Ev Blog Səhifə 181

Bakıda 1200 dən çox mənzil turistlərə icarəyə verilir

0
otellər

Hazırda Azərbaycanda otellərin əksəriyyətində doluluq səviyyəsi 90%-dir. Bunu Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri (AHRA) Samir Dübəndi bildirib.


“Ənənəvi olaraq keçəl ildə eyni vəziyyəti müşahidə edirik bazarda otellərdə boş yerlər demək olar ki, çatmır Xüsusən də 2-3 ulduzlu otellərin nömrə fondu kifayət etmir” – deyə assosiasiya rəhbəri bildirib.

Samir Dübəndinin sözlərinə görə otel çatışmamazlığına görə, mənzil fondu aktivləşib.

Assosiasiyanın apardığı monitorinqə görə, paytaxtın mərkəzində 1200 dən çox mənzilin turistlərə icarəyə verildiyi məlum olub.

Samir Dübəndinin sözlərinə görə, şəxsi mənzillərin turistlərə icarə verilməsi kiçik və orta otellərə qeyri ədalətli rəqabət mühiti yaradır.

“Turiztlərə icarəyə verilən mənzillərin vergi sistemindən tutmuş kommunal xidmətlərə qədər tənzimlənməlidir. Belə ki, əgər bu evlər biznes kimi istifadə edilirsə o zaman kommunal ödənişləri də ona uyğun ödənməlidir. Sıradan əhalinin ödədiyi tariflər kimi ödənməməlidir.” – deyə Samir Dübəndi bildirib.

Samir Dübəndinin sözlərinə görə, belə evlərin standartlara uyğun olmaması Azərbaycan turizminin adına xələl gətirir.
“Hazırda yeni seqmentdə yaranıb. Əvvəllər hostellər yox idi. Artıq hostellər də var. O cümlədən qonaq evləri də var. Amma biraz da təkan vermək lazımdır . Biz kütləvi turizmə nail olmaq istəyirik. Belə turistlər isə varlı turistlər deyil, orta təbəqənin nümayəndələridir”. – deyə AHRA rəsmisi bildirib.

Azərbaycana gələn ərəb turistlərindən də söz açan mütəxəssis bəzi ərəb ölkələrindən turistlərin sayında azalma bəzilərin də isə əksinə artımın olduğunu bildirdi. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn ölkələrindən gələnlərin sayında artım olduğu halda İrqadan gələn turistlərin sayında azalma olduğunu bildirdi.

Samir Dübəndinin sözlərinə görə, Azərbaycana yeni istiqamətlərdən Pakistan Hindistan kimi ölkələrdən gələnlərin sayının artdığını da bildirdi.

DELTA HOTELS BY MARİOTT BODRUM – Go Travel

0
DELTA HOTELS BY MARİOTT BODRUM

?QAYNAR TUR
DELTA HOTELS BY MARİOTT BODRUM

(dəniz mənzərəli otaq növü ilə)

?2 böyük – 3500 azn

Qiymətə daxildir:

✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

? – Tarix 01.09.19 – 08.09.19 – 2 nəfər üçün nəzərdə tutulmuşdur.

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Azərbaycan Birinci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir – FOTOLAR

0
Sağlamlıq Turizm Forumu

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Ukraynada keçirilən Birinci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir.

Assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC -a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrinin, o cümlədən Türkiyə, Almaniya, Gürcüstan, Qatar, Səudiyyə Ərəbistanı, Küveyt, Qırğızıstan, Qazaxıstan və digər ölkələrin sağlamlıq turizmi təmsilçilərinin iştirak etdiyi forumda Azərbaycan da geniş nümayəndə heyəti ilə təmsil olunur.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev tədbirdə çıxış edib. Ölkəmizin sağlamlıq turizmi imkanları haqqında iştirakçılara geniş məlumat verib. Forum çərçivəsində iştirakçılar Ukraynanın məşhur sanatoriya-kurort müəssisələrinə səfər ediblər. Oradakı imkanlar və təqdim edilən xidmətlər haqqında məlumatlandırılıblar.

İki gün davam edəcək forum müddətində ikitərəfli görüşlərin təşkili, qarşılıqlı əməkdaşlıqla bağlı müqavilələrin imzalanması nəzərdə tutulur.

Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib

0
Şəki Xan Sarayı

Avqustun 9-dan etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.

Yerli və xarici mütəxəssislərin, dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib. Respublika Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi birgə rəydə hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu açıqlanmışdı. Səhər saatlarından Xan sarayını ziyarət edənlər özlərini tam təhlükəsiz məkənda his etdikərini bildirir.

Xatırladaq ki, iyulun 14-də saray ərazisindəki 1530-cu ilə aid çinar ağacının təxminən 50 santimetr diametrində olan budağı qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşmüşdü. Hadisədən sonra müvafiq araşdırma və bərpa işlərinin bitməsinədək sarayın fəaliyyəti dayandırılmışdı. 

Bədbəxt hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan bir nəfəri xəstəxanada dünyasını dəyişib. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. 

Digər yaralıların müalicəsi xəstəxanalarda davam etdirilir. Saray ərazisində baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Turizm Agentliyi və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunmuşdular.


Borjomi – Trabzon – Uzungöl – Rize – Ayder – Yaylası – Batumi – Go Travel

0
Borjomi - Trabzon - Uzungöl - Rize - Ayder - Yaylası - Batumi

Qiymət:
• 171 usd ( 290 azn )
• 155 usd ( 264 azn ) avtobus son yerlər

Tarix:
• • • 16.08.2019 – 19.08.2019 • • •
( 3 gecə – 4 gün )

Qiymətə Daxildir:

?

Nəqliyyat Xidməti

?

Gecələmə – 3 gecə 4 gün ( Rize – Ayder Yaylası )

?

Qidalanma ( Səhər + Şam yemeyi )

?

Tur Rəhbər Xidməti ( Yol boyu və ekskursiya zamanı )

?

Fotosessiya

✔

Ekskursiyalar:
———————————
• I Gün
a) Borjomi şəh. gəzinti. Suyun cıxdığı yer
b) Nahar yemeyi ( öz hesabınıza ) ( Rize şəh )
c) Hotel yerləşmə. İstirahət zamanı
e) Uzungöl gəzinti
d) Qala Şam yeməyi + ( Milli abu hava + Milli mətbəx )

II Gün
a) Səhər Yeməyi
d) Rafting və Zipline istifadə ( öz hesabınıza )
e) Ayder yaylası
c) Palavic şəlaləsi
z) Zil Kalesi
f) Şam Yeməyi

III Gün
a) Səhər Yeməyi.
b) Forum Shooping Mall
c) Trabzon Ayasofiya
d) Trabzon Mərkəz Shooping ( İstanbul pazar )

IV Gün
a) Səhər Yeməyi
b) Batumi yola düşmə
c) Batumi şəhər gəzintisi ( Nahar yeməyi )
e) Ali və Nino
f) Gürcülərin Əlifba binası
g) Batumi – Qırmızı körpü

Qeyd:
1) 5 yaşına qədər uşaqlar üçün turda iştirak
ödənişsizdir. ( avtobus və hoteldə yer verməmək şərti ilə )
2) Muzey, milli park və qoruqlara giriş turun qiymətinə daxil deyil.
3) Avtobusda yerləşmə say ilə həyat keçirilir.
4) Qiymətə: Səhər + Şam yeməyi Nəqliyyat, Hotel, Gəzinti, Fotosessiya daxildir

BAKIDAN CIXIŞ:
15 Avqust saat 13:00 da 28 May m-st qarşısından yola düşülür.

Türkiyəni ziyarət edən Ermənistan vətəndaşlarının sayı artıb

0
Turist

Son illər Türkiyəni ziyarət edən Ermənistan vətəndaşlarının sayı artıb.

Bu məlumatı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Bildirilib ki, bu ilin yanvar-iyun aylarında Türkiyəni ziyarət edən Ermənistan vətəndaşlarının sayı 23 min 160 nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur.

Bu ilin iyun ayında Türkiyəyə Ermənistanın 5 min 67 vətəndaşı səfər edib. Bu, hesabat dövrü ilə müqayisədə 22 faiz çoxdur.

Ermənistan vətəndaşları Türkiyəyə daha çox ticarət məqsədi ilə gedirlər. Onlar hesab edirlər ki, Türkiyədə istehsal olunan mallar İran məhsullarından keyfiyyətli və sərfəlidir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Yerevanın türk dövlətinə iddialarına cavab olaraq bildirib: “Türkiyədəki 170 min erməninin 100 mini Türkiyə vətəndaşı deyil. Ancaq biz bu yüz mini ölkəmizdə saxlayırıq. Sabah lazım gələrsə, bu yüz minə “hadi məmləkətinizə” deycəyəm, bunu edəcəyəm”.

İyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib

0
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

2019-cu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6 faiz artım deməkdir.

Dövlət Turizm Agentliyindən bildirilib ki, qonaqların üçdə birindən çoxunu, yəni 35 faizini Rusiyadan gələnlər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 min və ya 10 faiz çox qonaq deməkdir.

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə qonşu ölkədən Azərbaycana 12 min və ya 26 faiz daha çox xarici vətəndaş gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25 faiz artaraq rekord həddə – 29 minə çatıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 122 min və ya 7.4 faiz çoxdur.

Ən böyük artım 76 min və ya 23 faiz daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.

Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39 faiz44 faiz artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4 faiz artıb.

İrandan tarixi qərar – Azərbaycan da buna gedərsə…

0
İran

Asim Mollazadə: “Bunun üçün əsas yoxdur”; Elşən Mustafayev: “Azərbaycan viza verilməsi məsələsində ölkələrin siyahısına yenidən baxmalıdır”

İran tərəfdən ABŞ-ın qəzəbinə tuş gələ biləcək addım atılıb. Belə ki, bundan sonra İrana səfər edən xarici vətəndaşların xarici pasportlarına daha ştamp vurulmayacaq. Bu haqda İran DİN rəsmisi Salman Samani açıqlama verib.

“Bu məsələnin tədqiqindən və miqrasiya polisi və əlaqədar orqanlarla koordinasiyadan sonra bu qərar ölkənin bütün icazə verilən quru, dəniz və hava sərhədlərində yerinə yetirilib”, – deyə o qeyd edib. Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin xarici vətəndaşların İrana giriş-çıxışı zamanı onların xarici pasportlarında möhürün vurulmamasına dair göstərişi yerinə yetirilib.

Qeyd edək ki, bu qərarın qəbuluna səbəb ABŞ-ın rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalar və turizmi inkişaf etdirmək istəyidir. Cənub qonşumuz bu addımı əksər turistlərin İran vizası və ya ştampının onların ABŞ vizası əldə etmələrində problem yarada biləcəyi ilə bağlı narahatlığına görə atıb. Bu məsələ Azərbaycanda da bir sıra müzakirələrə səbəb olub. Azərbaycan üçün belə bir zərurətin olub-olmadığı müzakirələr sırasındadır.

Deputat Asim Mollazadə bildirdi ki, Azərbaycan buna getməməlidir: “Bunun üçün əsas da yoxdur. Ölkəmiz üçün əsas olan hüququn aliliyidir. Azərbaycan dünyada hər zaman bir məsələni gündəmə gətirməlidir ki, hüququn aliliyi bərqərar olsun, beynəlxalq təşkilatlar və ictimaiyyət işğal edilmiş ərazilərimizin azad olunmasını tələb etsin. Amma bu hələ ki yoxdur. Baxmayaraq ki, müvafiq qətnamələr qəbul olunub, ortada sənədlər var. Bunlar, sadəcə, kağız parçalarıdır. Hüququn aliliyi bərqərar olunmayana qədər hansısa bir beynəlxalq təşkilat, dünyanın nüfuzlu qüvvəsi bizə bu problemin həllində dəstək verməyəcəksə, biz onlardan hansınınsa bir-biri ilə mübarizələrinə qatılmamalıyıq”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev İranın qərarını bu cür şərh etdi: “İrana səfər edən xarici vətəndaşların xarici pasportlarına ştamp vurulmayacağı ilə bağlı verilən qərarın ölkəyə turist axınının artırılması ilə bağlı edilməsi inandırıcı deyil. Həm daxildəki mövcud rejim, həm də ABŞ İran gərginliyinin illərdir dərinləşdiyi səbəbindən ölkəyə turist marağı çox aşağıdır. Bu faktorlar aradan qalxmayana qədər istənilən vasitə bu sahədə nəticə verməyəcək. Digər tərəfdən, İran kimi yarıqapalı və müxtəlif qadağaları olan ölkəsinə kimin nə vaxt girib çıxdığını izləməyəcəyi isə inandırıcı deyil. Ümumiyyətlə, ”Şengen razılaşması“nı imzalamış dövlətlər istisna olmaqla, BMT tərəfindən tanınan bütün dövlətlər vizalı ya vizasız sərhədlərini keçən insanların pasportlarında möhürlə qeydiyyat aparır ki, bu da vacib prosedura sayılır. İranın belə bir qərarı qüvvəyə minsə belə, əminəm ki, ölkəyə daxil olan insanların ciddi qeydiyyatı aparılacaq. Son illərdə İrana mütəmadi giriş çıxış edən insanların Qərb ölkələrinə, ABŞ-a girişi zamanı müəyyən problemlər yaşanır. Həmin şəxslər xüsusi risk qrupu kimi ciddi yoxlamalara məruz qalır. Hətta bəzi hallarda təhlükəsizlik səbəbindən onların daxil olduğu ölkələrdə nəzarətə götürülməsi faktları da var. İranı belə bir addım atmağa məcbur edən səbəblərdən biri də bu ola bilər. Təbii ki, belə bir hal ABŞ-ı narahat edəcək.

Amma buna qarşı hansı reaksiyaları verəcəyini indidən təxmin etmək çətindir. Azərbaycanda da belə bir qərarın verilməsini istəyənlər varsa kökündən yanılırlar. Bu, ilk növbədə ölkəmizin milli təhlükəsizliyinə bir təhdid olar və fəsadlarının aradan qaldırılması imkansız hala çevrilər. Ona görə də inanmıram ki, belə bir qərar verilsin. Amma hesab edirəm ki, Azərbaycan viza verilməsi məsələsində ölkələrin siyahısına yenidən baxmalıdır. Viza tələb etmədiyimiz ölkələrin sayını artırmaq, sərhəddə viza verilməsini daha da genişləndirmək, eyni zamanda, bir çox ölkələr var ki, onlara viza verilməsi məsələsində proseduraları daha da ağırlaşdırmaq gündəmimizdə olmalıdır. Bu gün Azərbaycan vətəndaşı ölkədən gedib qayıdanda pasportunda müvafiq qeydiyyat aparılır. Xarici vətəndaşın pasportunda bu qeydiyyatın aparılmaması hansı məntiqə sığar? Həmçinin pasportda qeydiyyatın aparılmasında nə problem var ki, bunun edilməməsi ilə bağlı qərar olsun? Hesab edirəm ki, istər vizalı, istərsə də vizasız ölkəyə daxil olan xarici vətəndaşların bu barədə pasportlarında qeydiyyatın aparılması vacibdir”.

9 oktyabr tarixində möhtəşəm İRAN-AZƏRBAYCAN TURİZM SAMMİTİ keçiriləcək – TEHRANDA

0
turizm

Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələr daim inkişaf edir. Əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi mühüm rol oynayır. Qarşılıqlı hörmət və dostluq, mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-İran əlaqələri son illər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və regional inkişafa öz töhfələrini verir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələri ötən dövrdə inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsi 2018-ci ildə əvvəlki ilə nisbətən 74% artıb. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın nümunəsi kimi Neftçala Sənaye Məhəlləsində birgə “Xəzər” avtomobil istehsalı zavodunu göstərmək olar. Zavodda istehsal olunan avtomobillərin artıq 95%-i satılıb. Bununla yanaşı, Pirallahı Sənaye Parkında “Caspian Pharmed” birgə əczaçılıq zavodu tikiləcək. İranla əməkdaşlıq nəqliyyat-tranzit sahəsində də uğurla həyata keçirilir. Böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Belə ki, bu məqsədlə müvafiq hüququ baza yaradılıb. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb. Astara-Astara dəmir yolunun tikintisi, Astaraçay çayı üzərində dəmir yolu körpüsünün inşası, Astarada (İran) tikintisi davam edən yük terminalı və məhsul anbarları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən işlərin mühüm tərkib hissələridir.

Siyasi-iqtisadi münasibətlərlə yanaşı Azərbaycan-İran əlaqələri turizm sahəsində də yeni mərhələyə qədər qoyur. 9 oktyabr 2019-cu il tarixdə Tehranda, “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqressi” çərçivəsində “Turizm və səhiyyə turizmi sektorunda işgüzar əməkdaşlıq üzrə İran-Azərbaycan sammiti” keçiriləcək.

Sammit İslam dövlətlərinin səhiyyə turizminin inkişafı mərkəzinin, nazirliklərin, milli və beynəlxalq səhiyyə təşkilatlarının, eyni zamanda, Dövlət Turizm Agentliyinin dəstəyi ilə “My Travel MMC” turizm agentliyi tərəfindən Tehranda həyata keçiriləcək.

Sammitin əsas mövzusu İran və Azərbaycanın turizm xidməti göstərən şirkətləri arasında əməkdaşlığın müəyyən edilməsi, Azərbaycanın səhiyyə turizmi sahəsində imkanlarının və Naftalan regionunun təqdimatı, İran İslam Respublikasının tibbi turizm sahəsində imkanlarının təqdimatı, İranın və Azərbaycanın idman turizmi sektorunda imkanları ilə tanışlıq, İran və Azərbaycanın turizm təşkilatlarının və mehmanxana biznesinin turizm münasibətlərinin inkişafında rolunun yoxlanmasından ibarətdir. “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqressi” xüsusi görüşlər təyin edərək, səhiyyə turizmi, idman turizmi, tibbi avadanlıq, ənənəvi tibb və otla müalicə müxtəlif sektorlarda beynəlxalq ünsiyyətin inkişafı üçün müstəsna bir imkandır. Habelə səhiyyə turizmində fəaliyyətdə olan startaplara investisiya yatırmaq üçün imkanlar təşkil edir.

Bakıda «Luxury Awards» 2019 mükafatlandırma mərasimi keçirilib-FOTO

0
Luxury Awards 2019

Paytaxtda «Luxury Awards» 2019 mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırılma müxtəlif sahələrdə kariyerasında uğur qazanan şəxslərə verilib. Fəaliyyət göstərdiyi sahədə ən yüksək nəaliyyətlərə imza atan şirkətləri əhatə edib. Dünyanın müxtəlif ölkələrində keçirilən Luxury Awards mükafatlandırma mərasimi Bakıda ikinci dəfədir ki, təşkil olunub.

Luxury Best Awards 2019

Gecədə müxtəlif sahələrdə mədəniyyət və incəsənət, dəb, elm, idman, biznes, media, və tibb sahəsində uğur qazanmış şəxslərə və şirkətlərə mükafatlar təqdim olunub. Gezmeli.az – ın nümayəndələri də tədbirdə iştirak edib.

Luxury Best Awards 2019

Bu möhtəşəm layihənin təşkilatçıları isə Aqil Məmiyev Ləman Mirtalıblıdır. Onların sözlərinə görə mərasimin keçirilməsində məqsəd ölkənin ən uğurlu insanlarını, ən öndə olan şirkətləri ictimaiyyətə təqdim etmək, onların il ərzindəki fəaliyyətini qiymətləndirməkdir. Qarşıdakı illərdə onlara motivasiya verməkdir.

Luxury Best Awards 2019

70 -dən çox nominantın iştirak etdiyi tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Muhemmed Al Qubaisi və Merakes Krallığının ölkəmizdəki səfiri Adil Embarş cənabları da olub. Tədbir bitdikdən sonra mükafatçılar Buddha Bar Beach də after party-də iştirak ediblər.