35 min əhalisi olan və 160 km2olan kiçik bir Avropa ölkəsi kirayə verilib. Lixtenşteynin rəhbərliyi tərəfindən qeyri-adi bir addım atılıb.
Lixtenşteyn
Bir neçə sutkalıq kirayə oluna bilən bu ölkə, əsasən zəngin turistlər tərəfindən icarə olunur. Gündə sadəcə 70 min dollar ödəyərək özünüzü real olaraq bir ölkənin monarxı kimi hiss edə bilərsiniz.
Portuqaliyanın şərabçılıq regionu olan Dueroda Quinta da Pacheca da şərab çəlləyi olan otel fəaliyytə başlayıb. 56 hektarlıq ərazidə 10 çəllək var.
Quinta da Pacheca
Hər çəlləyin sahəsi 30 kv metrdir. Çəlləklər şam ağacından hazırlanıb. Çəlləyin içində ayrıca ən müasir üslubda dizayn olunmuş vanna otağı və pəncərə önündə yataq var.
Mart ayının 28-dən etibarən Gəncə şəhərində “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının açılış mərasimi baş tutacaq.
Respublikamızın 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə keçiriləcək festival Azərbaycanın bütün regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq. Eyni zamanda bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə zəmin olacaq.
İki hissədən ibarət olan “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının birinci hissəsi sərgiyə, ikinci hissəsi isə konsert proqramına həsr ediləcək.
Sərgi çərçivəsində festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri sərgilənəcək. Bundan başqa, sənətkarlıq nümunələrinin satış yarmarkası da təşkil olunacaq.
Konsert proqramında isə musiqiçilərin, rəqs qruplarının, folklor kollektivlərinin, qiraət ustalarının çıxışları yer alacaq.
Qeyd edək ki, “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, keçirilir. Festival iki ay davam edəcək. Belə ki, festivalın mart ayında Gəncə və Ağstafada, aprel ayında Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcəbədi, Abşeron, Xaçmaz, may ayında isə Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxı şəhərlərində keçiriləcəyi planlaşdırılır.
Səfər etmək üçün daha maraqlı, əhalinin az olduğu və hələ də turistlər tərəfindən korlanmayan yerlər vardır ki,daha az pul xərcləmək istəyən turistlər bu nöqtələrə üz tuta bilərlər.
Kalabria,İtaliya
Kalabria
Yəqin ki, hamınız İtaliyanın çəkmə formasında olduğunu bilirsiniz. Kalabria vilayəti , sanki “çəkmənin pəncəsində”, Siciliya ilə Aralıq dənizinin kəsişməsində yerləşir. Bura bir tərəfi dağlarla,bir tərəfi meşələrlə ,bir tərəfi qayalıqlarla,digər tərəfi sarı qumlu çimərliklərlə əhatələnmiş bir regiondur.
Oxrid, Makedoniya
Oxrid
Bu şəhər balkanların Yerusalimi kimi taninir. Oxrid şəhərində 365 ədəd kilsə vardır ki, bu da ilin günlərini simvolizə edir.
Strasburq, Fransa
strasburq
Bu şəhər Fransanın şimal-şərqində yerləşir. Strasburq deyərkən ağla ilk olaraq bürokratiya, demokratiya,fikir azadlığı və konstitusiya gəlir ki, bu da Fransanın qədim tarixi ilə bağlıdır. Həm də Strasburq tarixi bir şəhərdir çünki, 1988-ci ildə ilk dəfə Yunesko Mədəni İrs nümunələri zirvə toplantısı məhz bu şəhərdə baş tutmuşdur.
Osiyek,Xorvatiya
Osiyek
Xorvatiyanı əsasən sakit və sıxlıq az olan bir sahil ölkəsi kimi tanıyırıq. Lakin bu ölkə öz-özlüyündə çox maraqlı və əsrarəngiz gözəlliyə sahib olan bir ölkədir. Zaqreb dünyanın ən rahat paytaxt şəhərlərindən biri adına layiq görülmüşdür.Həmçinin burada xüsusi gözəlliyi ilə seçilən Plitviçka Gölləri milli parkı da vardır. Osiyek şəhəri isə əksinə mərkəzə yaxın yerdə yox, Serbiya ilə sərhədə yaxın yerləşir. Bu şəhər xüsusilə, iyun,iyul,avqust aylarında- yay festivalları keçirilən zaman daha maraqlı olur.
Bаnskа Bistritsа, Slovakiya
Bаnskа Bistritsа
78 327 nəfər əhalisi olan bu şəhərin əhalisinin təxminən 10 000 nəfəri Kremnitsa dağlarının döşündə vulkan kalderasında yaşayir. Qədim vulkan mərkəzində yerləşməsi bu şəhərin tarixinin çox köhnə və çox zəngin olmasından xəbər verir. Orta əsrlərdən etibarən buranın əhalisinin əsas məşğuliyyəti dağlardan qızıl və gümüş çıxartmaqdan ibarət olub. Bu şəhər Mərkəzi Avropada 16-cı əsrin arxitekturasının ən gözəl nümunələrindən biri kimi tanınır.
Qazaxıstanın yeni Prezidenti Kasım-Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyi imzalayıb.
Dövlət başçısının imzaladığı qanunda deyilir: “Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri Nur-Sultan şəhəri adlandırılsın“.
Qeyd edək ki, bundan əvvəl K.Tokayev paytaxtın adının martın 19-da istefa verən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif etmişdi. Martın 20-də parlametin deputatları konstitusiyaya müvafiq dəyişikliyi qəbul ediblər. Dəyişikliyin qüvvəyə minməsi üçün dövlət başçısının qanunu imzalaması lazım idi.
Xatırladaq ki, Astana şəhərinin adı 1961-ci ilədək Akmolinsk, 1961-1992-ci illərdə Tselinoqrad, 1992-1997-ci illərdə isə Akmola olub. Şəhərə Astana adı (mənası “paytaxt”) 1998-ci ildə Qazaxıstan paytaxtı statusu alanda verilib. (trend)
“Traveller’s Choice” adlı tam siyahı servisin rəsmi saytında dərc olunub.
İstiqamətlər istifadəçilərin milyonlarla rəyini, hotellərin, restoranların və gəzməli-görməli yerlərin reytinqini təhlil edən xüsusi alqoritmin köməyi ilə seçilib.
Siyahıya İngiltərənin paytaxtı London başçılıq edir.
London
İkinci yerdə Paris,
Paris
Üçüncü yerdə isə Roma gəlir.
Roma
İlk onluğa Krit adaları, Bali, Phuket, Barselona, İstanbul, Mərakeş və Dubay daxil edilib.
Szeged Macarıstanın üçüncü böyük şəhəridir. Macarıstanda da pul vahidi valyutadır Forint. Türk lirası arasındakı məzənnə fərqi demək olar ki əhəmiyyətsizdir və buna görə də Avropaya səfər etmək üçün ucuz yerlərdən biridir. Şəhər Serbiya sərhədində yerləşir və Macarıstanda ən günəşli şəhər kimi tanınır.
Szeged
Szeged’də nəqliyyat
Təyyarə ilə Budapeştə düşdükdən sonra hava limanından servis avtobusu ilə mərkəzi dəmir yolu stansiyasına gələ bilərsiniz. Buradan, təxminən 1900 Forint’le Szeged’ə bir bilet alabilir və Budapeşt’dən Szeged’ə 1,5 saatliq qatar gəzintisindən yararlana bilərsniz . Hər yarım saatdan qatarlar var. Şagirdlərə endirim tətbiq edilir. Bilet ala biləcəyiniz kassalar var. İngilis dilində danışıqları bir az çətin olmasına baxmayaraq, əlamətlərinə görə vaxtları başa düşə bilərsiniz.
Szegeddə nəqliyyat
Şəhərdə hər ay mütləq bir festival keçirilir. Şərab Şənliyi (hər il 21 may), Macarıstan Salam Festivalı, Rəqs Festivalı, Rok Festivalı və Beer Festivalı kimi festivallar ən yaxşıları arasındadır. Siz hamısında pul ödəmədən iştirak edə bilərsiniz və əksəriyyəti küçə festivalıdır.
Szegeddə mətbəx
Şəhərdə çoxlu restoranlar var. Szechenyi Ter yaxınlığında, Cooltour Cafe və Pivo Var, Erasmus görüşlərinin tez-tez keçirildiyi pivə, şərab və qəhvə yerləri hedab olunur. Tesco bazarlarından ən ucuz yeməyləri ala bilərsiniz. Mən müxtəlif növ Macar şirniyyatlarını dadmağınızı məsləhət görürəm. Jon Bull Pub-da Macarların məşhur şorbası olan Gulyası dada bilərsiniz.
Şəhərin küçələrində gizlənmiş bir neçə pizzacı tapa bilərsiniz və qiymətlər olduqca ucuzdur. Pizzaları cm ilə satırlar. Ayrıca, Macar şiriniyyatı olan Palaçinkanı dada bilərsiniz.
Burger
Bundan başqa mərkəzdə kiçik bir büfe olan Aradi gözəl Gyros Pita hazırlayır. Pide çörəyində fərqli bir sous dada bilərsiniz.
Şəhərdə bir çox yerli yeməklərini, Oskolto Utca, Roosevelt Ter restoranlarında dada bilərsiniz.
Bir Türk restoranı olan Duna Restaurant daburada yerləşir. Burada lahmacun, pita, doner, alexanderdən paxlavaya qədər hər şeyi tapa bilərsiniz.
Langos
Bütün bunlardan başqa, Arkadda yeyə bilərsiniz. Meydanda başqa bir yer Acapella’dan dondurma almanızı və ya müxtəlif tortlardan dada bilərsiniz.
Szegeddə harada alışveriş etmək olar?
Szeged
Şəhər mərkəzində çoxlu ikinci əl dükan var. Çox məqbul qiymətlərlə fərqli şeylər tapa bilərsiniz. Bununla yanaşı, alışveriş mərkəzi Arkadda yerləşir, burada daha məşhur markaların geyimlərini tapa bilərsiniz. Ən maraqlı suvenirlər üçün, Szeged avtobus dayanacağında (Mars ter) birə bazarını seçməlisiniz. Dükanlar bazar günləri bağlanır və həftənin axşam saat 18: 00-a qədər işləyirlər. Şənbə günü saat 13.00-da bağlanırlar. Ticarət mərkəzində kredit kartlarından istifadə etmək mümkündür.
Szegeddə Gəziləcək Yerlər
Şəhər mərkəzindən 15 dəqiqə məsafədə olan Tizsa çayına gedib içkinizi və ya qəhvənizi içə bilərsiniz. Universitet tələbələri üçün çox məşhur olan bir yerdir.
Szegedi Vadaspark-zoo-ya velosipedlə gedə bilərsiniz. 1500 Forint kimi bir qiymətə giriş edə bilərsiniz. Szechenyi Ter də böyük parka malikdir və festivalların çoxu burada keçirilir. Burada Anna Bath,adlı bir hovuz yerləşir. Girişi 1000 Forint olan çox isti su hovuzları var. Mora Ferench Muzeyi Roosvelt Ter’də buarada yerləşir və bu muzeydə bir çox əsər var.
Mora Ferenc Museum
Aradi Vertanuk Tere meydanında, Ferenc Rakoczi II heykəlinin Szoreq Savaşları Memorialının bir sütunu var.
Ziyarət üçün başqa bir ünvan “Klauzal Meydanında Küçə Musiqi Kla heykəlidir. Meydanın ortasında Lajos Kossuth tərəfindən edilən tam uzunluqlu K rəqəmi “heykəldir. Meydanın ətrafında, şəhərin ən sevimli alış-veriş mərkəzi Virag yerləşir.
Parlament binası qarşısında bir xatirə fotoşəkili çəkə və Budanın və Pestin birləşdirən Zəncir Körpüsünə getmək olar.
Dom Ter
Körpüdən buda tərəfinə keçib Balıqçı Maths Basiton’u ziyarət edə bilərik və Mathiass Kilsəsini görə biləsiniz.
Pest üçün dönərkən ən əhəmiyyətli küçə Vaci Utca’dır. Bu küçədə ən gözəl kafe və yemək sahələrini tapa bilərsiniz. Bu prospektin sonunda Mərkəzi Market Salonu var.
Varosliget Park Budepeşte
Szeged yaxınlığında təbiət kefi yaşamaq bayram atmosferi yaşamaq istəyirsinizsə, Balaton Gölünə gedin. Böyük musiqi festivallerina qatıla və üzmək üçün gölə girə bilərsiniz.
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (e-qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçiriləcəkdir. Vergilər Nazirliyi ilə birgə təşkil olunacaq tədbir 27 mart saat 15:00-də “Park Inn” hotelinin “Dan Ulduzu” zalında baş tutacaqdır.
Tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılacaqdır. Həmçinin Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilməklə hotellərin, səyahət agentliklərinin və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı rəy və təklifləri dinləniləcək, Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin nümayəndəsi tərəfindən suallar cavablandırılacaqdır.
Tədbirdə iştirak etmək istəyən hotellərin, səyahət agentliklərinin və tur operatorların nümayəndələri https://bit.ly/2TSCF8a formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.
Tədbirin keçiriləcəyi məkan: “Park Inn” hotelinin “Dan Ulduzu” zalı Tədbirin keçiriləcəyi vaxt: 27 mart saat 15:00
Promenade Hotel Baku Azərbaycanın paytaxtının tam mərkəzində – Neftçilər prospektində Həqiqət Rzayeva küç. 3 ünvanında yerləşir.
Otelin yerləşdiyi məkan artıq bir çox şeylər haqqında öz sözünü deyir – bu, həmçinin dünya şəbəkəli otellərin yerləşdiyi «location «A» xəttdir ; bir faktı (amili) da əlavə etmək lazımdır ki, Neftçilər prospekti Azərbaycan paytaxtının ən bahalı küçələrindən biridir. “Promenade” luks butik otelinin açılışının məhz bu küçədə olması bu amillərdən biri oldu.
Otelin yerləşməsi ilə bağlı əsas üstün cəhətlərdən biri də onun, baharın ən vacib hadisələrindən biri olan – Azərbaycan Qran-Prisi Bakıda bu il 26 apreldən 28 aprelədək keçiriləcək “Formula -1” idman yarışlarına maksimum dərəcədə yaxın olmasıdır.
Promenade otel
Promenade Hotel Baku nömrələri və eyvanlarından yalnız Xəzər dənizinə deyil, həmçinin “Formula-1”–in keçiriləcəyi Bakının mərkəzi şossesinə geniş mənzərə açılır. Məhz bu cəhət onu idmanın yarış növü üzrə bütün fanatları üçün daha cazibəli edir və ona xüsusi gözəllik bəxş edir. «Otelin nömrə bazası 43 otaq təşkil edir – bunlar, yaşayış qiymətinin 80 dollardan başladığı standart, de-lyuks və lüks nömrələrdir. C-Group otel qonaqlarını artıq 16 mart tarixində baş tutan rəsmi açılışdan əvvəl ən yaxşı ənənəvi şəkildə qarşılamağa başlamışdır – ilk qonaq isə 10 mart tarixində Promenade Hotel Baku –da yerləşdirilmişdir » – deyə öz müsahibəsində CEO Kənan Ağayev bildirir.
Kənan Ağayev
Kənan Ağayev
K.Ağayev Promenade Hotel Baku-nun potensial qonağının kimliyi barədə danışaraq aşağıdakı deyilənləri vurğulayır: «Birmənalı olaraq bu, Bakı şəhəri səfər etdiyi ilk şəhər olmayan turistdir. Bu rahatlığı, komfortu və istirahətin ən yüksək səviyyəsini hər şeydə dəyərləndirən, həmçinin öz vaxtını dəyərləndirən şəxsdır. Belə ki, bizim otelimizdə yerləşərək o, Azərbaycanın əsas diqqət mərkəzində olan bütün sahələrinə demək olar ki, bir addımlıq məsafədə olacaq. Bizim potensial qonağımız fərdi və ya ailəvi olaraq səyahət edən, lüks sinfli istirahəti tanıyan və üstünlük verən 35 yaş və daha artıq insanlardır».
«Dövlət tərəfindən göstərilən hərtərəfli dəstək sayəsində Azərbaycanda turizm sahəsi çox böyük sürətlə inkişaf edir. C Group şirkəti bu yolda bilavasitə iştirak edir. Fevral ayında biz Theatrum otelini, bir ay sonra isə Promenade otelini açdıq. Qarşımızda qoyduğumuz əsas məqsədimiz isə – Bakının qonağı olan hər bir şəxsin şəhəri yalnız müsbət emosiyalarla tərk etməsidir. Azərbaycana yenidən geri dönmək istəməsidir». May ayında oteldə, binanın dam hissəsində yerləşəcək, birmənalı olaraq yalnız otel qonaqlarının deyil, həm də Bakı sakinləri üçün sevimli məkana çevriləcək «Roof Top Lounge» yay terrasının açılışı keçiriləcək.
Promenade Hotel Baku ünvanı– Neftçilər prospekti Həqiqat Rzayeva küç. 3, əlaqə nömrəsi+994 12 525 55 00
Təbiətin nadir incisi olan və Azərbaycana əsasən qışlamağa gələn flaminqonu görmək istəyən bütün təbiətsevərləri Qızılağac Milli Parkına dəvət edirik. Hazırda Qızılğac Milli Parkında 3000-4000 flaminqo qışlayır.
Köçəri və nadir növ olan flaminqo Afrikadan başlayaraq, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərinə qədər yayılıb. Azərbaycanda Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarının su hövzələrində, Böyük Qızılağac körfəzində, Xəzərin sahil sularında, Naxçıvanda isə Araz çayı sahillərində yayılıb.
Ən stabil qışlama yerləri Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin iri gölləridir.
Flaminqo koloniya halında yaşayır və yuvasını bitki, heyvan qalıqlarından, yaş torpaqdan qurur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, flaminqo Azərbaycanda nadir hallarda yuvalayır. 1955-ci ildə Salyan rayonunda Ağ–çala gölündə, 1982-ci ildə isə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilib.
Hər il Azərbaycana qışlamaq üçün orta hesabla 16000-18000-ə yaxın flaminqo gəlir. Flaminqo növünün qorunub saxlanması məqsədilə Qızılağac, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və su-bataqlıq ərazilərində yasaqlıqlar təşkil edilib. Flaminqo Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib və ovlanması qadağandır.
Bildiririk ki, Qızılağac Milli Parkı Xəzər dənizinincənub-qərb sahilində Bakı şəhərindən 180 km məsafədə, Lənkəran şəhər, Masallı və Neftçala rayonlarının inzibati ərazisində yerləşir.