Ev Blog Səhifə 205

Nüfuzlu beynəlxalq audit və məsləhət şirkəti UHY öz səhifəsində Azərbaycanla bağlı məlumat yayımlayıb

0
UHY

Bu günlərdə nüfuzlu beynəlxalq audit və məsləhət şirkəti olan UHY öz səhifəsində Azərbaycanla bağlı məlumat yayımlayıb.

UHY Avrasiya bazarında öz iştirakını gücləndirib.

Avrasiya regionunda əhatə dairəmizi genişləndirərək Azərbaycandakı yeni tamhüquqlu üzvümüz olan “M.A. Audit” MMC-ni, onun törəmə şirkəti “MA Konsaltinq” MMC ilə birlikdə, UHY qlobal mühasibatlıq şəbəkəmizdə salamlayırıq. Bu firmalar hal-hazırda UHY brendinin qəbulu mərhələsindədirlər və tezliklə “UHY AuditMMC və “UHYMMC kimi tanınacaqlar.

2009-cu ildə təsis edilmiş, beş partnyor da daxil olmaqla 19 əməkdaşdan ibarət bu heyət paytaxt Bakı şəhərində fəaliyyət göstərir. Heyət əsasən aviasiya, gündəlik tələbat malları (FMCG), neft-qaz və turizm sahələrində təmsil olunan daxili və beynəlxalq müştərilərin portfelinə audit, mühasibat uçotu, konsaltinq və vergitutma sahəsində geniş təcrübə gətirir.

İdarəedici Partnyor Teymur Nağıyev bunu belə şərh edib: “Nüfuzlu UHY brendi altında UHY şəbəkəsi ilə əməkdaşlıq firmamıza Azərbaycanda və daha geniş regionda rəqabət üstünlüyü qazandıracaqdır. Şəbəkənin qlobal arenada mövcudluğu bütün dünyada 8200 insanın malik olduğu UHY təcrübəsi və bilikləri ilə birlikdə nəinki bizim yerli və beynəlxalq səviyyədə imkanlarımızı genişləndirir, eləcə də müştərilərimizin və onların əməliyyat imkanlarını artırır. Biz UHY şəbəkəsi daxilində fəaliyyət göstərən digər firmalarla uğurlu əməkdaşlıq vasitəsilə biznesimizi yüksəklərə qaldıracağımıza ümid edirik.”

UHY direktoru Rik Devid: “Biz “UHY Audit” MMC və onun törəmə şirkətini UHY şəbəkəsində böyük məmnuniyyətlə salamlayırıq. Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan Azərbaycan hələ də iqtisadi artıma təkan verən əsas mənbələrdən biridir. Enerji sektorunda baş verən iqtisadi dəyişiklikləri qəbul etməyə davam edir. “UHY M.A. Audit” MMC-nin üzvlüyü Avrasiya regionunda iştirakımızı genişləndirir və regional bazar təcrübəsini və bu ölkədə və daha geniş regionda sərmayə və biznes iştirakı olan beynəlxalq müştərilərimizə xidmət göstərmək üçün UHY imkanlarını gücləndirir”.

Səyahət zamanı bu əşyaları götürməyin – MƏSLƏHƏTLƏR

0
səyahət

Çətirlər, dəsmallar, əlavə geyim və ayaqqabılar səyahət zamanı özünüzlə götürməyə ehtiyac olmayan əşyaların sırasına daxildir.

Aviasales” xəbər verir ki, ekspertlər təcrübəli turistlərdən çamadanlarında hansı artıq əşyaların olduğunu və növbəti səfərləri zamanı özləri ilə nələri götürməyəcəklərini soruşub.

Respondentlərin üçdə biri deyib ki, səyahət vaxtı çoxlu geyim və ayaqqabı götürməyə dəyməz. Belə ki, istifadəçilərin 20 faizindən bir qədər çoxu yalnız zəruri geyimlə kifayətlənməyi təklif edib. Rəyi soruşulanların 14 faizi isə artıq ayaqqabını evdə saxlamağı tövsiyə edir.

Səyahətçilər baqajda çox yer tutmayan, yüngül əşyaları götürməyi məsləhət bilir.

Respondentlərin doqquz faizi dəsmallardan imtina edəcəyini bildirib. Hotellərdə bunları tapmaq çətin məsələ deyil.

Həmçinin doqquz faizə çətir lazım olmayıb. Kitabsız səyahət etməyi məsləhət görənlərin sayı da doqquz faiz təşkil edib. Bundan başqa, eyni sayda insan səyahət zamanı dərman qutularının lazımsız olduğunu vurğulayıb.


Rumıniya mətbuatında Xınalıq kəndi barədə məqalə dərc edilib

0
Xınalıq kəndi

Rumıniyanın “News24hours” xəbər portalı Xınalıq kəndi barədə geniş məqalə yayıb.

Məqalədə bildirilir ki, qədim tarixi, özünəməxsus adət-ənənəsi olan bu kənd Quba şəhərindən 65 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. 400-ə yaxın evin olduğu və 3 min nəfər insanın yaşadığı bu kəndin yayı sərin, qışı isə çox sərt keçir.

Qeyd olunur ki, tarixçilər Xınalıq kəndinin eramızdan əvvəl salındığını ehtimal edirlər. Bu kənd haqqında məlumatlara Strabon və Plininin əsərlərində rast gəlmək olduğu barədə danışılır. Bildirilir ki, yerli sənətkarlar toxuculuqla məşğul olur, ip əyirir, naxışlı paltarlar, corablar toxuyurlar.

Xınalıq əhalisinin özünəməxsus yaşam tərzi, əhalinin məişəti, folkloru və etnoqrafik xüsusiyyətləri turistlərin marağına səbəb olduğu məqalədə yazılır.

Azərbaycan və Özbəkistanının Turizm universitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb

0
Turizm

İyulun 1-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev və Özbəkistan Respublikasının Baş Nazirinin müavini Əziz Abduxakimov arasında görüş keçirilib.

Görüş çərçivəsində tərəflər arasında turizm sektorunda olan görülən işlər, problemlər və gələcək planlar haqqında müzakirələr aparılıb.

Diskussiya zamanı Əziz Abduxakimov bildirib ki, Özbəkistan MDB ölkələr sırasında Gürcüstandan sonra vizasiz rejimə görə ikinci yerdə dayanır. Müavin, həmçinin təhlükəsizlik məsələlərinə də toxunub. Qeyd edib ki, ölkəsinin dörd əsas şəhərində turistlərin təhlükəsizliyini təmin etmək üçün turist polisi yaradılıb. Qonşu ölkələrlə problemləri olmadığını söyləyən Ə.Abduxakimov Özbəkistanın dünyanın təhlükəsiz ölkələri sırasında dayandığını vurğulayıb.

Fuad Nağıyev öz növbəsində Azərbaycanda turizm sektorunda görülən işlərdən danışıb. Qeyd edib ki, ötən ildən Turizm Agentliyi müstəqil qurum kimi fəaliyyətə başlayıb. Hazırda bu qurumun tabeçiliyində ATMU, Milli Kulinariya Mərkəzi, bir neçə tarixi məkan fəaliyyət göstərir. Hazırda Avstriyanın turizmlə bağlı təhsil ocaqlarının birinin Bakıda açılması ilə bağlı danışıqlar aparılır. Ötən il ölkəyə iki milyondan artıq turist gəldiyini söyləyən F.Nağıyev tək “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 20 min turistin ziyarət etdiyini bildirib. Qeyd olunub ki, prioritet turist axını olan ölkələr Rusiya, Gürcüstan və İrandır.

Sonda ATMU və Özbəkistan Respublikasında fəaliyyət göstərən Beynəlxalq İpək Yolu Turizm Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

BATUMI – ANTALYA – TRABZON – UZUNGÖL TURU – Go Travel

0
Antalya turu - Go Travel

? TƏLƏSİN! FÜRSƏTİ QAÇIRMAYIN!
BATUMI – ANTALYA – TRABZON – UZUNGÖL TURU
? ?Turun tarixi: 10 avqust – 18 avqust 
?Turun davametmə müddəti: 8 gecə / 9 gün
? Qiymət: 255 USD
————————-
Qiymətə daxildir:
?
 Nəqliyyat xidməti (Hər oturacaqda monitor)
Antalyada oteldə gecələmə 3* (3 gecə/ 4 gün)
Trabzonda oteldə gecələmə 3* (1 gecə/2 gün)
? Oteldə səhər və axşam yeməyi
Yol boyu şirniyyat, kofe, çay və su
Bələdçi
Tur rəhbəri
Fotoqraf xidməti
Ekskursiyalar:
• Batumi şəhər gəzintisi 
• Antalya şəhər gəzintisi
• Kəmər yaxta turu (+20 USD)
• Uzungöl turu
• Trabzon şəhər gəzintisi
? Trabzon Forum Shopping
————————-
Qeyd:
• Qiymət 2 və 3 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. 
• Qiymətə sığorta, yol boyu qidalanma, nahar və şam yeməkləri, giriş biletləri daxil deyil.
• 0-4 yaş arası uşaqlar avtobusda yer tutmadıqda ödənişsizdir. 4 -12 yaş arası uşaqlar üçün -25 USD endirim tətbiq olunur.
• Ödəniş günün məzənnəsinə uyğun manatla qəbul olunacaqdır.

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

İrlandiya loukosteri Gürcüstana reyslər açacaq

0
Reys

İrlandiyanın “Ryanair” aviaşirkəti 2020-ci ildə Gürcüstana birbaşa aviareyslər aça bilər.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqılı inkişaf naziri Natiya Turnava məlumat verib.

Nazir bildirib ki, “Ryanair” şirkətinin Gürcüstan bazarına daxil olması turizmin inkişafına müsbət təsir göstərəcək. Belə ki, İrlandiya şirkətinin Avropada çox böyük müştəri bazası var.

Nazir qeyd edib ki, aviaşirkət və ölkə rəhbərliyi hazırda uçuşların istiqamətlərinin razılaşdırılması üzrə danışıqları davam etdirirlər: “Biz ölkəyə daha çox turist axınının cəlb olunmasına kömək edəcək yeni istiqamətlər üzrə reyslərin açılmasına daha çox diqqət yetirməliyik. Ümid edirəm ki, 2019-cu ilin sonuna qədər danışıqları sona çatdıracağıq və 2020-ci ildən uçuşlar başlayacaq”.

Qeyd edək ki, “Ryanair” Avropanın ən böyük sərnişindaşıma şirkətlərindən biridir. Şirkət hər il dünyanın 37 ölkəsinə 224 istiqamət üzrə uçuşlar həyata keçirməklə, 139 milyon insana xidmət edir. Şirkətin 13 min əməkdaşı var.

Gürcüstan hökuməti “Ryanair” aviaşirkəti ilə 2013-cü ildə də danışıqlar aparsa da, yekun nəticə əldə olunmamışdı.

Tailandda turistlər üçün gözlənilməz yenilik

0
Tailand

Tailandda ilin sonunadək əcnəbi turistlər üçün icbari sığorta tətbiq ediləcək.

İnterfaks” xəbər verir ki, hər bir turistdən sığorta haqqı olaraq 20 bat (yerli valyuta) alınacaq.

Turistlər sığorta haqqını endikləri aeroportda ödəyəcəklər.

Bu vəsaitlər turistlərə yardım fonduna daxil olacaq. Fond zərər görənlərə sığorta təzminatları ödəyəcək. Məsələn, insan ölümünə görə kompensasiyanın məbləği milyon bat təşkil edə bilər.

Tailand Turizm Nazirliyi bu il ölkəyə 40 milyondan çox əcnəbi turistin gəlcəyini proqnozlaşdırır.


Turistləri ölkəmizə cəlb edə bilərik

0
Turistlər

Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunda çaxnaşmaya səbəb olub. Hər bir ölkənin özünün iqtisadi maraqları olduğunu nəzərə alsaq, qonşu dövlətlərin bu məqamı maksimum dəyərləndirməyə çalışması çox normaldır.

Bəs rusiyalı turistlərin diqqətini necə cəlb etmək olar? Onların istirahət üçün nəzərdə tutduqları məqamları diqqətdə saxlamaq üçün hansı tədbirlər görülməlidir?

Hotellər və Restoranlar Asossiasiyasının sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda turistlərə təklif edilən tur-paketlərin qiymətlərini Gürcüstanın təklif etdiyi paketlərə uyğunlaşdıra bilsək, həmin turistləri Azərbaycana cəlb etmək mümkündür.

Onun sözlərinə görə, Azərbaycan turizm sektorunda qonşu ölkələrlə müqayisdə, keyfiyyət, eləcə də, tur-paketlərinin qiymətləri baxımından nisbətən bahadır:

“Turistlər artıq aylar əvvəldən biletlərini, istirahət edəcəkləri ölkəni seçiblər. Təəssüf ki, iki ölkə arasında müəyyən anlaşılmazlıq olub. Təbii ki, biz qonşu ölkəyik, buna sevinmirik. Lakin hər bir ölkənin özünün iqtisadi maraqları var və bunun üçün yaradılan şəraitdən maksimum istifadə etməyi bacarmalıdır.

Tur-paketlərin qiymətləri nisbətən rəqabətə uyğunlaşdırılsa, biz o turistləri ölkəmizə cəlb edə bilərik. Gürcüstanla Azərbaycan, demək olar ki, turizm sektoruna oxşar təkliflərlə girir. Oxşar məhsullar təklif edilən mətbəxlərimiz, şərabçılıq, bununla yanaşı, qış turizmində Qəbələ, Şahdağ kimi istirahət zonaları təklif edirik.

Azərbaycanda turizm şirkətləri çevik tərpənsə, maraqlı kampaniyalarla rusiyalı turistləri cəlb etmək olar. İlk növbədə dövlət qurumları turizm şirkətlərinə şərait yaratmalıdırlar. Daha sonra isə turizm şirkətləri Azərbaycanda mövcud olan şəraitdən maksimum istifadə etməlidir”.

S.Dübəndi iki ölkə arasında narazılıqların yaşanmaması üçün bir sıra danışıqların aparılmasının mümkün ola biləcəyini diqqətə çatdırıb:

“Ola bilər ki, bu məqamdan istifadə etməyimiz Gürcüstanın xoşuna gəlməz. Mümkündür ki, siyasi, istisadi narazılıq yarana bilər, lakin bunu aidiyyəti orqanlar danışıqlarla tənzimləyə bilər. Bundan başqa, sizə deyim ki, rusiyalı turistlərin Azərbaycana cəlb olunması üçün sərfəli tur-paketlər və yol məsələsi həll olunmalıdır.

Əslində, Rusiya bazarında bir müddətdir ki, turizm şirkətləri tərəfindən sərfəli tur-paketlər təqdim edilir və təbliğat aparılır. Dövlət Turizm Agentliyinin bir neçə dövlətdə nümayəndəliyi açılıb ki, onlardan biri də Rusiyadır.

Azərbaycanın altı beynəlxalq aeroportu (Zaqatala, Gəncə, Qəbələ, Lənkəran və s.) var ki, onların resurslarından sərfəli istifadə etmirik. Gürcüstana yaxın olan hissəni götürsək, Zaqatala-BaləkənGəncə zonasında olan aeroportlar az uçuş qəbul edir. Halbuki biz bu aeroportları tranzit kimi Gürcüstana təklif edə bilərik. Bu, özü də olduqca əlverişlidir.

Düşünürəm, bu cür təklif edə bilərik, lakin yenə də deyirəm ki, bu ətraflı danışılmalı, məsləhət edilməlidir. Mümkün qədər zamanı yaxşı dəyərləndirmək lazımdır. Tükiyədən fərqli olaraq, bizdə yay mövsümü oktyabr ayına qədər deyil, avqust ayının sonlarına kimi davam edir”.

Bu ölkədə turistlərə pulsuz SİM kartlar veriləcək

0
Sim kart

İyunun 15-dən başlayaraq Tacikistana gələn turistlərə pulsuz SİM kartlar təqdim olunur.

Trend-in məlumatına görə, bu cür SİM kartlar 100 dəqiqə pulsuz danışıq100 meqabayt internet təqdim edir. Eləcə də 10 gün müddətində işləyir.

Qeyd olunur ki, bu layihə Tacikistan Daxili İşlər Nazirliyinin turizm milisi ilə Tcell milli mobil operatoru arasındakı razılıq əsasında icra edilir.

SİM kartları turistlər Düşənbə hava limanının turizm milisi şöbəsində, eləcə də bütün sərhəd məntəqələrində əldə edə bilərlər.


Səfir: “Sentyabrda Hindistandan Azərbaycana nümayəndə heyəti gələcək”

0
Bavitlunq Vanlalvavna və İlham Əliyev

Azərbaycan və Hindistan biznes nümayəndələri arasında işgüzar görüş olub. 

Tədbiri Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna açaraq bildirib ki, bu görüş biznes mühiti üçün çox gözəl imkandır. 

Diplomat xatırladıb ki, bu gün Bakıda Azərbaycanla Hindistan arasında biznes forum keçirilib: “Azərbaycan iqtisadiyyatı şaxələnir. Bu gün Hindistan iqtisadiyyatı da sürətlə inkişaf edir. Hindistanın iqtisadi göstəriciləri çox sağlamdır, investisiya üçün sevilən məkana çevrilir”. 

Hindistanla Azərbaycan arasında tarixi ənənələrə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Ticarətin şaxələndirilməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycan bazarında Hindistanın əczaçılıq, mühəndislik, çay, düyü kimi məhsullarına geniş imkanlar var”, – deyə o vurğulayıb.

V.Bavitlunq qeyd edib ki, ötən il Hindistandan Azərbaycana 40 min turist gəlib: “Bununla yanaşı, Bakı ilə Dehli reysinin açılması turizm əlaqələrinin inkişafına töhfə verəcək. Sentyabrda Hindistanın Sənaye Konfederasiyasından böyük nümayəndə heyəti Azərbaycana gələcək”.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə iki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib: “Azərbaycanla Hindistan arasında kənd təsərrüfatı, İKT, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm veririk”.