İtaliyanın Kapri adası ətraf mühit üçün həlledici bir qərar qəbul edib. Turistlər salafan torbalar və plastik qablardan istifadə etdikdə 500 avroya qədər cərimə ödəməli olacaqlar. May ayından həyata keçiriləcək bu qadağa Neapola yaxın olan sahillərin zibillənmədən qorunmasına görə tətbiq olunur. Qanun bələdiyyə başçısı Cavanni de Martinonun dəstəyi ilə həyata keçiriləcək.
“Bu böyük bir irəliləyişdir, əgər biz ətraf mühiti qorumaq üçün belə addım atırıqsa, buna kiminsə qarşı çıxacağına inanmırıq” başçı Times-a müsahibəsində demişdir. Qeyd edək ki, ada ildə 2,3 milyon turist tərəfindən ziyarət edilir və bütün turistlər arxalarıyca öz tullantılarını yığmırlar. Hələlik adada plastik qablarda su satmağa icazə verilir, lakin tezliklə onu da qadağan etmək planlaşdırılır.
Qeyd edək ki, Kapri bu qadağanı qoyan qoyan ilk turistik zona deyil. Adriatik dənizində Tremiti adası ötən ilin yayında oxşar qanunvericiliyə uyğun olaraq turistlər üçün 50 avroya qədər cərimələr tətbiq etməyə başladı. Cərimənin təkrar pozulması isə 500 avroya çatırdı. Apuliyanın materik hissəsi də oxşar qadağanı tətbiq etməyi planlaşdırır.
Xatırladaq ki, İtaliyada ciddi cərimələrlə turistlər üçün çoxlu qadağalar var. Roma şəhərində fəvvarələrdə üzmək və axşam saatlarında spirtli içkilər içmək qadağandır. Florensiyada turistlər, ictimai yerlərdə yemək yeyə bilməzlər, kilsələrin və dükanların pilləkənlərində oturmaq qadağandır və s.
Azərbaycanın 1 nömrəli Şoumeni ORXAN RƏHİMLİ ilə İsmayıllı / Lahıc turu Qeydiyyatdan keçməyə tələsin yerlər məhduddur?? Tarix: 19 may ✔ Turun qiyməti 25 AZN ? Qiymətə daxildir. . ? Komfortlu nəqliyyat. ☕ Çay süfrəsi ? Limitsiz foto çəkiliş. ??♂Tur Rəhbər. ? Yol boyu intellektual və əyləncəli oyunlar – eyni zamanda qaliblərə hədiyyələr. ? Ekskursiyalar: ✅ İsmayıllı gəzintisi ✅ Lahıc qəsəbəsi ✅ Asma körpü ✅ İsmayıllı şəlaləsi ✅ Sənətkarlıq dükkanları Toplanış: Gənclik Caspian shopping arxası Go Travelin qarşısı saat 07:00 • yola düşmə vaxtı 08:00 Qayıdış (Bakıda) : 23:00 ⭕Qeyd: 10 nəfərdən çox qruplar üçün 1nəfər ödənişsiz . ❌Qeyd: Tur zamanı spirtli içkilər qəti qadağandır. ?Qeyd: 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməzsə). 6 yaşdan yuxarı tam ödəniş. Ətraflı məlumat və suallarınız üçün : ____________________ Əlavə məlumat üçün: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (Whatsapp+Zəng) ?+994 55 664 60 30 (Whatsapp+Zəng) ?+994 70 664 60 30 (Whatsapp+Zəng ? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)
Qətər Milli Turizm Şurası iyunun 14-dən avqustun 16-dək sərfəli şərtlərlə və rəngarəng əyləncə proqramları ilə zəngin yay mövsümünün başlandığını elan edib. 80-dən çox ölkənin vətəndaşlarına tətbiq edilən vizasız rejim sayəsində Qətərə səyahət etməyi planlaşdıran insanlar üçün indi bu ölkəyə səyahət etmək hər zaman olduğundan daha asandır. Bu il “Qətərdə yay mövsümü” paketi hər bir zövqə və maddi imkana uyğun olan geniş spektrli tədbirlər təqdim edir.
Qətər
Qətər Milli Turizm Şurası turizm sahəsində bütün ölkə üzrə bir sıra təkliflər irəli sürən dövlət strukturlarının və özəl sektorun səylərini birləşdirir. “Qətərdə yay mövsümü” proqramı çox cəlbedici olacaq, çünki bu ölkəyə maraq getdikcə artır. Səyahətçilər aksiyalardan və qiymət endirimindən, həmçinin bir çox tədbirləri pulsuz izləmək imkanından faydalana bilərlər.
Qətər
Qətər Milli Turizm Şurasının baş katibi və “Qatar Airways” aviaşirkətinin baş direktoru Əkbər əl–Beker qeyd edib: “Bu ilin yay mövsümü Qətərdə autentik istirahətin ideal istiqaməti kimi açılacaq. İyundan avqustun ortalarınadək olan dövrdə “Qətərdə yay mövsümü” proqramı qonaqlara iki bayramda – “Eydül Fitrə” və “Eydül Ədha” tədbirlərində iştirak etmək imkanı verəcək. Aviaşirkətlərin, mehmanxana biznesinin və turizm sektorunun əməkdaşlığı sayəsində təyyarə biletlərinə, reklam turizm paketlərinə və bütün il boyu aeroportlarda eksklüziv xidmətlərə endirimlər olacaq. Qətərdə hər bir turist görməli məkanlara ekskursiyalardan tutmuş, ailəvi əyləncələrədək öz istədiklərini tapacaq.
Qətər
Beləliklə, mayın 15-dən etibarən “Qatar Airways” aviaşirkəti 160-dan çox istiqamətdən Dohaya gələn aviareyslərə mayın 30-danavqustun 16-dək olan müddətdə 25 faiz endirim təklif edəcək. Sərnişinlər “+Qatar” unikal paketindən istifadə edərək tranzit dayanacağı zamanı Dohada dəbdəbəli otellərdən və tranzit vizalardan istifadə edə bilərlər. Hamad aeroportuna uçan, yaxud tranzitlə gələnlər üçün “Qatar Airways Al Maha Service” xidməti rahat şəkildə qarşılanma və yolasalma üçün, habelə sərnişinlərin vaxtına qənaət məqsədilə 25 faizlik endirim edəcək.
Marriott International Hotels
Müxtəlif səviyyəli bir sıra otel və apartamentlər də 25 faiz endirim təklif edəcəklər. Qiymətlərdə bu endirimlər iyunun 4-dən avqustun 16-dək olan müddət üçün nəzərdə tutulub və bir neçə əlavə variantları ehtiva edir. Bu otellər arasında “Marriott International Hotels” otellər qrupu da var.
Qətər
Yay mövsümündə Qətərdə yaşlılar və uşaqlar üçün çoxlu əyləncəli tədbirlər keçiriləcək. Örtülü tematik parklar və interaktiv tədbirlər, həmçinin ticarət mərkəzlərindəki şoular şəhərin bütün yerlərində qonaqlar üçün açıq olacaq. Tədbirlərdən bir neçəsi Korniş sahilində təşkil olunacaq. Buradan şəhərə çox gözəl mənzərə açılır. Ənənəvi dou qayığında dəniz gəzintisi də nəzərdə tutulub. Mədəniyyət və incəsənət həvəskarları Qətərin tarixini öyrənə və ölkənin zəngin irsini dəyərləndirə bilərlər. Bunun üçün onlar Suk-Vakif qədim bazarına və Qətərin “Cultural Village” mədəniyyət mərkəzinə baş çəkməlidirlər.
Qusar rayonunun adı çəkiləndə əksər həmvətənlərimizin, həmçinin, ölkəyə səfər etmiş xarici turistlərin ağlına ilk növbədə “Şahdağ” turizm mərkəzi gəlir. Təəssüflər olsun ki, Qusarın digər guşələri az tanınır. Əlbəttə ki, (Qafqaz sıra dağlarının şimal şərqində dəniz səviyyəsində 4242 m hündürlükdə yerləşən) Laza kəndini çıxmaq şərtilə. Adıçəkilən yaşayış məntəqəsi də son zamanlar rayonun turistləri cəlb edən nöqtələrindən birinə çevrilib.
Sudur kəndi
“Şahdağ” və Laza, çoxları üçün hər şey bununla bitir.
Qusar rayonu, əslində, çox gözəl və maraqlıdır. Ən əsası isə autentikdir (əsl, özünməxsus – red.). Rayonun əksər kəndlərində yüz il əvvəl həyat necə cərəyan edirdisə, indi də eyni tərzdə davam edir. Belə ucqar kəndlərə düşəndə özünü keçmişə, bir neçə əsr geriyə qayıtmış kimi hiss edirsən. Həm yerli turist, həm də xarici vətəndaş üçün bu, olduqca maraqlıdır. Füsunkar təbiəti və göz oxşayan mənzərələri ilə həmin guşələr adamı valeh edir, orada ilk dəfə olanlara çox xoş təəssürat bağışlayır.
Sudur
Sudur kəndi – Qusar rayonunun qərbində yerləşən kənddir, onu Rusiya sərhədi ilə təxminən 1 kilometr ayırır. Kəndin 60 evi dik dağ üzərində yerləşib. Kəndə yolla dörd saata çatmaq olur. Hər hansı asfaltdan söhbət belə gedə bilməz. Ona görə avtomobillə sürət yığmaq mümkün olmur. Bir daha təkrarlayıram. Dörd saatlıq yoldur. Halbuki kənddən Qusar şəhərinə qədər cəmi 60 km-lik məsafə var.
Sudur
Bu diyarlarda at ən populyar nəqliyyat növüdür. Orada tək-tük minik maşınları gözə dəyir (əksər hallarda “Niva”). İnsanları çox qonaqpərvər və mehribandır.
Düzgün yanaşma olsa, bu məkanı Azərbaycanın növbəti turistik “Məkkə”sinə çevirmək olar. Həm turistlərə maraqlı olar, həm də bundan yerli sakinlər qazanar. Ona görə ölkədə turizmin inkişafına cavab verən məmurların böyük turistik potensialı olan bu bölgəyə diqqət ayırmasını çox istərdik.
Bu dəfəki səyahətimiz Atlantik okeanı ilə Karib dənizini ayıran Kiçik Antil adalarınadır.
Lüsiya
Müqəddəs Lüsiya adası, Kolumb tərəfindən 1502-ci ilin dekabrında kəşf edilib. Adada yaşayış qəsəbəsi qurmağı ilk olaraq ingilislər cəhd edib, lakin cəhd uğursuz olub. 1650-ci ildə fransızlar yerli əhali ilə müqavilə bağlayaraq burada məskunlaşmağa nail olub. Müqəddəs Lüsiya Fransa ilə İngiltərə arasında münaqişəyə səbəb olub. Nəticədə, ada Britaniyanın müstəmləkəsi çevrildi və yalnız 1979-cu ildə tam müstəqillik qazandı.
Elə yerlər vardır ki, ora mütləq ziyarət etmək istəyirsiniz, lakin elə yerlər də var ki, orda olduqdan sonra adam heç evə qayıtmaq belə istəmir. İsveçrə Alplarında Brienz adlı gölün yaxınlığında yerləşən elə eyni adlı Brienz şəhəri vardır. Kiçik, rahat, təmiz, dağların qoynunda yerləşən, Brienz gölünün saf suları ilə yuyulan bu şəhərdə zaman sanki öz axını ilə gedir.
Brienz
Bu şəhər həm də Bernese Oberland-a olan səfərlər üçün toplanma nöqtəsi kimi də xidmət göstərir, məhz burdan “Ballenberg” açıq hava muzeyinə səfərlər, eləcə də Interlaken və Lucerne şəhərlərinə ekskursiyalar baş tutur.
Brienzi “zamanı dondurmuş şəhər” də adlandırmaq olar,çünki bu məkanda sanki,əsrlər boyu heç bir dəyişiklik baş verməmişdir. Bu şəhər əsasən orada yaşayıb fəaliyyət göstərən dülgərlərə görə məhşur olmuşdur. Evlərin çoxu iki əsr əvvəl tikilib, lakin müasir binalar da bir neçə əsrlik kimi görünür. Yeni evlər ənənəvi olaraq hündür damlar, ağır taxta eyvanlar və oyma dekorasiya ilə tikilir. Brienzdə gəzərkən 21-ci əsrdə olduğuna inanmaq olmur.
Avropanın ən gözəl küçəsi
Brunngasse
Şəhərin ən əsas və məşhur görməli yeri Avropanın ən gözəl küçəsi olan Brunngasse küçəsidir. Brunngasse küçəsində bir çox bina 18-ci əsrə aiddir. Demək olar ki, hamısı taxta oymalarla bəzədilmişdir.
Avropanın ən təmiz gölü
Lötschberg
Piyada gəzməyi sevənlər üçün qarlı zirvələr, yaşıl yamaclar və çiçəkli çəmənliklərin səyahətin əsas sürprizi olacaq. Brienz gölü “şəhərin mirvarisi” hesab edilir. O Avropada ən təmiz göl kimi tanınır. Turistlər göldə qayıqla gəzintidən zövq alırlar. Həmçinin, qədmi gəmi “Lötschberg” ilə təşkil olunmuş turlardan da zövq ala bilərsiniz.
Mayın 10-da Azərbaycan Turizm Assosiyasiyanın təşkilatçılığı ilə Azərbaycanın seçilmiş incoming və inbound şirkətlərinin iştirakı ilə Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 163-də yerləşən, yeni istifadəyə verilmiş “Ləzzətli” restoranına infotur baş tutmuşdur.
“LƏZZƏTLİ” restoran
Milli üslubda dizayn edilmiş bu məkanda Azərbaycan mətbəxinin ləziz təamları hazırlanır.
“LƏZZƏTLİ” restoran
Habelə, bu tikili mühüm tarixi əhəmiyyətə malik bir yerdir. Deyilənə görə, Hacı Zeynalabdin Tağıyevin faytonçusunun yaşamış olduğu bu ev 17-ci əsrə aid tikilidir.
“LƏZZƏTLİ” restoran
Azərbaycana gələn qonaqlara xüsusi bir Abşeron ab-havası bəxş edən bu məkanın tez bir zamanda çox insanı məmnun salacağına əmin ola bilərsiniz.
16 il bundan qabaq atamın işi ilə bağlı Helsinkiyə köçdüyümüzdə buranın soyuq, boz və itici şəhər olduğunu düşünmüşdüm. Təbii ki, daha 9 yaşında olan balaca qızın dilini, dinini və mədəniyyətini bilmədiyi bir yerə köçməsi və oraya alışması çətin idi. Lakin üç ay ərzində Fin dilini öyrənərək və aylar-illər ötdükcə Finlandiyanın, ələxsus Helsinkinin necə gözəl bi ölkə və şəhər olduğunu anladım.
16 il yaşamağıma baxmayaraq hər il hansısa bir yenilik ilə qarşılaşıram. Bozluq və soyuqluq eyni qalsa da, insanlarının əslində elədə soyuq olmadığını öyrənmişəm. Finlilər ilk baxışdan soyuq və hissiyatsız görünsələr də, burada 9 ay davam edən qaranlığın onları da bəzən dərin depressiyaya saldığını anlamışam. Əlbəttə ki, 750 il İsveçin və qalan 150 ilin Rusyanın əsarəti altında keçməsinin də təsiri var. Əslində finlilər dost olaraq çox sadiq, bəzən çox yapışqandılar.
Helsinki
Keçək əsl məsələyə. Finlandiya hüzur ölkəsidir . Əgər yayda yamyaşıl bir təbiət, heç batmayan günəş və çox da isti olmayan bir hava, payızda rəngarəngliyi ilə heyran edən təbiət və evlərdən gələn hilli bulkilərin qoxusu, qışda bəmbəyaz təbiət, qış idmanları və heyran edici sakitlik və yazda tumurcuqları ilə və quşlarının səsi ilə, oyanan təbiəti ilə məst edən bir ölkə görmək istəyirsinizsə, o zaman Finlandiyaya mütləq baş çəkin.
Nəqliyyat
Helsinki
Əgər biz tərəflərə qonaq gəlməyi düşünsəniz, Helsinkini gəzmək üçün sizə 3 gün bəsdir. Helsinkidə nəqliyyat böyüklər üçün 3€, uşaqlar üçün isə 2€-dur. Nəqliyyat biletini metroya enmədən öncə, avtobusa minərkən ya da tramvaya minmədən öncə ala bilərsiniz. Biletin üstündə saat neçəyə kimi keçərli olduğu yazılır, çox vaxtı 80 dəqiqə keçərli olur və bu vaxt ərzində istədiyiniz qədər metrodan, avtobusdan və tramvaydan istifadə edə bilərsiniz. Əlbəttə ki, bileti göstərmək şərti ilə. Yəni bileti alıb atmayın çünki yoxlanış olsa və biletiniz olmasa 80€ cərimələnəcəksiniz.
Gəzməli yerlər
Gəzilməli yerlərdən isə ilk şəhərin mərkəzindən başlayın. Çoxlarınızın ilk eşidəcəyi geyim mağazası Stockmannın küçəsindən katolik kilisəsi olan ağ Tuomiokirkkoya kilsəsini gəzməyiniz məsləhətdir. Tuomiokirkkonun yerləşdiyi yerə Senaatintori deyilir. Bu kilsə əvvəllər Nikolayın kilsəsi və Böyük kilsə olaraq adlandırılıb və 1852-ci ildə St. Peterburqda yerləşən Kazan Katedralına bənzədilərək tikilib. Memarı isə Carl Ludvig Engel və Johan Albrekt olub. Yay vaxtı kilsənin pillələrində oturanlar çox olur. Əksər mitinqlərin ya başladığı ya da qurtardığı nöqtəs məhz elə buradır.
Senaatintori
Tuomiokirkkodan ara küçə ilə Kauppatoriyə enin. Oradan mütləq Suomenlinna deyilən Finlandiya qalası anlamına gələn adaya baş çəkin. Bu adaya getmək üçün Kauppatori limanından Suomenlinnaya tərəf gedən bərəyə minməlisiniz. Bərəyə minmək adam başı 3€-dur və əgər 80 dəqiqə içərisində qayıtsanız, qayıtmaq üçün bərəyə ayrıca pul ödəməyəcəksiniz.
Kauppatori tərəfində, bərəyə minilən yerdə əksər finlilərin qırmızı kilsə adlandırdığı, əslində isə adı Uspenski Katedralı olan, rusların 1868-cü illində Moskvanın Kolomonskoye kilsəsinə bənzədərək tikdiyi möhtəşəm kilsə var. Memarı Aleksei M. Gornostayevdir və kilsə ortodoksların kilsəsidir. Hər nə qədər xristiyan olmasanızda, mütləq bu möhtəşəm katedralın içinə girib o gözəlliyə şahid olmalısınız. Katedralın ətrafında Helsinkinin mərkəzinə açılan mənzərəni də görməyə dəyər.
kauppatori
Uspenski katedralından endikdən sonra qırmızı gəmi görəcəksiniz. Gəminin adı Relandersgrunddur və Finlandiyanın prezidentinin evi ilə üzbəüzdür. Bu gəmidə kofe içib, Finlandiyanın şirniyyatlarını və şansınız varsa, isti havasının dadını çıxara bilərsiniz. Relandersgrunddan Uspenski Katedralını və Fin körfəzini izləmək ən sevdiyim stres atmaq yöntəmlərindən biridir.
Bizimdə, Londonda olduğu kimi Helsinki Eye-mız var. Helsinki Eye-a minmək adam başı 18€-dur. Mən özüm şəxsən daha çox Helsinki Eye-ın yanında yerləşən Allas Sea Pool-da üzməyi və saunaya girməyi daha üstün tuturam. Təbii ki, şəhərin mərkəzində çimərlik geyimində gəzməkdən utanmırsınızsa.
Cafe Ursula
Kauppatoridən istəsəniz ya Esplanadi parkını gəzib Stockmanna qayıda bilərsiniz yada dəniz kənarı ilə aşağıya Cafe Ursula yada Cafe Caruselə gəzə-gəzə enə bilərsiniz. Yolda qırmızı bina ilə qarşılacaqsınız. Bura 1888-ci ildən Finlandiyanın bazarı olub. İçini gəzmək yüz illərin tarixini yaşadacaq sizə. Buradan sonra qarşınıza Olimpiya terminalı çıxacaq ki, burdan Tallinə gedən gəmilər qalxır. Sonra isə ilk qarşılacağınız kafe Cafe Ursula olacaq, mənim sevdiyim kafedir. Lakin dəniz kənarı ilə 500-600 metr sonra qarşınıza çıxacaq Cafe Caruselin yanında Finlandiyanın ən köhnə dondurma kiosku var. 4€-ya həyatınızda yeyəcəyiniz ən dadlı (Vatikandakından sonra) və ən böyük dondurmanı dada bilərsiniz.
Hernesaarenranta
Hernesaarenranta
Əgər gəzməyi sevirsinizsə, Caruselin yanından 2 kilometr yürüyüş məsafəsində Hernesaarenranta adlandırılan yeni tikili dəniz kənarı kafelərin, çimərliklərin və varlıların yaxtalarının olduğu yerə də enə bilərsiniz. Hernesaarenrantaya çatmadan yeni açılan public sauna Löyly (oxu Löülü) çıxacaq qarşınıza. Löyly-nün terasına pilləkənlərlə çıxıb Helsinkinin mərkəzinə açılan mənzərəyə baxa bilərsiniz.
Kansallismuseo
Kansallismuseo
Yuxarıda yazdıqlarımdan başqa Helsinki mərkəzindən Töölö adlanan tərəfə 4 və 10 nömrəli tramvay ilə gedəbilərsiniz və ya piyada gəzə-gəzə. İlk görəcəyiniz parlament binası olacaq, ikinci musiqi binası, üçüncü isə tünd qırmızı rəngdə olan bina Milli muzeyimizKansallismuseonu gəzib, Finlandia binasını və Opera binasını görüb Töölö göl kənarına enə bilərsiniz. Buradan rahatlıqla Sibelius parkına Sibelius monumentinə baş çəkməyə və Cafe Regattada kofe içməyə gedə bilərsiniz. Qayıdanda isə 4 və ya 10 nömrəli tramvayla yada hər hansı mərkəzə tərəf gedən avtobusla qayıda bilərsiniz.
Helsinkidə nə yemək olar?
İlk öncə şirniyyatlardan başlayaq.
Korvapuusti
Korvapuusti (darçınlı hilli bulku)
Mustikkapiirakka (qaragilə piroqu)
Runebergintorttu (fevral ayında satılır. Xalq şairi və professor J. L. Runebergin xanımın öz resepti olduğu üçün, Runebergin ölüm ildönümündə satılır.)
Joulutorttu (Noyabr-Dekabr ayında satılır. Christmas şirniyyatıdır)
Piparkakku (ingilizcə adı gingerbread-dır və Christmas vaxtı satılır)
Laskiaispulla (Fevral-Mart ayında satılır. Katolik paxasının orucu başlamamışdan 40 gün əvvəl)
Tippaleipä (Aprel-May aylarında satılır və 1 May şənliklərinin şirniyyatıdır)
Rabənd piroqu (Midsummer bayramına özəl İyun ayında tapılır)
Mämmi (qara rəngdə olduğundan və çox şirin olduğundan xaricilər tərəfindən çox sevilməyən ama südlə yeyilən paşa şirniyyatı)
Karjalanpiirakka (şirin olmasa da dadlı piroqdur. Üstü düyülü, kartoflu yada köklü olur)
“Şirniyyatla doldurmayacayıq ki qarnımızı!” Əlbəttə ki!
Karjalanpaisti
Maral ətinin dadına mütləq baxın.
Qızılbalıq istər soyuq, istər hisə verilmiş, istərsə də çiy. Bu balığın hər növü hazırlanır və çox dadlıdır.
Qızılbalıq şorbası
Yay şorbası (bir neçə kök tərəvəzindən bişirilən şorba)
Yaşıl noxud (qarox) şorbası. Bunu yeyərkən diqqətli olun çünki bir çox yerdə içinə donuz əti vurulur. Xaiş etsəniz sizə ətsiz hazırlanmışından verəcəklər.
Karjalanpaisti yəni güvəcdə bişirilmiş ət yeməyi. Yenədə donuz əti ilə diqqətli olun.
Kalakukko yəni çörək içində bişirilmiş balıq və ət. Adətən donuz əti istifadə olunur ama mal ətindən hazırlananı da var.
Qurudulmuş stavrida balığı
Səhər yeməyində yeyilən cürbəcür sıyıqlar
Finlandiyaya məxsus tərzdə hazırlanmış pendirlər. Mənim ən sevdiyim leipäjuusto deyilən və sadəcə Finlandiyada yetişən sarı gilə meyvə(lakka) mürəbbəsi ilə yeyilən pendirdir.
Cürbəcür balıq yeməkləri. Ən çox sevilən balıqlar arasında stavrida, qızılbalıq, siyənək və ryapuşka balığıdır.
Finlandiyada restoranlar bahalıdır, ona görədə yuxarıda yazdıqlarımı restoranlarda yeyə bilərsiniz. Kafelər ve restoranlar. İlk kafelərdən başlayıram.
Cafe Ekberg
Yuxarıda yazdığım Cafe Ursula və Cafe Carusel
Cafe Ekberg (Ən köhnə kafelərdən biridir. Səhər yeməyi və brunch verirlər)
Cafe Esplanadi
Cafe Fazer (Səhər yeməyi və brunch verirlər)
Ağ kilsə ilə qarşı-qarşıya olan Cafe Engel və ya İtalyan kafesi olan Ciao Cafe
Cafe Regatta (Sibelius Monumentinin yanında yerləşir)
Restoran Savotta
Restoran Lappi
Retsoran Sunn
Restoran Savoy (bahalıdır)
Restoran Olo (bahalıdır)
Restoran Sipuli (bahalıdır)
Restoran Kiila (bahalıdır)
Antiokia Atabar (Türk restoranıdır. Kərim usta sahibidir və çox gözəl insandır. Azərbaycanlı olduğunuzu desəniz endirim edəcək. İstəsəniz Ülker hanım tavsiye etti deyin, mütləq endirim edəcək.)
Restoran Anı (Türk restoranıdır. Türk kabablarını bişirilər. Cahit ustaya Azərbaycanlı olduğunuzu deyin, endirim edəcək.)
Dəniz kənarında ən ucuz evlərin olduğu ölkələrin siyahısı açıqlanıb.
“Domire Estate” daşınmaz əmlak agentliyinin tərtib etdiyi siyahıda Türkiyə də yer alıb.
Türkiyə ilə yanaşı dəniz kənarındakı ucuz daşınmaz əmlakla Bolqarıstan, Çernoqoriya, Yunanıstan və İspaniya kimi ölkələr öyünə bilər.
Reytinqdə birinci yerdə Bolqarıstandır. Bu ölkədə dəniz kənarındakı evlərin qiyməti 25 min avrodan başlayır.
İkinci yerdə qərarlaşan Türkiyədə bu cür evlərin ən ucuzu 40-45 min avroya satılır. Siyahıda üçüncü yeri Çernoqoriya tutur. Bu ölkədə dəniz kənarındakı evlərin qiyməti 50-60 avrodan başlayır.
Bolqarıstanın Veliko Tırnovo şəhərində ənənəvi keçirilən 16-cı “Mədəni turizm” Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan növbəti dəfə milli stendlə təmsil olunub.
turizm
Sərgidə Azərbaycanın mədəniyyəti, adət-ənənələri, tarixi və turizm imkanları, eləcə də 2018-ci ilin yanvar ayında açılan Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsi barədə ətraflı məlumat verilib. Ölkə stendində Azərbaycan xalçaları və sənətkarlıq nümunələri, eləcə də rəqs geyimləri nümayiş etdirilib. Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təqdim edilmiş ölkəmizin turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Sərgidə, həmçinin Azərbaycanın istehsalı olan nar şirəsinin dequstasiyası keçirilib. Ziyarətçilərə Azərbaycan milli şirniyyatları olan şəkərbura və paxlava paylanılıb.
Sözügedən sərginin açılışında iştirak edən Bolqarıstanın turizm naziri Nikolina Angelkova, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib. Ölkəmizin mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıb.
turizm
Qeyd edək ki, 16-cı “Mədəni Turizm” sərgisi Bolqarıstanın Turizm və Mədəniyyət nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə Bolqarıstan, Azərbaycan, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika, İndoneziya, Çin və Serbiya daxil olmaqla tanınmış şirkətlər iştirak edib. Ekzotik turizm məkanlarını nümayiş etdirən 30-a yaxın bolqar və xarici şirkət və qurumlarda iştirak ediblər. Bu tip sərginin Veliko Tırnovo şəhərində keçirilməsi də təsadüfi deyil. Belə ki, aprelin 12-də bu şəhər Bolqarıstanın tarixi və mənəvi paytaxtı elan edilib.
Turizm
Cari il aprelin 19-da isə Veliko Tırnovo şəhəri Naxçıvan şəhəri ilə qardaşlaşıb.