Ev Blog Səhifə 192

Dünyanın ən xoşbəxt ölkələrinin adı açıqlandı

0
Panama

Dünyanın ən xoşbəxt ölkələri Paraqvay Panamadır.

ABŞ-ın “Gallup” şirkətinin 2018-ci ilə dair tərtib etdiyi reytinq belə deməyə əsas verib.

Dünyanın 143 ölkəsində 150 min insan arasında keçirilmiş sorğuya əsasən, dünyanın ən nikbin və müsbət emosiyalara sahib insanları Latın Amerikasının sakinləridirlər.

Dünyanın ən xoşbəxt ölkələri siyahısına Qvatemala, Meksika, Salvador, Honduras, Ekvador, Kosta-RikaKolumbiya daxil olub.

Dünyanın ən bədbəxt insanları isə Afrika Yaxın Şərq ölkələrində yaşayır.

Dünyada turizm üçün 10 ən təhlükəli yer

0
Zambiya

Heç də bütün insanlar hər hansı ölkəyə istirahətə gedərkən orada səyahət etmənin nə dərəcədə təhlükəli olduğunun fərqinə varmır.

Həyatınız üçün risklə ziyarət edəcəyiniz yerlərin TOP-10-luğu belədir:

10. Ölüm dərəsi. Qaydalara əsasən turistlər özləri ilə kifayət edəcək dərəcədə içməli su götürməli və yalnız asfaltlanmış yollarla hərəkət etməlidirlər.

9. Yelloustoun Milli Parkı. Hökümət burada istənilən anda ayı ilə qarşılaşa biləcəyiniz haqda xəbərdarlıq edir.

8. Çili. Fəaliyyətdə olan Vilyarikka vulkanını ziyarət edərkən yaxşıca düşünüb daşınmaq lazımdır. 2017-ci ildə turistlər vulkan puskürməsinin şahidi olublar.


7. Florida. Smirna Biç çimərliyi istirahət üçün uğurlu seçim olamaya bilər. Ötən ildə köpək balıqları 16 dəfə istirahət edənlərə hücum çəkiblər.


6. İsveçrə. Bu sakit və əmin amanlıq içində olan ölkədə təhlükə sizi Trift körpüsündə gözləyir. Nepalın üçkanallı körpüləri kimi layihələndirilən 170 metr uzunluğunda və 90 metr hündürlükdə olan körpü akrofoblar (hündürlükdən qorxanlar) üçün təhlükəlidir.

5. Zambiya. Bu eqzotik ölkədə turistlər üçün maqnit rolu olan yer Şeytan basseynidir. Quraqlıq vaxtı o təhlükəli olmasa da, yağış yağanda oralardan uzaq durmaq daha məsləhətlidir. Zambiya höküməti Viktoriya şəlaləsinin kənarında yerləşən bu yerə yalnız avqustdan yanvarın ortalarına qədər çimməyə icazə verir. Bu qaydaları pozanlar isə bədəlini həyatları ilə ödəməli olurlar.


4. Nepal. Hər bir alpinist Everesti fəth etməyi arzulayır. Bu məqsədlə bura hər il 1 200 turist gəlir. Arzusunda olduqları zirvəyə isə yarıdan az adam çatır, bəziləri isə yolda həlak olurlar.

3. İspaniya. Bu ölkədə ən populyar və çox təhlükəli əyləncələrdən biri buğalarla qaçışdır. Bu attraksion onlarla adrenalin həvəskarının həyatına son qoyub.

2. İrlandiya. Bu Qərbi Avropa ölkəsində Atlantik okeanından 2 kilometr hündürlükdə yerləşən Moxer qayası təhlükə mənbəyidir. Həyacanlı hislər axtarışında olan bir çox turist heç də həmişə müəyyən olunmuş rəsmi marşruta əməl etmirlər.


1. Kaliforniya. Burada həqiqi təhdid mənbəyi Yosemiti Milli Parkında yerləşir. Park ərazisində ən çətin iş Xaf-Doum dağına qalxmaqdır. 1,5 kilometr hündürlüyə qalxmaq və son 120 metri şaquli getmək lazım gəlir.


Sərnişinlərə qarşı ən laqeyd aviaşirkətlər açıqlandı

0

“AirHelp” onlayn-servisi nadir hallarda sərnişinlərə gecikən və ya ləğv olunan reyslərə görə təzminat ödəyən aviaşirkətlərin reytinqini tərtib edib.

Reytinqi tərtib edərkən mütəxəsislər 1 yanvar 2016-cı il 31 dekabr 2018-ci illər arasında olan dövr ərzində aviaşirkətlər tərəfindən rədd edilən tələblərin sayını təhlil ediblər.

Beləliklə ən laqeyd aviaşirkətlərin TOP-5-liyi aşağıdakı kimidir:

5. Rədd etmə göstəricisi 95%-dir


4. 96%


3. 96%


2. 98%


1. 100%


Krakovda multikultural küçə festivalı keçirilib

0
Krakov

Polşanın Krakov şəhərində ənənəvi multikultural küçə festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda müxtəlif xalqlar, o cümlədən Azərbaycandan olan rəqs, təsviri sənət, mətbəx nümunələri nümayiş olunub.

Festival çərçivəsində nümayiş olunan milli nümunələr, habelə kulinariya işləri də satışa çıxarılıb. Balacalar üçün isə müxtəlif master-klaslar təşkil edilib. Festival 2 gün davam edib və əhali tərəfindən böyük maraqla izlənib.

“Ən səliqəli turistlər almaniyalılardır” – OTEL RƏSMİSİ

0
Almanlar

Adətən regionda olan otellərin 90% i  mövsümüdən asılı olaraq doluluq səviyyəsi az və ya çox olur. Amma “Marxal Resort and Spa”ya bunu aid etmək olmaz. Bunu otelin restoranlarının superviseri Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, istər yayda istərsə də qışda Marxalda doluluq səviyyəsi yüksək olub. Emin Hüseynovun sözlərinə görə,Yeni İl bayramı ərəfəsində otelə 650-700 qonaq gəlib ki, bu da maksimum qonaq sayı deməkdir.

“Ümumiyyətlə yay başlayandan xüsusən də iyun ayında çox yaxşı nəticə göstərdik. Qarşımıza qoyduğumuz hədəflərdən artığına nail olduq. Aprel ayında Marxal oteli Azərbaycanda regionlar üzrə bir nömrəli otel seçildi”– deyə otel rəsmisi bildirib.

“Keçən il biz ən çox ərəblərlə işləmişik. Ərəb ölkələrindən şeyxlər və icra nümayəndələri gəliblər. Ərəblər əsasən yayda gəlirlər. Qışda əsasən yerli azərbaycanlılar gəlir. Yeni il ərəfəsində demək olar ki, otelimizin 80% yerli turistlər idi” – deyə Emin Hüseynov bildirib.

Otel rəsmisinin sözlərinə görə, avqust ayın 5-i otelin 3 illiyi tamamlanır. Bununla bağlı kompaniyalar olacaq. Qurban bayramı ilə bağlı oteldə endirimli kampaniyaların olacağı bildirilir. Emin Hüseynovun sözlərinə görə, Marxal otelin üstünlüklərindən biri də əyləncə mərkəzlərinin otelin daxilində deyil kənarda olmasıdır.

Şəkiyə Ərəb turistlərdən savayı  avropalılar da çox gəlir. Otel rəsmisinin sözlərinə görə, onun müşahidələrinə görə, ən səliqəli turistlər almaniyalı turistlərdir.

“Almaniyadan olan turistlər restoranda yemək yeyib gedəndən sonra sanki həmin masada heç kim olmayıb. Çox səliqəli və təmizkardılar” – deyə Emin Hüseynov bildirib.

Həmçinin o qeyd edib ki, əsasən turistlər otelə booking.com üzərindən gəlir və orada yazılan hər bir rəy onlar üçün çox önəmlidir.

“Otellərdə verilən yemək və menyulara gəlincə isə buna  F&B deyilir. Bu otelin yemək içmək bir sözlə qida tərəfi hesab olunur. Oteldə səhər yeməyi açıq bufet olur. Bufetdə veriləcək həftəlik menyular isə şef poverlər tərəfindən öncədən təyin edilir.  Otelin restoranlarında verilən günorta və şam yeməkləri isə alikart sistemi ilə təqdim olunur yəni müştəri istədiyini sifariş edir və yemək hazırlanaraq qonağa təqdim edilir.” – deyə Emin Hüseynov bildirdi.

Bizim otelə gələn xarici qonaqlar ən çox şəki sayağı çığırtma, dobuda dolma, sifariş edirlər. Dobuda dolma demək olar ki, belə mükəmməl ancaq bizdə verilir.

Sonda isə Emin Hüseynov bildirib ki, Marxal sözü qışda evlərin damlarından sallanan buz sırsıralarına deyilir.

Azərbaycana turistlər ən çox bu ölkələrdən gəlib – SİYAHI

0
statistika

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə , bu, 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çoxdur.

Gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 24,3 faizi Gürcüstan, 10,5 faizi Türkiyə, 7,5 faizi İran, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,4 faiz olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3 faizi Pakistan, 12,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68,0 faizini kişilər, 32,0 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım müşahidə olunub.Misir (83,1 faiz), Türkmənistan (81,0 faiz), Hindistan (80,3 faiz), Çin (77,1 faiz), Səudiyyə Ərəbistanı (76,7 faiz), Macarıstan (52,4 faiz), Böyük Britaniya (35,7 faiz), Kanada (30,8 faiz), Cənubi Koreya (29,5 faiz), Almaniya (27,2 faiz), Yaponiya (24,6 faiz), Pakistan (24,4 faiz), Gürcüstan (22,8 faiz) və Polşa (20,2 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3 faiz artaraq 66,5 min nəfər, olub. MDB ölkələrindən gələnlərin sayı isə 5,0 faiz artaraq 502,5 min nəfərə çatıb.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,0 faizi dəmir yolu və avtomobil, 40,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə çoxalıb. 25,8 faiz artaraq 2540,9 min nəfər olub. Ölkə vətəndaşlarının 39,1 faizi İrana, 27,1 faizi Gürcüstana, 18,1 faizi Rusiya Federasiyasına gedib. 10,2 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 65,7 faizini kişilər, 34,3 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4 faiz, Gürcüstana gedənlərin sayı 11,3 faiz olub. Rusiya Federasiyasına gedənlərin sayı 7,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,4 faiz artıb.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,4 faizi dəmir yolu və avtomobil, 15,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Bu ölkə kirayədə qalan turistlərdən – 1,4 MİLYARD DOLLAR QAZANIB

0
Turistlər

Airbnb” – dünya üzrə özəl daşınmaz əmlakın qısa zaman üçün kirayəsi üzrə yaradılan onlayn xidmət keçən il Yunanıstan iqtisadiyyatına 1,4 milyard dollar ABŞ dolları gəlir gətirib.

Şirkətin statistikasında evlərin qısa zaman üçün kirayəsi ölkənin turizm sahəsinin güclənməsində çox mühüm rol oynadığı deyilir. Belə ki, evlərdən başqa ölkədə restoranlar, kafelər və digər əyləncə yerlərindən istifadə olunur və təbliğ edilir.

Xidmətin apardığı araşdırmaya görə, səyahətçilərin 42 faiz xərcləri məhz kirayə götürdüyü evlərin ətraf rayonlarına düşür.

Eyni zamanda, qeyd olunur ki, “Airbnb” platforması səyahətin 4 və daha artıq gün üçün uzatmaq imkanı yaradır.

Azərbaycana gələn varlı turistlər AZALIB

0
Turistlər

Bir müddət əvvəl Azərbaycana axın edən iranlı turistlərin sayı kəskin azalıb.

Bunu açıqlaması zamanı Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov bildirib. Onnu sözlərinə görə, xüsusilə 2016-2017-ci ildə iranlı turistlərin ölkəmizə gəlişi pik həddə çatmışdı. Amma qonşu ölkədə baş verən iqtisadi proseslər vəziyyəti dəyişib.

N.Bağırovun sözlərinə görə, İranda yerli valyutanın dəyərdən düşmasi nəinki ölkəmizə gələn iranlıların sayına, ümumiyyətlə İrandan başqa ölkələrə gedən turistlərin sayına da mənfi təsir edib.

Nahid Bağırovun sözlərinə görə, Azərbaycana gələn iranlı turistləri Ukrayna, Qazaxıstan,Türkmənistandan olan turistlər əvəz edə bilər. Onun sözlərinə görə, bu ölkələrdən xaricə səfər edən turistlərin sayı sürətlə artır: «Ona görə bu ölkələrdən olan turistləri cəlb etməklə iranlı turistlərin azalmasını kompensasiya etmək olar».

Həmçinin Nahid Bağırov bildirib ki, bir iki il öncə Azərbaycanda ərəblərin ancaq 5 ulduzlu dəbdəbəli hotellərdə qalmaq ənənəsi də pozulub. Assosiasiya rəhbərinin sözlərinə görə, artıq Azərbaycana gələn turistlərin 50% dan çoxu orta büdcəlilərdir. Ona görə də, gələn qonaqların ən çox sifariş etdikləri hotellər 3 və 4 ulduzlu mehmanxanalardır.

“Səmada nahar” restoranı açıldı – QİYMƏTLƏR

0
"Səmada nahar"

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Kocori qəsəbəsində “Səmada nahar” (“Dinner in the Sky”) restoranının açılış mərasimi keçirilib.

Gürcüstan bu cür ekstremal məkanın istifadəyə verildiyi 71-ci ölkə olub.

Restoranda 50 metr hündürlükdən asılmış xüsusi kranda yerləşdirilmiş stolda eyni zamanda 22 qonağa xidmət göstəriləcək.

Attraksionda bir nəfər üçün qiymət 199 – 345 lari (73-125 dollar) təşkil edir.

Açılış mərasimində Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili də iştirak edib. O, bildirib ki, “Səmada nahar” attraksionu Gürcüstana səfər edən turistlər üçün cəlbedici olacaq.

Qeyd edək ki, ilk “Səmada nahar” restoranı 2006-cı ildə Belçikada açılıb.

Təyyarə göyərtəsində ən dadlı yeməyi olan aviaşirkətlərin REYTİNQİ

0
aviaşirkət

Səyahət servisi olan “Tutu.ru” təyyarə bortunda ən dadlı qidası olan aviaşirkətlərin top-10-luğunu tərtib edib.

Reytinqdə ilk yer “Uzbekistan Havo Yullary”-ına çatıb. Sərnişinlər aviaşirkəti iri porslara, fərqli dadlı qidaya, spirtli içkilərin olmasına və yaxşı içki seçiminə görə tərifləyirlər.

Uzbekistan Havo Yullary”-nın reyslərində sərnişinlərə soyuq qəlyanaltı (ət məmulatları və pendir), tərəvəz qəlyanaltıları (mövsüm tərəvəzləri), desert (pirojna, meyvə salatı, quru meyvələr), çörək-bulka məmulatları, isti ət xörəyi, çay, kofe, sərinləndirici işkilər və şərab verilir. Davamiyyəti 6 saatdan çox olan reyslərdə, həmçinin yüngül nahar da nəzərdə tutulub.

Siyahıda ikinci yerə isə “Azerbaijan Hava Yollary” layiq görülüb. Qidaya isti xörəklər, salatlar, qoz, desert, şərab, həmçinin qeyri-məhdud sayda çay və kofe daxildir.