Ev Blog Səhifə 231

Əbu-Dabi – 2019-cu il turizm mövsümünün əsas yenilikləri

0
Əbu-Dabi

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük və varlı Əmirliyi olan Əbu-Dabi uzun illər ərzində neft gəlirlərini turizm infrastrukturunun inkişafına sərf edib. Ölkənin sürətlə tərəqqi edən paytaxtı turistlərin cəlb olunması üzrə Dubay Əmirliyi ilə uğurlu rəqabət aparır. Təkcə son ildə burada səyahətçilərin diqqətini cəlb edəcək bir neçə iri layihə həyata keçirilib. Onların arasında Qəsr Əl-Vətən dəbdəbəli saray ansamblı dövlət idarəçiliyi sahəsində qədim ənənələri və müasir üslubu əks etdirir. Qəsr Əl-Hüsn isə tarixi qalanın restavrasiya olunmuş forması ilə mədəniyyət mərkəzi və sənətkarlıq evindən, həmçinin dünyamiqyaslı əyləncə parkı “Warner Bros. World Abu Dhabi”dən ibarətdir.

Əbu-Dabi

Bu məkanlar və BƏƏ-nin digər görməli yerləri haqqında təəssüratlarını sizinlə bölüşürlər.

Şərq sarayının kuluarlarında

2018-ci ildən Əbu-Dabi ilə Bakını Əmirliyin milli aviaşirkəti “Etihad Airways”in yerinə yetirdiyi birbaşa aviareyslər birləşdirir. Uçuş 3 saata yaxın davam edir və sonra sizin qarşınızda urbanistik vadinin heyrətamiz mənzərəsi açılır. Bu şəhərin bir tərəfdən qızmar qum təpələri, digər tərəfdən isə Ərəb körfəzinin üzərindəki günəşin işığından bərq vuran haşiyələnmiş zolaqları göz oxşayır.

Əbu-Dabi

Əbu-Dabinin turistlərin axınına uğrayan böyük Ağ məscidinə daha bir monumental tikili əlavə olunub. O, arxitektura üslubu və genişliyi ilə Qəsr Əl-Vətən kompleksini xatırladır. Bu milli mədəniyyət abidəsi Prezident sarayında yerləşir və ziyarətçilərə BƏƏ-nin yaranması və dövlət idarəçiliyi haqqında məlumat almaq imkanı verir. Bu, fəaliyyətdə olan dövlət kompleksidir. Ekskursiya zamanı yüksəkvəzifəli şəxslərin rəsmi qəbullarının keçirildiyi zalları, o cümlədən “Əməkdaşlıq ruhu” zalını görmək olar. Burada iclaslar, Federal Ali Şuranın və BƏƏ-nin Nazirlər Kabinetinin toplantıları və sammitləri keçirilir. Ziyarətçilər, həmçinin dövlət başçıları və xarici siyasi xadimlərin hədiyyə etdikləri diplomatik ərməğanlar kolleksiyası ilə tanış ola bilərlər. Onlar ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim olunur.

Əl-Barşa zalı

Əl-Barşa zalında ziyarətçilər Məclisin mədəni, siyasi və ictimai toplantıların keçirilməsində ənənəvi rolunu öyrənir, onlar barədə multimedia şoularına baxır, Əmirliyin hökmdarlarının ölkəni xalqla birlikdə idarə etmək üzrə indi də davam edən ənənələri ilə tanış olurlar. Bilik Evinə davam edən səyahət zamanı sarayın şərq hissəsində ziyarətçilər nadir artefakların, kitabların, əlyazmaların və digər qədim ərəb abidələrinin olduğu iki otağa daxil olurlar. Onlar əsas artefakları və tarixi xəritələri görə, qədim ərəblərin Maarifçilik epoxasında elmin inkişafına verdiyi töhfələrlə tanış ola bilərlər. Həmin dövr Ərəb Qızıl Əsri adlanır. Bu dövrdə riyaziyyatın, astronomiyanın, memarlığın, tibbin və elmin digər sahələrinin inkişafı Avropa İntibahının əsasını qoyub. Sarayda, həmçinin Qəsr Əl-Vətən Kitabxanası yerləşir. Burada böyük kolleksiya – BƏƏ haqqında 50 mindən çox kitabın təqdim olunduğu fondla tanış olmaq və ölkənin inkişaf yolu haqqında məlumat almaq olar.

Sarayın zallarının birindəki döşəmədə qızılı rəngdə nəhəng şəbəkəli mozaika diqqəti cəlb edir. O, Şeyx Zahid ibn Sultan əl-Nəhyanın “Pul və neft sərvət deyil. Əgər xalqa xidmət etmirsə, pul və neft faydasızdır” sözlərinin yazıldığı nazik təbəqə ilə örtülüb.

Əbu-Dabi

Sarayın memarlıq üslubu onun içərisində olan kolleksiyadan heç də az maraqlı deyil. Ağ mərmərdən olan günbəz və ənənəvi Şərq üslubunda işlənmiş nəhəng divarlar, büllur çilçiraqlar sanki Əbu-Dabi Əmirliyinin indiki tərəqqisinin vizit kartıdır.

Bizi bürüyən mədəni şokun təəssüratını üzərimizdən atdıqdan dərhal sonra daha bir yeni kompleksə – Qəsr Əl-Hüsn sarayına gedirik. Daha təvazökar üslubu ilə fərqlənən bu məkanda turistlər Əbu-Dabi Əmirliyinin son illərdə qazandığı nailiyyətlərlə tanış olurlar.

Zəfəranlı qəhvə və əl-Sadu

Qəsr Əl-Hüsn Əbu-Dabinin orijinal dəbli məhəlləsidir. Burada bir-birinə sıx bağlanmış dörd element var: Qəsr Əl-Hüsn tarixi qala-sarayı, Mədəniyyət Mərkəzi, Milli Məsləhət Şurasının binası, habelə Sənətkarlıq Evi.

Ziyarətçilər əvvəlcə mədəniyyət mərkəzinə daxil olurlar. Burada gördüyümüz ərəb qəhvəsinin hazırlanma mərasimi bizdə böyük təəssürat yaratdı. Qəhvənin hazırlanması “Qəhvə evində” – ziyarətçilərin gözünün qarşısında həyata keçirilir. Burada ənənəvi içkinin hazırlanmasının bütün mərhələlərini əyani şəkildə görmək olar. Əvvəlcə qəhvə dənələrini tavada qızardırlar. Onlar çəhrayı rəng aldıqda isə həvəngdə üyüdülür. Üyüdülmüş qəhvəni metal qaba (dələ) qoyur və üzərinə qaynar su əlavə edərək 7-10 dəqiqə bişirirlər. Sonra qaynanmış içkiyə xüsusi əzilmiş hil toxumları əlavə edirlər. Qəhvənin yanındakı digər qaba bir neçə qərənfil qönçəsi, bir az zəfəran və qızıl gül suyu əlavə edirlər. Qaynar qəhvəni süzgəcdən keçirir və fincanlara süzürlər. Ərəbsayağı qəhvə adi qara qəhvədən çox fərqlənir. O, daha açıq rəngli, yüngül və ətirli olur. Qəhvəni qonaqlara kiçik – bir qurtumluq fincanlarda təqdim edirlər. Bu onun üçündür ki, ev sahibləri qonaqla söhbəti daha çox uzatmaq üçün fincana mütəmadi olaraq qəhvə əlavə etsin.

Qəhvə fasiləsindən sonra qonaqları BƏƏ-nin maddi və qeyri-maddi tarixi irsi, xüsusən xalq sənətkarlığı ilə tanış olmağa dəvət edirlər. Onların arasında toxuculuq, palma ipindən kətan hazırlanması və tikiş sənəti daha çox diqqəti cəlb edir. Məlumdur ki, UNESCO 2011-ci ildə əl-Sadu sənətini Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib. Ekspozisiyada qızılı və gümüşü saplarla tikiş sənəti daha çox diqqəti cəlb edir. Bu sənət indi də qadınlar və kişilər üçün mərasim geyimlərinin hazırlanmasında istifadə olunur.

Sənətkarlığın inkişafı təkcə qədim eksponatlarla gözəl bəzədilmiş stendlərdə deyil, həmçinin tətbiqi sənət nümunələrində öz əksini tapır. Onların hamısına tarixi videoxronika vasitəsilə baxmaq olar. Elə buradaca sizin gözlərinizin qarşısında dəvət edilmiş qadın sənətkar zənbillərin, çantaların, heybələrin və palma ipindən digər əşyaların toxunması sənətini nümayiş etdirir.

Hökmdarlar Evi

Qəsr Əl-Hüsn kompleksinin mərkəzində Əbu-Dabi şəhərinin tarixi irsinə aid olan iki binadan ibarət qədim obyektlər var: bunlardan biri tarixi kökləri 1795-ci ilə gedib çıxan Daxili Qala, ikincisi isə 1940-cı illərdə tikilmiş Xarici Qaladır. Bu binalar Əbu-Dabi tarixinin canlı şahidi kimi son iki əsrdə hakim ailənin iqamətgahı, hökumətin iclas məkanı, Məsləhət Şurasının toplantı yeri və dövlət arxivləri kimi istifadə olunur. İrimiqyaslı bərpa və konservasiya işlərinin bitməsindən sonra Qəsr Əl-Hüsn milli əhəmiyyət daşıyan abidə-muzeyə çevrilib. Burada şəhərin hələ balıqçı qəsəbəsinin yerləşdiyi dövrdən bu günümüzədək olan tarixi inkişafını izləmək mümkündür.

Qəsr Əl-Hüsn Əbu-Dabi və onun xalqı üçün xüsusi əhəmiyyətə malikdir. Hüsn adı 1795-ci ildə tikilmiş Daxili Qalaya aiddir və şəhərin ilk böyük tikilisi sayılır. Onun mərcandan və dəniz daşından olan qoruma qülləsi 1760-cı ildə tikilib. Qəsr isə Xarici Saraya aiddir. O, 1940-cı ildə Daxili Qalanın ətrafında Şeyx Şahbat bin-Sultan əl-Nəhyan tərəfindən hökmdar ailəsinin iqamətgahı və hökumət məclisinin iclaslarının keçirilməsi məkanı kimi tikilib. Şeyx Şahbat bin-Sultan əl-Nəhyanın hökmdarlığı dövründə dənizdə mirvari toplanması üzrə gəlirlərdən neft hasilatına keçid baş verdi və sonrakı onilliklərdə Qəsr Əl-Hüsnün strukturu və funksiyaları tədricən dəyişdi. Bu qala-saray artıq siyasi hakimiyyətin mərkəzi və hökmdar ailəsinin evi deyil, şəhərin mədəniyyət mərkəzinə çevrilib.

İşgüzar turizm sənayesinin nümayəndələri üçün təlim təşkil olunub

0
Turizm sənayesi

Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə sənayenin aktiv iştirakçıları üçün ilk maarifləndirici təlim təşkil olunub.

Beynəlxalq sərgilər barədə biliklərin və sərgilərdə iştirakın effektivliyini artırmaq məqsədilə təşkil olunan təlimdə sərgilərə hazırlıq, məhsulların təqdim edilməsində diqqət yetirilməli məqamlar, təhsil üzrə tədbirlərdə təqdimatlar və digər mövzular üzrə məlumat verilib. Həmçinin mayın 21-23-də Almaniyada keçiriləcək “IMEX Frankfurt” beynəlxalq sərgisi nümunə göstərilib. Bu növ tədbirlərdə iştirak şərtləri haqqında məqamlara toxunulub. Təlim Qotenburq Stokholm Konqreslər Bürosunun rəhbəri olmuş mütəxəssis Henrik von Arnold tərəfindən keçirilib.

Xatırladaq ki, Azərbaycan Konqreslər Bürosu tərəfindən yaradılacaq. İşgüzar Tədbirlər Sənayesi Alyansının məqsədi ölkənin işgüzar turizm potensialının tanıdılması, işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını artırmaq üçün daxili resursların sistemləşdirilməsidir.

İndoneziya mətbuatında Azərbaycanın dini turizm mövzusunda məqalələr yayımlanıb

0
İndoneziya mətbuatında Azərbaycanın dini turizm mövzusunda məqalələr yayımlanıb

İndoneziyanın “Antara” xəbər agentliyinin saytında, İndoneziya dilində ən populyar nəşrlərdən biri olan “Republika” qəzetində, eləcə də “Merahputih” xəbər portalında Azərbaycanın islam dini turizm potensialı haqqında məqalələr yer alıb.

Həmin məqalələrdə ölkəmizin coğrafi mövqeyi, tarixi, mədəniyyəti ilə yanaşı, dini turizm potensialı barədə məlumatlara geniş yer verilib. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğu vurğulanıb.

Məqalələrdə Bakı şəhərinin qədim və müasirliyi ilə seçilən abidələrinə, burada təşkil edilən beynəlxalq tədbirlərə xüsusi diqqət yetirilib.

Azərbaycanda islam dininin VII əsrdə qəbul edildiyini vurğulayan məqalə müəllifləri bu gün burada çoxsaylı tarixi-dini məbədlərin, məscidlərin yerləşdiyini də bildiriblər. Bu tarixi abidələr içərisində adı “Qurani-Kərim”də qeyd edilən Əshabi-Kəhf ziyarətgahı barədə ətraflı məlumatlar da öz əksini tapıb.

Məqalələr Məkkəyə HəccÜmrə ziyarətlərindən sonra, Yaxın Şərq regionunda Türkiyə və İordaniya kimi müsəlman ölkələrinə səyahət edən indoneziyalı zəvvarlar üçün Azərbaycana səyahət marağının formalaşmasına xidmət edir.

Orange County Kemer sizi “hər şey daxil” sistemi üzrə istirahətdən həzz almağa dəvət edir ?? – Go Travel

0
Go Travel

Bu yay harada istirahət edəcəyinizi artıq planlaşdırmısınız?
Orange County Kemer sizi “hər şey daxil” sistemi üzrə istirahətdən həzz almağa dəvət edir ??

Antalyada 5* otellərə xüsusi təkliflər!

Antalyanın “hər şey daxil” lüks otelllərinin dadını çıxarın.

Aralıq dənizinə açılan, ağ qumlu qüsursuz bir çimərlik üzərində qurulmuş Antalya otelləri bənzərsiz və xüsusi bir cənnətdir.
Rahatlığınızı təmin edən “hər şey daxil” 5-ulduzlu bu lüks otellər qonaqlara otaqların böyük seçimini təklif edir.

Tarixlər:iyun ayına hesablanmışdır

1. Daima Biz 5* – 730 USD

2. Orange County Kemer 5* – 955 USD

3. Limak Limra 5* – 1095 USD

4. Gural Premier Tekirova 5* – 1210 USD

5. Titanic Deluxe Belek 5* – 1315 USD

6. Susesi Luxury Resort Spa & Golf 5* – 1375 USD

7. Sueno Hotels Deluxe Belek 5* – 1635 USD

8. Rixos Premium 5* – 1780 USD

*Qiymət otaqda 2 nəfər qalmaq şərti ilə 1 nəfər üçün göstərilmişdir.
*Yerlərin sayı məhddur.

❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.
____________________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Go Travel artıq yeni məkanda öz qapılarını müştərilərinin üzünə açdı

0
Go Travel turizm şirkətinin rəhbəri Telman Məmmədov

Telman Məmmədovun rəhbərlik etdiyi “Go Travel” Turizm Agentliyi – turizm sahəsində 5 ildən artıq təcrübəsi olan bir şirkətdir. Şirkət bu səbəbdən fəaliyyət sahəsini genişləndirib, 4 may tarixində möhtəşəm açılışını edib.

Go Travel


Açılış zamanı 10-dan çox daxili tur və bir xarici tur açılışda olan vətəndaşlara hədiyyə olunub. Həmçinin açılışda aparıcı Firuzə Cəlilova və şoumen Orxan Rəhimli iştirak edib.

Go Travel


Azərbaycanın ən tanınmış turizm şirkətlərindən olan Go travel turizm şirkəti, istiqamətləri üzrə ixtisaslaşan, korporativ müştərilərə kompleks xidmətləri göstərən, dünyanın bir çox ölkələrindən xarici turistlərin və nümayəndə heyətlərinin qəbulunu öz öhdəsinə götürən, individual və qrup turların təşkili ilə məşğul olan şirkətlərdəndir.

Go travel

Bundan əlavə, şirkət mütamadi olaraq Azərbaycanda və  Xaricdə (Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Böyük Britaniya, Almaniya, Türkiyə, Fransa, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və s.) beynəlxalq turizm sərgilərində iştirak edir. Həmçinin, beynəlxalq şirkətlərlə əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsi ilə məşğuldur. Hər bir müştəriyə fərdi yanaşan “Go Travel” daim istəyə uyğun sərfəli səyahət paketlərini hazırlayaraq öz təkliflərini edir.

Go baby

Həmçinin Go Travelın yanında Telman Məmmədovun rəhbərliyi ilə yeni bir foto studia Go Baby foto studiyası açılıb. Studiya açılış günü bir çox uşaqlara pulsuz foto çəkiliş hədiyyə edib.

Go Baby

Studiyada  uşaq, model fotosesiyası, dekor, geyim icarəsi, ad günü, albom, vinetka çəkilişi həyata keçirilir. Studiya may ayının 17-nə qədər xüsusi kampaniyalar təklif edir.

Go Baby

Uşaqlarınızın foto çəkilişini Go Baby-lə çox sərfəli qiymətə edə bilərsiniz. Necə deyərlər həm kəmiyyət, həm keyfiyyət .

Go Baby

Min eşitməkdənsə bir görmək daha yaxşıdır deyirlər. Bu deyimə əsaslanaraq sizə ünvanımızı yazacam. Fətəli Xan Xoyski 85 Gənclik metrosunun çıxışı, Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı.

?MARMARİS, FETHİYE-yə BAKIDAN BİRBAŞA TURLARIN QİYMƏTLƏRİNİ TƏQDİM EDİRİK – Go Travel

0
Marmaris

? QEYD EDƏK Kİ QİYMƏT 2 BÖYÜK 1 UŞAQ ÜÇÜN HESABLANIB
____________________________

?LUNA BEACH DELUXE HOTEL 5* – 3280 AZN
?CLUB GREEN NATURE RESORT & SPA 5*- 3560 AZN
?BLUE BAY PLATINUM 5*- 4120 AZN
?LALILA BLUE SUITES 5*- 4250 AZN
?ORKA SENTIDO LOTUS BEACH 5*- 4960 AZN
?MARTI RESORT DELUXE 5*– 4990 AZN
?LABRANDA HOTELS MARES 5*- 4050 AZN
?JIVA BEACH RESORT 5*– 4395 AZN
?IDEAL PRIME BEACH HOTEL 5*– 3900 AZN
?HILTON DALAMAN SARIGERME 5*– 7095 AZN
?GRAND YAZICI MARMARIS PALACE 5*– 5050 AZN
?AQUA HOTEL 5*– 4230 AZN
__________________
Qiymətə daxildir
.
✈ – Aviabilet (gediş-dönüş) 
? – Tarix (14 avqust – 21 avqust )
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel ***** (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (Ultra All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
ℹ – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
✅ – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə və ya gedənə yaxın ödəyə bilərsiniz.
ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.

❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.
____________________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

♥ Budapeşt, ? Vyana, ? Praqa – AVROPA TURU – 510 avrodan başlayan qiymətlər ilə – Go Travel

0
Budapeşt Praqa Vyana

Qiymətə daxildir.
✈ – Aviabilet (gediş-dönüş) 
? – baqaj əl yükü
? – Otel **** (8 gecə / 9 gün)
? – Qidalanma (səhər yeməyi)
? – Transfer (ölkələrarası)
? – Tarix İYUN, İYUL, AVQUST, SENTYABR ayları

Qiymətə daxil deyil.
? – Səyahət Sığortası
? – Viza dəstəyi

ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal sərfəli qiymətləri göndərək.
—————————————–
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı

Bu il milli parklara 11 mindən çox turist səfər edib

0
Milli Parklar

Son günlər yaz-yay mövsümünün yaxınlaşması ilə əlaqədar milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilir. Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib

Bu ilin 4 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara ümumilikdə 11 131 turist səfər edib. Onlardan 9850-sı yerli, 1281-i isə xarici vətəndaş olub. 

Sözsüz ki, bu rəqəm bizi razı salmır, biz istərdik ki, milli parkları ziyarət edən turistlərin sayı daha çox olsun. Düzdür, qış mövsümündə havaların soyuq olması ilə əlaqədar insanların milli parklara səyahət etməsi çox müşahidə olunmur. Ancaq biz may ayından etibarən milli parklara səyahət edənlərin sayının artımında böyük sıçrayış gözləyirik, çünki hava şəraiti də, təbiət də buna imkan verəcək. 

Ekoloji turizm bizim üçün yeni anlayışdır və bu sahədə müsbət nailiyyətlər əldə olunacağına ümid edirik.

Hazırda milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 110 turist marşrutu fəaliyyət göstərir”.

Bakı rusiyalı turistlərin seçimləri arasında liderdir

0
Bakı

Mayın bayram günlərində rusiyalı turistlər arasında səyahət baxımından populyar olan MDB şəhərlərinin reytinqini hazırlayıb.

May bayramlarında MDB ölkələrinə turistik səyahətlərin reytinqinə Azərbaycan, Belarus və Qazaxıstan başçılıq edir.

İlk onluğa Bakı, Minsk (Belarus), Nur-Sultan (Qazaxıstan), Yerevan (Ermənistan), Almatı (Qazaxıstan), Yerevan (Ermənistan), Daşkənd (Özbəkistan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan), Aşqabad (Türkmənistan) daxil edilib.

“TurStat”ın məlumatına görə, turistlər may ayında MDB şəhərlərinə 3-5 günlük səyahət edir. Günə 60-120 dollara yaxın pul xərcləyir (qidalanma və qalma xərcləri).

Qeyd edək ki, Rusiyada bayramlarla əlaqədar 1-5 may və 9-12 may tarixləri qeyri-iş günləri hesab olunur.

Azərbaycanın bu kəndinə 70 mindən çox turist səfər edib

0
Ləzə kənd

Qusarın dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Ləzə kəndinə son yeddi-səkkiz ildə 70 mindən çox turist səfər edib.

Şimal bölgəsi üzrə müxbirinin xəbərinə görə, kənd Azərbaycanda ən çox xarici qonağın gəldiyi turizm məkanıdır.

Şəlalələr diyarı kimi tanınan kənddə 10-dan çox dağ şəlaləsi axır. Dekabr ayının sonlarından mart ayına qədər donan təbiət möcüzələrini hər il yüzlərlə turist izləməyə gəlir.


Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4 242 metr hündürlükdə, Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə 170 nəfərə yaxın əhali yaşayır. Cəmi 28 ev var. Əksər kənd sakinləri əkinçilik və maldarlıqla yanaşı, ev turizmi ilə məşğuldur. Kəndə gələn yerli və xarici qonaqlar müəyyən məbləğ ödəyərək kənddə gecələyir, milli mətbəx nümunələrindən də dadırlar.

Ləzəyə gəlmək istəyən turistlər üçün kənd sakinləri bələdçilər təklif edir. Dağlıq ərazilərdə çadır quraraq, aktiv istirahət etmək istəyənlər Ləzədə bu arzularını reallaşdıra bilərlər.