Ev Blog Səhifə 24

Azərbaycanda açıq səma altında kənd-muzey

0
kənd-muzey

Astaranın ucqar Sım kəndi sanki açıq hava altında muzeydir.

Gezmeli.az Baku Tv istinadən xəbər verir ki, qədim tarixə malik kəndin hər daşı, hər qayası özündə hansısa dövrün sirrini, sehrini saxlayır.

Yerli sakinlərin kəndin müxtəlif yerlərindən topladıqları maddi-tarixi nümunələr isə buraya gələn turistlərin diqqətini daha çox cəlb edir.

Sım kənd sakininin 25 il ərzində yığdığı maddi-mədəniyyət nümunələrinin bir çoxu bu ərazidə başqa məqsədlər üçün aparılan qazıntı işləri zamanı aşkarlanıb.

Gələcəkdə bu ekspozisiyanı daha da zənginləşdirib. Kəndin tarixini özündə əks etdirən muzeyin yaradılması nəzərdə tutulur.

Astarada turizm marşrutlarının birinin də Sım kəndindən salınması təklif edilir.

Ruslar Suriyanın bu ərazilərini ələ keçirir

0
Rusiya

Rusiya Suriyanın Lazkiyə bölgəsində yerləşən turizm məkanlarını ələ keçirib.

Gezmeli.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, ruslar artıq Lazkiyənin “Mavi Sahil”, “Qəndil Vadisi” kimi bölgələrində söz sahibidir.

Hətta Lazkiyədə tətil məkanlarının adı rus dilinə dəyişdirilib. Suriya Prezidenti Bəşər Əsədin sarayının yerləşdiyi tətil bölgəsinin də rusların əlinə keçdiyi iddia edilir.

Turistlər də azalıb, restorana gedənlər də – STATİSTİKA

0
turizm

Bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasıdır. Bu məqsədilə Azərbaycan ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər var. Həmçinin Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin yaradılıb. Dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bu səbəbdən ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma olub. Cari ilin mart, aprel, may, iyun və iyul ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə, 12,0 dəfə və 13,0 dəfə ictimai iaşə xidmətlərinin həcmi azalıb.

Cari ilin iyul ayında ictimai iaşə dövriyyəsi ötən ilin iyul ayı ilə müqayisədə 3,7 dəfə azalıb. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 50,2% azalaraq 415,3 mln. manat təşkil edib.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46%-i hüquqi şəxslərin, 54%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 44,2% azalaraq 189,3 mln. manat olub.

Rusiya daha bir neçə ölkə ilə uçuşları bərpa edə bilər

0
Uçuşlar

Rusiya rəhbərliyi Fransa, Macarıstan, Malta, Cənubi Kipr, İordaniya, Misir (yalnız Qahirə) və Çinə (yalnız Şanxay) uçuşları bərpa etməsini müzakirə edir.

Gezmeli.az  Report-a istinadən xəbər verir ki, bununla əlaqədar yekun qərar avqustun 25-də veriləcək.

Qeyd olunub ki, Fransa, Macarıstan və Maltaya uçuşlar üçün müəyyən şərtlər var. Bu uçuşlar yalnız yaşayış, iş icazəsi və tibbi müəssisəyə müraciət edənlər üçün təşkil edilə bilər.

İnsanların karantin sıxıntısından qurtulmaq üçün üz tutduqları məkan – Mamırlı şəlalə

0
Mamırlı şəlaləsi

Hər il minlərlə xarici turistin üz tutduğu şəlaləyə məlum səbəblərdən bu il əsasən yerli əhali gəlir.

Qax rayounun Ləkit kəndi yayda bu bölgəyə gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Burada qonaqları özünə cəlb edən isə dağların ətəyində, sıx meşəlikdə yerləşən Mamırlı şəlalədir. Təbiət incisinə bu adın verilməsinə səbəb suyun axdığı hissələrin yaşıl mamırla örtülməsidir. Bu mamırlar qayaları elə örtüb ki, sanki oraya yaşıl xalça sərilib. Ərazidə ağaclar da sıx bitdiyindən demək olar ki, gün işığı düşmür və bura daim sərin olur.

Qax rayounun Ləkit kəndində Mamırlı şəlalə

Əvvəlki vaxtlarda 15 metr hündürlükdən tökülən bu şəlaləni görmək üçün hər yay 10 minlərlə turist gəlirdi. Həmin vaxt buraya gələnlər arasında xarici qonaqlar da çox olurdu. Bu il isə onlara rast gəlinmir. Buna səbəb də təbii ki, pandemiyaya görə sərhədlərin bağlı olmasıdır. Bu il paytaxt Bakıdan gələn qonaqlar da azdır. Şəlalənin mənzərəsini seyr etmək üçün buraya üz tutanlar əsasən karantin tətbiq edilməyən rayonların sakinləri və yerli əhalidir. Qax rayon sakini Rahim Kərimli deyir ki, Mamırlı şəlalə yaşadığı rayonda yerləşdiyi üçün hər yay buraya dincəlməyə gəlir:

“Son 3-4 ildir ki, hər il buraya gəlirəm. Yaşıllıqdır, sərindir. Keçən il 2 dəfə gəlmişdim. Bu il isə ilk dəfədir gəlirəm. Yəqin ki, yayın sonuna kimi yenə gələcəyəm. Dostlarımla gəlib 3-4 saat gəzib qayıdırıq”.

Elgün Mustafazadə isə Qax rayonundan olmasına baxmayaraq ilk dəfədir ki, Mamırlı şəlaləyə gəldiyini söyləyir:

Bakının yeni turizm adası – Burada bulvar və çimərlik birləşir

0
Nərəkənd

Böyük turizm potensialına malik olan Pirallahı rayonunda salınan yeni yaşayış, istirahət və turizm kompleksi “Nərəkənd”ə xarici investorların cəlb olunmasına başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Pirallahı rayon İcra Hakimiyyətindən deyiblər.

Qeyd olunub ki, onlar Rusiya və Türkiyədən olan sərmayədarlardır. “Nərəkənd” yaşayış və turizm mərkəzində artıq bir sıra işlər tamamlanıb və plana uyğun olaraq digərlərinin görülməsinə start verilib:

“Kompleksin ümumi ərazisi 50 ha-dan ibarətdir, tikinti aparılan ərazi isə 23 ha-dır. Artıq çimərlik sahəsində bir çox işlər görülüb, perimetr boyu 4 min metr uzunluğunda, 1-2.5 metr yündürlüyündə sahilbərkitmə işləri görülüb. Ərazidə olan bataqlıqlar qurudulub, dənizin ekvatoriyası yad cismlərdən, tullantılardan və dəmir konstruksiyalardan təmizlənib və dərinləşdirilib. Mərkəzi və daxili yolların torpaq yatağının tikintisi və bərkidilməsi işləri yekunlaşıb, ərazi düzləşdirilib”.

İH-dən əlavə olunub ki, hazırda geoloji və topoqrafik işlər görülür. Növbədə əraziyə qaz, işıq, su, kanalizasiya və rabitə xətlərinin çəkilməsi planlaşdırılır:

“Bu işlərin yekununda “Nərəkənd”də 1-3 mərtəbəli kotec tipli villar, 3-4 mərtəbəli qalereya tipli yaşayış binalarının tikintisi başlanılacaq. Ərazidə uşaq əyləncə mərkəzləri, kafe-restoranlar, açıq və qapalı su hovuzları, idman meydançaları və yaşıl zolaqlar salınacaq”.

Ekspert: “Yumşalma tədbirləri turizm mövsümünü uzada bilər”

0
Samir Dübəndi

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, ölkəmiz ənənəvi turizm bazarları ilə yanaşı, yeni bazarların da axtarışında olmalıdır.

Samir Dübəndi: “Beynəlxalq turizmin vəziyyəti epidemioloji vəziyyətdən asılıdır”.

“Karantin qaydaları yumşalsa, eyni zamanda rayonlar arası gediş-gəliş açılarsa, daxili turizmdə canlanma müşahidə edə bilərik”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, builki turizm mövsümü itirilmiş sayılır: “Ancaq yumşalma tədbirləri olarsa, mövsümü bir qədər uzatmaq olar. Beynəlxalq turizmin vəziyyəti isə ümumi epidemioloji vəziyyətdən asılıdır. Ona görə də bu məsələni proqnozlaşdırmaq bir qədər çətindir. Amma düşünürəm ki, ölkəmiz ənənəvi turizm bazarları ilə yanaşı, yeni bazarların da axtarışında olmalıdır. Turizmin bərpası üçün bəzi ölkələrlə viza rejiminin ləğv olunması, eni istiqamətlərə hava reyslərinin açılması yardım edə bilər”.

Qeyd edək ki, Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiq edib.

Uçuşdan öncə COVID-19 testi üçün yeni və sərfəli klinikalar – RƏSMİ

0
COVID-19 testi

Bakıdan uçuşlar zamanı sərnişinlər məcburi qaydada, uçuşdan 48 saat öncə COVİD-19 testi keçməlidirlər.

Gezmeli.az Turizmplus.az istinadən xəbər verir ki, bu arayışı bir neçə xüsusi klinika təqdim edir. Bu gün həmin klinikaların siyahısına sərfəli qiymətlərlə bu proseduru həyata keçirənləri əlavə olunub. Nəzərinizə çatdıraq ki, aşağıda göstərilən klinikalarda testin qiyməti 40-130 AZN arası dəyişir:

Referans Laboratoriyası

Ünvan: Bakı ş., Mirzəbala Məmmədzadə küç. 8A

“Leyla Medical Center” Klinkası

Ünvan: Bakı ş., Yusif Səfərov küç. 19

Memorial Klinikası

Ünvan: Bakı ş., Qara Qarayev pr. 38А

“Bona Dea” Xəstəxanası

Ünvan: Bakı ş., Mehdi Abbasov küç. 2

Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi

Ünvan: Bakı ş., Məmmədəli Şərifli küç. 159

1 nömrəli Şəhər Poliklinikası

Ünvan: Bakı ş., Bül-bül pr. 8

10 nömrəli Şəhər Poliklinikası

Ünvan: Bakı ş., Azadlıq pr. 176

18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

Ünvan: Bakı ş., Nəsimi küç. 11

Caspian International Hospital

Ünvan: Bakı ş., Badamdar qəs., 1-ci yaşayış massivi 31

Sağlam Ailə” Ultralab Mərkəzi

Ünvan: Bakı ş., Asif Məhərrəmov küç. 156C

Gəncə şəhərində: Azərbaycan bayrağı küçəsi

İNCİ Laboratoriyası

Ünvan: Bakı ş., Bül-Bül pr. 40

Baku Clinic (Bakı filialı)

Ünvan: Bakı ş., Akademik Həsən Əliyev küç. 493

Baku Clinic (Sumqayıt filialı):

Ünvan: Sumqayıt ş., N. Nərimanov küç.

Bakı Sağlamlıq Mərkəzi

Ünvan: Bakı ş., Azadlıq pr. 112, Nəsib bəy Yusifbəyli küç.

Mərkəzi Neftçilər Xəstəxanası

Ünvan: Bakı ş., Yusif Səfərov küç. 21

İndoneziyanın Bali adası ilin sonunadək xarici turistlər üçün bağlı qalacaq

0
Bali adası

İndoneziyanın Bali adası koronavirus pandemiyası fonunda 2020-ci ilin sonunadək xarici turistləri qəbul etməyəcək.

AZƏRTAC “Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə Bali adasının qubernatoru Vayan Koster məlumat yayıb.

Bir müddət öncə yerli KİV-lərdə Bali adasının sentyabrın 11-də xarici turistlər üçün açılacağı barədə məlumatlar dərc olunmuşdu.

“İndoneziya hökuməti 2020-ci ilin sonlarına qədər əhalinin xaricə səfərlərini əvvəlki kimi qadağan edir. Bu siyasətə uyğun olaraq cari ilin sonlarına qədər qapımızı xarici turistlər üçün aça bilmərik. İndoneziyada, o cümlədən Bali adasında epidemioloji vəziyyət yetəri qədər təhlükəsiz deyil”, – deyə Bali adasının qubernatoru Vayan Koster bildirib.

“Biz ehtiyatlı olmalı və tələsməməliyik. Bali adası turizm sektorunu bərpa edərkən uğursuzluğa düçar olmamalıdır. Çünki bu, ölkənin nüfuzuna mənfi təsir edə bilər”, – deyə məmur sözlərinə əlavə edib.

Vayan Koster hazırda əsas diqqətin adaya yerli turistlərin cəlb edilməsinə yönəldildiyini deyib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Bali adası iqtisadi sahədə ciddi zərərlə üzləşib. Burada turizm sektorunda çalışan ən az 2667 nəfər işsiz qalıb, 73 mindən çox ada sakini isə ödənişsiz məzuniyyət götürməyə məcbur olub.

Qeyd edək ki, mart ayında Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, dünyada 23 milyon 611 min 896 yoluxma və 812 min 982 ölüm faktı qeydə alınıb, 16 milyon 102 min 873 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

İndoneziyada indiyə qədər 155 min 412 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 6 min 759 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib.

Bəhreyn ölkəyə daxil olma şərtlərini dəyişdi

0

Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreyn hakimiyyəti gələn bütün xarici vətəndaşlar üçün koronavirusun yayılması səbəbilə yaranmış vəziyyətlə əlaqədar əvvəllər tətbiq olunan 10 günlük məcburi karantini ləğv edib, lakin ölkənin qonaqları üçün yeni şərtlər açıqlanıb.

“Birincisi, COVID-19 üçün iki ödənişli testdən keçməlisiniz: Birincisi – gəlişdən dərhal sonra, hava limanında, ikincisi – giriş günündən 10 gün ərzində. İki testin qiyməti 60 Bəhreyn dinarı (təxminən 300 azn) olacaqdır”, – deyə Rusiya Turizm Operatorları Assosiyasiyası bildirib.

Qeyd olunur ki, məcburi karantinin ləğv edilməsinin səbəbi Bəhreyndə koronavirus hallarının sayının azalmasıdır: İyulun 1-dən avqustun 16-dək COVID-19 daxil olanların cəmi 0,2% -də aşkarlanıb. Bununla birlikdə, səyahət edənlərin əmirliyə girməsi və qalması üçün başqa bir məcburi prosedur var.

İkinci şərt mobil cihazda “BeAware Bahrain” tətbiqinin məcburi şəkildə aktivləşdirilməsidir.

Bundan əlavə, Bəhreynə gələn hər kəs COVID-19 üçün test etmədən əvvəl özündən təcrid bəyannaməsini imzalamalıdır. Eyni zamanda, səlahiyyətlilər turistlərin test nəticələrini harada gözləyəcəklərini və bu müddətin nə qədər davam edəcəyini dəqiqləşdirmirlər.