Ev Blog Səhifə 197

Batumidəki məşhur otel – SÖKÜLÜR

0
Lujkovin Evi

Gürcüstanın “Alyans siti” şirkəti Batumi şəhərinin Qara dəniz sahilində, Moskvanın keçmiş meri Yuri Lujkovun adına olan “Lujkovin Evi” otel kompleksini sökməyə başlayıb. FED.az xəbər verir ki, bu barədə “Batumelebi” qəzeti məlumat yayıb. 

Məlumata görə, Batumi meriyası şirkətə “Lujkovun Evi” otelinin sökülməsinə və yerində yeni kompleksin tikintisinə icazə verib. 
Yeni bina Batuminin əsas baş planında da əksini tapıb.

Məlumat üçün qeyd edək ki, “Lujkovun Evi” kompleksinin tikintisinə 2000-ci ildə, Acarıstan MR hökumətinin başçısı Aslan Abaşidzenin hakimiyyəti dövründə başlanılıb. Tikinti işlərini Rusiyanın ən varlı qadınlarından biri, Y.Lujkovun həyat yoldaşı Elena Baturinaya məxsus şirkət həyata keçirib.

Aslan Abaşidze Rusiyaya qaçdıqdan sonra tikinti işləri dayanıb və 18 min kvadratmetlik ərazi gürcü biznesmenlər – David və Qele Bejunaşvili qardaşlarına satılıb. İki ay əvvəl isə ərazi 26 milyon dollara yenidən satılıb.

Ərazidə 50 mərtəbəli 3 göydələnin, 450 dayanacaqlı avtomobil parkının, ayrı-ayrı qonaq evlərinin və ofislərin tikintisi planlaşdırılır.

Gənclər Şahdağa toplaşdı – FOTO

0
Yay festivalı

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisində “YayFest – gənclər düşərgəsinə” start verilib.

Düşərgənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında vətənpərvərliyin, təhsilin və sağlam həyat tərzinin təşviqindən ibarətdir.

Beş gün davam edəcək “YayFest”də Bakıdan və regionlardan müsabiqə əsasında seçilmiş 500-dən çox gənc iştirak edir.

Düşərgənin ilk günündə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə gənclərin təşəbbüsü ilə kütləvi fləşmob keçirilib. Ulu Öndərin Qusar rayonunda ucaldılmış abidəsi ziyarət olunub.

Düşərgənin gedişatında “Azərbaycançılıq”, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda gənclərlə müxtəlif təlim, seminar, mühazirə və görüşlərdə müzakirələr aparılıb.



Ekspertlər otellərin əvəzinə mənzillərin bronlanmasının müsbət və mənfi cəhətlərini açıqlayıblar

0
Otellər

Yaşayış yerlərinin bronlanması xidməti ilə məşğul olan “Tvil.ru” saytının istirahətə yollanan istifadəçilərinin təxminən 60 faizi otelləri, 20 faizi – mənzilləri bronlayır, yerdə qalan 20 faizi isə digər məskunlaşma vasitəsindən yararlanırlar.

xidmətin statistikasına görə, mənzilləri daha çox şirkətlər (26,4 faiz) və ailələr (33,4 faiz), otelləri isə uşaqlı qadınlar (20,7 faiz) və cütlüklər (17,1 faiz) bronlayır.

Tez-tez rast gəlinən problemlər mənzillərin bronlanması zamanı yaranır. Ekspertlər mülk sahiblərinin şəxsiyyətinin təsdiqlənməsi zamanı ortaya çıxan çətinlikləri sadalayırlar. Çünki onlar barəsində açıq mənbələrdə məlumat olmur. Qonaqlar obyektin şəklinin həqiqətə uyğun gəlməməsi, evlərin təmirsiz olması və xoşagəlməz qoxu ilə də qarşılaşa bilərlər.

Bundan başqa, turist saat 21.00-dan sonra gəldikdə yerləşdirilmə ilə bağlı çətinliklər yarana bilər. Həmçinin mənzillərdə bir qayda olaraq mühafizə də yoxdur, ev sahibləri gündəlik təmizlənməni də çətin ki, təmin etsinlər.

Düzdür, turistlər də ev sahiblərinə müəyyən problemlər yaradırlar. Ən çox rast gəlinən problemlərdən biri iki nəfər üçün bronlama etdirildiyi halda altı adamın gəlməsidir.

Lakin mənzil bronlamanın otellərlə müqayisədə müsbət tərəfləri də var. Buraya mənzillərin kirayəsinin dəyəri (mənzil əlbəttə ki, ucuz başa gəlir), əlavə ödəniş edilmədən paltaryuyan maşından istifadə, sərbəst yemək hazırlamaq, həmçinin böyük və səs-küylü kampaniya ilə məskunlaşmaq imkanı daxildir.

29 MANATA – ANTALYADA 1 gecə qalmaq və səhər qidalanma – Go Travel

0
Antalya


? İYUL, AVQUST, SENTYABR aylarına olan 1 gecəlik qonaqlanma + gündə səhər qidalanma ilə 1 nəfər üçün nəzərdə tutulmuş ANTALYA bölgəsində olan otellərin qiymətlərini təqdim edirik:

?Whitecat Sevgiotel 3* – 29 AZN
?Adalia Hotel 3* – 31 AZN
?Exporoyal Hotel 3* – 33 AZN
?Kösk Hotel 3* – 34 AZN
?Mera Park Hotel 3* – 36 AZN
?Linda Expo Palace 3* – 36 AZN
?Atalla Hotel 3* – 37 AZN
?Ahsen Hotel 3* – 37 AZN
?Sen Hotel 3* – 39 AZN
?Gurtas Hotel 3* – 40 AZN
?Sea Side Hotel 2* – 40 AZN
?Hotel Mevre 3* – 41 AZN
?Hotel Europa 3* – 41 AZN
?Şato Otel Lara 3* – 42 AZN
?Bahceli Family Otel 2* – 42 AZN
?Arinna Park Hotel 3* – 44 AZN
?Hotel Kayalar 2* – 46 AZN
?Antalya Inn Hotel 4* – 47 AZN
?Pinus Otel 3* – 48 AZN
?Derin Suit Otel 3* – 48 AZN
?Sherwood Prize Hotel 3* -49 AZN
?Patron Hotel 5* – 49 AZN
?Blue Hotel 2* – 51 AZN
?Butiks Hotel 3* – 51 AZN
?Nensie’S Boutique Hotel 2* – 51 AZN
?Reutlingenhof Boutique Hotel 3* – 51 AZN
?Kolibry Hotel 3* – 51 AZN
?Lara Diamond Hotel 3* – 52 AZN
?Metur Hotel 2* – 53 AZN
?Kıvrak Hotel 3* – 53 AZN
?Triana Hotel 3* – 55 AZN
?Blue Sea Garden 3* – 56 AZN
?Green Beyza Hotel 4* – 56 AZN
?Hotel Karyatit Kaleici 3* – 56 AZN
?Kaleiçi Marina Boutique Hotel 3* – 57 AZN
?Elips Royal Hotel & SPA 4* – 57 AZN
?Nasa Flora Hotel 2* – 57 AZN
?DuruSu Suites 4* – 58 AZN
?Start Hotel 3* – 58 AZN
?Suite Laguna Hotel 2* – 55 AZN
?Ninova Hotel 3* – 60 AZN
?Hotel Twenty 2* – 60 AZN
?Lemon Hotel 3* – 60 AZN
?nun Boutique Hotel – 60 AZN
?Dream Time Hotel 4* – 61 AZN
?Tema Lara Hotel 4* – 61 AZN
?Azuu Boutique Hotel 4* – 61 AZN
?Ayhan Hotel 3* – 62 AZN
?Sky Kamer Hotel 4* – 63 AZN
?Lara Hadrianus Hotel 3* – 63 AZN
?Lara Dinc Hotel 4* – 61 AZN
?Deja Vu Otel Kaleici 4* – 63 AZN
?Oscar Pansiyon 4* – 63 AZN
?Patio Hotel 3* – 63 AZN
?Luna Hotel 5* – 63 AZN
?Güden Pearl Apart Hotel 5* – 63 AZN
?The Room Hotel & Apartments 5* – 67 AZN
?Perlamare Hotel 5* – 67 AZN
?Mic Royal Hotel 4* – 68 AZN
?Let’stay Hotel 4* – 70 AZN
?Mediterra Art Hotel 4* – 72 AZN
?Urcu Hotel 5 *– 75 AZN
?B Business Hotel & Spa 4* – 78 AZN
?Adalya Port Hotel 4* – 81 AZN
?Kristal Beach Hotel 4* -83 AZN
?Lavin Suites Hotel 4* – 83 AZN
?Nar Sarisu Apart 4* – 86 AZN
?Af Ra Hotel 4* – 88 AZN
?Castle Boutique Hotel 3* – 89 AZN
?Hotel Royal Hill 3* – 89 AZN
?Villa Verde Special Class 5* – 89 AZN

?Qiymətə daxildir – 1 nəfər üçün 1 gecəlik oteldə qalmaq, seher yemeyi daxil qidalanmaq və otelin xidmətlərindən PULSUZ yararlanmaq.
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq, buyurub ofisimizə gələ bilərsiniz.
ℹ – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. 
___________________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp + Zəng)
?+994 55 664 60 30 (WhatsApp + Zəng)
?+994 70 664 60 30 (WhatsApp + Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı)

Azərbaycanda otellər – 90% doludur – AÇIQLAMA

0
Otellər

Hazırda Azərbaycanda otellərin əksəriyyətində doluluq səviyyəsi 90%dir. Bunu FED.az-a Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri (AHRA) Samir Dübəndi bildirib.

“Ənənvi olaraq keçəl ildə eyni vəziyyəti müşahidə edirik bazarda otellərdə boş yerlər demək olar ki, çatmır Xüsusən də 2-3 ulduzlu otellərin nömrə fondu kifayət etmir” – deyə assosiasiya rəhbəri bildirib.

Samir Dübəndinin sözlərinə görə otel çatışmamazlığına görə, mənzil fondu aktivləşib.

Assosiasiyanın apardığı monitorinqə görə,  paytaxtın mərkəzində 1200 mənzilin turistlərə icarəyə verildiyi məlum olub.

Samir Dübəndinin sözlərinə görə, şəxsi mənzillərin turistlərə icarə verilməsi kiçik və orta otellərə qeyri ədalətli rəqabət  mühiti yaradır.

“Turiztlərə icarəyə verilən mənzillərin vergi sistemindən tutmuş kommunal xidmətlərə qədər tənzimlənməlidir. Belə ki, əgər bu evlər biznes kimi istifadə edilirsə o zaman kommunal ödənişləri də ona uyğun ödənməlidir. Sıradan əhalinin ödədiyi tariflər kimi ödənməməlidir.” – deyə Samir Dübəndi bildirib.

Eləcə də bax:Azərbaycanda otellərin bələdiyyələrə 2,7 milyon manat – borcu yaranıb.


 Samir Dübəndinin sözlərinə görə, belə evlərin standartlara uyğun olmaması Azərbaycan turizminin adına xələl gətirir.

“Hazırda yeni seqmentdə yaranıb. Əvvəllər hostellər yox idi. Artıq hostellər də var. O cümlədən qonaq evləri də var. Amma biraz da təkan vermək lazımdır . Biz kütləvi turizmə nail olmaq istəyirik. Belə turistlər isə varlı turistlər deyil, orta təbəqənin nümayəndələridir”. – deyə AHRA rəsmisi bildirib.

Azərbaycana gələn ərəb turistlərindən də söz açan mütəxəssis bəzi ərəb ölkələrindən turistlərin sayında azalma bəzilərin də isə əksinə artımın olduğunu bildirdi. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn ölkələrindən gələnlərin sayında artım olduğu halda İrqadan gələn turistlərin sayında azalma olduğunu bildirdi.

Samir Dübəndinin sözlərinə görə, Azərbaycana yeni istiqamətlərdən Pakistan və Hindistan kimi ölkələrdən gələnlərin sayının artdığını da bildirdi.

İstanbul adının qiyməti açıqlandı – MƏBLƏĞLƏR

0
İstanbul

Türkiyə şəhərlərinin marka dəyəri açıqlanıb. FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Brand Finance” ve “Curiocity” şirkətlərinin birgə əməkdaşlığı ilə Tükiyədə ilk dəfə böyük şəhərlərin marka dəyəri və gücü hesablanıb.  

Türkiyənin 30 böyük şəhəri arasında siyahıya 131,6 milyard dollarlıq marka dəyəri ilə İstanbul başçılıq edir. İkinci yerdə 35,5 milyard dollarla Ankara və ardınca 24,2 milyard dollarla İzmir gəlir.

Digər tərəfdən “Cəmiyyət“, “İnvestisiya Mühiti” və “İstehsal Gücü” üzrə Türkiyə şəhərlərinin marka gücü də qiymətləndirilib. İstanbul 100 bala görə, 88,6 balla birinci, 41,4 balla Şanlıurfa isə siyahıda sonuncu yer tutub. Ekspertlərinin fikrincə, tədqiqat beynəlxalq rəqabətdə istinad kimi istifadə olunacaq.

BÜYÜKŞEHİRMARKA DEĞERİMARKA GÜCÜ 
  (milyon dolar)(100 üzerinden)
1İSTANBUL131,61488,65
2ANKARA35,45883,02
3İZMİR24,22988,15
4KOCAELİ16,04466,45
5BURSA15,76976,32
6ANTALYA10,35878,62
7KONYA7,83766,77
8GAZİANTEP7,28460,09
9ADANA7,24464,46
10MERSİN6,73761,23
11TEKİRDAĞ5,84462,77
12MANİSA5,49454,52
13KAYSERİ5,20259,81
14HATAY4,99751,27
15SAKARYA4,44561,43
16BALIKESİR4,36658,86
17DENİZLİ4,24961,88
18SAMSUN4,04457,34
19ESKİŞEHİR4,01364,39
20MUĞLA3,99969,48
21AYDIN3,53862,89
22DİYARBAKIR3,39048,04
23ŞANLIURFA3,08141,40
24KAHRAMANMARAŞ2,85148,71
25TRABZON2,79566,88
26MALATYA2,00453,80
27ERZURUM1,95751,65
28ORDU1,87550,20
29MARDİN1,79043,15
30VAN1,59242,72


Yeni Sankt-Peterburq – Bakı aviareysi açılır – QİYMƏT

0
aviareys


2019-cu il iyulun 25-dən Rusiyanın “Nordavia – regional hava yolları” SC aviaşirkəti Sankt-Peterburq-Bakı birbaşa reyslərə başlayır.

Eləcə də bax: Dünyanın ən böyük hava limanı sentyabrın sonlarında istismara veriləcək

“Bakıya uçuşlar həftədə 2 dəfə – cümə axşamı və şənbə günləri ekonim sinif salonu olan konfortlu Boeing 737-700 hava gəmiləri ilə həyata keçiriləcək. Uçuş zamanı sərnişinlərə isti yeməklər, sərinləşdirici içkilər, çay və kofe təklif olunacaq. Biletlərin qiyməti 8 830 rubldan (təxminən 135 dollar) başlayır (bir tərəfə)”, – aviaşirkətin məlumatında qeyd olunur.

Nordavia – regional hava yolları” SC aviaşirkəti (“NORDAVIA – regional airlines“) 5N kodu altında 30-dan artıq Rusiyanın və xarici aeroportlara müntəzəm və çarter daşımalar həyata keçirir. Nordavia RF-nin Şimal-Qərbində sərnişin daşımaları bazarında aparıcı mövqe tutur. 

Cənubi və Mərkəzi Asiya ölkələrindən Azərbaycana axın başlayıb

0
Cənubi və Mərkəzi Asiya

2019-cu ilin birinci yarısında Azərbaycanı 6.5% çox xarici qonaq ziyarət edib

2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyon nəfərə çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir. Bu barədə Dövlət Turizm Agentliyinin məlumatında bildirilir.

Gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%- lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub. Bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50%-dən çox hissəsini təşkil edib. Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb.

Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur – artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8% və 50.2% olub.

Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım).

Ən böyük azalma İrandan gələnlərin arasında müşahidə olunur. Belə ki, 2018-ci ilin ilk yarısı ilə müqayisədə bu ölkədən gələnlərin sayında 40 min və ya 27.5% azalma olub. Azalma, həmçinin Yaxın Şərq regionundan gələnlər arasında da mövcuddur; sözügedən regiondan 7 min və ya 4.4% az qonaq gəlib. Bu hal əsasən İraq, BƏƏ və Küveyt kimi ölkələr üçün xarakterikdir. Bu ölkələr üzrə azalma 2018-ci ilin eyni dövrü ilə müqayisədə 31.5%, 25% və 14.1% olub. Səudiyyə Ərəbistandan gələnlərin sayında isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.

2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17.2% təşkil edib. Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.

Cənubi, Mərkəzi və Şərqi Asiya ölkələrindən gələnlərin sayında rekord həddə artım olub. Cənubi Asiyadan gələnlərin sayında 85.3% artım olub – Hindistan və Pakistan əcnəbilərinin sayı müvafiq olaraq 104% və 75% artıb. Digər Asiya ölkələri üzrə artım 30% və 60% arası təşkil edib. İran, Türkiyə, Yaxın Şərq və Rusiyadan gələnlərin sayı müvafiq olaraq 13.6%, 20.5%, 16.7% və 7.7% artıb.

Qeyd etmək lazımdır ki, uzunsürən azalmadan sonra Azərbaycana gələn İran vətəndaşlarının sayında ilk dəfə olaraq artma müşahidə olunub.Yaxın Şərq ölkələri arasında Səudiyyə Ərəbistanını xüsusi olaraq vurğulamaq olar. Belə ki, iyun ayında bu ölkədən 10 min və 82.5% daha çox qonaq gəlib. Bununla belə iyun ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub, belə ki ötən ilin eyni ayı ilə müqayisədə bu ölkədən 11 min və ya 23.4% daha çox xarici vətəndaş gəlib.

Turistlərə alkoqol üçün lisenziyalar veriləcək

0
lisenziya

Dubayda yerli qanunları pozmadan mağazalardan alkoqol əldə etmək və spirtli içkilərin saxlanması məqsədilə turistlərə 30 gün müddətinə pulsuz lisenziyaların verilməsinə başlanılacaq.

Alkoqol üçün turist lisenziyası Əmirliklərin yaşı 21-dən yuxarı müsəlman olmayan qonaqları üçün əlçatan olacaq. Bu haqda Dubayın “Khaleej Times” nəşri xəbər verir.

Alkoqol üçün lisenziyanı almaqdan ötrü müraciətin verilməsi qaydası “Emirates Group”un törəmə şirkəti olan “Maritimeand Mercantile International”ın (MMI) saytında izah edilir. Bundan ötrü turistlər özləri ilə pasportlarını götürərək MMI şəbəkəsinin mağazalarından birinə getməlidirlər. Alıcının həqiqətən də turist olmasını təsdiqləyən zəruri formanı dolduraraq imzalamalıdırlar. Mağazada yalnız pasportun və ölkəyə daxil olarkən qeydiyyat barədə möhürün surəti tələb olunur.

Bundan başqa, hər bir alıcıya “Turistin davranış kodeksi” adlanan xüsusi kitabça veriləcək. Burada da spirtli içkilərin qəbulu ilə bağlı əsas məlumatlar toplanıb.

Qeyd edək ki, yeni qaydalar tətbiq olunanadək alkoqolun alışına lisenziyaları rezident vizası əsasında, yaxud da daşıma hüququ olmadan restoran və barlarda əldə etmək mümkün idi.

Çində “dövlət mədəni ekologiya qoruqları” yaradılır

0
Çin

Çinin Mədəniyyət və Turizm Nazirliyi (MTN) yerli hakimiyyət orqanlarından “dövlət mədəni ekologiya qoruqları” yaradılması üçün sifarişlər qəbul etməyə başlayıb.

Əyalət səviyyəli hər bir region bu cür qoruqlar yaratmaq üçün bir kvotaya malik olacaq. 2019 və 2020-ci illərdə isə MTN ən çoxu beş “dövlət mədəni ekologiya qoruğu”nun statusunu təsdiq edəcək.

Nazirliyin saytında dərc edilmiş məlumatda bildirilir ki, qoruqlar nadir və zamanın sınağından çıxmış regional mədəni sistemləri qorumaq üçün nəzərdə tutulur. Nazirlik məhz bu sistemlərin qorunmasını “mədəni ekologiya” adlandırır.

Bu il martın 1-dən etibarən “dövlət mədəni ekologiya qoruqları”nın yaradılması və fəaliyyəti barədə qərar qüvvəyə minib və beləliklə layihəyə rəsmən start verilib.

Çin hökuməti pilot layihələr kimi 21 qoruq yaradılmasını təsdiq edib. Bunlar Çinin Yunnan və Quyçjou əyalətlərində məskunlaşan etnik qrupların mədəni ekologiya qoruqlarıdır.

Nazirliyin məlumatında qeyd olunur ki, belə status əldə etmək istəyənlər müəyyən şərtlərə uyğun olmalıdır: nadir regional xüsusiyyətlər, qeyri-maddi mədəni irsin regionun həyatına dərin nüfuz etməsi, qeyri-maddi və maddi mədəni irsin, habelə təbii mühitin qorunması arasında tarazlıq və s.