2019-cu ilin aprel ayında Azərbaycandan 54,9 min turist Türkiyəyə səfər edib. Trend-in məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,03 azdır.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,67 faiz olduğunu açıqlayıb.
2019-cu ilin ilk 4 ayında Azərbaycandan Türkiyəyə 213,3 min turist səfər edib. Bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 0,30 faiz çoxdur.
Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 2,44 faiz təşkil edib.
Ümumilikdə isə bu ilin aprel ayında Türkiyəyə 3,293 milyon turist səfər edib. Bu rəqəm ötən ilin apreli ilə müqayisədə 24,01 faiz çoxdur.
Aprel ayında daha İstanbula 1,3 milyondan çox, Antalyaya isə 931 min turist səfər edib.
2019-cu ilin yanvar-aprel aylarında Türkiyəyə ümumilikdə 8,735 milyonturist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 12,22faiz çoxdur.
? İYUL,AVQUST aylarına olan ŞARM EL ŞEYX TURU hər şey daxil 1 həftəlik qiymətlərini təqdim edirik. ——————- ?OTELLƏR: ?VERGINIA SHARM HOTEL 4* – 390 usd ?FALCON NAAMA STAR HOTEL 3* – 420 usd ?PANORAMA NAAMA HEIGHTS 4* – 420 usd ?SHARM CLIFF RESORT 4* – 460 usd ?MELTON BEACH RESORT 5* – 470 usd ?XPERIENCE ST. GEORGE HOMESTAY 4* – 470 usd ?SHORES ALOHA 4* – 480 usd ?DREAMS VACATION BEACH RESORT 5* – 490 usd ?AURORA ORIENTAL RESORT 5* – 500 usd ?LAGUNA VISTA BEACH RESORT 5* – 500 usd ————————————- ℹ – Yuxarıda qeyd olunan qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün başlayan qiymətlərlə qeyd olunub. ✅ – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə və ya gedənə yaxın ödəyə bilərsiniz. ✅ – Qeyd olunan turların qiymətləri sizin seçdiyiniz günə görə dəyişə bilər. ————————————- Qiymətə daxildir. ✈ – Aviabilet (gediş-dönüş) ? – 23kq baqaj + 10kq əl yükü ? – Otel (7 gecə / 8 gün) ? – Qidalanma (səhər yeməyi) ? – Transfer (Hava limanı – Otel arası nəqliyyat) ____________________ Əlavə məlumat üçün: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (Whatsapp+Zəng) ?+994 55 664 60 30 (Whatsapp+Zəng) ?+994 70 664 60 30 (Whatsapp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)
Turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizmlərinə yenidən baxmaq zərurəti yaranıb.
“Dövlət Turizm Agentliyi bunun üçün dövlət reyestrinin yaradılması üzərində çalışır. Burada turist şirkətlərinin marağı nəzərə alınacaq, qanunla tənzimlənən işlək mexanizmlər hazırlanacaq. Onun sözlərinə görə, reyestrdə bütün turizm agentlikləri, hotellər və ümumiyyətlə bu sahəyə aid olan hər bir təşkilat daxil olunacaq. Bildirib ki, Azərbaycan otellərində açıq və gizli monitorinqlər keçiriləcək.”
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib ki, Azərbaycanda turizm polisi fəaliyyət göstərəcək. Onun sözlərinə görə, belə bir praktika hazırda dünyada mövcuddur. Turistlər getdikləri ölkədə hər hansı bir çətinliklə qarşılaşdıqda, onların müraciət edəcəkləri bir qurum olmalıdır ki, onların problemləri çevik şəkildə dinlənilsin, öyrənilsin və qiymətləndirilsin.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, Turizm sahəsində tətbiq olunan tibbi sığorta turistlərdən mütləq şəkildə tələb olunmamalıdır. O, son zaman Rusiya ilə Gürcüstan arasında yaşanan problemləri şərh edərək deyib ki, bu ilin sonunadək Azərbaycana Rusiyadan turist axınının artacağı gözlənilir.
Bərdə Azərbaycanın turizm potensialı olan bölgələrindən biridir.
Bərdənin qədim şəhər kimi əzəmətini təcəssüm etdirən abidələr bu məkanın tarixinin aynasına çevrilərək, turizm baxımından da xeyli önəm daşıyır.
Təmir və bərpası bu yaxınlarda başa çatdırılan Bərdə türbəsi də rayonun tarixi mədəni irsinin zənginliyindən xəbər verir.
1322-ci ildə inşa olunan türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəni o dövr üçün xarakterik olan sərdabə təşkil edir. Türbənin ətrafında daha qədim tarixə malik Torpaqqala adlı müdafiə divarları mövcuddur.
Şəhərin qədim və zəngin mədəniyyətini təcəssüm etdirən tarixi irsin bir hissəsi Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Turistlər bu muzeydə şəhərin tarixi, inkişafı, əhalinin məşğuliyyəti, yadellilərin basqınları haqqında geniş məlumat ala bilərlər.
Ötən il Bərdənin də daxil olduğu Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Beş dövrün beş paytaxtı” adlı turizm marşrutunun təqdimatı keçirildi. Bu turizm marşrutuna tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində yaranmış dövlətlərin paytaxtı olmuş Bakı, Gəncə, Bərdə, Qəbələ və Şamaxı şəhərləri daxildir.
Rayona gələn turistlər Bərdənin timsalında həm də son illərdə Azərbaycan bölgələrinin müasir inkişafının şahidi olurlar.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi bölgənin mədəni və turistik imkanlarını da artırır.
Dubaya səyahətdən danışanda turistlərin çoxu dərhal bu meqapolisi şöhrətləndirən Bürc Xəlifə göydələnini, dəvələri və alış-veriş mərkəzlərini təsəvvür edir. Amma Dubaya hər səyahətdə unikal təəssüratlar axtaranların ipucu almaq üçün yerli sakinlərə müraciət etmələri daha yaxşı olardı. Çünki bu parlaq, kosmopolit və bənzərsiz şəhərdə xudmani mədəni və qastronomik yerlər çoxdur. Əmirlik sakinləri həmin yerlər barədə sevə-sevə məlumat verərlər.
Dubay
Odur ki, tanıdığınız, lakin eyni zamanda tanımadığınız Dubaya xoş gəlmisiniz!
Şəhəri sevdirən mərkəz
Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun adını daşıyan Mədəni Əməkdaşlıq Mərkəzi yerli mədəniyyətə və adətlərə səmimi rəğbət oyadan məkandır. Burada Əmirlik tərzində nahar zamanı Şərq mətbəxi yeməklərinin dadına baxmaq, Dubay sakinləri ilə söhbət etmək, şəhərin qədim hissəsinə ekskursiya turlarından birində iştirak etmək və ya sadəcə Al-Fahidi rayonunda bərpa olunmuş külək dəyirmanına tamaşa etmək olar. Ürəyiniz istədiyiniz qədər sual verə bilərsiniz. Burada sualları yalnız alqışlayırlar.
Dubay
Xəttatlığın sirləri…
Xəttatlıq ərəb dünyasının sərvəti və İslam mədəniyyətində özünüifadənin və kreativliyin mühüm formasıdır. Alserkal prospektində eL Seed adlı dünya şöhrətli rəssamın studiyası yerləşir. Rəssamın mürəkkəb əsərlərində və art-layihələrində ənənəvi ərəb xəttatlığı parlaq rənglər və canlı qraffiti ilə çulğalaşır. eL Seedin “kalliqraffiti” üslubunda əsərlərinə həm Dubayın, həm də ABŞ, Koreya, Tunis, Fransa, Qətər, Böyük Britaniya və s. ölkələrin ictimai məkanlarında, qalereyalarında və müxtəlif binalarında təsadüf etmək olar. Onun Dubaydakı “Green Planet” biogünbəzində ilk kütləvi art-layihəsi bu qəbildən olan əsərlərdəndir.
Dubay
Xınadan naxışlar..
Yaxın Şərqdə ənənəvi sənətə çevrilmiş xına ilə naxışçəkmə incəsənətin daha bir formasıdır. Xına bodi-art üçün ilk təbii vasitələrdən biridir. Xınadan naxışlar Dubayda populyar gözəllik prosedurudur və yerli qadınların çoxunun həyatında mühüm rol oynayır. İncəsənətin bu forması Əmirliyin bir neçə rəssamı tərəfindən təkmilləşdirilib. Şərqin xınaçəkmə ənənəsi barədə daha çox məlumat əldə etmək istəyənlər üçün ərəblərin xına dizaynının əsasını qoymuş “Heritage for Henna” və “Rachna Salon” salonlarına getmək maraqlı olar.
Dubay
Paltar tikdirmək
Dubayda dəbli geyimlər satılan çoxsaylı butik və ticarət mərkəzləri olsa da, sifarişlə kostyum və paltar tikdirməyin ayrı ləzzəti var. Şəhərin ən maraqlı rayonlarından biri – Satva Dubay dərzilərinin və xırdavatçılarının məkanıdır. Burada çeşidbəçeşid, rəngarəng parçalar satılan çoxlu kiçik dükanlar düzülüb. İstədiyiniz parçalardan alıb dərziyə paltar sifariş verə bilərsiniz. Sifariş bir neçə gün ərzində hazır olur.
Dubay
Xəlvəti çimərlikdə qürubu qarşılamaq
Dubay
Dubayın sahil xətti bir-birindən gözəl çimərliklərlə doludur, lakin onların heç biri digərinə bənzəmir, hər biri bənzərsizdir. “Black Palace” çimərliyi şəhərin səs-küyündən uzaq olmağı və xəlvəti yerləri sevənlər üçün ideal məkandır. İctimai çimərliyin bu xudmani guşəsi “Dubai Media City” azad iqtisadi zonası ilə Al-Sufux rayonundakı kral yay sarayları arasında yerləşir. Çimərlik büllur kimi şəffaf mavi suları, “Palm Jumeirah” adasına açılan əsrarəngiz qürub mənzərələri ilə insanı valeh edir.
Şəhərdə ən ləzzətli balığın dadına baxmaq
Dubay
“Deira Waterfront Market” bazarı təzə balığın satıldığı ən yaxşı yerlərdən biridir. Bazar 2017-ci ildə “Deira Fish Souk” bazarının yerində yaradılıb. Bazarda hay-küydən qulaq tutulsa da, adam əlindən tərpənmək olmasa da insan yorulmur. Əgər balıq almaq istəyirsinizsə, mütləq qiymətləşin. Bu ərəb ənənələrinin bir hissəsidir. Sonra sahildəki restoranlardan birinə gedib balığı cəmi 15 dirhəmə bişirtdirə bilərsiniz.
Qastronomik tura yollanmaq
Dubay
“Frying Pan Adventures” şirkəti əsl Dubay ləzzəti yaşamağa kömək edir. Şirkət turistlərin tanımadığı maraqlı qastronomik yerlərə turlar təşkil edir. Onun yeni layihəsi “Dubaya təkər üstündə qastronomik tur” (Dubai Food Tour on Wheels) adlanır: tur zamanı turistləri yeməklərin dequstasiyası, maraqlı əhvalatlar və qədim şəhərin dörd məhəlləsində küçə rəssamlığının rəngarəng nümunələri gözləyir. Qonaqlar yerli mətbəxin və müxtəlif yerli icmaların yeməklərinin dadına baxdığı vaxt bələdçi onlara Dubayın sahildə yerləşən kiçik qəsəbədən əsl meqapolisə necə çevrildiyindən danışır.
Ənənəvi karak çayı içmək
Dubay
Birləşmiş Ərəb Əmirliklərinin vizit kartının qəhvə olmasına baxmayaraq, südlü və şirin karak çayı yerli gənclər arasında çox populyardır. Qara çay, süd, şəkər, habelə hil, mixək, zəncəfil və darçın kimi ədvaların qarışığından ibarət olan karak adətən zəif odda dəmlənir. Bu çayı içmək üçün ən münasib yer “Filli Tea & Café” kafesidir. “Filli Tea & Café” karak çayını kafedə içmək ideyasını irəli sürən ilk məkanlardan biridir. Yerli sakinlər bu çayı Satva və Bur-Dubay rayonlarında içməyi sevirlər. Bir fincan çayın qiyməti 1 və ya 2 dirhəmdir.
Yerli mətbəxin yeməklərini hazırlamağı öyrənmək
“Seven Sands” restoranı Dubaydan qayıdandan sonra dostlarını bu yerlərin yeməkləri ilə təəccübləndirmək istəyənləri “Emirati Cooking Class” ustad dərslərinə dəvət edir. Ustad dərsləri hər çərşənbə axşamı saat 10:00-dan 12:00-dək keçirilir. Ustad dərsinin iştirakçıları iki populyar milli yeməyin hazırlanması qaydasını öyrənirlər. Sonra onlar üçün üç yeməkdən – məzə, əsas yemək və desertdən ibarət süfrə açılır və onlar öz bişirdikləri yeməkləri yeyirlər.
Cümə brançlarına qatılmaq
İstirahət günündə branç (gec səhər yeməyi, yaxud tez nahar ) artıq çoxdan yerli sakinlər arasında populyar qastronomik ənənəyə çevrilib. Dubayda iş həftəsi bazar günündən cümə gününədək davam edir. Cümə günü istirahət günlərinin başlanmasını qeyd etmək üçün Dubay sakinlərinin bir yerə toplaşdığı vaxtdır. Ənənəyə görə, Əmirlikdə gec səhər yeməyi ənənəsi cümə günlərinə təsadüf edir. Amma son vaxtlar şənbə günlərində də təşkil edilir. Maraqlananlar “Mr and Mrs Brunch” saytına baxa bilərlər. Çoxsaylı mükafatlara layiq görülmüş bu sayt Birləşmiş Ərəb Əmirliklərində ən yaxşı brançların icmallarını təqdim edir.
AZƏRTAC öz oxucularını Almaniyanın Alp regionunun ən məşhur yerlərindən birinə ekskursiyaya dəvət edir. Şvanqau bölgəsindəki dağların ətəyində Bavariya kralı II Lüdviqin əfsanəvi Noyvanştayn qəsri yerləşir. Lakin indi əvvəllər də bəhs etdiyimiz bu dünyamiqyaslı bu tarixi abidədən deyil, buradakı Forqqenze gölündən söhbət açmaq istəyirik.
Forqqenze
Forqqenze sahəsinə görə Bavariya əyalətinin beşinci gölü və Almaniyanın ən böyük su anbarıdır. Turistlər üçün bələdçi kitabında qeyd olunur ki, suyun səviyyəsindən asılı olmayaraq onun sahəsi 16 kvadrat kilometrdir. Gölün adı suyun altında qalmış Forqqen qəsəbəsinin adı ilə bağlıdır.
Ərazidə su anbarı tikmək planı XIX əsrin sonlarında meydana gəlib, sonra iki dünya müharibələri arasında ona yenidən baxılıb, lakin yalnız 1950-ci ildə bu anbarı tikmək mümkün olub. İlk mərhələdə suyun səviyyəsinin bir neçə metr yüksək olması nəzərdə tutulub, lakin belə olan halda çoxlu sayda insanları köçürmək lazım gəlirdi, habelə kənd təsərrüfatı sahələri itirilə bilərdi. Sonda yeni məkana 250 insan və on beşə qədər kəndli təsərrüfatı köçürüldü. Forqqenze su anbarı bir neçə funksiyanı yerinə yetirir. Birincisi, buradakı bənddə su elektrik stansiyası fəaliyyət göstərir. İkincisi, bəndin suyu Lex çayı üzərində olan digər SES-lər üçün istifadə olunur. Üçüncüsü, dağlarda qarın əridiyi vaxt və şiddətli yağışlar zamanı bu anbar axın üzrə aşağı ərazilərdə yerləşən məkanları subasmadan qoruyur. Dördüncüsü, yay aylarında populyar turizm məkanında yerləşən bu cür süni göllər istirahət və müxtəlif su idmanı növləri ilə məşğul olmaq məqsədilə istifadə olunur. Məsələn, burada bir neçə yaxta məktəbi fəaliyyət göstərir.
Forqqenze
“Alqoe” və “Füssene”
Gölün sahillərində kempinqlər yerləşir, Füssen şəhərindəki limandan isə buradakı iki səyahət katerindən biri ilə göl boyu ekskursiyaya yollanmaq mümkündür. Doğrudur, bu göldə ilboyu çimmək, balıq tutmaq və yaxtalarda və ya qayıqlarda gəzmək olmur, çünki su hövzəsi növbəti mövsümə hazırlaşmaq üçün qarlar əriyənədək qış aylarında boşaldılır. Artıq iyunun əvvəlində göldə “Alqoe” və “Füssene” turist katerlərində oktyabrın 15-dək gəzintiyə çıxmaq üçün kifayət qədər su olur. Yalnız 2018–ci ildə bəndin planlaşdırılmış təmiri ilə əlaqədar su doldurulmadığından, bu səyahətlər mümkün olmayıb. Belə ki, turistlər həmin il gölün dibində və üzərində həm yay, həm də qış aylarında gəzə biliblər. Lakin hazırda göl su ilə doludur və hər şey əvvəlki axarına qayıdıb.
Forqqenze
Füssen şəhəri
Qış aylarında gölün dibi ilə gəzərkən təkcə su altında qalmış evlərin bünövrələrini deyil, həmçinin qədim Roma yolu olan Via Claudia Augustanı görmək mümkündür. Gölün üzərindən isə paraplanerçilər uçur. Onları burada tez-tez görmək olar. Vadinin aşağısında Füssen şəhəri yerləşir və buradan keçən yollar Noyvanştayn və Xoenşvanqau qəsrlərinə aparır. Marienbrük körpüsündən isə gölə gözəl mənzərə açılır. Qeyd edək ki, Noyvanştayn qəsrinin tikintisi zamanı Forqqenze gölü yox idi.
Su anbarı və digər yerləri görməklə bu yerləri gəzərkən anlayırsan ki, nədən kral II Lüdviq öz əfsanəvi iqamətgahını tikmək üçün məhz bu məkanı seçib. Qəsrin ətrafında üç təbii göl – Alpze, Şvanze və Banvaldze də var.
“Travel” portalı Avropanın 10 memarlıq möcüzəsinin siyahısını tərtib edib. Siyahıda birinci yeri hazırda Roma Katolik Kilsəsinin yerləşdiyi Meskita və ya KordovaCümə Məscidi tutur.
VIII əsrdə inşa edilmiş bu məscid Əməvilər dövrünün görkəmli abidələrindən biridir.
VIII əsrdə Əməvilər xilafəti İspaniyanı işğal edib, İslamın “Qızıl dövründə” isə orada gözəl məscidlər və saraylar tikilib. Orta əsrlərdə Meskita dünyada ikinci ən böyük məscid olub.
Rekonkista hərəkatından sonra Kordova məscidi xristian kilsəsinə çevrilib və hazırda Vatikan tərəfindən idarə edilir. Mavritaniya memarlığının heyrətamiz gözəlliyə malik olan bu nümunəsi hər il minlərlə turisti cəlb edir.
Cari ilin mayı Azərbaycanda turizmin ən uğurlu aylarından biri hesab oluna bilər. May ayı üzrə, demək olar ki, bütün ölkələr və bölgələr üzrə səyahətçi sayının artması müşahidə olunub. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanı 18 faiz və ya 246 min daha çox xarici vətəndaş ziyarət edib.
Bu artımın ən böyük hissəsi Rusiya (11 min), Gürcüstan (10 min) və Qərbi Avropa (8.9 min) ölkələrinin payına düşür.
Qərbi Avropa regionu 102 faiz göstərici ilə Azərbaycanın turizm statistikasında daim öndə olan digər ölkələri xeyli dərəcədə geridə qoyaraq 2 dəfə artıb. Bu göstərici böyük ehtimalla mayın 29-da UEFA Avropa Liqasının final oyununu izləməyə gəlmiş futbolsevərlərin Bakıya axınının nəticəsində baş verib.
Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında 58 faiz və ya 4 min nəfər qeydə alınaraq əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
Yekun olaraq, 2019-cu ilin yanvar-may aylarında Azərbaycana gələn xarici səyahətçilərin ümumi sayı 2018-ci ilin eyni dövrünə nisbətdə 4 faiz artıb.
Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi “Instagram” hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb.
D. Hakbuş
Daniel ölkəmiz haqqında təəssüratlarını bölüşüb. Bakıya aşiq olduğunu yazıb: “Bakını sənədli filmlərdə görmüşdüm. Həmişə buraya gəlmək istəyirdim. Mən bu şəhərə aşiq oldum, Bakı inanılmazdır”.
D. Hakbuş
Daniel Bakının gözəlliyini və ecazkarlığını göstərmək üçün çəkilişlərin əksəriyyətini dron aparatının köməkliyi ilə aparıb. Onun çəkdiyi foto və videolar arasında Bakının simvolları hesab edilən İçərişəhər, Fəvvarələr meydanı, Dağüstü park, Alov qüllələri və Heydər Əliyev Mərkəzi yer alıb.
D. Hakbuş
Qeyd edək ki, D. Hakbuş ölkələri qarış-qarış gəzərək, səyahət zamanı qarşılaşdığı gözəl mənzərələri kamerasının yaddaşına həkk etməklə izləyiciləri ilə sosial şəbəkə hesabında bölüşür.
“The Restaurant” jurnalı 2002-ci ildən etibarən müxtəlif ölkələrdən olan 800-dən artıq aşpaz, restoran sahibi və tənqidçinin rəyi əsasında dünyanın ən yaxşı restoranlarının siyahısını hazırlayır.
Jurnalın tərtib etdiyi 2019-cu ilin ən yaxşı 10 restoranının siyahısını təqdim edirik:
1. “Mirazur” (Menton, Fransa)
Argentinalı baş aşpaz Mauro Kolaqrekonun Fransanın Menton şəhərində yerləşən “Mirazur” restoranı “The Restaurant” jurnalının reytinqində ilk pillədə qərarlaşıb.
Mirazur
Restoran Fransız Riverasına açılan gözəl mənzərəsi, öz bostanı və balıq yeməklərinin üstünlük təşkil etdiyi unikal mətbəxi ilə tanınır.
İaşə müəssisəsi 2006-cı ildə açılıb və artıq üç il sonra yüksək reytinq qazanıb. O, 2019-cu ildə “Michelin”in üçüncü ulduzuna da layiq görülüb.
2. “Noma” (Kopenhagen, Danimarka)
Danimarkanın tez-tez ilk onluğa düşən “Noma” restoranı bu il ikinci yerə layiq görülüb. Ona “Mişlenin qırmızı bələdçisi”ndə üç mümkün ulduzdan ikisi verilib.
“Noma” restoranı Kopenhagenin mərkəzində Kristianshavn rayonunda yerləşən kanalın sahilindəki köhnə anbarın binasında yerləşir.
Bu restoranda Skandinaviya mətbəxi təqdim olunur. Onun əsasını Rene Redcepi və Klaus Meyer qoyublar.
Noma
“Noma” mətbəxini əslində klassik deyil, şimal mətbəxinin müasir interpretasiyası kimi qəbul etmək olar. Burada digər yeməklərlə yanaşı, mamır, şibyə və sümük iliyi də verilir.
3. “Asador Etxebarri” (Açondo, İspaniya)
“Asador Etxebarri” Aşpe-Açondo kəndində yerləşən kiçik restorandır.
Onun baş aşpazı Viktor Arqinsonis bu sənətin sirlərinə özü yiyələnib. O, basklar ölkəsinin mətbəx ənənələrini gözləməklə, sadə, lakin olduqca dadlı yeməklər hazırlayır.
Asador Etxebarri
Viktor müxtəlif kömür və odun növlərini sınaqdan keçirməklə, ocaqda yemək bişirməyə xüsusi üstünlük verir.
4. “Gaggan” (Banqkok, Tailand)
Tailandda, Banqkokda yerləşən “Gaggan” restoranı molekulyar mətbəxi ilə tanınır. Restoranın baş aşpazı hindistanlı Qaqqana Anandadır.
Gaggan
Onun daxili dekoru ağ və bej rənglərinin bir-biri ilə ahəngdarlıq təşkil etdiyi qammaya malikdir, lakin restoran əlavə olaraq müxtəlif rəngli kiçik yastıqlarla da bəzədilib.
Restoran özü iki mərtəbəli olmaqla, kiçik qapalı otaqlara bölünür.
5. “Geranium” (Kopenhagen, Danimarka)
Danimarkanın ən məşhur restoranlarından biri olan “Geranium” konservləşdirilmiş yeməklərdən imtina edərək, yalnız təbii, təzə ərzaqlardan istifadə etməyi ilə seçilir.
Restoran Kopenhagenin ən gözəl yerlərindən biri olan Rozenborq Kral sarayının yaxınlığındakı “Kongens Have” parkında yerləşir.
Geranium
Restoran 2012-ci ildə əla mətbəxinə görə Mişlen kateqoriyasının ilk ulduzunu alaraq, “The World’s 50 Best Restaurants” dünyanın ən yaxşı restoranları siyahısında yer almağa layiq görülüb.
6. “Central” (Limа, Peru)
Limanın ən yaxşı restoranlarından biri olan “Central” Larkomar ticarət mərkəzinin yaxınlığında yerləşir.
Restoranın baş aşpazı Virgilio Martines uşaqlıqda yaşadığı evi təmir edərək, onu özünün kulinar istedadının nümayiş məkanına çevirib.
Central
Ustadın hər altı aydan bir menyunu əsaslı surətdə dəyişməyinə baxmayaraq, ona həmişə Amazon balıqları, çoşka və çəpiş əti daxil edilir.
7. “Mugaritz” (San-Sebastian, İspaniya)
“Mugaritz” baş aşpaz Andoni Luis Adurisin rəhbərliyi altında 1998-ci ilin martında açılıb. 2006-cı ildən isə dünyanın ən yaxşı restoranlarından biri hesab olunur.
Mugaritz
O, ilk Mişlen ulduzunu 2000-ci ildə, beş il sonra isə ikinci ulduzunu alıb.
8. “Arpège” (Paris, Fransa)
“Arpege” Parisin Varenn küçəsində 1986-cı idə restoranın həm də baş aşpazı olan Alen Passar tərəfindən açılıb.
Arpège
Restoran təzə tərəvəz və balıq assortisinə üstünlük verən müasir fransız mətbəxi ilə seçilir. Alen Passar yeməklərini bişirmək üçün yalnız öz bostanında yetişdirilmiş təzə, keyfiyyətli inqredientlərdən istifadə edir.
9. “Disfrutar” (Barselona, İspaniya)
“Disfrutar”ın müasir avanqard mətbəxi 18, 25 və 32 yeməkdən ibarət üç dequstasiya seti ilə təmsil olunur.
Disfrutar
Bir səhifəlik menyuda izahat belə verilir: “Bizim məqsədimiz qastronomiya vasitəsilə təəccübləndirmək və ilhamlandırmaqdır. Sürpriz kulinar təcrübəsinin vacib hissəsidir, bu səbəbdən də biz setə daxil olan yeməklərin tərkibini açıqlamırıq. Kor-koranə şəkildə seçin, arxaya söykənin və həzz alın”.
10. “Maido” (Lima, Peru)
“Maido” restoranı dəbdəbəli Miraflores rayonunda yerləşir. Burada nəinki şəhərin ən dadlı suşiləri, eləcə də ənənəvi Peru yeməkləri bişirilir.
Maido
“Maido” restoranının adı da elə yapon dilindən tərcümədə “Xoş gəlmisiniz” deməkdir. Ona görə də bütün ofisiantlar həmişə gülərüzdürlər və yemək seçimində kömək etməyə hazırdırlar.