Azərbaycan Hotel Assosiasiyasının təşəbbüsü ilə təşkilata üzv olan hotellər üçün qarşılıqlı fikir mübadiləsinə əsaslanan seminar-təlim keçirilib. Tədbir Azərbaycan Turizm Bürosu ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Seminar-təlimdə hotel nümayəndələri ilə Azərbaycan Turizm Bürosunun müxtəlif şöbələrinin əməkdaşları arasında görüşlər keçirilib. Hotellərin turizm sənayesindən gözləntiləri ilə bağlı fikirləri dinlənilib.
İştirakçılara dünyanın altı əsas hədəf bazarında həyata keçirilən və planlaşdırılan fəaliyyətlər, ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsində hotellərin üzərinə düşən rolun vacibliyi barədə məlumat verilib.
Hotellərin nümayəndələri ilə yeni turizm məhsullarının yaradılması strategiyası haqqında fikir mübadiləsi aparılıb. Beynəlxalq sərgilərdə hotellərin iştirak prosedurası ilə bağlı suallar cavablandırılıb.
Ümumilikdə hotelçilik sənayesinin 50 –dək nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın turizm potensialının xaricdə tanıdılmasında bu sənayenin fəaliyyəti müzakirə olunub.
İştirakçıların marağı nəzərə alınaraq Azərbaycan Hotel Assosiasiyası tərəfindən mütəmadi olaraq üzv hotellər üçün bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu yaxınlarda xaricdən dönən yaxın adamlardan birinə Dubay aeroportunda iki nəfər həmyerlimiz yaxınlaşıb. İki mobil telefonu keçirməyə kömək etməsini xahiş edib. O razılaşmayıb və daha maraqlı hal Bakı aeroportunda yaşanıb.
Belə ki, Bakı aeroportunda həmin adamın gözü önündə bir nəfərdən üç telefon çıxıb və onun malları müsadirə edilib. Sonra o da gömrük baxışından keçməsi üçün xüsusi otağa çağırılıb. Yoxlamalar nəticəsində məlum olub ki, hər şey qaydasındadır, onu buraxıblar və bu vaxt soruşublar:
“Dubayda sizə də telefon keçirməyi təklif etdilərmi?”
“Bəli”, – deyəndə isə bu cavabı eşidib:
“Yaxşı ki götürməmisiniz”.
Beləliklə, bu hadisələr son vaxtlar çox təkrarlandığından “Fiziki şəxs kimi xaricdən gömrük rüsumu ödəmədən nə gətirmək və neçəsini gətirmək olar?”, – sualı tez-tez yaranır.
Qüvvədə olan Nazirlər Kabinetinin 305 saylı qərarı ilə təsdiq edilmişdir. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən sizə təqdim edir.
Qaydalar
Qaydalara görə, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmalıdır. Malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyini yəqinləşdirmək lazımdır. Onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.
Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı iki ədəd eyni və (və ya) eynicinsli mal olmalıdır. Bu qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.
– Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar;
– Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;
– Avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;
– Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;
– Müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar;
– Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə);
Aksiz vergisi
– Aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz;
– Hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları;
– Hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü;
– Əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər.
– Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən, avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.
Azərbaycan Dövlət Gömrük komitəsi
Azərbaycan Dövlət Gömrük Komitəsi
– Gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır. Yalnız bank, poçt və ya plastik kart vasitəsilə ödənilir.
– Fiziki şəxslər xarici valyuta sərvətlərini Azərbaycan Respublikasının gömrük sərhəd buraxılış məntəqələrindən alnan qaydalara əməl olunmalıdır. “Valyuta tənzimi haqqında“ Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydaya əsasən keçirə bilərlər.
Dövlət Gömrük Komitəsindən bildirdilər ki, eyni markalı eyni maldan üçüncüsü aşkar edildikdə bu, artıq həmin əşyanın kommersiya məqsədilə gətirilməsi hesab edilir. Ona görə də malların hamısı (qaydalarla icazə verilən iki ədəd də daxil olmaqla) qanunsuz mal kimi vətəndaşdan alınıb anbara vurulur. Və həmin şəxs öz vəsaiti ilə həmin malları geriyə göndərməlidir.
Ya da həmin fiziki şəxs bunları kommersiya məqsədilə gətirdiyini elan edib onu rəsmiləşdirməli, gömrük rüsumlarını ödəməlidir.
Başqa bir variant isə həmin üç eyni əşyanın şəxsi istifadə üçün gətirildiyini sübuta yetirməkdir. Bu isə əlavə vaxt itkisidir və siz sonda mənfi cavabla da üzləşə bilərsiniz.
“Yeni təsnifat sistemi yaradılacaq. Yeni yaradılacaq təsnifat sisteminə 2019-cu ilin sentyabr ayında başlayacağıq”.
Azərbaycan Hotellər Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib. Onun sözlərinə görə, bundan əvvəl isə təkcə Bakıda deyil, regionlarda da təlimatlar keçiriləcək: “Bunun şəffaf keçirilməsi bizim üçün çox mühümdür. Ona görə də bir plan hazırlayırıq, bu barədə yaxın aylarda məlumat verəcəyik”.
Günay Sağlam bildirib ki, iki aydır fəaliyyət göstərsək də artıq 36 otel Assosiasiyaya üzv olub: “Göndərdiyimiz proqram hamısının xoşuna gəlib. Amma hədəfimiz ilin axırına qədər bu otellərin sayını 100-ə çatdırmaqdır. Çünki “Hotrec”in yəni Avropa Birliyinin ən güclü assosiasiya qrupunun tələblərinə görə, 100 otel olduqdan üzv olduqdan sonra “Hotrec”ə üzv olmaq üçün müraciət edə bilərik:
“”Hotrec” üzv olan ölkələri yoxlayır. Yəni Almaniyada 4 ulduzlu otel nə deməkdirsə, Azərbaycanda da o olacaq”.
Otellərə ulduzların verilməsi məsələsinə toxunan Günay Sağlam bildirib ki, ən vacib tələb təmizlik, gülər üzlü personal, servis, otelin yaxşı vəziyyətdə olmasıdır:
“İki inspektor göndəriləcək həmin otelə, bir gecə qalacaqlar orada və 50 səhifəlik böyük bir rəy toplanılacaq. Daha sonra biz onu veb saytımızda yayımlayacağıq. Yəni hər şey çox açıq və şəffaf olacaq. Otel rəhbərləri də orada öz şərhlərini verə biləcəklər”.
Günay Sağlam bildirib ki, veriləcək lisensiya müddəti 4 ildir:
“İki il keçəndən sonra biz otələ gizli alıcı göndərəcəyik heç kimin xəbəri olmadan. Bununla da otelin həmin kateqoriyaları nə qədər saxladığı yoxlanılacaq. Müştərilərdən gələn rəylərin əsasında da həmin otellərə gizli alıcı göndəriləcək. Amma biz buradan otelləri qorxutmaq istəmirik. Çünki bizim əsas işimiz otellərə dəstək verməkdir. Təbii ki, təlimatlar keçiriləcək. Bütün suallar veb saytımızda olacaq və otellər hamısı hazırlıqlı olacaq. Əsas işimiz otellərin səviyyəsini yüksəltməkdir”.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb. 18,5 faiz artaraq 4464,5 min nəfər olub. Onların 18,9 faizi Rusiyaya gedənlərdir. Ümumilikdə isə bu dövr ərzində İran və Türkiyəyə gedənlərin sayında artım qeydə alınsa da, qonşu Rusiyaya üz tutan vətəndaşların sayı 0,3 faiz azalıb.
Xorvatiyaya səyahət barədə reportajın davamı olaraq, biz Krka Milli Parkından – Dalmasiyanın əsl incisindən danışmaq istəyirik. Meşəli təpələrin arasından axaraq Krka çayına tökülən 7 gözəl şəlalə bu məkanın ən əsas görməli yerləri sayılır. Bu təbiət fenomenindən zövq almaq üçün hər il Milli Parkı 1,3 milyon nəfər ziyarət edir.
Park Şibenik, Knin və Skradin kimi tarixi şəhərlərin yaxınlığında yerləşir ki, bunların da hər biri turistlərin ayrıca diqqətini çəkməyə layiqdir.
Şəlalələr diyarında və ya tuf fenomeni
İlk baxışdan göründüyü kimi, “Krka” sözünü yazarkən biz sait hərfi buraxmamışıq. Xorvat dilində xeyli söz var ki, bunlarda sait hərflər yoxdur. Məsələn: “prst” (barmaq), “trg” (meydan) və s. Bununla belə, “Krka” adı “Kırka” kimi səslənir.
Ümumi sahəsi 109 kvadrat kilometr olan Milli Park Krka çayını və onun sol qolu olan Çikola çayının aşağı axınının vadilərində ən gözəl yerləri əhatə edir. Parka getməyin ən rahat yolu yaxınlıqdakı Skradin şəhərciyindən müntəzəm üzən teploxodla səyahət etməkdir. Skradindən əvvəl getdiyimiz Zadardan parkadək təxminən 1 saatdan artıq vaxt (76 kilometr) tələb olunur. Milli Parkın Skradində yerləşən turizm ofisində parka giriş biletləri satılır: soyuq mövsümdə (noyabr, dekabr aylarında) biletin qiyməti 30 kuna (təxminən 4,6 dollar), yay aylarında isə 200 kuna (təxminən 30 dollar) təşkil edir. Teploxodun gediş haqqı da biletin qiymətinə daxildir.
Krka
Teploxod yaşıl təpələr arasından dolaşıq axan çay boyunca 20 dəqiqə üzərək, körpüyə yan alır. Buradan parkadək bir az piyada getmək lazımdır. Burada sizi şəlalələrdən birincisi – Skradin şəhərinin şərəfinə adlandırılmış Skradinski buk gözləyir. Bu, 7 şəlalə arasında ən böyüyü və hündürüdür (46 metr). Onun görünüşü insanı məftun edir. Bu, hətta bir deyil, biri digərinə tökülən iki enli şəlalədir. Güclü su axını şəlalənin üzərində buxar əmələ gətirir, hər tərəfə su damcıları sıçrayır, suyun səsindən isə qulaq tutulur. Şəlalə yaşıllıqlarla əhatə olunduğundan suya zümrüd çalarları verir. Bununla belə, Krka çayı büllur kimi təmizdir. Onun sularında üzən balıqları (azı 18 növ) əlbəttə ki, ovlamaq qadağandır. Krka çayı ətrafında flora və fauna son dərəcə müxtəlifdir. Burada 1022 növ bitki, 221 növ quş, 46 növ məməli heyvan var. Bunlardan bir çoxu endemik, nadir və ya yox olma təhlükəsində olanlardır.
Tuf daşı
Krka qoruğunun əsas fenomeni tuf daşıdır. Tuf daşına bu regionda su axını səthində tez-tez rast gəlmək olur. Tuf – suyun çöküntüsü olan məsaməli süxurdur, onu əmələ gətirən yosunlarda, mamırlarda və s. toplanır və bu yolla müxtəlif geomorfoloji formalar yaradır.
Yeri gəlmişkən, Skradinski buk parkda yay aylarında çimmək mümkün olan yeganə şəlalədir. Lakin sentyabrdan may ayınadək çayda çimmək qadağan edilir, çünki bu dövrdə axın güclənir.
Skradinski buk
Körpü vasitəsilə çayı keçən qonaqlar taxta meydançaya ayaq basırlar. Bu meydança onları təhlükəsiz olaraq Milli Parkın maraqlı yerlərinə aparır. Qonaqlar yolda təkcə şəlalələr və müşahidə meydançalarını deyil, bir sıra mədəni-tarixi məkanları, o cümlədən monastırları, kiçik etnoqrafiya muzeylərinə uyğunlaşdırılmış köhnə dəyirmanları, camaşırxanaları və s. görə biləcəklər.
Suyun enerjisi və 950 yaşlı yubilyar
Şübhəsiz, insanlar hələ ta qədimdən suyun gücündən təsərrüfat ehtiyacları üçün istifadə ediblər. Keçmişdə unun üyüdülməsindən ötrü çay üzərində onlarca su dəyirmanı fəaliyyət göstərib. Hazırda onlardan yaxşı vəziyyətdə qalan bir neçəsində ağır dəyirman daşının köməyi ilə keçmişdə buğdanın necə üyüdülməsini görmək mümkündür. Burada, həmçinin qədim camaşırxana var. Qadınlar burada paltar yuyub, təmiz çay suyunun axınında yaxalayardılar. Ənənəvi dəmirçixanada isə milli geyimli usta arzu edənlərə kürəyə havanı püskürməkdən ötrü qədim körükdən, ağır çəkicdən və dəmirçi zindanından istifadə edərək metalın döyülmə prosesini göstərir.
Əlbəttə, çayın gücü buraya sənayeçiləri cəlb etməyə bilməzdi. Krkanın bəzi hissələrində XX əsrin ərəfəsində 4 hidroelektrik stansiyası tikilib ki, bunlar da sənaye memarlığının son dərəcə qiymətli abidələridir. Onlardan üçü bu günədək fəaliyyət göstərir. Hidroelektrik stansiyaların dördüncüsü – Skradinski bukda yerləşən ən qədimi hazırda bərpa olunur. Bu hidroelektrik stansiyanın unikallığı ondadır ki, o, 1895-ci ildə – Niaqara şəlaləsində Nikola Teslanın hidrostansiyası fəaliyyətə başladıqdan cəmi iki gün sonra işə salınıb. Eyni zamanda, 11 kilometr uzunluğunda elektrikötürmə xətləri tikilərək, Xorvatiyada ilk tam elektrik təchizatı – şəhər işıqlandırma şəbəkəsi çəkilib. Bunun sayəsində Krka yaxınlığındakı Şibenik şəhərində elektrik işığından Vyana, Roma, London və digər Avropa paytaxtlarından daha erkən istifadə olunmağa başlanılıb.
Krka
Krka Milli Parkını ziyarətdən sonra biz haqqında çox eşitdiyimiz Şibeniklə daha yaxından tanış olmaq qərarına gəldik. Şəhərlər Skradindən təxminən 20 kilometr aralıda, Krka çayının Adriatik dənizinə axdığı ərazidə yerləşir.
İlkin mənbələr
İlkin mənbələrdə adı 1066-cı ildə çəkilən şəhərin 2016-cı ildə 950 illiyi qeyd edilib. Orta əsrlərdə şəhər əhalisi duz, şərab, Krka çayı üzərindəki su dəyirmanlarından gələn gəlir və gəmi səfərlərinin hesabına varlanırdı. 1412-ci ildən başlayaraq, təxminən 400 il ərzində Şibenik Venesiya Respublikasının tərkibinə daxil idi. Şəhərin görməli yerlərinin əksəriyyəti, o cümlədən UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan Müqəddəs İakov baş kilsəsi bu dövrdə tikilib. Dalmatiyalı Yuray və Nikola Fiorentinatsın memarı olduğu məbəd 100 il ərzində heç bir bağlayıcı material olmadan bütöv daş bloklardan tikilib. Lakin bu tikilinin maraqlı xüsusiyyəti ondadır ki, o, apsidada (binanın aşağı çıxıntısı) 74 heykəllə əhatə edilib. Hesab olunur ki, bu heykəllər real insanları – Dalmatiyalı Yurayın müasirlərini əks etdirir.
Bu gün baş kilsə və ona bitişik meydan toyların keçirilməsi üçün populyar yerdir. Biz belə bir toyun şahidi olduq. Musiqiçilər kilsənin girişində dayanaraq, gitara, qarmon və kontrabasda çalaraq, birlikdə mahnı oxuyurdular. Həmin səhnə meydanda da eynilə idi. Qonaqlar da onları müşayiət edirdilər.
Kiçik Şibenikdə cəmi 24 kilsə var. Bu, onunla izah olunur ki, keçmişdə tacirlər özlərinin varlanmaqlarını məbəd tikməklə nümayiş etdirirdilər.
Kornatı arxipelaqı və süngərlər adası
Şibenikin Köhnə şəhəri maraqlı memarlıq işləri – portal sütunları, tağlı keçidləri, alaqapıları və s. ilə diqqəti özünə çəkir. Bələdçi bizə evlərin birində maraqlı detal göstərdi: küçə tərəfdən divarın aşağısında qədimdən qalmış daş yem təknəsinin üzərində italyan dilində “itlərə sevgi” sözləri yazılıb. Bu, şəhərlilərin heyvanlara həssas münasibətini sübut edir.
Kornatı park
Köhnə şəhərin maraqlı görməli yerlərindən biri də 1451-ci ildə tikilən “Dörd quyu” meydanıdır. Venesiyalıların hakimiyyəti dövründə şəhərdə su qıtlığı olduğundan hökumət şəhər hersoquna su anbarının tikintisinə başlamağı tapşırıb. Beləliklə, Şibenik əhalini təxminən 450 il su ilə təchiz edən “Dörd quyu” su anbarına yiyələnib.
Köhnə şəhər
Köhnə şəhərin digər məşhur tikilisi qotik və intibah üslubunu xarakterizə edən Yepiskop Sarayıdır (1439-1441). Sarayda kapitellə stilləşdirilən tağ sıraları ilə bəzənmiş iç həyət nəzərdə tutulub.
Şibenik öz adaları ilə də məşhurdur. Şəhər azı 220 ada ilə əhatə olunub. Ən məşhur arxipelaq məskunlaşma olmayan 89 adadan ibarət Kornatı Dəniz Milli Parkıdır. Amma keçmiş zamanlarda bu adalarda insanlar yaşayırmış. Kornatının ən böyük adasında Bizans dövrünün (VI əsr) Tureta qalası, bəzi adalarında isə illiriyalı məskunların izləri qalmaqdadır.
Şibenikdən parkın bəzi adalarına su taksisində getmək olar. Kornatı Milli Parkı ekskursiya üçün populyar yerlərdən biridir. Bu yerlə yaxtada su idmanı ilə məşğul olanları, dalğıcları və sadəcə təbiətsevərlərı xüsusi cəlb edir. Adalarda şam və zeytun ağacları bitir, dələ, müxtəlif quşlar, sürünənlər və digər heyvanlar yaşayır.
Şibenik ətrafında olan daha bir ada – Krapan adası da diqqətəlayiqdir. Bu, Adriatik dənizində ən alçaqda yerləşən və əhalisi az olan adadır. Lakin Krapan təkcə bununla turistlərin diqqətini cəlb etmir. Burada əsrlərboyu dəniz süngərləri tutulur. Bu adanı elə belə də adlandırırlar – süngərlər adası. Adanın ətrafı suyun altındakı qayalı sahələrdə geniş yayılan dəniz süngəri və qırmızı mərcanla zəngindir. Burada dəniz süngərlərinin tutulub-satılması ilə ixtisaslaşan “Žitak” kimi şirkətlər çoxdur. Krapanın ətrafında süngərlər 40 santimetr diametrədək böyüyür, müvafiq emaldan sonra kosmetologiyada, üz və bədən dərisinə qulluq etmək üçün, rəssam emalatxanalarında, keramika, farfor hazırlanmasında, tibbdə və digər sahələrdə istifadə edilir.
Meksikada hava həmişə istidir. Bu da deməyə əsas verir ki, ölkəyə ilin istənilən vaxtında təşrif buyuraraq istirahət etmək mümkündür. Buraya giriş icazəsi məsələsində heç bir problem yaranmır, çünki ABŞ vizası çox rahat verilir. ABŞ vizası maksimum 3, minimum bir neçə saata hazır olur. Bu amil şübhə yeri qoymayacaq ki, Meksika istirahət üçün sadəcə ideal yerdir.
Qədim piramidaları görmək
Maya və asteklərin qədim sivilizasiyalarından qalan abidələr bu günədək öz əzəmətini itirməyib. Heyranedici və sirli abidələri görmək üçün Meksikaya dünyanın hər yerindən minlərlə turist axışır. Minilliklər əvvəl hindular tərəfindən ucaldılmış piramidalar heç kimi laqeyd qoya bilməz. Xüsusilə Teotiukan və Ketçapkoatlyaya ekspedisiya etməyi mütləq məsləhət görürük. Ehramın ən uca zirvəsindən Günəşi izləməyin öz ləzzəti var.
Yukatana mağarası və senotlar
Piramidalardan sonra mağaralar bütün dünyada arxeoloqların və səyyahların diqqətini cəlb edən ikinci yerdir. Yukatana mağarası mayalarda müqəddəs sayılırdı: Yerli sakinlər güman edirdilər ki, bu mağara maya allahları üçün Meksikaya hədiyyə göndərilib. Lakin alimlərin fərziyyələrinə görə, Yukatana meteoritin yerlə toqquşması nəticəsində yaranıb. Bu, ərazinin böyük hissəsini bitki örtüyündən məhrum edib və dinozavrların məhvinə gətirib çıxarıb. Yukatana adı yerli əhalinin dilində “Biz sizi başa düşmürük” anlamında işlədilir. Bu kəlməni eşidən ilk Konkistadorlar verdikləri “Biz haradayıq, bu torpağın adı nədir?” sualına cavab olaraq eşidiblər.
Senot isə təmiz, şəffaf su ilə dolu olan təbii tuneldir. Onlar əhəngli torpaqların nəticəsində yaranır.
Dağ çayı üzrə sallarda üzmək
Nədənsə çoxları Meksikanı kaktus, səhra və çimərliklər ölkəsi kimi tanıyır. Əslində Meksika təbiəti rəngarəngdir. Ölkənin şimalında böyük dağ və kanyonlar yerləşir. Dağlar və yaşıllıqlardan sonra cənubda böyük kaktusların bitdiyi səhralar başlayır. Qərb hissədə qumlu çimərliklər göz oxşayır. Ölkənin ən cənub hissəsində insan ayağı dəyməyən cəngəlliklər, şəlalələr var. Meksikada kifayət qədər meşə, göl, çay və vulkanlara da rast gəlmək mümkündür. Macəra həvəskarları üçün divarların hündürlüyü 1000 metrə çatan dağ çaylarına xüsusi ekskursiyalar təşkil olunur.
Dünyanın ən böyük paytaxtı
Mexiko dünyanın ən bpyük paytaxt şəhərlərindən biridir. Şəhərin əhalisi 20 milyondan çoxdur. Mexiko Tenoçtitlana şəhərinin dağıntılarından sonra tikilib. Qədim şəhər qalıqları metro tikintisi zamanı üzə çıxıb.
Əsl Meksika mətbəxini dadmaq
Meksikalılar yalnız mədəniyyəti və abidələri ilə deyil, eyni zamanda mətbəxi ilə sözün əsl mənasında öyünə bilər. Çünki meksikalılar yeməyə çox əhəmiyyət verir. Hər il noyabr ayının ilk istirahət gününü “Ölülər günü” kimi qeyd edir, vəfat etmiş yaxınlarının qəbrinə yemək və içki aparırlar. Ümumiyyətlə, Meksika mətbəxi dünyada ən geniş yayılmış və ən köhnə mətbəxlərdən biridir. Milli Meksika xörəklərinin 8-9 min illik tarixi var.
Qarğıdalı, paxla, şokolad, müxtəlif acı bibərlər, balqabaq və qarğıdalı unundan hazırlanan tortilla meksikalıların əsas menyusunu təşkil edir. Yeri gəlmişkən, tortilla Meksika mətbəxinin simvolu sayılır. Maya əfsanəsinə görə, ilk tortilla bir kəndli tərəfindən ac kralın qarnını doyuzdurmaq üçün hazırlanıb. Adı ispanca “yumru tort” mənasını verir. Çörək yerinə hər yeməkdə yeyilir. Tortillalar yalnız çörək kimi deyil, eyni zamanda üstü müxtəlif ərzaqlarla bəzədilərək pizza olaraq da istifadə olunur.
Tortilla qatlanmış, içi dəyişik ərzaqlarla doldurularaq da yeyilir. Beləcə tortilla içliyinin müxtəlifliyindən asılı olaraq yeni-yeni adlar qazanır. Məsələn, tamale, flauto, buritto ya da quesadilla.
Amerikanın kəşfindən sonra İspanların gətirdiyi ispan və Ərəb mətbəxi Meksikanın yerli mətbəxi ilə birləşib. Nəticədə çox zəngin bir mətbəx ortaya çıxıb. Sözsüz ki, bu amil kəskin ədviyyat həvəskarlarının zövqüncə olacaq.
İçkiləri
Meksikalıların ən əhəmiyyətli içkiləri kakao, tekila və pivədir. Bu səbəb spirtli içki həvəskarlarının xoşuna gələcək. Yerli təbiət də bunun üçün münbit şərait yaradıb. Məsələ ondadır ki, Meksikada tekilanı ölkəni zəbt edən saysız-hesabsız kaktus bitkisindən hazırlayırlar. Meksikalılar onlardan daha nələr etmir ki… Kaktus tikanlarından kəndir, kağız, boyaq maddələr və s. istehsal olunur. Hətta ən dadlı kaktus salatını da ancaq Meksikada yemək mümkündür. Bundan başqa, kaktusları bişirir və marine edirlər. Yeri gəlmişkən, qızardılmış kaktus qızardılmış göbələyi xatırladır.
Karnaval əhval-ruhiyyəsi
Meksikalılar çox istiqanlı və şən insanlardır. Onlar cürbəcür əyləncələri sevir, ona görə də dini və ABŞ-dan alınma bayramları öz milli bayramları kimi yüksək səviyyədə qeyd edirlər. Bayram tədbirlərinə tez-tez tipik meksika musiqisini ifa edən köçəri xalq orkestrləri dəvət olunur.
Möhtəşəm karnaval festivalı isə Böyük Orucluğun gəlişi münasibəti ilə fevral ayında keçirilir və bu zaman ölkədə həyat əsl bayrama çevrilir. Müxtəlif rəqs və mahnı yarışları keçirilir. Bu parlaq və təsirli mənzərələr insanı müsbət emosiyalarla doldurur və yaddaşlara uzun müddət yazılır.
Dünyanın ən yaxşı çimərliklərinin birində dincəlmək
Karib hövzəsinin əksər çimərlikləri riflərlə qorunur, Sakit Okean sahili isə əsasən sörfinq üçün münasibdir. Kankun, Mastlan, Uatulko, Akapulko, Kosumel, Puerrto-Valyarta, Playya-de Karmen kimi kurort mərkəzləri təkcə Latın Amerikasında deyil, həm də bütün dünyada ən yaxşılar sırasındadır. Təmiz və sakit dəniz, ağ və narın qum, həmişə əla hava və başqa bu kimi amillər ən tələbkar turistləri belə, razı salacaq. Lakin turistlərə Kankun şəhərində deyil, az şöhrət qazanan Tulumaya getməyi məsləhət görürük. Çünki burada daha çox həzz alacaq və gözəl xidmətlə, bol qızla qarşılaşacaqsınız.
Yerli SPA-salonlarda rahatlamaq
Meksikada təbii müalicə üsullarına daha çox üstünlük verilir. Məsələn, sağlamlıq məqsədilə yerli məhsullarla yanaşı, həm də hindu ayinlərindən uğurla istifadə olunur. Yeri gəlmişkən, bu ayinlər qəribəliyi ilə seçilir. Bal ilə pəhriz və temaskal hindu hamamı çox məşhurdur. Maya qəbiləsində həm bədənin, həm də ruhun müalicə üsulları geniş idi. Onların bilikləri indiyə qədər böyük əhəmiyyətə malikdir və həqiqətən əvəzsizdir. Bütün bunları mütləq sınaqdan keçirmək lazımdır.
Salsa rəqsi öyrənmək
Salsa sadəcə musiqi və rəqs deyil, o meksikalılar üçün həyat eşqidir. Öyrənməyə vaxtınız və imkanınız olmasa belə, yerli sakinlərin alovlu rəqsini sadəcə izləmək insana böyük zövq verir. Meksikalılar oxumağı və rəqs etməyi çox sevir və deyəsən, bunu istisnasız olaraq hamısı bacarır. Bizə isə qlobalizmin bu ənənəni pozmayacağı barədə ümid etmək qalır.
Bu gün Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin sakinləri üçün tətillərini keçirmək üçün əla seçimdir.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” nəşri yazıb. Nəşrdə Azərbaycanla bağlı məqalədə Bakının tanınmış yerləri və Azərbaycanda istirahət etməyən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün üstünlüklərindən yazılıb.
Birləşmiş Ərəb Əmirlikləri
Məqalədə bildirilir ki, Bakıda İçərişəhərin gözəl divarları arasında atəşli qalaları görə bilərsiniz.
“Şəhərin mərkəzində 1100-cü illərdən qalır. Karvansarayda 1500-cü illərin yataqları və səhər yeməyini dada, Manqalda 29 metrlik Qızqalası yanında balqabaq qutabı yeyə bilərsiniz”. Məqalədə həmçinin son vaxtlar ASAN viza rejiminin tətbiqinə də diqqət çəkilib.
“Keçən ay Azərbaycanda viza ilə bağlı qəbul edilən qərarlar Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının asan şəkildə viza almasına imkan yaradır. Əvvəllər bunun üçün onlar səfirliyə müraciət etməli idilər.
9 milyondan çox insanın yaşadığı Azərbaycan tarix boyunca Avropa ilə Asiyanın bir parçası olub. Dubay və ya Abu Dabidən bura sadəcə 2.5 saata uçmaq mümkündür.
Azərbaycanın yeni viza siyasətinə görə Birləşmiş Ərəb Əmirliklərinin bütün vətəndaşları ölkəyə daxil olan kimi bir aylıq turist vizası ala bilər.
Azərbaycan ərazisinə daxil olan və 15 gündən çox qalan bütün əcnəbilər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidirlər. Əgər siz Azərbaycanda 15 gündən çox qalmaq istəyirsinizdə, qeydiyyatdan keçmək üçün qaldığınız oteldən kömək istəyə bilərsiniz. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını ziyarət edən heç kəs viza ala bilməz”.
Azərbaycan
Məqalədə Azərbaycanın tanınmış turizm məkanları barədə məlumatlar və fotolar yer alıb:
“Azərbaycanın bu gözəl şəhəri – Bakını mütləq ziyarət edin. Şəhərin mərkəzindəki restoranlara baş çəkin, Qobustandakı qədim daşların üzərindəki rəsmlərə baxın”.
Almaniyanın “Entwicklung Hilft Bundnis” təşkilatının mütəxəssisləri təbii kataklizmlər riskini nəzərə alaraq, dünyanın ən təhlükəli ölkələrinin reytinq siyahısını dərc edib. Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazır.
Vanuatu
Bildirilir ki, tədqiqata Rur universitetinin professoru Katrin Radtke rəhbərlik edib. Araşdırmada 171 ölkənin məlumatları təhlil edilib. Ən təhlükəli ölkələr Sakit okeanının ada dövlətləri – Vanuatu və Tonqa hesab edilir. Həmin ölkələrdə sakinlər zəlzələ, sunami və qasırğadan məhv ola bilər. Araşdırmaçılara görə, Filippin də bu baxımdan pis durumdadır. Risk kateqoriyasına Mərkəzi Amerika, Qərbi və Mərkəzi Afrika, eləcə də Cənub-Şərqi Asiya ölkələri salınıb. Siyahıdakı ən təhlükəsiz ölkələrdən biri Rusiyadır. Siyahıda ondan sonra Qətər, Malta və Səudiyyə Ərəbistanı qərarlaşıb.
Ermənistan və Qətər hökumətləri arasında Dohada Ermənistan səfirliyinin açılması ilə bağlı razılaşma əldə olunub.
“Sputnik Armeniya”nın məlumatına görə, müvafiq qərar Ermənistan hökumətinin iclasında təsdiq olunub.
Məlumata əsasən, son illər Ermənistan və Qətər arasındakı münasibətlərin aktivləşməsi, ərəb ölkəsinin böyük investisiya imkanları və Qətər vətəndaşlarının turizm baxımından Ermənistana olan marağının artması bu qərarın qəbul olunmasına əsas zəmin olub.
İkitərəfli razılaşmaya əsasən, Dohadakı erməni səfirliyinin saxlanılmasına 192,5 min dollar sərf olunacaq. Həmin məbləğdən 110 min dollarını Qətər üç il ərzində ödəməyi öhdəsinə götürüb.
Qətər hökuməti səfirlik və səfirin iqamətgahı üçün yer, həmçinin, iki xidməti maşın ayıracaq.
“Yayda Azərbaycan Avropa İttifaqında özünün Ticarət Evini açdığı ilk şəhər qismində Riqanı seçib. Bununla da Azərbaycan təkcə biznes və investisiya sahələrində deyil, həm də turizm sahəsində Latviyaya yaxınlaşmaq cəhdini aydın ifadə edib”. “Jauns.Iv” portalında yerləşdirilən Azərbaycanın turizm potensialı barədə məqalə bu sözlərlə başlayır. Populyar xəbərlər portalının jurnalistləri ölkəmizə səfər edərək, latviyalı turistlər üçün material hazırlayıblar.
Azərbaycan
Dünyada ilk neft quyusu 1846-cı ildə Bakıda qazılıb…
Dünya neft bumunun əvvəlində Bakı təkcə Nobel qardaşlarını deyil, qüdrətli Rotşildləri də cəlb edib…
İkinci Dünya müharibəsi dövründə Bakı neftə görə xüsusi şəhər olub. Hitler Bakının ona “sağlam” lazım olduğunu bildirərək, şəhəri bombalamağa qoymayıb…
SSRİ-nin tərkibində neft sənayesinə görə Azərbaycanda turizm infrastrukturu qonşu ölkələrdəki kimi qurulmayıb və inkişaf etdirilməyib. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bakını sovet arxitekturalı şəhər adlandırmaq olmaz…
Yerli sakinlər fəxrlə vurğulayırlar ki, Bakıda Venesiya, Monako, Berlin və başqa şəhərlərin bir parçasını tapmaq olar.
Bu gün Bakıda turizm sahəsində “Four Seasons”, “Hilton”, “Marriott”, “Fairmont” kimi nəhənglər fəaliyyət göstərir. 2014-cü ildə dünyada ən yaxşı dizayna görə arxitektura mükafatına layiq görülmüş Heydər Əliyev Mərkəzinin binası da turistləri Bakıya cəlb edir. Bu mərkəzin tikinti prosesi bütünlüklə “Discovery” kanalında nümayiş etdirilib. Təkcə arxitektura möcüzəsi sayıldığına görə Heydər Əliyev Mərkəzinə getməyə dəyər. Burada müxtəlif sərgilər, konfranslar və yüksək səviyyədə görüşlər keçirilir. Bakıda Ginnesin Rekordlar Kitabına daxil edilmiş Miniatür Kitab Muzeyi, Qafqazda ən böyük Olimpiya Stadionu da diqqətəlayiqdir.
Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Ötən il 2,5 milyon turist qeydə alınıb, onların 1 milyonu ərəb ölkələrindən, qalanları Rusiya, İran, İsrail, Yaponiya, Cənubi Koreya, Çin və Qazaxıstandan gəlib.
Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakov deyib: “Biz latviyalı turistlərin sayının çox olması ilə öyünə bilmərik, amma gələnlər burada gördüklərinə təəccüblənirlər. Biz “Rantur” turizm agentliyi ilə birlikdə Latviyadan Azərbaycana turizmi inkişaf etdirmək öhdəliyini öz üzərimizə götürmüşük”.
Azərbaycan latviyalı turistə yaxın və tanışdır. Sovet İttifaqı məkanında ortaq keçmiş orta və ahıl yaşlı insanlara ümumi bir dildə (rus dili) danışmağa və bir-birini yaxşı başa düşməyə kömək edir. Ölkələrimizin müstəqilliyinin əldə edilməsində də ümumi təcrübə var. Azərbaycan demokratiyaya asanlıqla nail olmayıb. Latviyalılar Bakının 137 sakininin həlak olmasına, 800-dən çox insanın zərər çəkməsinə səbəb olmuş 1990-cı ilin Qara Yanvarından xəbərdardırlar.
Turistlər Azərbaycanda nə yeyirlər?
Azərbaycanda süfrə mədəniyyəti bu ölkənin mədəniyyətinin bir hissədir. Nahar və şam yeməyi saatlarla davam edə bilər. Yemək soyuq qəlyanaltılardan başlayıb aramla ət, balıq və tərəvəzdən hazırlanmış müxtəlif xörəklərə keçir. Bütün bunların üstündən kompot içilir. Yeri gəlmişkən, hər bir restoranda kompot var. Düşbərə, müxtəlif növ qutablar, kabab, plov, dolma turistlərin çox xoşuna gəlir… Sonda mütləq mürəbbə və müxtəlif milli şirniyyatla çay süfrəsi açılır. Ən heyrətamizi isə qoz, qarpız və s. mürəbbələrdir.
Azərbaycan mətbəxi
Bakıda ictimai nəqliyyat ucuzdur. Şəhər nəqliyyatında bir gediş 30 qəpik və ya 15 avrosentdir. Azərbaycanda uzun müddət yaşayan latışların sözlərinə görə, ət istisna olmaqla (onun qiyməti təqribən eynidir), əsas tələbat mallarının qiymətləri Latviyadakından xeyli ucuzdur.