan elm adamları buranın turizm üçün istifadəsinə icazə verdi. Turist kimi səyahət etmək istəyənlər xüsusi turizm agentliklərinə müraciət etməlidir. Pripyat şəhəri insanlardan təcrid olunduğu üçün bura girməzdən öncə turislər mühafizəçilər tərəfindən yoxlanılır. Tur bələdçiləri isə gəzinti əsnasında hər bir məkanla bağlı məlumat verirlər. Hadisədən təxminən 30 ildən çox vaxt keçməsinə baxmayaraq həmin ərazidə radiasiya hələ də var. Bu səbəbdən şəhərdə çox vaxt keçirmək turistlərə məsləhət görülmür. Buna baxmayaraq təkcə ötən il ərzində buranı 60 mindən çox turist ziyarət edib.

Fotoqraf Orxan Əzim də Çernobıla turist kimi gedənlərdəndir. Orda gördüyü mənzərəni lentə almağı unutmayan gənc, şəhərin vahiməli olduğunu söyləyir.

Orxan Əzim-Fotoqraf: “Biraz qorxunc yerdi. Nə mənada qorxunc yerdi çünki işıq olmadığı üçün, hava da tez qaraldığı üçün vahiməli gəlir. O da adamın özündən asılıdı qorxur ya qorxmur. Diqqətimi çəkən orda arxitektura oldu. Sovet arxitekturasıdır, olduğu kimi qalıb. Binaların üstündəki mozaikalardır, yaşayış binalarıdır, təbiətdir, landşafdır, ağac çoxdur həddindən artıq ağaclar demək olar ki, kollar artıq binaların giriş qapılarını tutub. Parklar boşdur, karusellər boşdur, mağazalar var idi – hamısı boşdur, otel var idi – boşdur. Yəni bildiyiniz ölü bir şəhərdir”.

Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi

0
Ərəblər

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iki vətəndaşının yataqda şam yandırması yanğına səbəb olub.

Bu barədə Nəsimi Rayon Polis İdarəsindən məlumat bildirilib.

22-ci Polis bölməsinə daxil olan məlumata əsasən, avqustun 22-nə keçən gecə, saat 02:40-da Rəşid Behbudov küçəsində yerləşən 50 saylı binadakı mənzillərdən birində yanğın baş verib. 

Əraziyə yanğınsöndürənlər və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə nəticəsində ikinəfərlik yataq yanıb, üç nəfər tüstüdən zəhərlənərək Toksikologiya Mərkəzinə yerləşdirilib.

Yanğın söndürülüb, lakin araşdırma zamanı maraqlı detallar ortaya çıxıb.

Məlum olub ki, adıçəkilən mənzil “Fayton” turizm şirkətinin sahibi olan İran vətəndaşı Fərranə Fərhad tərəfindən icarəyə götürülərək BƏƏ-dən gələn turistlər – 1992-ci il təvəllüdlü Məhəmməd Obaid ƏlənaziNəval Dəqhir Ələnazinin istifadəsinə verilib.

Əylənmək istəyən turistlər Lənkəran rayon sakini, 28 yaşlı A.Q-ni mənzilə dəvət ediblər.

Romantik ab-hava qatmaq fikri hansının ağlına gəldiyi artıq önəmli deyil. Nəticədə gənclər elə yataqdaca şam yandırmaq qərarına gəliblər. Lakin hadisələr heç də plan üzrə getməyib. Şam yatağın yanmasına səbəb olub və alov otağı bürüyüb. 

Bir sözlə, ərəblərin bəxti gətirməyib və arzuları ürəklərində qalıb.

Faktla bağlı araşdırma aparılır.


Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq

0
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov CAMNES elmi tədqiqat mərkəzi və İtaliyanın Kataniya Universitetinin professoru Nikola Laneri qəbul edib. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, görüşdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyasının rəhbəri Bəxtiyar Cəlilovun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin AMEA-nın Gəncə bölməsinin sədri, professor Fuad Əliyev və ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak ediblər.

N.Laner Gəncə şəhəri ətrafında aparılan tədqiqatlar zamanı burada açıq havada kurqanlardan ibarət arxeoloji parkın yaradılması üçün əlverişli şərait olduğunu bildirib. O, unikal arxeoparkın yaradılmasının yerli əhali ilə bərabər turistlərin də diqqətini çəkə biləcəyini söyləyib.

Gəncə

N.Bayramov Gəncənin qədim tarixə malik olduğunu qonaqların diqqətinə çatdırıb. O qeyd edib ki, bu cür arxeoparkın yaradılması Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməyə imkan yaradacaq. Həmçinin Gəncə və ətraf bölgələrə turizm axınına da təkan verəcək. Şəhər rəhbəri bu işdə Gəncə Şəhər İcra Hakimiyyəti olaraq öz dəstəyini əsirgəməyəcəyini bildirib və alimlərə müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, tədbirdə Gəncə şəhərində fəaliyyət göstərən universitetlərlə “Erasmus” layihəsi çərçivəsində şərabçılığın və turizmin təbliğatı ilə bağlı elmi mübadilə məsələləri də müzakirə edilib.

Sonda açıq səma altında arxeoloji muzeyin şüşə örtüklə sərgisinin yaradılması barədə razılıq əldə olunub.

Macarıstanın parça kəsmiyi Avropa Komissiyasının himayəsi altındadır

0
Macarıstan

Avropa Komissiyası bu günlərdə ənənəvi macar məhsulunu – parça kəsmiyi bir növ himayəyə götürmək qərarına gəlib. Bu məqsədlə süd istehsalı üzrə “Hungate” həmkarlar ittifaqı təşkilatı və Macarıstan Süd Məhsulları Şurası tərəfindən məruzə hazırlanıb.

Avropa İttifaqı yalnız tərkibində ənənəvi inqrediyentlər olan, yaxud nəsildən-nəslə ötürülən ənənəvi istehsal prosesinə malik məhsullar barəsində belə tədbirlər görür. Macar parça kəsmiyinin xoş turşməzə, eyni zamanda tər şirəli dadı var. Gözəl ətirlidir, gül kələmini xatırladan yumşaq topacıqlar şəklindədir. Porsiyalara ayrılma və qablaşdırma prosesi boyu bu topacıqlar pozulmur. Bir neçə ənənəvi yemək var ki, onların hazırlanması üçün məhz bu cür parça kəsmik lazımdır. Parça kəsmik Macarıstan qastronomiyasının əsas inqrediyentidir. Macarlar belə kəsmikdən salatların, habelə müxtəlif desertlərin, o cümlədən kəsmikli blinlərin, piroqların, ştrudellərin, pastaların, poqaççaların hazırlanmasında istifadə edirlər. Bu cür yeməklər dadlı və çeşidli olmaqla bərabər, həm də çox faydalıdır.

Turizmus Online” saytında yerləşdirilən məlumatda deyilir ki, “Hungate” həmkarlar ittifaqı təşkilatı və Macarıstan Süd Məhsulları Şurası Avropa Komissiyası ilə əməkdaşlığa və qarşıya qoyulan məqsədin əldə edilməsinə görə ölkənin kənd təsərrüfatı nazirinə və bu idarənin ekspertlərinə təşəkkür ediblər.

Komitə sədri sağlamlıq turizmi ilə bağlı görüş keçirdi

0
Hadi Rəcəbli

Milli Məclisin payız sessiyasında Parlamentin Əmək və sosial siyasət komitəsinin gündəliyində turizm haqqında qanununun daha təkmil variantının işlənilməsi gözlənilir.”Olaylar” xəbər verir ki, bu məqsədlə vaxtaşırı dünyada mövcud olan qanunlar öyrənilir, görüşlər, müzakirələr və təcrübə mübadiləsi keçirilir. Belə görüşlərdən biri də bu günlərdə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli tərəfindən keçirilib. Görüşdə Türkiyənin özəl “Dənizli Cərrahi Xəstəxanası“nın idarə heyətinin sədri doktor Murat Çelik və onu müşahidə edən nümayəndə heyətinin üzvləri iştirak ediblər. Müzakirələr və fikir mübadiləsi zamanı sağlamlıq turizmi ilə bağlı hüquqi bazanın möhkəmlənməsinə və bu sahədəki Türkiyə təcrübəsinə xüsusi yer ayrılıb.

Hazırda Azərbaycan Türkiyə bu sahədə mövcud təcrübə diqqəti cəlb edir və bu sahədə əyani mübadiləyə ehtiyac var. Belə ki, Azərbaycanda bu istiqamətli konfederasiyanın mövcudluğu, ölkəmizdə sağlamlıq turizmi ilə bağlı müalicə yerlərinin, balneoloji sanatoriyaların fəaliyyət göstərməsi və zaman-zaman artması bizi sevindirir.Doktor Murat Çelik Dənizli regionunda mövcud olan belə tipli obyektlər haqqında söhbət açıb, Türkiyədəki hüquqi baza və bu sahədə real vəziyyət haqqında geniş məlumat verib. Nümayəndə heyəti Bakida səfərdə olduğu müddətdə qeyri hökumət təşkilatlarında və sağlamlıq turizm obyektlərində olacaqlar.