Azərbaycan Türkiyə vətəndaşlarının ən çox səfər etdiyi 10 ölkə arasındadır. Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) məlumatlarına görə, ötən il bu ölkədən Azərbaycana 212 min nəfər gəlib.
Rekord Turizm Səyahət Agentliyi idarə heyətinin sədri Mustafa Kiper qeyd edib ki, ildə 200 mindən çox türk vətəndaşı Azərbaycana yollanır. 2016-cı ildə ümumilikdə 8 milyon 62 min türk xarici ölkəyə səfər edib. Səfərlərin bir qismi iş, təhsil və qohum ziyarəti olsa da, tətil məqsədli səfərlər də mühüm yer tutur. Ziyarətçilər paytaxt Bakıdan başqa, Sumqayıt, Mingəçevir, Gəncə kimi böyük şəhərlərə də üz tuturlar.
Gürcüstan, Yunanıstan, Bolqarıstan, Almaniya, ABŞ, İran, İtaliya, Fransa, MDB ölkələri ən çox səfər edilən ölkələr sırasındadır.
Yurmala Baltik dənizinin sahilində yerləşən çox böyük kurort şəhəridir. Bu məkan haqlı olaraq açıq səma altında SPA hesab edilə bilər. İonlaşmış mülayim dəniz havası insanın tənəffüs yollarını müalicə edir və immun sistemini möhkəmləndirir, şam meşələrinin ətri ürəyə yaxşı təsir edir, mineral sular və palçıq isə orqanizmdən toksinləri çıxarır.
Kemeri, soyuq bulaq və bataqlıqda gəzinti
XIX əsrin ortalarında yerli bataqlıqların unikal təbii resursları – sulfid tərkibli müalicə palçıqları və hidrogen sulfidli mineral sular peşəkarlar tərəfindən müalicə proseslərində istifadə edilməyə başlanan vaxtdan etibarən Kemeri qəsəbəsi sanatoriya kimi Yurmalanın ürəyinə və inkişafının hərəkətverici qüvvəsinə çevrilib.
Təbii və mədəni-tarixi dəyərləri qoruyub saxlamaq, təsərrüfat fəaliyyətinə və turizmin inkişafına kömək etmək məqsədilə 1997-ci ildə burada Kemeri Milli Parkı yaradılıb. Onun sahəsi 38165 hektardır. Bu, Qauya və Raznasdan sonra Latviyada üçüncü böyük milli parkdır.
Yurmala
Ən təəccüblüsü odur ki, buraya giriş turistlərə pulsuzdur və Ekologiya Nazirliyindən icazə almağa ehtiyac yoxdur, halbuki başqa ölkələrdə icazə alınması çox vaxt başlıca şərtdir. Kemeri Milli Parkında istirahət edənlərə təbii cığırlarda gəzmək, velosiped marşrutları, uşaqlar və böyüklər üçün maarifləndirici dərsləri dinləmək, tematik tədbirlərdə ailəvi iştirak etmək imkanları yaradılıb.
Bataqlıq tərəfə aparan meşə cığırına qədəm qoymazdan əvvəl, biz kurort parkının yaxınlığında yerləşən mineral su bulağına baş çəkirik. Oradakı suyun tərkibində hidrogen-sulfid var və buna görə də xarakterik iyə malikdir, lakin sərin olduğundan onu içmək xoşdur və isti gündə susuzluğu yaxşı yatırır.
Milli park əvvəlcə şam və ağcaqayın ağaclarından ibarət sıx meşə təsirini bağışlayır. Geniş cığırda göstəricilər və informasiya lövhələri yerləşdirilib. Bəzi yerlərdə nəfəsini dərmək istəyənlər üçün taxta skamyalar və stollar qoyulub.
Meşənin dərinliklərinə getdikcə siz tam sakitliyə düşür və öz nəfəsinizi, aralıda hər bir xışıltını eşitməyə başlayırsınız. Bir neçə dəqiqə bundan əvvəl maşınların şütüdüyü tras yol sanki yoxmuş. Burada insan özünü sakit, təbiətlə vəhdətdə hiss edir.
Tədricən meşə seyrəlir, böyük ağacları pöhrəlik əvəz edir, irəlidə isə taxta körpücüklər görünür – siz bataqlıq zonasına qədəm qoyursunuz. Böyük Kemeri bataqlığı təxminən 8 min il əvvəl yaranıb. Bölgənin əsas bataqlıqlarından olan Böyük Kemerinin ətrafında kükürdlü bulaqlar yaranır. Bataqlıqdakı torpaqda münbitləşdirici maddələr azdır, bu torpaq turşdur və çox yerdə həddən artıq nəmdir. Ağacların çoxu belə ağır şəraitə tab gətirə bilmir, ona görə də buradakı şam və ağcaqayın meşədəki kimi hündür olmur.
Böyük Kəmər
Böyük Kemeri bataqlığına aparan körpücüklər yolçuların mamır və qaranlıq göllər səltənəti ilə yaxından və təhlükəsiz tanış olmasına imkan yaradır. Körpücüklər təbii taxta lövhələrdən düzəldilib. Lazım gələndə onlar yenilənir və iki dövrədən ibarətdir. Kiçik dövrə ilk mənzərəli göllərə qədər aparır, Böyük dövrə isə mənzərəyə yuxarıdan baxmağa imkan yaradır. Körpülərin uzunluğu 3,7 kilometr (Böyük dövrə) və 1,5 kilometrdir (Kiçik dövrə). Baxmaq üçün müvafiq olaraq 1,5 və 1 saat vaxt lazım gəlir.
Biz öz səyahətimiz üçün Böyük dövrəni seçdik. Qarşımızda buludlu səmanı əks etdirən gölün əhatə olunduğu paslı-sarı mamırların heyrətamiz mənzərəsi açıldı, lap “National Geographic” telekanalında göstərilən filmlərdə olduğu kimi. Bir qədər irəlidə taxta müşahidə qülləsi görünür. Qülləyə dolama pilləkənlə çıxaraq, oradan ecazkar mənzərəni seyr etmək olar.
Yurmala
Bataqlıqların zəngin bitki və heyvanat aləmi var. Bu mövsümdə burada bataqlıq mərcanı, sarı böyürtkən, mərsin tapmaq olar. Quşlar buraya köçərkən isə bataqlıq onları müşahidə etmək üçün əla məkana çevrilir. Bəzən burada qaz və durna dəstələrini görmək, onların səsini eşitmək olur.
Yaunkemeri, reytterapiya və Vayvari
Kemerinin başlıca sərvəti, əlbəttə ki, müalicəvi su bulaqları və palçıq mənbəyidir. Artıq 150 ildən çoxdur ki, yerli sanatoriyalarda müxtəlif xəstəliklərin müalicəsində onlardan uğurla istifadə edilir. Hazırda Kemeri bataqlığı ərazisində tədqiq edilmiş palçıq yataqları 682 080 ton, proqnozlaşdırılan ehtiyatlar isə 129 540 tondur ki, bu da 1000 ildən çox müddət üçün kifayətdir. Natrium və brom qatılığının yüksək olduğu mineral su ehtiyatları da kifayət qədər çoxdur.
Yurmala
Bizim getdiyimiz Yaunkemeri Reabilitasiya Mərkəzində tibbin müasir təcrübəsi müalicə palçığı və mineral vannalarla birləşdirilir. Çoxprofilli mərkəz ilk pasiyentlərini 1967-ci ildə qəbul edib. 2009-cu ildə burada ən yeni avadanlığı, yüksək səviyyəli mütəxəssisləri, xüsusi müayinə və reabilitasiya proqramlarının olduğu kurort poliklinikası yaradılıb.
Xəstəliklər
Bu gün Yaunkamer ürək-damar xəstəlikləri (ürək infarktı, ürəyin işemik xəstəliyi, stenokardiya, ürək çatışmazlığı, aorta koronar şuntlamadan və ürək arteriyasına stent qoyuluşundan sonrakı vəziyyət), mərkəzi və periferik sinir sistemi xəstəlikləri (insult, baş beyin infarktı və beyinə qansızmadan sonra, sklerozdan, polineyropatiyanın müxtəlif formalarından əziyyət çəkən pasiyentlərdə neyrocərrahi əməliyyatlardan sonra, neyroinfeksiyalardan sonrakı vəziyyət), dayaq-hərəkət aparatının xəstəlikləri (onurğa problemləri – spondilez, protruziya, disk yırtığı, oynaqlarda problemlər – artrozlar, artroz, artrit, böyük oynaqların endoprotezləşdirilməsi, həzm traktı xəstəlikləri (qastrit, qastroezofaqeal reflüyks), revmotoloji xəstəlikləri olan pasiyentlərə, eləcə də diabet komplikasiyaları, artıq çəki problemi, çəki azlığı olan, uğurlu keçirilmiş onkoloji əməliyyatdan sonra, travma almış pasiyentlərə mümkün tibbi reabilitasiyanı təqdim edir.
Yaunkemeridə istifadə edilən unikal metod – reytterapia və ya ippoterapiya – hərəkət orqanlarının, postinsult simptomlarının, hissəvi iflicin at belində gəzməklə müalicəsidir. Özü də bu, təkcə reabilitasiya deyil, həm də müsbət psixoloji ovqat yaradan belə bir gözəl heyvanla ünsiyyət deməkdir.
Yurmala
Tibbi nailiyyətlərlə yanaşı, təbiətin sərvətlərindən istifadə edilən digər müalicə ocağı Vayvari Milli Reabilitasiya Mərkəzidir. Bu, effektiv və uğurlu reabilitasiya üçün ideal məkandır. Mərkəz Yurmalanın gözəl sahilində, dənizdən 100 metr məsafədə yerləşir. Vayvari tibbi reabilitasiya, təhsil və elm sahəsində dövlət əhəmiyyətli obyektdir. Bu, Latviyada reabilitasiya sahəsində ən böyük tibb müəssisəsidir.
Vayvaridə tibbi xidmətlərin geniş spektrinin tamdəyərli təmini üçün güclü tibbi elmi-texniki və peşəkar baza yaradılıb. Mərkəz müasir texnoloji avadanlıqla təchiz edilib. Burada fiziki imkanları məhdud insanlara hərəkət etmək sevincini bəxş edən unikal robotlaşdırılmış avadanlıq var.
Ruhun və bədənin terapiyası
SPA prosedurları ilə daha çox maraqlananları Yurmalada maraqlı təkliflər gözləyir. Son vaxtlar şəhərdə meydana gəlmiş SPA mərkəzləri, kurort otelləri və “butik” üslubunda pansionatlar qonaqlara yüksək səviyyəli müalicə və dincəlmək üçün prosedurların geniş spektrini təklif edir.
Məsələn, ailəvi istirahət üçün nəzərdə tutulan “Kurshi Spa & Conference” kurort otelinə diqqət yetirin. Otelin SPA kompleksi üz və bədən üçün prosedurlar, müxtəlif hamam prosedurları, uşaqlar və yeniyetmələr üçün SPA, ayurveda və digər prosedurları nəzərdə tutur.
Su əyləncəsi həvəskarları üçün də darıxdırıcı olmayacaq. Yurmalada “Livu” akvaparkı fəaliyyət göstərir. Onun tikintisinə 16 milyon avrodan çox sərmayə qoyulub. Su parkının sahəsi 11 min kvadratmetrdir. Yayda ziyarətçilər üçün əlavə 7 min kvadratmetr ayrılır ki, bu da ümumi sahəni 18 min kvadratmetrə çatdırır. Beləliklə, “Livu” Şimali Avropada ilboyu işləyən qapalı ən böyük akvaparka çevrilir.
Akvaparkın üçüncü mərtəbəsində 20-dən çox təpəcik, müxtəlif dərinlikli və ölçülü 10 hovuz, uşaqlar üçün attraksion, habelə 4 hamamı, soyuq hovuzu, duz otağı, cakuzi və su-hava masajı üçün avadanlığı ilə birlikdə SPA kompleksi, eləcə də suda fudkort və bar var. İl ərzində buraya 300 min ziyarətçi gəlir ki, onun 45 faizi Latviya sakinləri, qalanı isə müxtəlif ölkələrdən gələn turistlərdir. Açılışından bəri parka 3 milyondan çox ziyarətçi gəlib.
Sözardı
Sonda Yurmalada iki maraqlı art-obyekti xatırlatmaq istəyirik. Onlara baş çəkməklə bu maraqlı şəhərdə səyahət proqramını zənginləşdirmək olar. Əgər Yurmalaya Riqadan elektrik qatarında gedirsinizsə, Dubultı stansiyasında düşün. Burada Avropanın dəmiryolu vağzalında fəaliyyət göstərən yeganə müasir incəsənət məkanı yerləşir. Qalereyaya giriş pulsuzdur, ekspozisiya isə daim dəyişir.
Yurmalada digər orijinal sərgi “Inner Light” (“Daxili işıq”) adlanır. Rəssam Vitali Yermolayevin hər əsərinin öz işıq sirri var. Xüsusi işıqlandırma zamanı onun əsərləri öz rəngini dəyişməyə başlayır və tamaşaçıların gözü qarşısında əvvəlki əsər əvəzinə onun yeni, gizli variantı açılır. Rəssam öz yeni “fluoressent” texnikasını klassik rəngkarlığın ən yaxşı ənənələri ilə uğurla birləşdirib. İstəsəniz, xoşunuza gələn rəsmlərdən ala bilər, həmçinin işıqsaçan rənglərlə işləmək texnikasını öyrənə bilərsiniz.
“Turizm sahəsi ölkənin və əhalinin formalaşan gəlirlərinə öz töhfəsini verməlidir. Bizim proqnozlara əsasən yaxın 10 il ərzində ÜDM-in 10 faizi turizm sahəsinin payına düşəcək. Bunun üçün, ilk növbədə, əvvəlki illərdə görülən işləri yenidən nəzərdən keçirərək sistemləşdirmək lazımdır. Həmçinin dövlət orqanları ilə biznes qurumları və ictimai qurumlar arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasına çalışmaq lazımdır”.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
F.Nağıyev bildirib ki, dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində ötən illər ərzində bir sıra mühüm addımlar atılıb. Müvafiq infrastruktur yaradılıb, bazarın bu və ya digər iştirakçılarının fəaliyyəti üzrə, eləcə də xarici vətəndaşların ölkəyə daxil olması istiqamətində vacib qərarlar qəbul edilib.
“Son illərdə Azərbaycan öz qapılarını ziyarətçilər üçün tam açıb və indi qarşıya qoyulmuş məqsədlərə çatmaq, ən əsası isə ölkəyə turist axınını artırmaq zamanıdır. Ən önəmli məsələlərdən biri də turistlərin məmnunluğunu artırmaqdır. Onların ölkəyə yenidən qayıtmasına nail olmaqdır. Turisti ölkəyə cəlb etmək kifayət deyil, onun gözləntilərini qarşılamaq və yenidən ölkəyə səfər etməsini təmin etmək lazımdır. Bunun üçün kadr potensialını inkişaf etdirmək, insanlarımızı maarifləndirmək lazımdır. Əlavə infrastrukturlar yaratmaq, bazarın əsas iştirakçılarının fəaliyyətində şəffaflığı təmin etmək, azad rəqabət şəraiti formalaşdırmaq lazımdır. Bütün bu məsələlər Azərbaycanın turizm sənayesinin yaradılması və inkişafı strategiyasında öz əksini tapacaq”-deyə, vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Qax şəhərində “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətin “Yurd Hotel” mehmanxanasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi. “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Cuma Əhmədzadə burada yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, mehmanxananın inşasına 2017-ci ilin sentyabrında başlanılıb. Yüksək keyfiyyət və zövqlə görülən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.
“Yurd Hotel”
Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif kateqoriyalara uyğun 48 otaq var. Otaqlardan 45-i standart, 3-ü ailəvidir. Burada, eyni zamanda, VIP kottec də yaradılıb. Mehmanxananın otaqlarında müştərilərin rahatlığı üçün ən xırda detallar da nəzərə alınıb. Qonaqların asudə vaxtlarının təşkili bu mehmanxana kompleksinin yaradılmasında əsas meyarlardan biri kimi seçilib.
Əhəmiyyətli turizm obyekti
Turistlərin idmanla məşğul olması üçün ərazidə mini futbol meydançası yaradılıb. Eyni zamanda, burada qonaqlara açıq tipli kafe-bar və restoran da xidmət göstərəcək.
“Yurd Hotel”
Bu cür mehmanxanaların yaradılması, ilk növbədə, Qaxın və ümumilikdə bölgənin turizm potensialının gücləndirilməsində mühüm rol oynayacaq, turist axının artmasına zəmin yaradacaq. Bütün bunlarla yanaşı, turizm obyektlərinin istifadəyə verilməsi əhalinin məşğulluğunun artırılmasında, yeni iş yerlərinin yaradılmasında da müstəsna əhəmiyyətə malikdir. Belə ki, “Yurd Hotel” mehmanxanasında 15 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.
“Yurd Hotel”
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı başlıca prioritetlərdən olmaqla, qarşıya əsas məqsəd kimi qoyulub. Bu baxımdan ölkədə turizmin inkişafına da xüsusi diqqət ayrılır. Azərbaycanda hotel biznesinin dünya standartları səviyyəsində yenidən qurulması, bölgələrimizdə bir-birindən gözəl və müasir mehmanxana komplekslərinin yaradılması, qonaqlara yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi, çox sayda turistlərin qəbulu üçün silsilə tədbirlərin reallaşdırılması turizm sektorunun inkişafında mühüm rol oynanıb. Bütün bunlar Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da zəmin yaradır. Bu kompleks təkcə Qax üçün deyil, bütün bölgə üçün əhəmiyyətli turizm obyektidir.
Meksikanın Kankun şəhəri turizmdən ən çox asılı olan şəhər seçilib.
Turizm və Səyahətlər üzrə Ümumdünya Şurasının (“WTTC”) yaydığı məlumata istinadən v erdiyi xəbərə görə, Kankun şəhərinin turizmdən gəliri ÜDM-nin 49,6 faizini təşkil edir.
Qeyd edək ki, Kankun 1972-ci ilə qədər adi kənd olub və sonra şəhəri məşhur kurorta çeviriblər. Şəhərə gedən turistlərin 63 faizi ABŞ vətəndaşlarıdır.
“WTTC”nin siyasında 2-ci yerdə Mərakeş şəhəri qərarlaşıb. Bu şəhərin turizmdən gəliri ÜDM-nin 30,2 faizini təşkil edir. Mərakeşə gələn turistlərin təxminən 33 faizi Fransa vətəndaşlarıdır.
Reytinqin 3-cü pilləsində Makao qərarlaşıb. Makaonun turizmdən gəliri ÜDM-nin 29,3 faizini təşkil edir.
İlk onluğa həmçinin ABŞ-ın Orlando şəhəri (ÜDM-nin 18,7 faizi), Türkiyənin Antalya şəhəri (ÜDM-nin 17,6 faizi), Venesiya, Dubrovnik, Dubay, Las-Veqas və Banqkok daxil olublar.
2018-ci ilin ilk yeddi ayı ərzində Əbu-Dabiyə gələn ziyarətçilər arasında çinli turistlər çoxluq təşkil edərək siyahıda birinci yerdə qərarlaşıblar. Əbu-Dabi 242 min 700 qonaq qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz çoxdur.
Siyahıda ikinci yerdə Hindistan (227 min 300 qonaq və 17,8 faiz artım), üçüncü yerdə Böyük Britaniyadır (150 min 200 nəfər və 8,5 faiz artım). ABŞ (109 min 100 nəfər, 24,6 faiz artım) gəlir.
Əbu-Dabi mehmanxanalarının ziyarətçilər barədə təqdim etdiyi statistikaya əsasən bu ilin göstəricisi ötənilkini 4,87 milyon nəfər üstələyəcək.
Dövlət Turizm Agentliyinin əsas fikri qoruqlar üçün yeni idarəetmə modeli tətbiq etməkdir.
Bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib.
DTA-nın tabeliyində 7 qoruğun olduğunu xatırladan M.Muradov əlavə edib ki, qoruqlar mütləq özünü maliyyələşdirməli, dövlət büdcəsindən asılılığı azaltmalıdırlar: “Qoruqlar eyni zamanda, turizm xidmətləri təşkil etməlidirlər. Bundan başqa, qoruqlar öz ərazisi çərçivəsində sosial məsələlərə həssas olmalıdırlar. Təbii ki, biz bu işləri tək görməyəcəyik. Mərkəzi icra hakimiyyəti orqanlarından tutmuş yerli icra hakimiyyəti, turizm sənayesinin nümayəndələri ilə birlikdə görəcəyik”.
M.Muradovun sözlərinə görə, hotel və restoranlar turistlərə göstərdikləri xidmətin məsuliyyətini daşımalıdırlar: “Keyfiyyətli turizm xidmətinin göstərilməsi üçün DTA tərəfindən turizm sənayesinin üzvlərinə də lazımi dəstək veriləcək”.
M.Muradov qeyd edib ki, turistlərin yerləşdirilməsi üçün hotel, hostellər və Bakı kəndlərində standartlara cavab verən evlər olmalıdır.
Onun sözlərinə görə, DTA bu istiqamətdə bütün ölkədə hotel, hostel və digər yerləşdirilmə obyektlərinin tikilməsini təşviq edilməsi üçün mexanizm üzərində işləyir: “Bununla bağlı təkliflər yaxın zamanlarda DTA tərəfindən hökumətə təqdim ediləcək”.
Azərbaycanı keyfiyyətli turizm brendi kimi dünyaya tanıtmaq üçün bacarıq lazımdır. Biz yeni bazarlar açmalı, onlayn tədarük şəbəkəsi yaratmalıyıq.
Milli Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Sengstschmidt deyib.
Onun sözlərinə görə, hər bir ölkə özünü gözəl mənzərəsi ilə dünyaya tanıtmağa çalışır, özünün qlobal rəqabətdə fərqliliyini göstərir. Bu fərqliliyi hər kəs yarada bilir. Bizim strategiya da bu fərqliliyi inkişaf etdirməkdir. Biz turizmin inkişafı üçün bir çox hədəflər seçmişik. Bu gün onlardan ilkini – turizm brendini təqdim edirik. Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq”.
Otel
F.Sengstschmidt qeyd edib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində turizm strategiyası ölkə üçün daha önəmli olacaq.
Onun sözlərinə görə, nəzərdə tutulan turizm strategiyasına uyğun olaraq, hotellərin onlayn reytinqi qurulacaq, bələdçilərin sertifikatı olacaq: “Tarixi qoruqlarla bağlı layihələr hazırlanır. Tarixi qoruqlardan səmərəli istifadə ilə bağlı ilk layihə Basqal bölgəsi üzrə olacaq. Yanardağda çox gözəl sərgi mərkəzi açacağıq. Şahdağda da mövcud infrastruktur genişləndirilir. 24 saat ərzində işləyən “Qaynar xətt”, informasiya texnologiyalarından istifadə bizim üçün çox vacib alətdir. Biz stimullaşdırıcı tədbirlərlə də bağlı təkliflərimizi verəcəyik”.
Oktyabr İtaliyanın şimalında yerləşən Trentino əyalətində hadisələrlə zəngin olur. Burada qonaqlara mənzərəli vadilərə turlar çərçivəsində fabrik və fermalara baş çəkmək, üzüm plantasiyalarını görmək, velosipedlə meşə gəzintisi, incəsənət və qastronomiya tədbirləri təklif olunur. Bütün bunların hamısı Trentinonun əsrarəngiz payız peyzajları fonunda daha maraqlı olur.
Sentyabrın 21-dən 23-dək Trentinodakı Verla di Giovoda, Val di Çembra vadisində 61-ci üzüm festivalı (“Grape Festival”) keçiriləcək. Vadi boyunca bəzədilmiş arabaların paradı, tematik yarışlar, konsert və tamaşalar təşkil ediləcək.
Dağ otlaqlarından qayıdış
Yayın sonunda çobanlar və sürülər Alp dağlarındakı otlaqlarda keçirdikləri bir neçə aydan sonra vadiyə qayıdırlar. “Desmontegade” adlı əlvan paradda yaraşıqlı ənənəvi geyimlərdə olan çobanlar, çiçək və zınqırovlarla bəzədilmiş inək, keçi və qoyunlar sakinlərin alqışları, xalq musiqisinin sədaları altında qəsəbələrdən keçirlər.
Dağ otlaqlarından qayıdış
Bayramın əsas qəhrəmanları isə çobanlar və fermerlərdir. Onlar dağlarda yay tətilindən sonra evlərinə təkcə heyvan sürüsünü deyil, həm də dağ komalarında hazırlanan pendir aparırlar.
Trentinoda payızın gəlişini beləcə ənənəvi bayramla qarşılayırlar. Bu festivallara gəlin və siz bayram əhval-ruhiyyəsi ilə qarşılaşacaq, yerli süd delikateslərinin dadına baxacaqsınız.
Alma bayramı
Oktyabrın 13-14-də Val-di-Non vadisində bu bölgənin rəmzi olan alma bayramı keçirilir. Kles şəhərinin sakinləri bu münasibətlə “Pomaria” alma festivalı keçirirlər. Festivalın adı meyvə ağaclarının hamisi antik Pomone ilahəsini xatırladır. Siz mənşəcə DOP təsnifatı ilə mühafizə olunan almalar haqqında çoxlu maraqlı məlumatlar alacaq, onların dadına baxacaq və ştrudel (meyvə ruleti) hazırlamağı öyrənəcəksiniz.
Alma bayramı
Qeyd edək ki, DOP təsnifatı (mənşəyinə görə mühafizə olunma) keyfiyyət və dad göstəriciləri baxımından coğrafi məkana aid olan və istehsalının və emalının aparıldığı meyvənin müəyyən olunması deməkdir.
Şabalıd festivalı
Şabalıd festivalı
Od üstündə qaydasınca qovrulmuş şabalıdın dadına baxmaq üçün payızdan əlverişli fəsil yoxdur. Trentinoda DOP təsnifatı əsasında qorunan şabalıdlara dair bir neçə maraqlı festival keçirilir. Oktyabrın 20-21-də Kastione-di-Brentoniko qəsəbəsindəki Monte-Baldo təbiət parkında Kastione şabalıd festivalı təşkil olunur. Qədim Brentonikodan aşağı Ronçenyo-Termeyə gedərək çoxəsrlik şabalıd yetişdirilməsi ənənələrinə malik Valsuqan vadisində oktyabrın 27-28-də – ayın son istirahət günlərində 39-cu “Festa della castagna” festivalında iştirak edə bilərsiniz. Nəhayət, oktyabrın 19-21-də Val-di-Çembra vadisində yerləşən Albiano qəsəbəsində “Castagnada Biana” festivalında şabalıd boyunbağılarla bəzənmiş, onları arzu edənlərə satmaq üçün Trentoya yollanan yerli əhali ilə qarşılaşacaqsınız.
Qarda mətbəxinin dadı
Noyabrın 2-4-də Riva-del-Qardada “Garda con gusto” adlı maraqlı tədbir keçiriləcək. Bu, Qarda sahillərindən və Trentinonun digər bölgələrindən gətirilən ətli qəlyanaltılardan zeytun yağınadək bütün yerli məhsulların təqdim olunduğu yeganə festivaldır. Siz onların dadına baxa və ala bilərsiniz. Bazarda alış-verişlə yanaşı, kulinariya üzrə ustad dərsləri və müxtəlif tədbirlər də keçirilir.
“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu bu gündən etibarən müvəqqəti bağlanılır.
Dövlət Turizm Agentliyindən bildirilib ki, qoruq burada aparılacaq profilaktik işlərlə əlaqədar fevralın 9-dək ziyarətçi qəbul etməyəcək. Qoruq fevralın 10-dan başlayaraq yenidən ziyarətçi qəbul edəcək.