Ev Blog Səhifə 40

Gürcüstanın turizm sektoru boğulur: 4.5 milyard borc…

0
Gürcüstan

Gürcüstanın turizm sektorunun hazırda 4,5 milyard lari (təqribən 1,30 milyard avro) borcu var. Bu məbləğin 3 milyard larisi hüquqi şəxslərin, 1,5 milyardı isə turizm sahəsində çalışan fiziki şəxslərin payına düşür.

Gezmeli.az Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili söyləyib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvarına qədər heç kim bu məbləği ödəyə bilməyəcək.

“Vəziyyətdən çıxış yolu Gürcüstanda turizm vergisinin tətbiq edilməsidir”, – deyə Alaverdaşvili vurğulayıb.

Bildirilib ki, Tbilisidə turist orta hesabla 3,5-4 gün qalır. Əgər bir ildə şəhərə 2 milyon turist gəlsə, il ərzində vergi hesabına 7 milyon avro toplamaq olar.

Federasiya rəhbəri deyib ki, vergi bir gün üçün 1-2 avrodan çox olmamlıdır.

Ş.Alaverdşvili onu da qeyd edib ki, turizm sektorunda verginin tətbiqi ilə əlaqədar müvafiq qanun layihəsi də hazırlanıb.

Tarixi Aya Sofya qərarı: Türkiyə tələsdi?

0
Aya Sofya

Aya Sofyanın türk və bütövlükdə islam dünyası üçün əhəmiyyəti böyükdür. Çünki bu dini məbəd müqəddəs kitabımız olan Qurani-Kərimin “Fəth” surəsində müjdələnən, hökmdar Fateh Sultan Məhmədin Konstantinopolu fəth etməsindən sonra məscidə çevrilməsinə izn verdiyi kilsədir. Onu da qeyd edim ki, dahi türk hökmdarı Aya Sofyada ilk namaz qılanlar sırasındadır.
Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Aya Sofyanın 85 ildən sonra yenidən məscidə çevrilməsi barədə Türkiyənin qərarını şərh edərkən deyib. O bildirib ki, bu gün İstanbulda Aya Sofyadan daha əzəmətli, daha böyük və daha görkəmli məscidlər var:
“Bu gün verilməsi zəruri olan bir sual var: Aya Sofyanın yenidən məscidə çevrilməsinə ehtiyac vardımı? Düzdür, bu, islam dünyasına çox böyük töhfədir. Yəni bu qərar hər bir müsəlmanı sevindirir. Lakin Aya Sofya yalnız islam deyil, eyni zamanda xristian dünyası üçün də müqəddəs məkandır. Bu abidə dinlərin ortaq dəyəridir. Bu gün İstanbulun bir adı da “məscidlər şəhəri”dir. Şəhəri görənlər bilir ki, İstanbula istənilən nöqtədən baxdıqda əzəmətli məscidlər bir-biri ilə yarışa durur. İstanbulda azan duyulmayan bir məhəllə belə yoxdur. 1453-cü ildə Fateh Sultan Məhməd Konstantinopolu fəth etdikdə bu şəhərə elə vurğun olmuşdu ki, şəhərdə yalnız iki şeyi dəyişdirdi – Konstantinopolu İstanbul, Aya Sofya kilsəsini məscid etdi. Bu, o dövr üçün vacib bir qərar idi, çünki şəhərdə xristian əhali çox idi. Yəni islamlaşmaq və islami görüşü təbliğ etmək üçün xristian dünyasının ən böyük kilsəsi məscid edildi. Bu ənənə sonrakı dövrlərdə də davam etdi. Və Osmanlılar hər fəth etdikləri şəhərdə ən azı bir kilsəni müsəlmanlar üçün məscid edirdi. Fateh Sultan Məhmədin nəvələri isə Aya Sofyanı belə geridə qoyan, islam dünyasının inciləri sayılacaq tarixi məscidlər tikdirdi. Misal üçün Qanuni Sultan Süleyman dövrünün və bütövlükdə türk dünyasının ən böyük memari olan Memar Sinana məşhur Süleymaniyyə məscidini tikdirdi. Sultan Süleymanın oğlu İkinci Səlim isə yenə eyni memara məşhur Səlimiyyə məscidini inşa etdirdi”.
Politoloq bildirib ki, Memar Sinan bu məscidləri məhz Aya Sofyanın tarixi memarlarının layihələri, eskizləri üzərində işləyərək hazırlayıb:
“Osmanlı xanədanında davam edən bu məscidtikmə ənənəsinin ən pik həddi isə Sultan Əhməd dövrünə təsadüf edir. Bu gün də öz əzəmətilə İstanbulun bütün məscidlərini, hətta Aya Sofyanı geridə qoyan Sultan Əhməd məscidi İstanbulun ən görməli yerlərindəndir. Bu mənada düşünürəm ki, bu reallıqlar altında Aya Sofyanın yenidən məscidə çevrilməsi qərarı tələskənlikdir”.
Politoloq qeyd edib ki, Atatürk zamanında imzalanan 1934-cü il tarixli qərar Türkiyə multikulturalizmi və dini azadlığının təcəssümü idi:
“1934-cü il tarixli qərarla Aya Sofya məscidi rəsmən bir muzeyə çevrildi. Məhz bundan sonra abidədə bir çox restavrasiya işləri aparıldı. Qazma işləri zamanı isə bir çox yeni kəşflər əldə edildi. Eyni zamanda turistlər tərəfindən böyük rəğbət görən Aya Sofya Türkiyəyə turizm sahəsində ciddi gəlirlər gətirməkdədir. Bu gün belə bir qərarın verilməsi, düşünürəm, Türkiyənin həm turizminə, həm də prestijinə zərbə ola bilər. Çünki nəzərə alsaq ki, bu qərar xristian dünyasında əks-səda doğurub. Hətta buna görə sanksiya təklifləri səsləndirilir. Bütün bu şərtlər çərçivəsində düşünürəm qərar erkən verildi”.

AZAL hər gün Bakıdan İstanbula uçuşlar həyata keçirəcək

0
Azal

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) avqustun 1-dən Bakı ilə Türkiyənin İstanbul şəhəri arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq.
Bu barədə AZAL-dan bildirilib. 
Məlumatda deyilir ki, hazırda Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə 4 dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edir.
Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir. 
Tələbələr aviabilet alışı zamanı AZAL-ın İstanbul-Bakı reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM  
Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:
– Referans laboratoriyası;
– Leyla klinikası;
– Memorial klinikası;
– Bona Dea xəstəxanası;
– İnci laboratoriyası;
– Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
– Kaspian Hospital;
– UltraLab.
Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən “Memorial Sağlık Grubu” klinikası və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.
İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.
İstənilən halda testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində alınmalıdır.
Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.
Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. “Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

Bura İsmayıllıdır – təbiət möcüzəsi Qaranohur gölündən

0
Qaranohur

Azərbaycanda bütün fəsillərdə öz gözəlliyi ilə seçilən təbiət incilərindən biri də İsmayıllı rayonundakı Qaranohur gölüdür. Dağların arasında, sıx meşələrin ortasında yerləşən Qaranohur gölü “Şahdağ” Milli Parkının ərazisində yerləşir.

Qaranohur gölü dəniz səviyyəsindən 1520 metr hündürlükdə yerləşir.

Coğrafiya müəllimi Şahin Gənciyevin sözlərinə görə, İsmayıllı rayonu ərazisində coğrafi və hidroloji baxımdan tədqiq olunmamış 100-dən çox kiçik göl var. Onlardan biri də Qaranohur gölüdür. “Qaranohur adında bir neçə məkan olduğundan bəzən insanlar onları dəyişik salırlar. Məsələn, İsmayıllı-Lahıc yolu üzərində məşhur Qaranohur gölü və eyniadlı dayanacaq var. Adları eyni olduğundan insanlar çox vaxt bu gölləri qarışıq salırlar. Bizim söz açdığımız Qaranohur gölü İsmayıllının rayon mərkəzindən 8 kilometr şimal-şərqdə, təxminən Talıstan və Diyalı kəndlərinin yuxarı hissəsində Böyük Qafqazın baş suayrıcı silsiləsinə paralel uzanan məşhur Nial dağının cənub yamacında yerləşir”, – deyə o bildirib.

Qaranohur gölünün toponimindən danışan həmsöhbətimiz vurğulayıb ki, gölün su mənbəyini əsasən yağış və yeraltı sular təşkil edir: “Gölün yerləşdiyi ərazi dağ və meşə landşaftları ilə əhatələnib. Burada palıd, fıstıq, vələs ilə yanaşı, Azərbaycanda relik bitkilərdən sayılan Qaraçöhrəni də görmək mümkündür. Çox gözəl füsunkar təbiətə malik olan Qaranohur gölünün böyük turizm potensialı var. Qaranohur gölü 2006-cı ilə qədər demək olar heç kəsə məlum deyildi. Bu ərazini yalnız yerli əhali tanıyırdı. Çünki gölə getmək üçün yol yox idi. 2006-cı ildə ərazi “Şahdağ” Milli Parkının tərkibinə veriləndən sonra Milli Parkın əməkdaşları əraziyə gedən cığırları bərpa etdilər. İnanıram ki, Qaranohur gölü karantin rejimindən sonra turistlər arasında daha çox tanınacaq. Bu göl Azərbaycanımızın füsunkar təbiətini bir daha sübut etmiş olacaq”.

Yaponiyadan turizmə 12 milyard dollarlıq DƏSTƏK

0
turizm

Yaponiya hökuməti turizmi canlandırmaq üçün belə addım atıb.

Yaponiya hökuməti koronavirusun yeni növünün (Kovid-19) təsiri altına düşən turizm sektorunu canlandırmaq üçün ölkədə yardımlar edəcək. Tətilə gedənlərə gündəlik olaraq 20 min yen (185 dollar) məbləğində maliyyə yardımı nəzərdə tutulub.

Kyodo agentliyinin verdiyi xəbərə görə, Baş nazir Abe Şinzo hökuməti Kovid-19-un güclü təsir etdiyi turizm üçün başladılan “Səyahətə davam et” kampaniyasının təfərrüatlarını açıqlayıb.

İyul ayının sonunda başlaması planlaşdırılan 1,35 trilyon yen (12,5 milyard dollar) həcmli layihəyə Yaponiyanın turizm agentlikləri və ya ənənəvi “ryokan” otellərindən səyahət rezervasyonları daxil ediləcək.

Hökumət turizm sektorunu təmin etməyi hədəfləsə də, kampaniyaya Yaponiya xaricindən gələn turistlər üçün gediş haqqı daxil etməyəcək.

Qeyd edək ki, Tokio Olimpiadasının koronavirusa görə 2021-ci ilin yayına təxirə salındığı açıqlanıb.

Çimərlik və turizm obyektlərində qidalanma necə olmalıdır?

0

Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəmin yarana bilər. Belə ki, isti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır.

İlk növbədə gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Qida təhlükəsizliyi əllərin düzgün və təmiz yuyulmasından başlayır. Qida ilə yoluxan xəstəliklər çox vaxt çirklənmiş əllərlə yaranır. Əllərinizin və qida ilə təmasda olan səthlərin təmizliyi qida yolu ilə yoluxan xəstəlik və digər infeksiya riskini azaldır.

Bundan başqa, yalnız istehlak üçün yararlı olan sudan istifadə tövsiyə olunur. Bir göl və ya çay sizə təhlükəsiz gələ bilər. Lakin unutmayın ki, bakteriya və viruslar açıq gözlə görülməyəcək qədər kiçikdir. Yaxşı olar ki, yemək hazırlamaq, içmək və ya əl yumaq üçün özünüzlə şüşə qabda su götürəsiniz. Qab-qacaqların təmizliyi vacib şərtdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün, xüsusən də qril və ya kabab hazırlayarkən çiy ət, quş əti və ya dəniz məhsullarını qoyduğunuz boşqabları təkrarən hazır yemək qoymaq üçün istifadə etməyin. Onları mütləq isti və sabunlu su ilə yuyub, durulayın.

Qida məhsullarını uzun müddət keyfiyyətli saxlaya bilmək üçün buz və ya gel ilə doldurulmuş izolyasiyalı paketlərdən ibarət soyuducudan istifadə edin. Çimərliyə gedərkən (birbaşa günəş işığı xaricində) soyuducunuzu avtomobilin ən soyuq hissəsində daşımaq lazımdır. Soyuq saxlanması lazım olan qidalara çiy ət, toyuq əti, dəniz məhsulları, doğranmış meyvə-tərəvəz, tez xarab olan süd məhsulları aiddir. Digər qidalara damcılamanın qarşısını almaq üçün çiy əti soyuducunun alt təbəqəsində xüsusi qabda saxlamaq lazımdır. Həmçinin, çiy ət və dəniz məhsullarının etibarlı şəkildə büküldüyündən əmin olun ki, suyu bişmiş qidaları və ya meyvə-tərəvəzi çirkləndirməsin.

Soyuducuda qablaşdırmadan əvvəl təzə meyvə-tərəvəz axar su altında yuyulub, təmiz parça dəsmal və ya kağız dəsmal ilə qurulanmalıdır. Mütəmadi istifadə olunan məhsulları üst təbəqəyə qoyun. Soyuducunu tez-tez açıb-bağlamaqdan da çəkinin. Bu, temperaturun artmasına səbəb ola bilər. Bu baxımdan yemək və içki üçün ayrı soyuducuların olması məsləhət görülür. Soyuducunuzu kölgədə və ya sığınacaqda qoyaraq, birbaşa günəş şüalarından uzaq tutmaq vacibdir. Yəni günəşdən kənar bir yer təyin edib, qismən qumda basdıra bilərsiniz. Üzərini isə adyalla örtün və çimərlik çətiri ilə kölgə salın. Çalışın ki, soyuducunu bir gün əvvəldən soyudasınız.

Soyuducunun daxili temperaturu ilıq olduğundan buz paketlərini yerləşdirdikdə onun müəyyən miqdarı əriyə bilər. Buna görə də evdən çıxmadan əvvəl dondurula biləcək məhsulları dondurun. Nəzərə alın ki, soyuq hava kütləsi aşağı düşdüyündən soyuducunun alt təbəqəsi daha sərin olur. Kənardan daxil olan havanın dolaşmaması üçün soyuducunun içini tamamilə doldurmalısınız. Əgər kifayət qədər qida və içki yoxdursa, su şüşələrini dondurub, boş yerlərə yerləşdirə bilərsiniz. Unutmayın ki, soyuq yeməklər 4⁰ C temperaturda və ya aşağı temperaturda saxlanılmalıdır.

Yay əyləncələri zamanı qida seçiminə diqqət edin. Hazırlamağı mürəkkəb olmayan və dağılmayan qidalara üstünlük verin. Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edin (bunun üçün xüsusi termometrdən istifadə edə bilərsiniz). Yeməyin lazımi temperaturda saxlanması da vacib şərtdir. Ona görə də isti qidaların isti, soyuq qidaların isə soyuq qalmasını təmin edin.

Tez xarab olan yeməklər 2 saatdan çox açıqda qalmamalıdır. İsti havalarda (32° C-dən yuxarı) isə yemək 1 saatdan çox açıqda qalmamalıdır. Unutmayın ki, qidanın “təhlükəli bölgə” adlandırılan 4° C ilə 60° C arasında 2 saatdan çox (və ya açıq havada temperatur 32° C-dən yuxarı olduqda 1 saatdan çox) saxlanması bakteriyaların sürətlə çoxalmasına və yoluxucu xəstəliklərin yaranmasına səbəb olur.

Soyuq yeməkləri kiçik ölçülərdə servis edin. Yaxşı olar ki, bu tip yeməkləri elə əvvəlcədən kiçik ölçülərdə qablaşdırasınız. Çünki böyük ölçüdə qablaşdırılmış qidanı hər dəfə servis üçün soyuducudan çıxardıqda temperatur balansı pozulur. Ət və toyuq əti bişirildikdən sonra servis edənə qədər isti (60° C-də və ya daha isti) saxlayın. İsti yeməyi qril rəfinin yanına qoyaraq isti saxlaya bilərsiniz. Yeməyinizi hazırlamaq üçün palaz və ya dəsmaldan istifadə edərək qumsuz bir bölgə yaratmağa çalışın.

Turizm obyektlərində də qidalanma zamanı yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi təmin edilməlidir. Həmçinin, xəstəliklərə yoluxma hallarının və ya yayılmasının qarşısının alınması məqsədilə profilaktik olaraq bir sıra qaydalara əməl edilməlidir.

Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir. Mətbəxdə, sanitar qovşaqda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır. Müəssisə daxilində işçi heyət şəxsi gigiyena qaydalarına riayət etməlidir. İşçilər, xüsusilə də mətbəxdə çalışan heyət xüsusi iş geyimində olmalı, gündəlik ev geyimlərinin iş prosesində istifadəsinə yol verilməməlidir. Hər iş növbəsindən sonra geyim forması dəyişdirilməlidir.

Yeməklər hazırlanarkən lazımi temperatur dərəcəsinə qədər bişirilməli, xam məhsullar istifadədən əvvəl düzgün yuyulub qurudulmalı, həmçinin yemək dəstləri, mətbəx avadanlıqları, kirli səthlər yuyulub təmizlənməlidir.

Mənbə: Oxu.az

Avropada turistlər üçün ən bahalı ölkə

0
Avropa

İslandiya turistlər üçün ən bahalı Avropa ölkəsidir.

“Gezmeli.az” “Eurostat-a istinadən xəbər verir ki, 2018-ci ilin yekunlarına əsasən, İslandiyada malların qiymətləri 2017-ci illə müqayisədə 56% artıb və bu, Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Portalın statistikasına əsasən, qiymətlərin 52% artdığı İsveçrə ikinci sırada qərarlaşıb. İlk üçlüyü Norveç (qiymətlər 48% artıb) qapayır. Sonrakı yerlərdə Danimarka (38%), İrlandiya (27%), Lüksemburq (27%), Finlandiya (23%), İsveç (19%), Böyük Britaniya (17%), Hollandiya (12%), Belçika (11%), Fransa (10%), Avstriya (10%) və Almaniya (4%) qərarlaşıb.

“Daily Mail”in yazdığına görə, İslandiyada turist restoranda pendirli pizzanı təxminən 17 avroya, bir qədəh şərabı 10 avroya ala bilər.

“Evdən sifariş verərək hamburger, fri kartof və pivə üçün maksimum 13 dollar ödəyə bilərəm. Bu, İslandiyaya gedərkən büdcəmə əhəmiyyətli dərəcədə təsir edən qiymət fərqidir”, – 22 yaşlı amerikalı turist qəzetə bildirib.

Qəzetin qeyd etdiyinə görə, İslandiyada yüksək qiymətlər adanın idxaldan (yumurta, süd və digər məhsullar) asılılığı və alkoqol vergisinin yüksək olması ilə əlaqədardır. Bununla yanaşı, 2016-2017-ci illərdə ölkənin üzləşdiyi İslandiya valyutasının məzənnəsindəki tərəddüdlər də əhəmiyyətli rol oynayır.

“İslandiyanın statistikasına əsasən, 2018-ci ildə yerli sakinin orta aylıq məvacibi 4450 avro olub. Buna görə də yerli sakinlər üçün mağazalardakı qiymətlər elə də yüksək görünmür”, – “Daily Mail” yazır.

İslandiya Mərkəzi Bankının proqnozlarına görə, 2019-cu ildə ölkə iqtisadiyyatı son 10 ildə ilk dəfə yavaşıyıb və bu, adada turizm sənayesinin inkişafındakı azalma, habelə bu ilin martında lou-kost xidmətlər təqdim edən “Wow Air” aviaşirkətinin iflas etməsi ilə əlaqədardır. Ötən il İslandiyaya 2,3 milyon xarici turist səfər edib.

Viza dəstəyi xidməti, viza almaq

0
viza

Viza dəstəyi xaricə getmək istəyən insanlar üçün çox vacibdir. Viza dəstəyini profesional şirkətə etibar etməyəndə xaricə getmək imkanını itirə bilərsiz. Vizalar.az saytı ilə viza dəstəyi almaq çox asan və ucuz qiymətə başa gəlir.
Sizə xarici ölkələrin viza rəsmiləşdirilməsində dəstək göstərə bilərik. Əsas, məqsədimiz tez-tez yenilənən viza ərizələrinin tələbləri ilə viza alınmasını daha da asanlaşdırmaq və səyahətlərin uğurlu təşkil olunmasıdır.
Dünyanın istənilən ölkəsinə səyahət ücün viza dəstəyi göstərilir.
Vizanın alınması ücün hansı sənədlər və şərtlər tələb olunur, rezervsiya və ətraflı məlumat ücün :
Şengen Viza dəstəyi, ABŞ Viza, Böyük Britaniya, Dubay və digər ölkələr üçün viza dəstəyi göstərilir.
Xidmətə daxildir:
– Blank doldurulması Sənədlərin düzgün hazırlanması
– Otel və bilet bronları
– Səfirliklə görüş tarixinin təyin edilməsi
Daha ətraflı saytımıza daxil olun

Dünyada yeni okean əmələ gəlir – TƏDQİQAT

0
Yer Kürəsi

Bölgə yavaş sürətlə bir-birindən ayrılan üç tektonik plitənin kəsişməsində yerləşir. 2005-ci ildə bölgədə hazırda uzunluğu 56 kilometr olan yarıq əmələ gəlib.

 Alimlər gələcəkdə yeni okeanın peyda ola biləcəyi haqda xəbərdarlıq ediblər. Bu barədə Sputnik Azərbaycan Ria Novostiyə istinadən xəbər verir.

Tədqiqarçıların hesablamalarına görə, təxminən 5-10 milyon il sonra Afrikanın şərq hissəsində tektonik çat əmələ gələcək və nəticədə qitə iki hissəyə bölünəcək.

Qitənin bu hissəsi Efiopiyanın Afar bölgəsindədir. Bölgə yavaş sürətlə bir-birindən ayrılan üç tektonik plitənin kəsişməsində yerləşir. 2005-ci ildə bölgədə hazırda uzunluğu 56 kilometr olan yarıq əmələ gəlib.

“Bu dünyada yeganə yerdir ki, orada kontinental riftin okeanik riftə çevrilməsini öyərənə bilərsiniz”, – Böyük Britaniyanın Lids Universitetinin professoru Kristofer Mur qeyd edib.

Alimlər güman edirlər ki, bu hal qalxan maqmaya görə artan təzyiqlə bağlıdır. Hazırda onlar plitələrin hərəkətini GPS-in köməyi ilə izləyirlər.

Qeyd edək ki, hazırda dünyada 5 okean var: Atlantik okean, Hind okeanı, Şimal Buzlu okean, Sakit okean və Cənub okeanı.

Turistin səyyahdan fərqi nədir ?

0

Narahat olmayın sizə turist və səyyahın tərifini söyləməyəcəyik, sadəcə turist yoxsa səyyah kimi istirahətin üstünlüyünü müqayisə etməyə çalışacağıq. Turizm – heç bir fəaliyyətlə məşğul olmadan qonaq kimi 24 saatdan 6 aya qədər başqa ölkəyə getməyi nəzərdə tutur. Belə qısamüddətli səyahət edən insanlara turist deyilir. Turizmin əsas məqsədi əylənmək, istirahət etmək və informasiya əldə etməkdir.

İkinci ən mühüm məqsədi isə müalicə, sağlamlıq, professional və işgüzar səfər, həmçinin yaxınlarını ziyarət etmək və s.-dir. Səyahət isə hansısa bir ərazini, ekvatoru müxtəlif məqsədlə öyrənmək üçün edilən səfərdir. Əgər siz yarpağın ağacdan necə düşdüyünü müşahidə edəcəksinizsə adi meşədə gəzinti də səyahət sayıla bilər. Məqsədinizdən aslı olmayaraq getdiyiniz yerdə nəyisə öyrənməyə, dərketməyə çalışırsınıza bu səyahət adlanır. Bir sözlə turizm pulla edilən səfərdir, səyahət isə çox az pula, hətta pulsuzda baş tuta bilər.

Əgər səfər zamanı otelinizin ulduz sayına əhəmiyyət verirsinizsə siz turistsiniz. Bir səyyah isə otelin keyfiyyətinə əhəmiyyət vermir. Daha çox kəşf edə biləcəyi uyğun büdcəli yerlərdə qalmağı, hətta əlverişli bir bölgədə çadır qurmağı seçir.

Qrupla səyahət etməyi seçirsinizsə siz turistsiniz. Çünki səyyahlar sıxlıq olan yerlərdən qaçar, təkliyi seçərlər. Heç kimə bağlı olmadan gəzə bilmək bir səyyahın ruhunda var.

Selfi çubuğunuzla getdiyiniz yerlərdə özünüzü çəkməyi xoşlayırsınızsa siz turistsiniz. Səyyah öz fotoşəkillərini çəkməkdənsə təbiəti və gördüyü xüsusi yerləri çəkməyi seçir.

Turistlə səyahətçi arasında əsas fərqlərdən biri də turistin hər zaman tələsməsidir. Turist hər şeyi görmək üçün tələsir. Nəticədə hər şey yarımçıq qalır. Heç nədən tam zövq ala bilmir. Səyyah isə gördüyü bir abidəni tam dolaşır. Oranın tarixini yaşayır. Həmin tarixi qəsrdə nəfəs alaraq, orada baş verən hadisələrin ruhunu duyur. Turist isə tələsir ki, birdən avtobusa çatmaz.

Fərqi yoxdur ki, siz təcrübəli səyyahsınız, yoxsa sadə turist və ya əsl “Magellan”. Əsas odur ki, səyahət edəsiniz. Möcüzələrlə dolu, çox heyrətamiz bir planetdə yaşayırıq. Onların hamısını görmək üçün bir ömür yetməz, heç olmasa, görə biləcəyiniz qədər gəzin və baxın.