Ev Blog Səhifə 232

3 May tarixində 18 turizm şirkəti AzGranata MMC-də qonağ olub (Foto-repotaj)

0
AzGranata

18 turizm şirkəti 3 may tarixində Ağsuda yerləşən AzGranata şirkətinə səfər edib. Təbii ki bu şirkətlərin arasında bir turizm xəbər portalı olmasa olmazdı. Gəzməli.az -ın redaktoru kimi məndə bu səfərdə iştirak etdim. Səyahətimizə ilk öncə Şamaxıda 500 hektar ərazidə yerləşən üzüm bağlarına baxış keçirməklə başladıq. Səfərimiz boyunca yaşadığımız maraqlı anları və çəkdiyim şəkilləri sizinlə bölüşəcəm, lakin ilk öncə müəssisə haqqında qısa məlumat vermək istəyirəm.

2008-ci ildə Ağsu rayonunda 12.5 hektarlıq ərazidə “Az-Granata” MMC-nin inşasına başlanılmışdır. Şirə və şərab emalı zavodunun açılışı 30 oktyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Prezident İlham Əliyev cənablarıda iştirak etmişdir.

“Az-Granata” MMC

Zavoda 50 milyon manat investisiya qoyulmuşdur. Quraşdırılmış avadanlıqlar Avropanın aparıcı şirkətlərindən gətirilmişdir.

AzGranata

AzGranatada müxtəlif məhsullar istehsal olunur.

AzGranata

Təbii şərablar (ordinar şərablar, saxlanılmış şərablar, markalı şərablar)

Xüsusi şərablar (likyor şərabları, ordinar, markalı və kolleksiya şərabları)

“Icewine” şərabı, qazlaşdırılmış şərablar

Meyvə şərabları (təbii kəmşirin nar şərabları, likyor şərabları, oynaq nar şərabı)

Konyaklar (ordinar konyaklar, markalı konyaklar (5, 6, 10, 20 illik)

Meyvə araqları (zoğal, tut, gavalı, alma, üzüm, ərik, nar, muskat)

Ətirli tünd içkilər (heyva, tomat, kəklikotu, tərxun); viskilər (5, 6, 7 illik)

Vodkalar (xüsusi və premium)

Meyvə şirə və kompotları

Təbii sular.

Azgaranata şərablarının saxlanıldığı çəlləklər

Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur. Səfərimiz boyunca bu avadanlıqlar haqqıda ətraflı məlumatlar əldə etdik və hər birinin istehsal tarixi haqqında geniş məlumatlar verildi.

Şərab laboratoriyası

Zavodda meyvə qəbulu və ilkin emalı sexi, spirt istehsalı sexi, şərab və digər spirtli içkilərin hazırlanma və süzmə sexi fəaliyyət göstərir. Şərab süzmə xətti saatda 6000 şüşə, tünd içkilər üçün nəzərdə tutulmuş xətt isə saatda 4000 şüşə istehsal edir. Ayrıca suvenir şüşələr üçün də süzmə xətti quraşdırılıb.

Şərab

Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti vasitəsilə zavod nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, çeşidlənməsi, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd, hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.

Meyvə şirələri

“Az-Granata”nın 450 hektar üzüm (Sultanina, Prima, Kardinal, Alfons Lavalle, Mədrəsə, Saperavi, Rkasiteli, Kaberne Sovinyon və s.) və 400 hektar nar (Gülövşə, Çəhrayı gülövşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Əfqan və s.) bağları var. Nar bağları orqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb.

AzGranata şirələri

Səfərimiz boyunca “Az-Granata” şirə və şərab emalı zavodunun direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov bizə bələdçilik etdi. Zavod haqqında ətraflı danışıb, suallarımızı cavablandırdı.

Vüqar Mikayılov
Vüqar Mikayılov

Qeyd edim ki , 2013-cü ildə zavodun əməkdaşı Vüqar Mikayılov L.S. Qolitsın adına qızıl medala “İlin ən yaxşı şərabçısı” adına layiq görülüb. O, “Zolotoy qrifon” beynəlxalq şərab müsabiqəsində dequstasiya komissiyasına üzv seçilib. Vüqar Mikayılov elə həmin il texnika elmləri üzrə doktorluq dissertasiyasını da müdafiə edib.

Şərab

Ən maraqlı hal isə şərabların üzərində Azərbaycanın dəyərli şəxsiyyətlərin adlarının olması idi.

Şərablar

Gəzintimizin sonunda isə müəssisədə yerləşən dəyərli şərabların olduğu muzeyə getdik. 6 müxtəlif şərabın dadına baxdıq.

Şərab muzeyi

Sonda isə “Az-Granata” şirə və şərab emalı zavodunun direktoru Vüqar Mikayılov bizə şərab və meyvə şirəsi hədiyyə etdi.

Muzey

Mən sizə bu səfərimdən sonra tam əminliklə deyə bilərəm ki AzGranata məhsulları tam gigeynikdir.

Səyahət bələdçisi- Helsinki

0
Helsinki

16 il bundan qabaq atamın işi ilə bağlı Helsinkiyə köçdüyümüzdə buranın soyuq, boz və itici şəhər olduğunu düşünmüşdüm. Təbii ki, daha 9 yaşında olan balaca qızın dilini, dinini və mədəniyyətini bilmədiyi bir yerə köçməsi və oraya alışması çətin idi. Lakin üç ay ərzində Fin dilini öyrənərək və aylar-illər ötdükcə Finlandiyanın, ələxsus Helsinkinin necə gözəl bi ölkə və şəhər olduğunu anladım.

Helsinki

16 il yaşamağıma baxmayaraq hər il hansısa bir yenilik ilə qarşılaşıram. Bozluq və soyuqluq eyni qalsa da, insanlarının əslində elədə soyuq olmadığını öyrənmişəm. Finlilər ilk baxışdan soyuq və hissiyatsız görünsələr də, burada 9 ay davam edən qaranlığın onları da bəzən dərin depressiyaya saldığını anlamışam. Əlbəttə ki, 750 il İsveçin və qalan 150 ilin Rusyanın əsarəti altında keçməsinin də təsiri var. Əslində finlilər dost olaraq çox sadiqdirlər.

Finlandiya hüzur ölkəsi

Keçək əsl məsələyə. Əgər yayda yamyaşıl bir təbiət, heç batmayan günəş və çox da isti olmayan bir hava, payızda rəngarəngliyi ilə heyran edən təbiət və evlərdən gələn hilli bulkilərin qoxusu, qışda bəmbəyaz təbiət, qış idmanları və heyran edici sakitlik və yazda tumurcuqları ilə və quşlarının səsi ilə, oyanan təbiəti ilə məst edən bir ölkə görmək istəyirsinizsə, o zaman Finlandiyaya mütləq baş çəkin.

Hesinki

Əgər biz tərəflərə qonaq gəlməyi düşünsəniz, Helsinkini gəzmək üçün sizə 3 gün bəsdir. Helsinkidə nəqliyyat böyüklər üçün 3€, uşaqlar üçün isə 2€-dur. Nəqliyyat biletini metroya enmədən öncə, avtobusa minərkən ya da tramvaya minmədən öncə ala bilərsiniz. Biletin üstündə saat neçəyə kimi keçərli olduğu yazılır, çox vaxtı 80 dəqiqə keçərli olur və bu vaxt ərzində istədiyiniz qədər metrodan, avtobusdan və tramvaydan istifadə edə bilərsiniz. Əlbəttə ki, bileti göstərmək şərti ilə. Yəni bileti alıb atmayın çünki yoxlanış olsa və biletiniz olmasa 80€ cərimələnəcəksiniz.

Gəzməli-görməli yerlər

Gəzilməli yerlərdən isə ilk şəhərin mərkəzindən başlayın. Çoxlarınızın ilk eşidəcəyi geyim mağazası Stockmannın küçəsindən katolik kilisəsi olan ağ Tuomiokirkkoya kilsəsini gəzməyiniz məsləhətdir. Tuomiokirkkonun yerləşdiyi yerə Senaatintori deyilir. Bu kilsə əvvəllər Nikolayın kilsəsi və Böyük kilsə olaraq adlandırılıb. 1852-ci ildə St. Peterburqda yerləşən Kazan Katedralına bənzədilərək tikilib. Memarı isə Carl Ludvig Engel və Johan Albrekt olub. Yay vaxtı kilsənin pillələrində oturanlar çox olur. Əksər mitinqlərin ya başladığı ya da qurtardığı nöqtəs məhz elə buradır.

Tuomiokirkkoya kilsəsini

Tuomiokirkkodan ara küçə ilə Kauppatoriyə enin. Oradan mütləq Suomenlinna deyilən Finlandiya qalası anlamına gələn adaya baş çəkin. Bu adaya getmək üçün Kauppatori limanından Suomenlinnaya tərəf gedən bərəyə minməlisiniz. Bərəyə minmək adam başı 3€-dur və əgər 80 dəqiqə içərisində qayıtsanız, qayıtmaq üçün bərəyə ayrıca pul ödəməyəcəksiniz.

Kauppatori tərəfində, bərəyə minilən yerdə əksər finlilərin qırmızı kilsə adlandırdığı, əslində isə adı Uspenski Katedralı olan, rusların 1868-cü illində Moskvanın Kolomonskoye kilsəsinə bənzədərək tikdiyi möhtəşəm kilsə var. Memarı Aleksei M. Gornostayevdir və kilsə ortodoksların kilsəsidir. Hər nə qədər xristiyan olmasanızda, mütləq bu möhtəşəm katedralın içinə girib o gözəlliyə şahid olmalısınız. Katedralın ətrafında Helsinkinin mərkəzinə açılan mənzərəni görməyə dəyər.

Uspenski katedralı

Uspenski katedralından endikdən sonra qırmızı gəmi görəcəksiniz. Gəminin adı Relandersgrunddur və Finlandiyanın prezidentinin evi ilə üzbəüzdür. Bu gəmidə kofe içib, Finlandiyanın şirniyyatlarını və şansınız varsa, isti havasının dadını çıxara bilərsiniz. Relandersgrunddan Uspenski Katedralını və Fin körfəzini izləmək ən sevdiyim stres atmaq yöntəmlərindən biridir.

Uspenski katedralı

Bizimdə, Londonda olduğu kimi Helsinki Eye-mız var. Helsinki Eye-a minmək adam başı 18€-dur. Mən özüm şəxsən daha çox Helsinki Eye-ın yanında yerləşən Allas Sea Pool-da üzməyi və saunaya girməyi daha üstün tutardım. Təbii ki, şəhərin mərkəzində çimərlik geyimində gəzməkdən utanmırsınızsa.

Cafe Ursula və Cafe Caruselə

Kauppatoridən istəsəniz ya Esplanadi parkını gəzib Stockmanna qayıda bilərsiniz yada dəniz kənarı ilə aşağıya Cafe Ursula yada Cafe Caruselə gəzə-gəzə enə bilərsiniz. Yolda qırmızı bina ilə qarşılacaqsınız. Bura 1888-ci ildən Finlandiyanın bazarı olub. İçini gəzmək yüz illərin tarixini yaşadacaq sizə. Buradan sonra qarşınıza Olimpiya terminalı çıxacaq ki, burdan Tallinə gedən gəmilər qalxır. Sonra isə ilk qarşılacağınız kafe Cafe Ursula olacaq, mənim sevdiyim kafedir. Lakin dəniz kənarı ilə 500-600 metr sonra qarşınıza çıxacaq Cafe Caruselin yanında Finlandiyanın ən köhnə dondurma kiosku var. 4€-ya həyatınızda yeyəcəyiniz ən dadlı (Vatikandakından sonra) və ən böyük dondurmanı dada bilərsiniz. Burada yayda qaçışa çıxdıqdan sonra baş çəkdiyim yerdir .

Hernesaarenranta

Əgər gəzməyi sevirsinizsə, Caruselin yanından 2 kilometr yürüyüş məsafəsində Hernesaarenranta adlandırılan yeni tikili dəniz kənarı kafelərin, çimərliklərin və varlıların yaxtalarının olduğu yerə də enə bilərsiniz. Hernesaarenrantaya çatmadan yeni açılan public sauna Löyly (oxu Löülü) çıxacaq qarşınıza. Löyly-nün terasına pilləkənlərlə çıxıb Helsinkinin mərkəzinə açılan mənzərəyə baxa bilərsiniz.

Hernesaarenranta

Yuxarıda yazdıqlarımdan başqa Helsinki mərkəzindən Töölö adlanan tərəfə 4 və 10 nömrəli tramvay ilə gedəbilərsiniz və ya piyada gəzə-gəzə. İlk görəcəyiniz parlament binası olacaq, ikinci musiqi binası, üçüncü isə tünd qırmızı rəngdə olan bina Milli muzeyimiz Kansallismuseonu gəzib, Finlandia binasını və Opera binasını görüb Töölö göl kənarına enə bilərsiniz. Buradan rahatlıqla Sibelius parkına Sibelius monumentinə baş çəkməyə və Cafe Regattada kofe içməyə gedə bilərsiniz. Qayıdanda isə 4 və ya 10 nömrəli tramvayla yada hər hansı mərkəzə tərəf gedən avtobusla qayıda bilərsiniz.

Helsinkidə nə yemək olar ?

İlk öncə şirniyyatlardan başlayaq.

Helsinki şirniyyatları
  1. Korvapuusti (darçınlı hilli bulku)
  2. Mustikkapiirakka (qaragilə piroqu)
  3. Runebergintorttu (fevral ayında satılır. Xalq şairi və professor J. L. Runebergin xanımın öz resepti olduğu üçün, Runebergin ölüm ildönümündə satılır.)
  4. Joulutorttu (Noyabr-Dekabr ayında satılır. Christmas şirniyyatıdır)
  5. Piparkakku (ingilizcə adı gingerbread-dır və Christmas vaxtı satılır)
  6. Laskiaispulla (Fevral-Mart ayında satılır. Katolik paxasının orucu başlamamışdan 40 gün əvvəl)
  7. Tippaleipä (Aprel-May aylarında satılır və 1 May şənliklərinin şirniyyatıdır)
  8. Rabənd piroqu (Midsummer bayramına özəl İyun ayında tapılır)
  9. Mämmi (qara rəngdə olduğundan və çox şirin olduğundan xaricilər tərəfindən çox sevilməyən ama südlə yeyilən paşa şirniyyatı)
  10. Karjalanpiirakka (şirin olmasa da dadlı piroqdur. Üstü düyülü, kartoflu yada köklü olur)

“Şirniyyatla doldurmayacayıq ki qarnımızı!” Əlbəttə ki!

Helsinki yeməkləri
  1. Maral ətinin dadına mütləq baxın.
  2. Qızılbalıq istər soyuq, istər hisə verilmiş, istərsə də çiy. Bu balığın hər növü hazırlanır və çox dadlıdır.
  3. Qızılbalıq şorbası
  4. Yay şorbası (bir neçə kök tərəvəzindən bişirilən şorba)
  5. Yaşıl noxud (qarox) şorbası. Bunu yeyərkən diqqətli olun çünki bir çox yerdə içinə donuz əti vurulur. Xaiş etsəniz sizə ətsiz hazırlanmışından verəcəklər.
  6. Karjalanpaisti yəni güvəcdə bişirilmiş ət yeməyi. Yenədə donuz əti ilə diqqətli olun.
  7. Kalakukko yəni çörək içində bişirilmiş balıq və ət. Adətən donuz əti istifadə olunur ama mal ətindən hazırlananı da var.
  8. Qurudulmuş stavrida balığı
  9. Səhər yeməyində yeyilən cürbəcür sıyıqlar
  10. Finlandiyaya məxsus tərzdə hazırlanmış pendirlər. Mənim ən sevdiyim leipäjuusto deyilən və sadəcə Finlandiyada yetişən sarı gilə meyvə(lakka) mürəbbəsi ilə yeyilən pendirdir.
  11. Cürbəcür balıq yeməkləri. Ən çox sevilən balıqlar arasında stavrida, qızılbalıq, siyənək ryapuşka balığıdır.

Finlandiyada restoranlar bahalıdır, ona görədə yuxarıda yazdıqlarımı restoranlarda yeyə bilərsiniz. Kafelər ve restoranlar. İlk kafelərdən başlayıram.

Restoranlar
  1. Yuxarıda yazdığım Cafe UrsulaCafe Carusel
  2. Cafe Ekberg (Ən köhnə kafelərdən biridir. Səhər yeməyi və brunch verirlər)
  3. Cafe Esplanadi
  4. Cafe Fazer (Səhər yeməyi və brunch verirlər)
  5. Ağ kilsə ilə qarşı-qarşıya olan Cafe Engel və ya İtalyan kafesi olan Ciao Cafe
  6. Cafe Regatta (Sibelius Monumentinin yanında yerləşir)
  7. Restoran Savotta
  8. Restoran Lappi
  9. Retsoran Sunn
  10. Restoran Savoy (bahalıdır)
  11. Restoran Olo (bahalıdır)
  12. Restoran Sipuli (bahalıdır)
  13. Restoran Kiila (bahalıdır)
  14. Antiokia Atabar (Türk restoranıdır. Kərim usta sahibidir və çox gözəl insandır. Azərbaycanlı olduğunuzu desəniz endirim edəcək. İstəsəniz Ülker hanım tavsiye etti deyin, mütləq endirim edəcək.)
  15. Restoran Anı (Türk restoranıdır. Türk kabablarını bişirilər. Cahit ustaya Azərbaycanlı olduğunuzu deyin, endirim edəcək.

BODRUM – a BAKIDAN BİRBAŞA TURLARIN QİYMƏTLƏRİNİ TƏQDİM EDİRİK – Go Travel

0
Bodrum

❗Qiymətə daxildir: 600 USD

✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

? OKALIPTUS HOTEL (4*) 600 USD
? GOLDEN AGE CRYSTAL BODRUM (4*) 627 USD
? RIVA BODRUM RESORT ( BODRUM) (4*) 640 USD
? COSTA 3S BEACH CLUB (4*) 689 USD
? AMBROSIA HOTEL (4*) 692 USD
? CHARM BEACH HOTEL (4*) 700 USD
? COSTA BLU RESORT (4*) 712 USD
? WOXXIE HOTEL (4*) 735 USD
? COSTA LUVI HOTEL (4*) 745 USD
? CACTUS CLUB FLEUR BEACH (4*) 750 USD
? CACTUS CLUB MIRAGE & AQUAPARK (4*) 750 USD
? FOREVER CLUB (4*) 758 USD
? GOLDEN AGE HOTEL (4*) 777 USD
? DELTA HOTELS BY MARIOTT (5*) 783 USD
? LA BLANCHE ISLAND (5*) 1030 USD
? AQUASIS DELUXE RESORT & SPA (5*) 1067 USD
? VOYAGE TURKBUKU (5*) 1189 USD
? YASMIN RESORT BODRUM (5*) 1189 USD
? SIRENE LUXURY HOTEL BODRUM (5*) 1230 USD
? VOYAGE BODRUM (5*) 1268 USD
? VOYAGE TORBA (5*) 1320 USD
? KEFALUKA RESORT (5*) 1290 USD
? KUUM HOTEL & SPA (5*) 1438 USD
? XANADU ISLAND (5*) 1435 USD
? SWISSOTEL RESORT BODRUM (5*) 1500 USD
? NIKKI BEACH RESORT & SPA (5*) 1620 USD
? HILTON BODRUM TURKBUKU (5*) 1600 USD
? – Tarix iyul ayına 1 nəfər üçün nəzərdə tutulmuşdur.
❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Ömrünüzdə 1 dəfə də olsun dadmalı olduğunuz 10 yemək

0
yeməklər

“Baş çəkməli olduğunuz 10 yer”, “Etməli olduğunuz 10 şey” və s.bu  kimi bir çox siyahılar var. Qida da özü özlüyündə bir zövq qaynağıdır. Buna görə də, biz sizə dadmalı olduğunuz 10 yemək növünü təqdim edirik.

1.Çin: Pekinsayağı ördək.

Pekinsayağı ördək

Bu bir kral yeməyidir! Bu sizlər üçün küçədə hazırlanan fast food-undan da tam fərqli bir təamdır. Bu yeməyin süfrəyə təqdim olunması da bir ayrı ritualdır. Mandarin lavaşlarında və ya düyü fəsəlilərində təqdim olunan ördək yaşıl soğan və “Hoisin” sousu ilə süfrəyə verilir. Qonaqların qarşısında incə dilimlərə bölünür. Sulu, ağızda əriyən ət parçaları ayrıca və fəsəliyə bükülərək yeyilə bilər.

2.Fransa:Eskarqo

Siz ilbizləri ir dəfə də olsun sınamalısınız! Bəli,bu biraz bahalı və bir qədər xüsusidir, amma inanıram ki, cəhd etməyə dəyəcək bir təamdır.

Fransa:Eskarqo

İlbiz yemək – fransızların “ixtirası” deyil. Qədim Romada belə aristokratlar bu molyuskaların dadını sevirdilər. İndi isə bunu artıq Mərakeşdən Ekvadora kimi bütün dünyada yeyirlər. Ancaq fransızlar ilbizləri daha yaxşı bilirlər, xüsusilə də Burgundiyalılar. Beləliklə, onlar ən dadlı ilbizlərin spiral ilbizlər olduğunu vurğulayırlar.

3. Yunanıstan: Musaka

Üç qatdan ibarət olan bu təamın aşağı qatında zeytun yağında qızardılmış badımcan, orta qatında – mal və ya quzu əti və üst qatında südlü sous olan “Beşamel” olur. Bütün bunlara ədviyyatlar səpilir və qızıl rəngində olana qədər bişirilir. Nəticədə isti və soyuq yeyilə bilən, çox həssas və dadlı bir yemək alınır.

Musaka

4.Hindistan: Masala Dosa

Masala Dosa

Ölkənin cənubunda bir neçə növ Dosa bişirilir, ən dadlısı Masala Dosa sayılır. Yeməyin əsas xüsusiyyəti pomidorlarla,kartof və soğan püresi ilə doldurulmuş iç hissəsidir. Bu yeməyə özünə məxsus dad verən məhşur hind ədviyyatı olan “Çatni”dir.

5.İtaliya: Balqabaq çiçəkləri

Fiore di zucca

“Fiore di zucca”, rikotta və ya mozarella pendiri ilə doldurulmuş incə balqabaq çiçəkləri ənənəvi Tuskan yeməyi sayılır. Çiçəkləri sousda isladıb və qaynar zeytun yağı ilə qızardırlar. Çox incə dadlı qurme yeməyi sayılır.

6.Yaponiya: Teppanyaki

Teppanyaki

Teppanyaki (Yap. Teppan – “dəmir səth” və yaki “qızardılmış”) yeməyin bu stildə hazırlanması  ilk olaraq Yaponiyada yaranmışdır. Əsas xüxusiyyəti ondan ibarətdir ki, aşpaz yeməyi qonaqlarının yanındaca hazırlayır. Bu bir performansdır.

7.Malayziya: Karri-Laksa

Karri-Laksa

Karri-Laksa karri ədviyyatı,kokos yağı və balıq bulyonundan hazırlanan əriştədir və tofu, tərəvəz, yumurta, koreandr, çili və “sambal” sousu əlavə olunaraq hazırlanır.

8.Tayland: Som-Tam

Som-Tam

Bu salatın əsas inqredienti yetişməmiş papayadır. Palma şəkəri, sarımsaq, limon suyu, balıq sousu, hindistan xurmasının suyu, qurudulmuş krevetka, dəniz məhsulları, pomidor, yerkökü, lobya və fıstıq daxildir.

9.Avstraliya və Yeni Zelandiya: Pavlova

Pavlova

Desert özündə ağızda əriyən beze,qaymaq kremini birləşdirərək,sanki bir balet ətəyinə oxşayır. Buna görə desertə rus rəqqasə Anna Pavlovanın adını veriblər.Desertə eləcə də, çiyələk və kivi də qatılır.

10.ABŞ: Barbekyuda qızardılmış qabırğalar

Barbeku

Amerika mətbəxinin konsepsiyası varsa, barbekyu onun parlaq nümayəndəsidir. Hər bir ştatda barbekyuda qızarmış qabırğa öz-özlüyündə hazırlanır. Memfisdə sarımsaq, ədviyyat, pomidor və sirkə sousu ilə; Kanzasda şirin ədviyyat, şəkər və bal ilə;Sent-Luisdə ədviyyatlı pomidor sousu ilə qril edirlər. Amma yerindən asılı olmayaraq, barbekyu qabırğaları çox dadlı təamdır.









Dünyanın ən böyük panorama çarxı Dubayda olacaq

0
Panorama çarx

Birləşmiş Ərəb Əmirliklərinin “Meraas” şirkəti bildirib ki, gələn il keçiriləcək beynəlxalq “Expo-2020” sərgisi ərəfəsində Dubayda dünyanın ən böyük panorama çarxı istifadəyə veriləcək. Onun hündürlüyü 250 metrdən çox olacaq. Yeni attraksion əvvəlki rekordçular – Las-Veqasdakı High Roller (167 metr) və Londondakı London Eye çarxlarını geridə qoyacaq.

Meraas”ın məlumatına görə, çarxın son millərinin quraşdırılması uğurla başa çatıb. Lakin bir sıra tamamlama işləri davam edir. Ain Dubai adlanacaq bu çarxın statistikası da maraqlıdır: onun çənbərini saxlayan hər milin çəkisi 5 tondur. Milin içərisindəki məftil və kabellərin ümumi uzunluğu isə 2400 kilometrdir. Bu, Dubayla Qahirə arasında məsafəyə bərabərdir. Ain Dubai çarxının çənbərinin çəkisi 16 ədəd Airbus A380 təyyarəsi qədərdir. Konstruksiyanın saxlayan dayaqların uzunluğu 126 metrdir. Hər dayağın içərisində 15 ədəd London avtobusu yerləşdirmək olar. Attraksionun quraşdırılmasında 9 min ton poladdan istifadə olunub ki, bu da Eyfel qülləsində olduğundan 25 faiz çoxdur.

Panorama çarxı Bluewaters Island süni adasında yerləşir və buradan Dubaya və Ərəb körfəzinə gözəl mənzərə açılır.

Azərbaycanın yeni turizm brendi Dubayda altı nominasiya üzrə qalib olub

0
Dubay

Azərbaycanın yeni turizm brendi dünyanın nüfuzlu “Transform” jurnalı tərəfindən hər il təşkil olunan mükafatlandırma mərasimində altı nominasiya üzrə qalib elan olunub.

Landor” şirkəti tərəfindən hazırlanan brend “Brend stilinin (hədəf kütlə ilə ünsiyyətin) ən yaxşı istifadəsi”, “Ən yaxşı məkan brendi və ya milli brend”, “Səyahət, istirahət və turizm sahəsi üzrə ən yaxşı vizual görüntü” nominasiyaları üzrə qızıl mükafat qazanıb. “Vizuallığın ən yaxşı istifadəsi” nominasiyası üzrə bürünc mükafatı qazanıb.

Bundan əlavə, “Brend yaradılması layihəsinin ən yaxşı tətbiqi” nominasiyası üzrə – “yüksək tərifəlayiq” statusu ilə təltif edilib.

Dubay

Tədbirin əsas mükafatlarından olan, unikal yanaşma və xarakter baxımından brendin təmsil etdiyi məkanın ən yaxşı təqdimatı üzrə verilən “Ən yaxşı vizuallıq” nominasiyası Azərbaycanın yeni turizm brendinə təqdim olunub.

Məlumat üçün bildirək ki, “Transform” jurnalı brend yaradılması və rebrendinq üzrə yeniliklərin paylaşıldığı, dünya üzrə bütün sahələrə aid imicin idarə edilməsidir. Brendlərin yenilənməsi və tətbiqi, dizayn, korporativ kommunikasiya və s. kimi məqamlar var. Xəbərlərin yerləşdirildiyi qlobal nəşr orqanı kimi fəaliyyət göstərir. Rüblük olaraq nəşr edilən jurnalın London, Dubay, Nyu-YorkHonq Konqda hər il mükafatlandırma mərasimi təşkil olunur.

Azərbaycan turizminin qlobal bazarda tanıdılması üçün hazırlanan yeni turizm brendinin əsas simvolları var. Bir-biri ilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Yeni brendin dünya ictimaiyyətinə təqdimatı 2018-ci ilin noyabrında olacaq. Londonda keçirilən “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində reallaşıb.

Səyahət bələdçisi – Kopenhagen

0
Kopenhagen

Növbəti səfələrdən birini dünyanın ən xoşbəxt insanlarının yaşadığı Danimarkaya, lap dəqiq desək paytaxt Kopenhagenə planlamışdım. Uçuş günü Budapeştdən İsveçin Malmö şəhərinə, növbəti gün isə oradan, qatarla dənizin üstündəki körpü ilə Kopenhagenə keçəcəkdim. Həm ölkənin kifayət qədər baha olması, həm də şəxsi bir maraq məni bu səfəri minimum xərclə başa vurmağa motivasiya edirdi. Ona görə də qalacaq yerimi öncədən Couchsurfingdən seçmişdim, yemə-içmə məsələmi isə çantamda götürdüyüm və marketdən alacağım qidalarla həll etməyi düşünürdüm.

Kopenhagen

Yazını yanvar ayında yazsam da Kopenhagenə noyabr ayında getmişdim. Cem Yılmazın standupında dediyi “Sevgili Danimarka bu aralar bana karşı çok soğuksun” deyimini nəzərə alıb, (guya) bir az qalın paltar filan da götürmüşdüm. Fikirləşirdim ki, payızın sonudur, hələ qış gəlməyib, elə də soyuq olmaz. Səhər Malmödən Kopenhagenə yola düşdüm və axşam qalacağım evə gedərkən qar yağmağa başladı. Qar nə qar, düz səhərə kimi yağdı, səhər hardasa 20 sm qar var idi və heç gözləmədiyim halda bütün nəqliyyatın işi dayandı. Avtobuslar, elektriçkalar gecikməyə başladı. Nəysə indi isə keçim Kopenhageni vəsf etməyə.

Velosiped parkı

İlk öncə deyim ki, Kopenhagen və kopenhagenlilər haqqında ancaq xoş təəssüratlarım oldu. Kopenhagen ən çox pulsuz muzeylərin olduğu şəhər kimi yadımda qaldı. Bundan başqa muzeylərdəki pulsuz wi-di da üzərinə gəldikdə, Kopenhagenə əsl turist cənnəti demək olar  şəhər kifayət qədər yaşıllıqdır. Demək olar ki, əhalinin yarıdan çoxu velosiped sürür və xüsusi velosiped parklarında yüzlərlə park olunmuş velosipedlər görmək olar. Hətta deyilənə görə Kopenhagendə insanı velosipedlə vurma şansı maşın vurma şansından daha çoxdur, artıq necə bir şansdırsa …

Velosiped parkı

Gözlədiyimin əksinə insanları da çox ünsiyyətcil və mehribandırlar. İstər evində qaldığım, ulu-ulu babası alman olan Amanda, istərsə də yol soruşduğum insanlar, hamısı canla-başla əllərindən gəldiyi qədər yardım etməyə çalışırdılar. Hətta bir dəfəsində turist informasiya mərkəzindən götürdüyüm 1.2m X 1.2m ölçülü böyük xəritəni açıb içində itib batarkən, 2 danimarkalı xanım yaxınlaşıb yardıma ehtiyacım olub-olmadığını soruşdular. Axtardığım yeri xəritədə göstərdikdən sonra yolun yarısına kimi də gəlib, ötürdülər. Ümumiyyətlə Skandinav ölkələrinin əhalisi ingilis dili biliyinə görə Avropada ən yüksək yerləri tuturlar, yaşlı, qoca demək olar hər kəs ingilis dilini bilir. Əgər ingilis dilini bilirsinizsə dil ilə bağlı problem yaşayacağınız düşünmürəm. Əgər ingilis dilini bilmirsinizsə, bu da problem deyil əl-qol hərəkətləri ilə anlaşacaqsınız, bu səyahətə çıxmamağa bəhanə olmamalıdır.

Bakıdan Kopenhagenə getmək üçün Budapeştə gəlib buradan yenə Malmöyə keçə bilərsiniz. Oradan isə qatar, dənizin üstü ilə sizi 35-40 dəqiqəyə şəhərin mərkəzinə aparacaq. Digər bir seçim kimi isə Kiyevə gəlib, Kiyevdən yenə Kopenhagenə getməkdir. Malmödən gələn qatarlar, Kopenhagen hava limanından keçərək şəhər mərkəzinə gedir. 15-20 dəqiqəyə şəhər mərkəzinə gedə bilərsiniz.

Kopenhagen mətbəxi

Kopenhagen mətbəxi

Kopenhagendə nə yeməli? sualının cavabı məncə Carlsberg pivəsidir. Bir çox şimal xalqları kimi, danimarkalıların da mətbəxi elə də zəngin deyil amma bu qədər yolu getmişkən Carlsberg pivəsi içmədən dönmək olmaz.

Qala biləcəyimiz otellər və ya hostellər

Hostel qiymətləri çox baha olduğundan və yazının girişində də qeyd etdiyim kimi şəxsi maraqdan Kopenhagendə Couchsurfing qalmağı qərara almışdım. Ona görə də hotel/hostel məsləhət görə bilməyəcəm. Couchsurfing  təcrübəm isə indiyənə kimi olanların ən yaxşılarından idi. Amanda evində qonaq etmişdi məni (sonradan Budapeştə gələndə də mən onu qonaq etdim). Evində qaldığım 3 gün boyunca doya-doya maraqlı söhbətlər etdik, musiqi dinlədik, Amandanı Vaqif Mustafazadə ilə tanış etdim. Ərəb dilinə, şərq mədəniyyətinə hədsiz bir marağı var idi. Onlar haqqında danışdıq. Sonra isə o məni “hygge” həyat tərzi ilə tanış elədi. “Hygge” həyat tərzi skandinav ölkələrində çox məşhurdur. Belə ki, qış aylarında havalar çox soyuq olduğundan skandinavlar evə toplaşıb. Sobanın yanında, sakit mühitdə çay, qəhvə içə-içə söhbət edirlər və ya musiqi dinləyirlər. Orda olduğum müddətdə havalar qarlı keçdiyindən, mən də azacıq bu həyat tərzi ilə tanış ola bildim. İnsanın ruhuna tam bir sakitlik gətirir.

Hygge

Elə oradakı qarlı günlərdən birində Amanda otaqdakı bir divarı göstərib dedi ki, mən istəyirəm bura evimdə qalan hər bir couchsurfer bir kəlimə yazsın, istəsən ilki də sən ola bilərsən. Mən də fürsəti qaçırmaq istəmədim. Qarın noyabr ayı üçün qeyri adi bir hava olduğunu Amandadan öyrənib divara “İt was a snowy November day…” ifadəsini yazdım (yaradıcılığın və romantikanın bu qədəri). Divarın son halını aşağıdakı şəkildə görə bilərsiniz .

Kopenhagendə gəzməli yerlər

İndi isə ənənəvi olaraq Kopenhagendə olan gəzməli yerlərin siyahısı ilə tanış etmək istəyirəm sizi:

Gəziləcək yerlər

  • Ilk olaraq əlbəttə ki, Kopenhagen deyəndə ağıla ilk gələn Nyhaven küçəsidir. Küçə kanalın kənarında, rəngarəng düzülmüş binalardan ibarətdir. Əvvəllər bura liman bölgəsi olub və Kopenhagenin əyləncə həyatının ən qaynar hissəsi burada olub. Indi isə sakit cafe, publar küçə boyu sıralanıb. Məşhur danimarkalı nağıl yazarı Hans Kristian Andersen də məhz bu küçədəki 3 evdə yaşayıb-yaradıb. Nyhavna getmişkən Andersenin evinə də baş çəkmək olar. Ev Nyhavn 20 ünvanında yerləşir.
  • İkinci görülməli yer isə Kopenhagenin simvolu olan “kiçik dəniz qızı” heykəlidir. Heykəl Andersenin “Dəniz qızı” əsərindən ilhamlanaraq yaradılıb. Əgər bəxtiniz gətirsə o heykəlin əslini görə bilərsiniz. Çünki bəzən heykəl dünya turuna çıxır, xarici ölkələrdəki sərgilərdə nümayiş etdirilir, yerinə isə heykəlin prototipi qoyulur.
  • Tivoli bağları – Dünyadaki ən qədim 2-ci əyləncəli parkdır. Parkın içərisində kafe, restoran, konsert məkanı və müxtəlif cür atraksionlar var. Uşaqla gəzənlər üçün çox ideal bir məkandır. Rəvayətə görə Uolt Disney Disneylendi yaradarkən məhz Tivoli bağlarından ilhamlanıb.
  • Stroeget – Kopenhagenin tarqovusu. Nəqliyyata qapadılmış alış-veriş küçəsidir.
  • Kopenhagen şəhər bələdiyyə binası. Binanın çöl tərəfi nə qədər möhtəşəmdirsə, içərisi ondan qat-qat daha möhtəşəmdir.
  • Christiansborg sarayı – kiçik bir adanın içində yerləşən kral sarayı. Sarayın içinə girmədən, kənardan baxanda belə skandinav ruhu özünü bəlli edir, mərkəzə də çox yaxındır, mütləq baş çəkilməlidir.
  • Statenmuseum Kunst – Danimarka Milli muzeyi, bir çox muzeylər kimi, bura da giriş ödənişsizdir. Artdan çox anlamasam da içindəki bəzi işlər adamı heyran qoyur.
  • Rosenborg qəsri – qəsr ərazisinə və bağçasına giriş pulsuzdur. Bir də qəsrin içində muzey var ki, sırf sadəcə içindəki taclar və qılınclar üçün belə baxmağa dəyər, giriş haqqı elə də çox deyil.
  • Bizim xilaskarımız kilsəsi – Danimarkanın ən məşhur kilsəsidir. 1752-ci ildə tikilib, hündürlüyü 90 metrdir və ən hündür nöqtəsinə çıxmaq üçün 400 pilləkən qalxmalısınız. Son 150 pilləkən açıq havadadır. O pilləkənlərin ən sonuncusuna çıxıb Kopenhageni ayaqlarınızın altında görə bilərsiniz.
  • Fredericks kirxası (Mərmər kilsə) – İnteryeri indiyənə kimi gördüyüm ən gözəl kilsələrdəndir. İçərisində mötəşəm ab-hava var.
  • Son nöqtəni əlbəttə ki, Carlsbergin zavoduna baş çəkməklə qoya bilərsiniz. Zavod mərkəzdən bir az kənarda yerləşir.
Christiana kəndi

Christiana kəndi

Kopenhagenin bir bölgəsi var ki, özünü Kopenhagendən ayırıb və “muxtariyyət”ini elan edib. Ona görə da istədim bu haqda siyahıdan sonra, ayrıca paraqrafda yazım. Bura hippilər tərəfindən işğal olunmuş Freetown Christiania “kəndidir”. Kristianiya Kopenhagenin içində öz emblemi, bayrağı, pul vahidi və qaydaları olan bir ərazidir. Ərazi 1970-ci illərə qədər hərbi baza olub. Qəsəbənin 1000 nəfərə yaxın əhalisi olduğuna baxmayaraq, hökümət buranı sökmək istəyərkən minlərlə danimarkalı küçədəki etirazlara qoşulub, hökümətin bu qərarına etiraz ediblər. Kristianalılar özlərini Avopalı saymırlar. Ona görə də qəsəbədən çıxarkən qapının üzərində “Siz Avropa Birliyinə daxil olursunuz” yazısı yazılıb. Danimarkada marixuana satışı qanuni olmasa da, Kristiana ərazisində az qala günün 24 saatı marixuana satışı həyata keçirilir. Hətta deyilənə görə ərazidə yetişdirilən marixuana satışından qəsəbə ildə 185 milyon dollar götürür. Kəndin 3 əsas qaydası var. Əylənin, qaçmaq qadağandır və foto çəkmək qadağandır. Son illərdə olan bir neçə xoşagəlməz hadisəyə görə kənd sakinləri artıq daha bir neçə qayda da əlavə ediblər.

Andersenin vətəni Kopenhagen haqqında bu qədər.


Möhtəşəm Sinqapur turu – Go Travel

0
Sinqapur

7 gecə / 8 gün – CƏMİ 1050 usd
——————————–
Qiymətə Daxildir:
?Otel (7 gecə / 8 gün)
✈️Aviabilet (gediş – dönüş)
?23kq baqaj + 10kq əl yükü
?Qidalanma (səhər yeməyi)
? Tarix: HƏR GÜN
——————————
?Lai Ming Hotel Cosmoland 3* – 1050 usd
?Fragrance Hotel Imperial 3* – 1085 usd
?Fragrance Hotel Selegie 3* – 1113 usd
?The Claremont 3* – 1133 usd
?J8 Hotel 3* – 1168 usd
?The Great Madras 4* – 1172 usd
?Parc Sovereign Hotel Albert St 4* – 1175 usd
?City Inn Mackenzie 3* – 1194 usd
?Oxford Hotel 3* – 1195 usd
?Santa Grand Hotel Bugis 3* – 1208 usd
?Fragrance Hotel Riverside 3* – 1219 usd
?Moon 23 Hotel 3* – 1228 usd
?Santa Grand Hotel East Coast 3* – 1233 usd
?Hotel 1887 The New Opera House 3* – 1243 usd
?Aqueen Hotel Lavender 3* – 1252 usd
?Hotel 1929 4* – 1269 usd
?Aqueen Jalan Besar Hotel 3* – 1270 usd
?ibis Styles Singapore On Macpherson 3* – 1277 usd
?Changi Cove 4* – 1280 usd
?Hotel Supreme 3* – 1283 usd
?Aqueen Heritage Little India 4* – 1287 usd
?The Elizabeth Singapore 4* – 1289 usd
?The Sultan 4* – 1292 usd
?Royal At Newton 4* – 1297 usd
?Holiday Inn Express Katong 3* – 1305 usd
?Ibis Singapore Novena 3* – 1307 usd
?Nostalgia Hotel 4* – 1324 usd
?V Hotel Lavender 4* – 1325 usd
?Hotel Indigo Singapore Katong 5* – 1556 usd
?Six Senses Maxwell 5* – 1584 usd
?Regency House 5* – 1645 usd
?Grand Park City Hall 5* – 1648 usd
?Pan Pacific Serviced Suites Orchard 5* – 1685 usd
——————————-
ℹQeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
✅Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal sərfəli qiymətləri göndərək.
—————————————–
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

AZƏRBAYCAN TURİZM FORUMU

0
Turizm forumu

Aprel ayının 20-si Tourism Lab.-ın növbəti layihəsi olan Azərbaycan Turizm Forumunun – Qəbələgörüşü baş tutub. Tədbir Qəbələ şəhərində Heydər Əliyev adına Qəbələ Konqres Məzkəzində keçirilib.“Gilan Hospitality Group”, “Qafqaz Hotels & Resort”, “Heydər Əliyev adına Qəbələ KonqresMərkəzi”nin baş sponsorluğu və “Mondo Travel”ın sponsorluğu ilə baş tutan “Azərbaycan TurizmForumu – Qəbələdə Görüşürük” tədbirində 250 nəfərə yaxın turizm sahəsində çalışan peşəkarlar, birçox Bakı və regional otellərin rəhbərləri, turizm agentliklərinin nümayəndələri, media nümayəndələrivə turizm bloggerlər iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd ölkənin turizm imkanları, gələcəkperspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik vəondan irəli gələn məsələləri müzakirə etmək idi.Tədbir zamanı yeni yaranmış Turizm Labaratoriyası şirkətinin (Tourism Lab.) təqdimatı keçirilib.“Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova açılış nitqin də bildirib ki, “Şirkətin məqsədiAzərbaycanda “Creating The Culture of Tourism İnnovation” – Turizm İnnovasiya Mədəniyyətiniyaratmaqdır. Bu istiqamətdə bütün turizmlə bağlı olan idealara açığıq və onların inkişafında əlimizdəngələn köməkliyi etməyə hazırıq.”. Həmçinin, Tourism Lab. – ın layihələri olan “AzərbaijanHospitality Academy (AHA)”, “Students Tourism MeetUp”, “Superkids Yay Düşərgəsi”haqqında qısa məlumatlar verib. Həvva Səfərova tədbir zamanı daha bir surpriz layihənin təqdimatınıedib: “Sizə surpriz layihəmiz olan “Azerbaijan Tourism Awards” təqdim edirik. İlin sonunda baştutacaq bu böyük və möhtəşəm tədbirdə Azərbaycan turizm sahəsində fəaliyyət göstərən turizmşirkətlərin, otellərin, restoranların, hətta turizm fərdlərinin mükafatlandırılması həyata keçiriləcəkdir.May ayının 1-dən qeydiyyata start verilir. Detallı məlmatı www.tourismawards.az saytından əldə edəbilərsiniz.”Bundan sonra tədbir spikerlərin çıxışları ilə davam edib. Spikerlər aşağıda göstərilən mövzular üzrəçıxışlar edib və auditoriyanın suallarını cavablandırıblar.

Seymur Hacıyev – “Gilan Hospitality Group” – Group Procurement Director – Otelçiliksatınalmalarında ümumi məqamlar və onların optimallaşma çalışmaları, elektron satınalmaplatformasının yaradılması

Şəbnəm Süleymanova – “Qafqaz Tufandag Hotel Gabala” İdarəedici Direktoru – Dağ Turizminininkişafı: “aşağı mövsüm” üçün həll yolu

Göydəniz Qəhrəmanov – Spektr Travel şirkətinin rəhbəri -Cari ildə turist axınının mövcud bazaratəsiri və qiymət rəqabəti

Orkhan Isayev – HRS- Hospitality & Retail Systems şirkətinin Reqional Direktoru – Hotel vəRestoranlarda Müasir Texnologiyaların tətbiqi

Daniel Burkhard – Chenot Palace otelinin Baş Meneceri – Müalicəvi Turizm haqqında

David Khripunov – David Digital Sharks şirkətinin təsisçisi – City branding

Rivka Khripunova – Rivka distant İngilis kurslarının təsisçisi – GlobişQeyd edək ki, Azərbaycan Turizm Forumu artıq 4 ildir, tuzim mütəxəsislərini bir araya gətirə bilir vəturizm sektorunda olan problemlərin müzakirə olunmasında əsas rol oynayır. Bütün bu tədbirlər milliturizmin ən yaxşı nümunələrini ortaya qoyaraq, turizmin inkişafı və həlləri üçün müxtəlif yollarınaxtarışına səbəb olur. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk və yeganə platformadır ki,burada nəinki turizm sənayesinin mütəxəssislərini, həmçinin fərqli sənayeni və turizmdə yeni biznesqurmaq istəyən hər kəs üçün açıqdır. Əlaqələr yaratmaq Forumun əsas istiqamətlərindən biridir.

Azərbaycanda Qran-Pri Formula 1-ə gələn turistlər nə qədər xərcləyirlər?

0
Formula 1

Grand Prix Formula 1 SOCAR Azerbaijan-na gələn hər turist, ölkəyə ən azı $ 1,000 gəlir gətirir. Bu barədə şənbə günü Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.

AzTA-nın başçısının sözlərinə görə, ziyarətçilər,əsasən, zəngin insanlar, Formula 1 yarışlarının pərəstişkarlarıdır.

Bağırov bildirib ki, “Əsasən, beşulduzlu  və bəziləri dördulduzlu mehmanxanalarda qalırlar və ümumiyyətlə şəhərin mərkəzində yerləşən obyektlərə üstünlük verirlər

AzTA başçısı qeyd etdi ki, adətən Formula 1 tamaşaçıları Azərbaycana üçgünlük gəlirlər: “Bununla yanaşı, səyahət şirkətləri Formula 1 yarışları üçün üç günlük paket təklif edirlər, belə ki, qonaqların 90 faizi bu müddətdə Bakıda qalır.”

Bağırov əlavə etdi ki, adətən əvvəlki yarışları izləyən azarkeşlər gəlir. AzTA-nın rəhbəri, Formula 1 yarışı Azərbaycanın turizm imkanlarının inkişafı baxımından çox vacib olduğunu bildirdi.

Azərbaycan paytaxtında dördüncü dəfə keçirilən Formula 1 yarışları 28 aprel tarixinə qədər davam etdi.

Formula 1

Xatırladaq ki, yarış 2016-cı ildən Bakıda keçirilməyə başlamışdır.

Azərbaycan Formula 1 yarışına müqaviləni daha üç il müddətinə uzadıb.

Formula 1-nin Azərbaycandakı Grand Prix-in əvvəlki yarışları ötən il aprelin 27-29-da Bakıda keçirilib.

Bakıda yarışların uzunluğu təxminən altı kilometrdən çoxdur. Yolun ən geniş hissəsi 13 metrdir, ən kiçiyi İçərişəhər ətrafındadır, yeddinci və səkkizinci halqalar isə 7,6 metrdir.

Fireballs Azadlıq Meydanında başlayır və bitir. Paddock Club’un qutuları və salonları da vardır.

Görünür, Azərbaycana ən çox Rusiya, İngiltərə, Gürcüstan, Hollandiya, Polşa, Finlandiya vətəndaşları gəlir.