Fransa Milli Hava Naviqasiyası yüzlərlə uçuşu ləğv edəcək.
İndependent–in verdiyi məlumata görə, Fransanın Milli Hava Naviqasiyasının işçilərinin tətili səbəbindən yüzlərlə uçuş ləğv ediləcək, bəzilərinin isə tarixi dəyişdiriləcək.
Milli Hava Naviqasiyasının təhçizatçıları və mühəndislər 8 May çərşənbə günü saat 19: 00-dan cümə günü saat 7:00 radələrinə qədər işlərini dayandıracaqlar.
35 saatlıq tətil prezident Emmanuel Makronun onların iş şərtlərinin dəyişdirilməsinə qarşı etirazdır.
Çox sayda tranzit reyslərin Fransadan keçdiyinə görə yaranacaq gecikmələr və uçuşların ləğvləri qaçılmazdır.
Fransa hakimiyyət orqanları ölkə ərazisində enişlərin və uçuşların çətinləşəcəyi və servisin keyfiyyətinin 50%-dək aşağı düşəcəyini bildirib.
Dostlar, turizm mövsümü yaxınlaşır vəNetworking.Az iş adamları klubu olaraq dəniz kənarını tullantılardan təmizləməyə hazırlaşırıq.
Bu dəfə Zirə çimərliyini təmizləmək qərarına gəldik. Bizə qoşulmaq istəyənlər 0506700111 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Nəqliyyat təşkil olunacaq və 12 may tarixində saat 09.00-da Nərimanov metrosunun qarşısından yola düşəcək.
Bəzi ölkələr vətəndaşların və əcnəbilərin təhsilə qoyduğu investisiyaların il ildən artdığını yaxşı başa düşür. Elə buna görə də, bu ölkələr tələbələr üçün təhsilə başladığı gündən pul qazanmağa yardımçı olur. İndi isə sizə 5 ölkə təqdim edəcəyik hansı ki,burada artıq pul xərcləmədən rahat təhsil almaq imkanınız var:
1.Almaniya.
almaniya
Bu ölkə istənilən ixtisasda pulsuz təhsil almaq imkanı verir, çünki Almaniyada bəzi tələbat olmayan sahələrdə təhsil alan tələbələrin çox azdır. Abituriyentlər üçün zəruri tələb – alman dilini bilməkdir. Ən əsası odur ki, bir neçə ildən sonra dövlət sizə ixtisasınıza uyğun iş təklif edəcək.
2.Böyük Britaniya.
Avropada təhsilini davam etdirmək istəyən tələbələr və məzunlara maliyyə dəstəyi verən bir neçə ölkə var. Bu il Britaniya Konsulluğu Elm və Texnologiya Milli Şurası ilə birlikdə araşdırma, texnoloji-inkişaf və yenilik sahəsində çalışmaq istəyənlərə mükafatlar təqdim edir.
Böyük Britaniya
Böyük Britaniyada mütəmadi olaraq oxşar layihələr təşkil olunur ki, bunun üçün müəyyən bir layihədə iştirakınız lazımdır.
3.Avstraliya.
Avstraliya hökuməti ölkədəki avstraliyalıların ABŞ-da və İngiltərədəki ali təhsil xərcləri ilə əcnəbilərin Avstraliyadakı ali təhsil xərclərini müqayisə edərək ikinci varianta maliyyə yatırtmağın daha məqsədəuyğun olduğunu qərara aldı.
Avstraliya
Bu ölkə tələbələrə bütün xərclərin cəmi 1/10-ni ödəməklə sərfəli təhsil şərtləri təklif edir. Bundan əlavə, xarici tələbələrə qəbul, yerləşmə, yemək və hətta dəftərxana ləvazimatı pulsuzdur.
4.Danimarka.
Danimarka
Bir neçə il bundan əvvəl Danimarka ali təhsilin strukturunu xarici tələbələrə uyğunlaşdırdı, burada sadəcə orta məktəb diplomu olmaqla ali məktəbə qəbul olmaq imkanı da mövcüddur. Bundan əlavə, Danimarkada hər hansı bir ölkədən olan tələbələrə təqaüd təklif edən bir çox proqram hazırlayıb.
Nəticədə 2013-cü ildən Danimarkada xarici tələbələrin sayı iki dəfə artıb. Onlar üçün Danimarka veb-saytında xüsusi bir proqram da yaradılmışdır. Burada lazım olan bütün məlumatlar dərc olunurdu: abituriyentlərdən əsas tələblər, təhsil xərcləri, mövcud təqaüdlər, təqdim edilən kurslar və s.
5. Hollandiya.
Hollandiya xaricdə təhsil almaq istəyənlər üçün ideal bir seçimdir. Pulsuz ali təhsillə yanaşı, universitetlər xarici tələbələrə təqaüd də verirlər.
Hollandiya
Təhsil, Mədəniyyət və İncəsənət Nazirliyi, tədqiqat institutları və universitetlər Hollandiyada bakalavr və ya digər ali dərəcə almaq istəyən xarici tələbələr üçün hazırlanmış Holland Scholarship vasitəsilə təqaüd təklif edir.
Azərbaycanın yeni turizm brendi “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı İspaniyanın Tortosa şəhərində keçirilən “Terres Festival 2019” festivalında təltif edilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, videoçarx “Turizm kommunikasiyası” kateqoriyasının ölkələrə görə “Turizm destinasiyası” nominasiyası üzrə ikinci yerlə mükafatlandırılıb.
Məlumat üçün bildirək ki, “Terres Festival” festivalı dayanıqlı inkişaf və təbiət turizmi üzrə filmlər və videoçarxlar arasında keçirilib. İspaniyanın təbiətinin biomüxtəlifliyinə görə UNESCO-nun qorunan irs siyahısına əlavə edilən Tortosa şəhərində təşkil olunur. Zeytun ağacından hazırlanmış, festivalın əsas simvolu hesab olunan, dayanıqlılıq, dəyərlər və insanla təbiət arasında əlaqəni özündə ehtiva edən mükafatdır. Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin nümayəndəsinə təqdim olunub.
Parisdən 80 km şimalda “Jiverni” adlı gözəl bir yerə rast gələcəksiniz. Bu balaca kənddə məşhur rəssam Klod Mone ömrünün 43 ilini keçirmişdir.
1883-cü ildə burada məskunlaşmış rəssamın güllərə-çiçəklərə həvəsi o qədər artmışdı ki, o bütün əsərlərində öz bağçasının və laləli düzənliklərin mənzərələrini çəkirdi.
JİVERNİ
Əvvəllər Monenin bağçası təxminən 1 hektardan ibarət idi. Bura köçən kimim onun etdiyi ilk şey evin qarşısını kəsən, şam ağaclarından ibarət olan, qaranlıq keçidi dağıtmaq oldu. Yalnız qızılgül kollarını saxladı,lakin vaxt keçdikcə qızılgüllər o qədər böyüdülər ki,evin qapısına kimi uzun tunel əmələ gətirdilər. Bu mənzərəni rəssamın bir çox əsərlərində də görmək olar.
Rəssamın dostları onu Jiverniyə tez-tez ziyarət edirdilər.Henr Matisse, Paul Cezanne, Auguste Renoir, Camille Pissarro və s. buraya vaxtaşırı gəlirdilər. Monenin güllərə olan sevgisini bilən dostları onun üçün müxtəlif ölkələrdən cürbəcür çiçək toxumları gətirirdilər.
JİVERNİ
Klod Mone öz texnikasının fərqliliyi və rəngləri qarışdırmamağı üçün məhşurlaşmağa başladı.
1893-cü ildə Mone öz mülkünün yanında ərazisi bataqlıq olan və dəmir yoluna yaxın torpağı ərazisi aldı. Burada kiçik bir bulaq da axırdı. Sonra sənətkar yerli hakimiyyət orqanlarının dəstəyi ilə əvvəlcə kiçik sonra isə nisbətən genişləndirilmiş bir gölməçə yaratdı. Gölməçədə müxtəlif növ zanbaqlar, ətrafda ağaclar, bambuk, iris, söyüd ağacları və sahil boyunca güllər əkilmişdir.
JİVERNİ
Klod Mone 1926-cı ildə Jivernidəki evində vəfat etmişdir. Bağçasına isə ögey qardaşı Blanş baxırdı. Təəssüf ki, İkinci Dünya Müharibəsi dövründə bağça dağıdılmışdı. 1966-cı ildə rəssamın oğlu Mişel Mone mülkü İncəsənət Akademiyasına təhvil verdi və onlar bağçanı və buradakı evi restavrasiya etdilər. İndi Jivernidəki bu bağçaya hər il minlərlə insan ziyarət edir.
Yay fəsli və məzuniyyət ayları yaxınlaşdıqca, xarici ölkələrə tur-paketlər təklif edən turizm şirkətlərinin də reklamları çoxalır. TV-lərdə, radiolarda, sosial şəbəkələrdə müxtəlif ölkələrdə istirahət təklif olunur.
Antalya
“Go Travel” bildirilib ki, azərbaycanlıların 80 faizi yay tətilini Türkiyənin Antalya, Bodrum, Kuşadası, Marmaris kimi şəhərlərində, 20 faizi isə Avropa, Asiya istiqamətində keçirməyə üstünlük verir. Üçulduzlu hotellər bir nəfərə 450-550 dollara (altı gecə yeddi gün hoteldə qalmaq, aviabilet, sığorta, transfer, qidalanma daxil) başa gəlir.
Türkiyəyə ən ucuz səyahətin Alanya bölgəsinə olduğu qeyd olunur. Bir qədər baha olan Bodrum, Kuşadası, Fethiye kimi şəhərlərdə biletlərin qiyməti hotel seçimindən asılı olaraq 600-700 dollar arasında dəyişir.
Ən baha biletlər isə Asiyaya – Malayziya, Sinqapur bölgələrinədir.
Qeyd edək ki, mayın sonundan başlayaraq qiymətlər pik həddə çatacaq.
“Travelmania” şirkəti isə azərbaycanlıların yay səyahətləri üçün üz tutduqları ölkələrin ilk onluğunu açıqlayıb. Türkiyə, Gürcüstan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, Rusiya, Çexiya, Fransa, İtaliya, Misir onluqda qərarlaşır. Turizm şirkətindən bildirilir ki, istirahət, dəniz istəyənlər Türkiyəyə, sanatoriyalara ehtiyacı olanlar Rusiya və Çexiyaya üz tuturlar.
Gürcüstan
“AVA TOUR” şirkətindən verilən məlumata görə, biletlər ən çox Türkiyənin Antalya və Bodrum bölgələrinə alınır, qiymətlər 2 min-10 min dollar (hər şey daxil: hotel, qidalanma, sığorta, transfer) aralığındadır.
Ən ucuz biletlər isə 49 dollardan başlayan qiymətlərlə Gürcüstana olan avtobus turlarıdır.
Kəmər
Turizm şirkətindən bildirilir ki, Tailand, Malayziya, Sinqapur kimi ölkələrə maraq daha artıb. Səbəbin Azərbaycana gələn xarici turistlərin azərbaycanlıları öz ölkələrinə dəvət etməsi olduğu güman olunur. Qiymətlər 3 min-15 min dollar aralığındadır.
Mayın 6-da paytaxtımızda Azərbaycanın Avropada turizm potensialının təbliği məqsədilə Almaniyadan olan turoperatorlarla yerli turizm şirkətlərinin nümayəndələri arasında görüş təşkil edilib.
150-dən çox yerli şirkətin iştiraketdiyi görüşdə alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub. Gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.
Berlin, Frankfurt, Münxen, Bremen və Köln şəhərlərindən olan alman şirkətlərinin Azərbaycan haqqında ətraflı məlumatlandırılması məqsədilə Bakı və regionlara tanışlıq səfərləri təşkil olunub.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində Bakı, Qəbələ, Şamaxı və Şəkinin turizm məkanlarını ziyarət ediblər. Şərabçılıq və kəlağayı istehsalı ilə bağlı tarixi ənənələr haqqında da məlumat verilib.
Əsasən təbiət və mədəniyyət turizmi üzrə ixtisaslaşmış turoperatorların alman turistlərə təklif etdikləri səyahət paketlərinə bu il və gələn il üçün Azərbaycanın ayrıca bir istiqamət kimi daxil edilməsi planlaşdırılır.
Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Almaniyanın Münxen şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.
Oxucularımızı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə turizm sahəsində baş vermiş yeniliklər haqqında məlumatlandırmağı davam etdiririk. Son bir ildə burada bütün dünyadan gələn səyahətçilərin diqqətini cəlb etməyə yönəlmiş bir sıra maraqlı layihələr həyata keçirilib.
Əbu Dabi
Mirvari axtaranlar və “Warner Bros” qəhrəmanları
Əbu-Dabinin tarixinə unudulmaz ekskurs məqsədilə şəhərin mərkəzində, dəniz sahilində yerləşən İrs kəndinə (Heritage village) baş çəkməyiniz məsləhətdir. Yeri gəlmişkən, buraya giriş sərbəstdir. Kəndin ərazisində keçmişdə səhra həyatının ənənəvi cəhətləri barədə təsəvvür yaradan qədim əşyaların zəngin kolleksiyası toplanmış muzey fəaliyyət göstərir. Eksponatlar arasında məişət əşyaları, paltar, milli kostyumlar, bəzək əşyaları və qab-qacaq var.
Lakin burada bizə ən güclü təsir bağışlayan mirvari axtaranlar peşəsinə aid atributlar oldu. Əbu-Dabidə əsrlərboyu bu işlə məşğul olublar. Mirvari axtaranların ömürləri qısa, həyat şəraiti hədsiz ağır olub. Onlar burunlarına tısbağa sümüyündən hazırlanmış sıxaclar taxaraq molyusk balıqqulağı axtarmaq üçün dənizə baş vururdular. Mirvari axtaran gənclərin uzun müddət duzlu suda olması və qan təzyiqinin daim artıb-azalması nəticəsində qısa müddətdə onların sağlamlığında problemlər yaranırdı. Ərəbistan dənizinin suyu hədsiz duzlu olduğuna görə bu gənclərin əksəriyyəti 30 yaşa çatana qədər görmə və eşitmə qabiliyyətini itirirdi. Ona görə də təəccüblü deyil ki, Əbu-Dabi tarixinin bu səhifələri kədərli irs hesab edilir.
Əbu Dabi
İrs kəndində muzey ekspozisiyası ilə yanaşı, sənətkarların keramika və dulusçuluq məmulatları hazırlamalarını, şüşə üfürmələrini, dəzgahda parça toxumalarını, metal üzərində döymə, dəri məmulatlar tikilməsi və başqa işlərlə məşğul olmalarını müşahidə etmək olar. Təbii ki, burada xalq sənətinə aid müxtəlif məmulatları almaq mümkündür. İrs kəndindən dəniz sahilinə çıxaraq Əbu-Dabinin şəhər landşaftı mənzərəsini seyr etmək olar.
“Warner Bros”
İndi isə haqqında çox eşitdiyimiz “World Abu Dhabi”nin tərkib hissəsi olan yeni “Warner Bros” tematik parkını öz gözlərimizlə görmək üçün Əbu-Dabinin qonşuluğunda yerləşən Yas adasına yola düşməyin vaxtıdır.
Büdcəsi bir milyard dollara bərabər olan bu park Əbu-Dabinin əyləncə kompleksləri sahəsinin lideri “Miral” şirkəti tərəfindən “Warner Bros. Entertainment” ilə birgə yaradılıb. Sahəsi 153 min kvadratmetr olan, 6 tematik zonadan ibarət örtülü kompleksdə 29 ən müasir attraksion, bütün ailə üçün interaktiv lokasiyalar və nadir canlı əyləncə şouları təqdim edilir. Mübaliğəsiz deyə bilərik ki, burada bir dam altında bütöv əyləncələr şəhəri yaradılıb.
Əbu Dabi
Yəqin siz də bildiniz ki, buradakı attraksionların əksəriyyəti “Warner Bros”un məşhur filmlərinin (əsasən komikslərin) mövzusuna uyğunlaşdırılıb. Parkda çoxsaylı 3D simulyatorları kreslolarla həmahəng hərəkət edərək buraya gələnləri əyləncə prosesinə daha çox cəlb edir. Parkda əsl “Amerika yamacları” azdır və onlar hamısı örtülü pavilyonda yerləşir. Bu park həm yerli sakinlərin, həm də müxtəlif yaşlı turistlərin vaxtlarını şən keçirmələri üçün universal məkan hesab edilsə də, bizim fikrimizcə, bu park gənclər auditoriyası üçün daha münasibdir.
Parkda 6 tematik zona var: “DC Metropolis”, “Gotham City”, “Cartoon Junction”, “Bedrock”, “Dynamite Gulch” və “Warner Bros. Plaza”. Hər bir zona bənzərsiz dizaynı ilə fərqlənir və qonaqlar burada məşhur filmlərin, komikslərin və teleserialların ab-havasına düşürlər.
Əbu Dabi
Tematik parkın qonaqlarını “DC” qəhrəmanları Betmen, Supermen və Möcüzə-qadın ilə, həmçinin populyar animasiya personajları Looney Tunes və Hanna-Barbera – Tom və Cerri, Skubi-Du və Flinstounlarla görüş gözləyir. Onların hər birinə bu və ya digər attraksionlar həsr edilib. Ən müasir texnologiyalar sayəsində yaranan real mühit qonaqlara unudulmaz təsir bağışlayır.
Parka gələnləri attraksionlarla yanaşı, müxtəlif kafelər, restoranlar, kino personajları üslubunda tərtib edilmiş qəlyanaltıxanalar, habelə “Warner Bros.”un məşhur suvenir məhsulları satılan dizayner mağazaları gözləyir. Bu mağazalarda təklif edilən malların bir qismi məxsusi həmin park üçün yaradılıb.
Birinci 5D su attraksionu və “Ultra hər şey daxil”
Yas adasındakı “Yas Waterworld” akvaparkı barədə sizə dəfələrlə danışmışıq. Qısaca bunu xatırladaq ki, parkın sahəsi təqribən 15 futbol meydançasının sahəsi qədərdir. Burada yerləşən 43 attraksiondan beşinin dünyada analoqu yoxdur. Bu yaxınlarda onların sırasına daha bir attraksion əlavə olunub. Sizə onun barəsində danışmaq istəyirik. Söhbət BƏƏ-də ilk “Cinesplash” 5D su attraksionundan gedir.
Bu attraksionun mahiyyəti ondan ibarətdir ki, əyinlərində çimərlik kostyumları olan qonaqlar 3D eynəklər taxaraq parkın “firma” personajlarının – Dana adlı qızcığazın, onun valideynlərinin, zalım quldurların və digər obrazların iştirakı ilə itirilmiş mirvari barədə əhvalatı böyük ekranda izləyirlər. Bu müddətdə süjetdən asılı olaraq, zaldakı kreslolar vibrasiya edir, tamaşaçıların üstünə su zərrələri çilənir. Müəyyən məqamda döşəmədən zala su daxil olur və az qala dabanlarınıza su çatır. Bütün bunlar işıq-duman və külək effektləri ilə müşayiət olunur.
Əbu Dabi
Dünyada ilk olan bu futuristik akvaparkın qonaqları 6 nəfər üçün nəzərdə tutulmuş 238 metrlik hidromaqnit “tornado” su yamacında sürüşə bilərlər. Adrenalin həvəskarlarını “Bubble’s Barrel” attraksionunun 3 metrlik dalğaları gözləyir. Burada floubord və bodibord üçün dünyada ən böyük süni dalğalar təklif olunur. 550 metrlik “Bandit Bomber” yamacı su və işıq effektləri doğuran dünyada ilk “Amerika yamacı”dır. Attraksiona gələnlər su toplarından hədəflərə atəş açmaq, su bombaları atmaq və xüsusi effektlər yaratmaq, aşağıdakı tamaşaçılar isə onların üstünə su çiləmək imkanı əldə edirlər.
Parkda mirvari axtarışına həsr edilmiş ənənəvi bazar, sərgi və restoranlar da var.
Son olaraq Əbu-Dabidə “hər şey daxil” prinsipi ilə işləyən birinci “Rixos Saadiyat Island” oteli barədə danışmaq istəyirik. 2018-ci ilin sonlarında Körfəz sahilindəki Səadiyyət adasında açılmış bu kompleksin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada praktik olaraq, bütün gün ərzində kompleksin ərazisində yerləşən 10 restoran və qəlyanaltıxanada qidalanma haqqı da yaşayış dəyərinə daxildir. Qeyd edək ki, burada Türkiyə və Misirdə geniş yayılmış “Ultra hər şey daxil” (“Ultra all inclusive”) xidmət sistemi Əmirliklər üçün çox nadir hadisədir. Adi “hər şey daxil” xidmətindən fərqli olaraq burada dünya xalqlarının mətbəx nümunələri təklif olunan bir neçə restoranda yeməklərin və içkilərin keyfiyyəti daha yüksəkdir. Müsafirlərə səhər yeməyi, nahar, şam yeməyi və ikinci şam yeməyi, böyük çeşiddə şirniyyat, desertlər, müxtəlif qəlyanaltılar, habelə genişçeşidli içkilər təklif olunur. Otelin ərazisində yerləşən restoran və qəlyanaltıxanalar günün müxtəlif vaxtlarında müsafirlərə xidmət edir, menyunun və süfrəyə təqdim edilməsinin müxtəlif variantları (“İsveç stolu” və ya “a’lya kart”) təklif olunur və beləliklə, fasiləsiz kulinariya səyahəti təsəvvürü yaranır.
Əbu Dabi
“Rixos Saadiyat Island” otel kompleksi şərq saray ənənələri üslubunda dəbdəbəli interyeri ilə diqqəti cəlb edir. Kompleksin ərazisində qonaqların yaşaması üçün mehmanxana korpusları və villalardan başqa bir neçə açıq hovuz, uşaq klubu, spa-mərkəz və sağlamlıq mərkəzi, akvapark, tennis kortları, müxtəlif istiqamətli bir neçə mağaza fəaliyyət göstərir.
Tbilisidə ölkəmizin də təmsil olunduğu Beynəlxalq Turizm Sərgisi açılıb.
Sərgidə ölkəmizi “1001 Tur” turizm şirkəti təmsil edir.
Tbilis
Sərgi çərçivəsində təmsilçilərimiz Azərbaycanın regionları, turizm imkanları və potensialı barədə qonaqlara məlumat verib, onları ölkəmizə dəvət ediblər. Azərbaycan guşəsində xarici qonaqlar paxlava, şəkərbura, Şəki halvası, qaysı, çay və digər nemətlərin dadına baxıblar.
Sərgidə iştirak edən “CASPi Group” şirkəti isə qonaqları mətbəx avadanlığı ilə tanış edib. Şirkətin əməkdaşları Azərbaycan mətbəxinin ləziz təamları barədə də məlumat veriblər.
May bayramı günlərində rusiyalı turistlərin MDB ölkələrinə səyahətləri reytinqində Bakı liderdir.
May bayramı günlərində rusiyalı turistlərin MDB və yaxın xaric ölkələrinə səyahətləri reytinqində Azərbaycana, Belarusa və Qazaxıstana turist səfərləri liderlər sırasındadır.
Azərbaycanın paytaxtı Bakı bu siyahıda birinci yerdədir. MDB ölkələrindən olan turistlər şopinq və alqı-satqı məqsədilə turist səfərləri üçün də Bakını seçirlər.
Siyahıda ikinci yeri Minsk, üçüncü yeri Nur-Sultan şəhəri tutur.
Turistlər may ayında 3-5 günlüyə MDB şəhərlərinə gəlir. Səfərin hər günündə qidalanma və yaşayış xərcləri kimi 60-120 dollar sərf edirlər.