Kruiz nədir ?
Kruizlər ən bəyənilən səyahət növlərindəndir. Buna səbəb bu turların bir çox üstünlüklərə sahib olmasıdır. Bu səbəblərin hansılar olduğunu bilmək üçün oxuyun.
Kruizlə səyahət üçün 9 səbəb
- Daima dəyişən mənzərə. Beləki siz hər hansı oteldə istirahət edərkən istirahət müddəti ətrafınızda eyni mənzərə görürsünüz. Ancaq kruizlərlə səyahət hər günə bir mənzərəylə oyanırsınız.
- Çamadanları ora bura daşımaq əziyyəti yoxdur. Yükləri daşımaq, hər kurrortda bir otelə yerləşmək əziyyəti olmadan rahatlıqla müxtəlif ölkələrlə tanış olursunuz
- Yol yorğunçuluğu olmur. Kurrortla, şəhərlər arası səyahətdən yorulmursunuz. Siz sadəcə əylənirsiniz və istirahətdən zövq alırsınız.
- Yeni dadlar kəşf edəcəksiniz. Adətən restoranlarda yeni yemək sifariş verilmir, çünki, bəyənmədiyi bir şey üçün ödəniş etmək istənmir. Kruizlərdə isə müxtəlif ölkələrin yeməklərini yemək pulsuzdur.
- Qiymət və Keyfiyyət. Kruizlər ən üstün xidmət bəxş edir. Beləki, kruizlərə ödədiyiniz məbləğin qarşılığında maksimum istirahəti əldə edirsiniz.
- Kruiz müddəti əyləncəli şou proqramlar. Brodvey teatrı da daxil olmaqla bir birindən fərqli şoular turizstlərin səyahətini unudulmaz edir.
- Dənizdən Gün batımı və Gün döğuşu. Bu sözlə ifadə edilə bilməz. Bunu görməlisiniz.
- Kruizlə insana azadlıq hissi bəxş edir. Sonu görünməyən okean insana rahatlıq bəxş edir. Şəhərlər arası gəzinti insana azadlıq və üstün xidmət sizin dünyada xüsusi bir yerinizin olmasını hiss etdirir.
- Kruizlər insanda aludəçilik yaradı. Kruizlərlə səyahət edənlər yenidən kruiz turuna qoşulurlar.
Qısa müddətli səyahət istəyənlər 7-10 günlük kruizlərə qoşula bilərlər. Ancaq dünyada əsasən 25-30 günlük kruizlərə üstünlük verilir. Beləki insanlar məzuniyyətlərinin kruizlərdə keçirirlər.
Ən uzunmüddətli kruiz bu ilin avqust ayında baş tutacaqdır. Viking Sun ggəmisi ilə baş tutacaq 245 günlük kruiz zamanı 59 ölkədə 113 liman şəhərinə səyahət ediləcəkdir.
Yay istirahətinin ən fərqli tərəfləri
Yay fəsli məzuniyyətlər, istirahətlər və əyləncələr dövrüdür. Demək olar ki, dünyanın hər yerində insanlar öz məzuniyyətlərini məhz yay fəslinə planlayır və istirahətləri üçün turizmin müxtəlif növləri üzrə səyahətlər yollanırlar.
Bu məqaləmizdə yay məzuniyyətinizi unudulmaz edəcək turizm növlərindən və şəhərlərdən danışacağıq.
– İstirahət turizmi.
Dünyada ən populyar turizm növüdür – dəniz, qum və palma ağacları ilə əhatə olunmuş kurort. Məqsədi rahatlanmaq, günəşdə qaralmaq, üzmək və qısa müddətə də olsa problemlərdən uzaq olmaq.
Bu turizm növü üzrə ən məşhur kurortlar – Türkiyə yay kurortları, Yunan kurortları və adaları, İtaliyanın Positano, İspaniyanın Malyorka, İbiza, Monteneqro, Bali və ölkəmizin gözəllikləri.
– Mədəni və tarixi turizm.
Tarixi məkanlara səyahət etmək, milli adət-ənənələrlə tanış olmaqla yeni təsüratlar yaşayaraq dünya görüşünü genişləndirmək istəyənlərin üstünlük verdikləri turizm növüdür. Turizmin bu növü əsasən qrup şəklində həyata keçirilir və bir neçə gün ərzində müxtəlif şəhərlərin, hətta ölkələrin tarixi-mədəni məkanlarına səyahət edilir.
Yay fəslində Avropa ölkələrinə təşkil edilən turlardan yararlana bilərsiniz.
– Sağlamlıq Turizmi.
Səhhətində olan narahatçılıqdan qurtulmaq və sağlamlığını möhtəmlətmək üçün seçilən turizm növüdür. Elə bunun üçün termal kurortlarda tibbin müxtəlif sahələri üzrə peşəkar sanatoriyalar və müalicə komplekstləri fəaliyyət göstərir.
Rusiyanın Kislovodsk, Yessentuki, Jeleznovodsk, Ukraynanın Trukavets, Çexiyanın Karlovı Varı, Marianske Lazne və Azərbaycanımızın Naftalan və Duzdağ sanatoriyalarında sağlamlığınızı möhkəmlədə bilərsiniz.
Kruiz turları
Ən sevilən turizm növlərindən biridir. Dəbdəbəli gəmilərlə komfortlu istirahət edərək, əylənərək dünyanın müxtəlif ölkələrinə səyahət etmək insanlara möhtəşəm hisslər yaşadır. İçində kinoteatrdan aquaparka kimi bütün əyləncələri özündə daşıyan sanki dənizdə hərəkət edən bir şəhər olan kruizlər ilə nəinki bir neçə ölkələrə, hətda bir neçə qitələrə səyahət edə bilərsiniz.
Toy turizmi
Toyların təşkili və toy sonrası yeni evlilərin səyahətlərini özündə əks etdirir və günü gündən populyarlıq qazanır. Dünyanın bir çox yerlərindən insanlar toy tədbirlərinin təşkili üçün xarici şəhərlərə/ölkələrə səyahət edirlər. Toy olursa Bal Ayı da olmalıdır ki, dünyanın bir neçə kurortları Bal Ayının keçirilməsi üçün ideal hesab edilir.
Yay aylarında İndoneziyanın Bali, İspaniyanın Mayorka, Tenerife, İtaliyanın Toskana, Amalfi sahilləri Bal Ayınızın sevgi dolu keçməsini təmin edəcəklər.
Naxçıvan əhalisi laqeyd davranışdan şikayətlənir
Bir neçə dəfə bu məsələni Milli Məclisdə gündəmə gətirmişəm.Düşünürdüm ki, məsələnin operativ həll yolu tapılacaqdır. Lakin hələ də olduqca ləng şəkildə naxçıvanlıların daşınması həyata keçirilir. Blokada şəraitində yaşayan Naxçıvan əhalisinə qarşı bu laqeyd davranışı davam etdirənlər nə düşünürlər? Məsələnin həllini bu dərəcədə mürəkkəbləşdirmənin adı nədir? Pandemiya dövrünün ən çox əziyyətini çəkən naxçıvanlılar oldu. Adamlar hələ də öz doğma yerlərinə tam şəkildə qayıda bilmirlər. Doğrudur, təyyarə uçuşları bərpa olundu, ancaq həftədə bir gün, hər təyyarədə 100 nəfər olmaqla cəmi 4 uçuşun gerçəkləşməsi çox azdır. Belə ki, aya o tərəfli-bu tərəfli 800 nəfər daşınır. 5 mindən çox insan hələ də uçuş növbəsini gözləyirsə, bunun nəyi həll etmək oldu? Adam var ki, növbəsi iki ay sonrayadır. Dəhşətə bax e… Naxçıvan Azərbaycanın bir bölgəsidir, siz Gədəbəydən, Qazaxdan Bakıya gələn və Bakıdan da oraya gedənlərə hansı qaydanı tətbiq edirsinizsə, onlara da eyni qaydanı tətbiq etməlisiniz. Bir də Bakıda son günlərdə keçirilən yürüş və mitinqlərdə maska taxmayan on minlərlə insan sosial məsafə gözləmədən bir-biri ilə yaxın təmasda oldular, onsuz da virusun yayılması ən adi hala çevrildi. Guya Naxçıvana aya min nəfər də əlavə getsə, yaxud oradan gəlsə vəziyyətdə xüsusi dəyişiklik olacaq? Bu əsl bürokratik əngəl yaratmaqdır. Bu təyyarələrin sayını hər dəfə 4 reys olmaqla həftədən ən azı 2 dəfəyə qaldırmaq lazımdır. Bakıda aylardır qalmağa məhkum olan naxçıvanlılar evinə dönsün. Mən “TƏBİB”-in rəhbəri hörmətli Ramin Bayramlıya və AZAL-ın prezidenti hörmətli Cahangir Əsgərova müraciət edirəm, bütün imkanları bir daha götür-qoy edin, elə insanlar var ki, yaşamağa yeri və pulu yoxdur, körpə uşaqları ilə Bakıda sərgərdan qalıblar, elələri var ki, Bakı qeydiyyatında olan, lakin Naxçıvanda yaşayan insanlardır, bu cür insanların daşınmasını təmin edin, sonra yenə də sərt karantin qaydalarını tətbiq edərsiniz. Hər gün Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin qarşısında bu insanların izdihamını ürək ağrısı ilə seyr edirik, nümayəndəlik də gecəli-gündüzlü bu insanların növbə ilə yola salınması üçün çalışır. Bu xarici dövlətlə bağlı məsələ olsaydı, yenə də anlamaq mümkün idi, Azərbaycanın bir bölgəsinə gediş-gəlişi bu qədər hədsiz mürəkkəbləşdirmənin ciddi bir səbəbi olduğunu düşünmürəm.
Fazil Mustafa, Millət vəkili
AZAL-dan daha bir xoşagəlməz sürpriz: Çarter reysini ləğv etdi, tələbələrimiz çarəsiz qaldı…
Bu gün AZAL-ın Macarıstanın paytaxtı Budapeştə olan çarter reysini ləğv etməsi, bu şəhərdəki xeyli sayda azərbaycanlı tələbəni çarəsiz vəziyyətdə qoyub.
Gezmeli.az Moderator.az-a istinadən xəbər verir ki Budepeştdəki tələbələrdən birinin valideyni Faiq Rəhimov, AZAL-ın məlum addımının tələbələri çətin vəziyyətdə qoyduğuna diqqət çəkib:
“Övladım Macarıstanda oxuyur. Magistraturanı bitirsə də, iki aydır ki, onu Azərbayacan gətirə bilmirik. Səfirliklə bağlı hər hansı narzılığımız yoxdur. Səfirlik nümayəndəsi mütəmadi şəkildə bizimlə əlaqə saxlayır, uşaqlarla daim maraqlanır. Buna görə onlara minnətdarıq.
Bizim narazılığımız AZAL-la bağlıdır. AZAL bu günə təyin edilən çarter reysini ləğv edib. Macarıstanın müxtəlif şəhərlərində oxuyan tələbələrimiz bu günkü çarter reysi ilə vətənə qayıtmaq üçün dünəndən Budapeştdə toplanıb, .gecəni otellərdə keçiriblər. Onlar Covid-19-la bağlı test veriblər. Onların hər biri 120 manata qədər xərc çəkib. Lakin AZAL-ın bugünkü çarter relsini anidən ləğv etməsi bizim tələbələri çətin vəziyyətə salıb. Uçuşun hansı səbəbdən ləğv edildiyini öyrənmək üçün AZAL-la əlaqə saxlamağa çalışssam da, heç kim bununla bağlı konkret bir məlumat vermir. Hətta mənə elə gəlir ki, mənim Azərbaycan dilində dediklərimi onlar başa düşməkdə çətinlik çəkirlər.
Mən dövlətimizdən, əlaqədar qurumlardan məsələyə çevik reaksiya verməyi, tələbələrlə bağlı yaranmış problemin həllinə köməklik göstərməyini xahiş edirəm. Ümid edirəm ki, dövlətimiz tələbələrimizi köməksiz qoymayacaq, üzləşdikləri problemlərin həlli istiqamətində lazımi addımlar atacaqdır”.
Türkiyə pandemiya şəraitində turisti necə cəlb edir?
“Türkiyə 2019-cu ildə xaricdən 51,7 milyon turist qəbul edib, 34,5 milyard ABŞ dolları gəlir əldə edib. Koronavirus pandemiyasından əvvəl 2020-ci il üçün 60 milyon turist, 40 milyard ABŞ dollarından çox gəlir gözləyirdik. Amma məlum səbəbdən bu gözlənti reallaşmadı”.
Gezmeli.az “Report”a sitinadən xəbər veriri ki bunu Türkiyənin Xarici İqtisadi Münasibətlər Qurumunun (Dış Ekonomik İlişkiler Kurumu – DEİK) Türkiyə-Azərbaycan İş Şurasının başçısı Selçuk Akat bildirib.
“Bu ilin ilk 5 ayında Türkiyəyə turist axını ötən ilin eyni dövrünə nisbətən 66% az olub, aprel-may aylarında ölkəyə demək olar ki, turist gəlməyib. Qlobal turizm axınında da azalma var. Ötən il bu rəqəm 1,46 milyard nəfər olsa da, Dünya Turizm Təşkilatı bu il bu rəqəmin 30% azalacağını proqnozlaşdırır”, – o deyib.
S.Akatın sözlərinə görə, turizm sektoru Türkiyə iqtisadiyyatı üçün çox önəmli sahədir. Odur ki, sektorun mövcud şərtlər çərçivəsində, pandemiyadan qorunmaqla bərpasına qərar verilib: “Türkiyə pandemiyanın yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər reallaşdırdı, Təhlükəsiz Turizm Sertifikatı Proqramının icrasına start verildi. Proqram tətilini Türkiyədə keçirmək istəyənlər üçün nəzərdə tutulub. Belə ki, turistlərin ölkəyə çatdırılmasından tutmuş hotellərə yerləşdirilməsinə, turizm müəssisələrində çalışanlarla birlikdə sağlamlıqlarının qorunmasına qədər hər şey nəzərə alınıb. Bu proqrama daxil olmaq istəyən müəssisələr və restoranlar gigiyena və sosial məsafə baxımından məkanlarını yenidən formalaşdırdılar. Vətəndaşların sağlamlıqlarını təmin edə biləcək turizm obyektləri Türkiyə Turizm Nazirliyi tərəfindən təyin edilmiş akkreditasiya şirkətlərinin yoxlamasından keçəcəkləri təqdirdə sertifikat ala biləcəklər. Bununla yanaşı, ölkəmiz koronavirus pandemiyasının nəzarət altına alındığı Avropanın bir sıra ölkələrində, eləcə də Türkiyənin özündə “turizm diplomatiyası” həyata keçirdi”.
Xatırladaq ki, bu günlərdə Türkiyənin Antalya şəhərinə turist axını başlayıb. Ötən həftə Türkiyənin bu turizm bölgəsi 27 min turist qəbul edib.
İstirahət yoxdur, olmayacaq! Bu il kurortlardan çəkinmək məsləhət görülür
Rusiyalı terapevt: “Əgər immun sisteminiz yaxşı işləyirsə, ən azı 10000 dəfə asimptomatik olaraq infeksiyaya yoluxa bilərsiz.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, əksər ölkələrdə beynəlxalq hava əlaqəsi artıq yaxın zamanlarda bərpa edilə bilər. Buna baxmayaraq, federal turizm agentliyində vətəndaşlara tezliklə turlar sifariş etməmək tövsiyə olunur. Həkimlər də o fikirdədirlər ki, 2020-ci ildə təhlükəsizlik səbəbindən xaricə səyahət etmək məsləhət deyil.
“Hazırda müvəqqəti məhdudlaşdırılmış səyahətlərin planlaşdırılması zamanı turizm şirkətləri hələ ki, “Rospotrebnadzor”un martın 19-da verdiyi tövsiyələri rəhbər tutur. Bunu dəqiq anlamaq lazımdır. Ancaq bu tövsiyələr ləğv edildikdən sonra bəzi yeni səyahətlərdən danışmaq mümkün olacaq. Bu, həmçinin səfirliklərin, beynəlxalq hava əlaqələrinin və sərhədlərin açılması ilə müşayiət olunmalıdır”, – deyə “Vipservis” holdinqinin baş direktoru, “Rosturizm”in rəhbərinin müşaviri Dmitri Qorin bildirib.
Qorinin sözlərinə görə, turistlər xarici ölkələrdə karantin tədbirlərinin hələ də davam etdiyini nəzərə almalıdırlar. Həmçinin bilməlidirlər ki, COVİD-19 xəstəsi olmadığı və ölkəyə gəldikdən sonra 14 günlük karantinə göndərildiyi barədə sertifikatlar olmadan, səyahət edənlərə bu ölkələrə girməyə icazə verilmir.
Bütün bu qaydalar ləğv olunandan sonar isə hər bir ölkənin müstəqil işləyib hazırladığı müəyyən reqlament fəaliyyət göstərəcək. Hazırda isə ölkələrdən biri turistdən yalnız koronavirus daşıyıcısı olmadığı barədə sertifikat tələb edir, bir başqası isə onun monitorinqinə ehtiyac duymur. Kimisi də sağlamlıq haqqında arayışın doldurulmasını tələb edir.
“Həmçinin nəzərə almaq lazımdır ki, pandemiya şəraitində heç də bütün ölkələr turist istirahət zamanı yoluxduğu təqdirdə, ona pulsuz tibbi yardım göstərməyə hazır deyillər. Bu, sığorta şirkətinin səlahiyyətinə daxildir, lakin koronavirusun müalicəsinin çox bahalı ola biləcəyi də diqqətdən qaçmamalıdır”, – deyən Qorin xaricə gedərkən bahalı sağlamlıq sığortasını məsləhət görür. Onun fikrincə, xaricdə COVİD-19 kimi xəstəliklərin müalicəsi əcnəbi vətəndaşa çox baha başa gələ bilər.
Həkim-terapevt Aleksandr Rumyantsev isə deyir ki, əgər turist artıq COVİD-19-u keçiribsə belə, bu, onun təhlükəsiz istirahət edəcəyinə zəmanət vermir.
“Əgər immun sisteminiz yaxşı işləyirsə, ən azı 10000 dəfə asimptomatik olaraq infeksiyaya yoluxa bilərsiz. Lakin bu o demək deyil ki, siz haradasa azı 50 nəfərin olduğu çimərliyə qaça bilərsiz. Yadda saxlayın ki, siz daşıyıcı olaraq da başqalarını yoluxdura bilərsiz. Əgər sizdə bu xəstəlik simptomsuz keçirsə, bu o demək deyil ki, yoluxdurduğunuz başqa adam da virusu sizin kimi asanlıqla yola verəcək”, – deyə həkim izah edib.
“Medisina – Rusiya Dəmiryol Xəstəxanası” klinikasının terapevti Sergey Çeremuşkin də insanlara ümumiyyətlə 2020-ci ildə kurortlarda istirahətdən çəkinməyi məsləhət görüb.
“Hər kəs çimərlikdə əylənmək və dostları ilə ziyafət gecələrində rəqs etmək istəyir. Lakin dünyanın epidemioloji vəziyyətini də unutmamalıyıq. Mənim fikrimcə, bu il ən ağıllı qərar evdə qalmaq və heç bir yerə, xüsusilə də xaricə uçmamaqdır. Yaxşısı budur ki, hamımız vəziyyətin tamamilə normallaşması üçün bir az da gözləməliyik”, – Çeremuşkin əlavə edib.
Tokio turizm şirkətlərini koronavirus təhlükəsinə görə istiqaməti dəyişməyə çağırır
Son günlər Yaponiyada koronavirusa yoluxma təhlükəsinin artması ölkə iqtisadiyyatının tənzimlənməsi planlarına ciddi maneə yaradır.
AZƏRTAC xəbər verir ki, Tokionun paytaxt hökuməti iyulun 16-da maksimum yoluxma barədə məlumat yayıb. Ötən gün bu rəqəm 286 nəfər təşkil edib. Bu, son bir həftə ərzində davam edən qismən aşağı göstəricilərin kəskin artması deməkdir.
Bildirilir ki, bu göstərici Tokionun turizm şirkətlərinin təqdim etdiyi istiqamətlərdən çıxarılması barədə qərarın qəbuluna səbəb olub. Yerli hakimiyyət orqanları və müxalifətdə olan deputatların ifadə etdiyi narahatlıqdan sonra Yaponiyada koronavirusa qarşı mübarizəyə cavabdeh olan qurumlar mütəxəssislərlə məsləhətləşərək bu addımı atıblar.
Yaponiyanın İqtisadiyyatın Bərpası naziri Nişimura Yasutoşi bəyan edib ki, mütəxəssislər Tokioya səfərlərdən “Go To” şirkətinin çıxarılması planını bəyəniblər. Bununla da həm paytaxta, həm də Tokiodan sakinlərin turist səfərləri dayandırılıb.
Bununla yanaşı, ölkənin digər ərazilərində olan sakinlərin daxili turizmin inkişafı üçün ayrılan subsidiyaları almaq və səyahət etmək hüquqları saxlanacaq.
Əlavə olaraq qeyd edək ki, iyulun 16-da Yaponiyada 600-dən çox koronavirusa yoluxma halı qeydə alınıb. Bu, son üç ay ərzində ən yüksək göstərici hesab olunur. Bununla da Yaponiya üzrə koronavirusa yoluxanların ümumi sayının 23 mini ötdüyü, təqribən 1000 nəfərin həyatını itirdiyi bildirilir.
Səyahət etmənin faydaları
Fransız yazar Emile Zola deyib ki, zəkanı səyahət etmək qədər heç nə inkişaf etdirə bilməz.
Tez-tez səyahət edən biri kimi deyim ki, haqlıdır. Adicə məktəbdə keçdiyimiz coğrafiya dərsini götürək. Biri var, kitabdan oxumaq, biri də var, gedib görmək. Fərqli şeylərdir.
Emile Zola kimi bir çox məşhur yazar, sənətçi, musiqiçilər də zaman-zaman səyahətin insana bir çox baxımdan faydalı olmasını dilə gətirib.
Mən də deyirəm ki, fürsət tapdığınız hər anı gəzərək, kəşf edərək, dünyagörüşünüzü genişləndirərək qiymətləndirin. Səyahətin insana həm fiziki, həm də ruhi baxımdan bir çox müsbət təsirləri var.

Bundan əlavə, səyahət etmək yeni mədəniyyətlər, ləzzətlər, inanclar, hobbilər, məlumatlar deməkdir. Səyahət həm də sağlamlığımızı və ruhumuzu yeniləyə biləcək ən əyləncəli yollardan biridir.
Başqa faydaları
“Bir az uzaqlaşmaq yaxşı gələcək”, – fikrinin doğruluğu araşdırmalarla sübut edilib. Sevgilisindən ayrılan, ən yaxın yoldaşından zərbə yeyən, həmişə eyni yerdə yaşamaqdan bezən, yaxud əksinə, sevgilisi ilə unudulmaz günlər yaşamaq, ailəsi ilə özəl günlərini, bal aylarını qeyd etmək, dostları ilə əylənmək istəyən bir çox insanın ilk ağlına gələn şey – olduğu yerdən uzaqlaşmaq, fərqli mühitə getməkdir. Araşdırmalara görə, ildə bir neçə dəfə səyahət edən insanlar, səyahət etməyənlərə nisbətən depressiya və stress kimi neqativ psixoloji vəziyyətlərə çox az düşürlər.
Yeniliklərə daim açıq olacaqsınız
Üstəlik, səyahət etmənin faydalarını qısa müddətdə hiss etmək olur. Tətilin ilk günlərində stresin yüzdə 90 nisbətində azaldığı müşahidə olunur. Səfərin təşkili, xüsusilə, tək səyahət edənlərin özlərinə bir yol xəritəsi çəkməsi, götürəcəkləri əşyaları təyin etməsi, qısa müddətdə qərar qəbul etmələr – insanın ruhunu inkişaf etdirir, özgüvənini artırır. Bu şeylər adamın xəyal gücü və yaradıcılığına da müsbət təsir edir. Səyahət insanın yeniliklərə və fərqliliklərə açıq olmasını təmin edir.
Yeni insanlarla tanışlıq
Bundan əlavə, səyahətdə yeni insanlarla tanış olub, tam fərqli dünyaların qapılarını açırsınız. İnsanlarla söhbət edərək bir-birindən fərqli mədəniyyətlərdən xəbərdar olursunuz. Bunun sayəsində həm empatiya qurma imkanlarınız genişlənir, həm də insanları mühakimə etmək, həmçinin özünüzdən fərqli görünəni qınamaq kimi mənfi xüsusiyyətlərdən uzaqlaşırsınız.
Daim xoşbəxt olacaqsınız
Bəli, bunun üçün araşdırma etməyə ehtiyac yoxdur. Onsuz da bütün araşdırmaların nəticələri eynilə belə deyir. Tez-tez səyahət edən insanlar daha çox gülümsəyir, hadisələrə həmişə müsbət istiqamətlərdən yanaşırlar. Mükəmməl mənzərələr görüb, gözəl ləzzətlər dadan, davamlı fərqli insanlarla tanış olan insanlar necə özünü xoşbəxt saymaya bilər ki? Dönüb geriyə baxdığınızda edə bilmədikləriniz üçün peşmanlıq duymaq istəmirsinizsə, tez-tez səyahət edin.
Bu arada, səyahət etmənin yaşı olmur, elə indi başlayın
Dünyanın ən bahalı təyyarələri
Bahalı şəxsi təyyarələrə sahib olmaq hər varlı insan üçün belə əlçatan deyil. Son statistikalar xəbər verir ki, yarım milyaderlərin sayı artdığı kimi, təyyarə sahiblərinin də sayı artır. Gezmeli.az TravelNews istinadən dünyanın ən bahalı özəl təyyarələrinin ilk beşliyini təqdim edir.
5-ci yer- Boeing 757, $100,000 milyon
Bu təyyarənin sahibi Donald Tramp-dır. Reaktiv təyyarə Rolls Royce mühərrikləri ilə təchiz edilib və hər oturacaq üçün fərdi televizor ekranı, 1000-dən çox film, kitabxana, kinoteatr sistemi daxil olmaqla bütün son elektron avadanlıqlarına malikdir. Təyyarənin təhlükəsizlik kəmərləri 24 karatlıq qızıldan düzəldilib. Əlavə rahatlıq üçün kabinədəki divanlar çarpayıya çevrilir.
4-cü yer- Boeing 787-8 BBJ, $300 milyon
“Dreamliner” də adlandırılan Boeing 787-8 300-dən çox sərnişini daşıma gücünə malikdir. 2016-cı ildə bu təyyarələrdən birini Çinin HNA Group-u almışdır. Onlar daha 100 milyon dollar xərcləyərək təyyarəni lüks özəl versiyaya çevirmişdilər.
3-cü yer- Boeing 747-8 VIP, $367 milyon
İndiyə qədər qurulmuş uzun və ikinci ən böyük, çox satılan Boeing modellərindən biridir. Qeyd etmək lazımdır ki, bu təyyarənin qiymətinə, satın aldıqdan sonra quraşdıra biləcəyiniz lüks əlavələr daxil deyil. Təyyarənin interyerində Greenpoint texnologiyasından istifadə olunub. Bu modelə iki salon, yemək otağı, kabinet, geniş ofis və müasir konfrans zalı daxildir.
2-ci yer- Airbus 380, $500 milyon
Dünyanın ən böyük xüsusi təyyarəsi olan Airbus 380, Səudiyyə şahzadəsi Alvalida bin Talal Al Saud tərəfindən seçilən reaktivdir. Ən bahalı təyyarələrdən biri olan iki mərtəbəli təyyarə hazırda təqribən 432,6 milyon dollar dəyərindədir. A380 əvvəlcə kommersiya təyyarəsi kimi təqdim olunsa da, satıcılar A380-ləri lüks və bahalı özəl təyyarələrə çeviriblər.
2013-cü ildə mediada yayılan məlumatlara, Forbes jurnalına görə dünyada 29-cu yeri tutan şahzadə Alvalida bin Talal Al Saud , Airbus A380-i anonim bir alıcıya satdı və əldə etdiyi gəlirdən Səudiyyə Ərəbistanı və Yaxın Şərqdəki sərmayələrini genişləndirmək üçün istifadə edib.
1-ci yer- Airbus A340-300, $350-$500 milyon
Airbus 340-300 Rusiyanın ən varlı iş adamlaından biri Alişer Usmanova məxsusdur. Bu təyyarə dünyanın ən bahalı, özəl təyyarələri siyahısında birinci yerdədir. Konfiqurasiyasına görə 300-dən çox sənişin qəbul edə bilər, saatda 567 mil sürətinə malikdir. Şəxsi təyyarə dörd mühərrikə və dünyanın hər bir nöqtəsinə uça bilər. İnteryer haqqında heç bir məlumat olmasa da, təyyarə Prezident Vladimir Putinin İl-96-ı kimi VİP əlavələri ilə geniş modernləşmədən keçib.