Ev Blog Səhifə 42

AZAL Havanadan Bakıya xüsusi reys yerinə yetirdi

0
Havana

İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilmişdir.

Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimlərlə birgə pandemiya qarşı mübarizə tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, bu uçuş “Azərbaycan Hava Yolları” aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrtu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı “Boeing 787” tipli təyyarəsi vasitəsilə həyata keçirilmişdir. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 km. təşkil edib.

Tək nəfərlik restoran

0
İsveç

İsveçdə koronavirus epidemiyasına baxmayaraq, sosial məsafə qaydalarının tətbiq olunmaması halları müşahidə olunub. Restoran və barların məhdudiyyətsiz fəaliyyət göstərməsinin tənqid mövzusuna çevrildiyi bir zamanda tək nəfərlik bir restoranın açılması diqqətləri cəlb edib.

Gezmeli.az” “NTV”yə istinadən xəbər verir ki, boş ərazidə bir masadan ibarət olan yeni restoranın gündə bir nəfərə xidmət göstərəcəyi bildirilib.

“Bord för En”, yəni “Bir Masa” adlandırılan restoran mayın 10-da açılıb. Restoran maraqla qarşılanıb. Restoranın avqustun 1-nə qədər xidmət göstərəcəyi qeyd olunub.

Qeyd edək ki, İsveçdə 19 621 nəfər koronavirusa yoluxub, onlardan 2 355-i xəstəlik səbəbindən həyatını itirib.

Dünyanın ən bahalı şəhərlərinin adları açıqlanıb

0
turizm

Analitiklər 2020-ci ildə xaricdə fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün (ekspatlar) dünyanın ən bahalı şəhərlərini müəyyənləşdiriblər. Gezmeli.az “REN TV”yə istinadən bildirir ki, “Cost of Living Survey” kompaniyasının araşdırmasına əsasən həmin şəhərlər Honkonq, Aşqabaq və Tokiodur.   

Qeyd edilir ki, bahalı yaşayış, həmçinin Tsürix, Sinqapur, Nyu-York, Şanxay, Bern, Cenevrə və Pekindədir. Ekspatlar üçün ən ucuz yaşayış isə Tunis, Vindhuk (Namibiya), Daşkənd və Bişkekdədir.

Hesabat hazırlanarkən mütəxəssislər dünyanın 209 şəhərində mənzil, nəqliyyat, ərzaq məhsulları, geyim, məişət malları və əyləncələrin qiymətlərinə diqqət yetiriblər.

Türk Hava Yolları turizm agentliklərinə müraciət edib

0
Türkiyə Hava Yolları

Türk Hava Yolları aviaşirkəti Bakı ofisi ilə əlaqə barədə turizm agentliklərinə müraciət ünvanlayıb.

Gezmeli.az Turizmplus.az-a istinadən müraciəti oxucuların nəzərinə çatdırır:

Hörmətli Agentlər, ümid edirik işləriniz qaydasındadır. 

Ofisimiz açıq olmasa da əməkdaşlarımız mütəmadi olaraq mailləri yoxlayır və qısa vaxt ərzində cavablayır. Bu günlərdə sualı olan sərnişin və agentlərin çoxluğu səbəbi ilə, şəxsi telefonlarımıza gələn zənglərin və WhatsApp mesajlarının çoxluğunu nəzərə almanızı və təcili suallarınız ilə əlaqədar daha operativ və keyfiyyətli cavab üçün email yazmanızı xahiş edirik. Bəzən bütün zənglərə cavab vermək və faydalı məlumat paylaşımı etmək mümkün olmur, mail adreslərinə göndərilən maillər isə, cavabsız qalmır. Biletlərlə əlaqəli və digər texniki suallar ilə əlaqədar bakusalesmg@thy.com , ümumi suallarınız və uçuş istiqamətləri ilə bağlı yarana biləcək digər suallarınız ilə əlaqəli bakumt@thy.com adreslərinə email göndərməyinizi xahiş edirik. 

Əlavə olaraq qaydalar və uçuş istiqamətləri tez-tez yeniləndiyi üçün bu məlumatları rəsmi veb-saytımız üzərindən əldə etməyiniz daha faydalı ola bilər.

Aşağıdakı linkə daxil olaraq hansı istiqamətə uçuşun olub olmadığını, planlanan uçuşların nə zaman başlayacağını görmək mümkündür.

Məlumata həm siyahı halında, həm də xəritə üzərindən baxmaq olur. 

https://www.turkishairlines.com/en-az/announcements/coronavirus-outbreak/current-flight-plan/

Qaydalarla bağlı məlumat aşağıdakı linkdə yer alır

https://www.turkishairlines.com/en-az/guidelines-for-safe-travel/

“Yayda xaricə gedənlər qayıdandan sonra karantində saxlanılmalıdır”

0
turizm

TƏBİB rəsmisi Azərbaycanın xarici ölkələrlə sərhədlərini açması və vətəndaşlara turistik səfərlərə icazə verilməsi məsələsinə aydınlıq gətirib.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada çıxışı zamanı bildirib ki, Azərbaycanda iyun ayından etibarən bu məsələlər müzakirə mövzusuna çevriləcək: “Ancaq vətəndaşların gedəcəyi ölkədə pandemiyanın vəziyyəti nəzərə alınacaq. Məsələn, İtaliya turistik ölkədir, iqtisadiyyatı tam turizm üzərində qurulub. Bu baxımdan İtaliya iqtisadiyyatı bərpa etmək məqsədi ilə turizmi açmaq niyyətindədir. 

Ancaq Azərbaycanda turizmin açılması ölkə iqtisadiyyatını dirçəltməklə yanaşı, insanların sağlamlığını təhlükə altına qoyur. Azərbaycan vətəndaşlarının gedəcəyi ölkədəki pandemiyanın vəziyyətindən asılı olaraq müzakirə aparılıb qərar veriləcək. Lakin hər hansı bir ölkəyə gedən vətəndaşlarımız qayıtdıqdan sonra karantində saxlanılmalıdır. Bu baxımdan turistik səfərin həmin vətəndaşın işinə hansı formada yarayacağı da başqa bir məsələdir”.

İspaniya turistlərə bu tarixdə açıla bilər

0
İspaniya

İspaniya iyun ayının sonundan etibarən turistlərin qəbuluna başlaya bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın Nəqliyyat naziri Xose Luis Abalos açıqlama verib. O bildirib ki, turistlərin qəbulu ölkədə hərəkət məhdudiyyətinin götürülməsindən sonra başlayacaq.

“İyun ayının sonundan etibarən turistik fəaliyyətlərə başlayacağıq. Ümid edirəm ki, karantin tədbirlərinin ləğvi prosesi yaxşı inkişaf etsə, İspaniyanı sanitar baxımdan cəlbedici ölkə edə bilərik”,- deyə nazir qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, turizm sektorunun inkişaf etdiyi və epidemioloji vəziyyətin qənaətbəxş olduğu adalarda turizmi stimullaşdırmaq lazımdır. “Turizmin təhlükəsiz həyata keçməsi və sanitar baxımdan effektiv idarə olunması ilə bağlı çalışan bir işçi qrupumuz var”.

Daha əvvəl İspaniyanın Xarici İşlər naziri Arança Qonzalez Laya turizmin ölkə iqtisadiyyatı üçün daşıdığı əhəmiyyətin fərqində olduqlarını və koronavirus epidemiyasını nəzarət altına alınacaqını bildirib. Ən qısa müddətdə turist qəbuluna başlamağa çalışdıqlarını bildirmişdi.

Qeyd edək ki, İspaniyada ümumilikdə 277 719 insan koronavirusa yoluxub, 27 650 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Honkonqda turistlərə robotlar xidmət edir

0

Honkonqda hotelə gələn qonaqlarla əlaqəni minimuma endirmək üçün robot xidmət göstərməyə başlayıb.

Gezmeli.az xəbər verir ki, bu barədə “ATOR” nəşri məlumat yayıb.
Belə ki, “L-hotel Group” hotellər şəbəkəsində yeni robot işçi fəaliyyətə başlayıb. Süni intellektə sahib olan “Genie” adlı robot 432 otaqdan ibarət hoteldə xidmət edir.

Qonaqlara, o cümlədən karantində olanlara yemək çatdırır. O, gün ərzində 130-150 sifariş yerinə yetirir.

Sifarişləri robot üçün insanlar hazırlayır və onun içindəki konteynerə yükləyirlər. Daha sonra sifariş verilən otağın nömrəsi daxil edilir. Bundan sonra robot özü hərəkət edir: lifti çağırır, düzgün otağı tapır, gəlişi ilə bağlı qonağı xəbərdar edir və sifariş alana qədər gözləyir.

Hər sifarişi yerinə yetirdikdən sonra robot dezinfeksiya edilir.

Honkonqda turizm sənayesi bərpa edildiyi üçün robotdan daha ikisi alınacaq. Qeyd olunub ki, robotların hər birinin dəyəri 100 min ABŞ dollarından çoxdur.

Hazırda Bakıdan bu ölkələrə uçmaq olar – Siyahı və qiymət

0
Uçuşlar

Pandemiya səbəbindən yay aylarında sərhədlərin bağlanması bir çox insanın səfər, eləcə də istirahət planlarının ləğvinə gətirib çıxardı. Bəzi ölkələrarası sərhədlər açılsa da, Azərbaycan mövcud şəraitə görə sərhədlərini avqustun 1-nə qədər bağlı saxlayacaq. Sonradan beynəlxalq uçuşlarla bağlı hansı qərarın veriləcəyi isə ölkəmizdəki yoluxma sayının dinamikasından asılıdır. 

Buna baxmayaraq, Azərbaycan Hava Yolları (AZAL) vəziyyəti nəzərə alaraq və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təcili səfər etmək istəyən vətəndaşlar üçün xüsusi reyslər təklif edir. 

Gezmeli.az “Qafqazinfo” a istinadən xəbər verir ki hazırda Azərbaycandan 4 ölkə paytaxtına həftədə 1 və 4 dəfə olmaq şərti ilə müəyyən reyslər nəzərdə tutulub. Bu şəhərlər İstanbul, London, Berlin və son olaraq da qarşılıqlı marketinq razılaşmasına əsasən Minskdir.

Bəs bu reyslərdən kimlər və necə yararlana bilər?

Bu yaxınlarda Xalq artisti Miri Yusifin İstanbul xüsusi reysindən istifadə edərək istirahətə getməsi müzakirələrə səbəb olmuşdu. Məlumdur ki, biletlər satışa çıxarıldıqdan qısa müddət sonra ekonom sinfə aid olanlar satılıb tükənir. Biletlərin belə sürətlə tükənməsinin bir səbəbi tələbatın yüksək olmağıdırsa, digər səbəbi analoji olaraq bu işlə məşğul olan tur şirkətlərinin cəld tərpənərək müəyyən sayda biletləri kütləvi əldə etməsidir. Elə Miri Yusif özü də turizm şirkətinin köməyindən faydalandığını açıqlamışdı. 

Bildiyimiz kimi, pandemiya səbəbindən Azərbaycandan yerinə yetirilən reyslərin sərnişinlərindən TƏBİB tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda icbari qaydada testdən keçmək tələb olunur. Həmçinin digər ölkələrdən Azərbaycana uçuş zamanı koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmək lazımdır. Əks təqdirdə sərnişinlər uçuşa buraxılmır. Koronavirus testinin keçirilməsini təsdiq edən arayış reysin uçuşundan ən gec 48 saat əvvəl alınmalıdır. 

Azərbaycandan təşkil olunan uçuşlarda iştirak edəcək sərnişinlər üçün testlər aşağıdakı klinikalarda aparılır:

– Referans kliniki laboratoriya mərkəzi;

– Leyla klinikası;

– Memorial klinikası

– Bona Dea xəstəxanası; 

– İnci laboratoriyası;

– Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

– Kaspian Hospital;

– UltraLab.

Bundan başqa, şirkət tələbələrə güzəştlərdən yararlanmaq şansı da təklif edir. Belə ki, İstanbul-Bakı, London-Bakı və yaxud Berlin-Bakı istiqamətində 30% güzəştdən istifadə etmək istəyən tələbələr aviabiletləri fərdi qaydada rəsmiləşdirməlidir.

Bakıdan nəzərdə tutulan uçuşlar üçün sərnişinlərə laborator testdən başqa xüsusi bir tələb qoyulmayıb. 

İyul-avqust aylarında Azərbaycandan hansı ölkələrə və hansı qiymətlərlə uçmaq olar?

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda sadəcə 4 istiqamət (İstanbul, London, Berlin və Minsk) üçün xüsusi reyslər təçkil olunur.

Bakı-İstanbul-Bakı marşrutu

Artıq bir müddətdir ki, bu marşrut üzrə reysləri həyata keçirən AZAL aviareyslərin tezliyini artıraraq həftədə iki reysdən dörd reysədək qaldırıb (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri).

Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir. Belə ki, Bakı-İstanbul reysi üçün iyul ayına təklif olunan səfərlərin qiyməti ekonom sinfi üçün 381 AZN, yüksək xidmət sinfi üçün isə 1191 AZN nəzərdə tutulub.

Türkiyə Hava Yolları vasitəsilə isə təklif olunan qiymətlər ekonom sinfi üçün 391 AZN, yüksək xidmət sinfi üçün isə 1928 AZN-dir.

İstanbul-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:⠀

– Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

– Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

– Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

– Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Həmçinin, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

Bakı-London-Bakı marşrutu 

Azərbaycanın milli aviadaşıyıcısı iyulun 16-dan avqustun 27-dək həftədə bir dəfə (cümə axşamı) Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək.

Bu reys ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Bundan əlavə, həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda Londonun “Hitrou” hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.

London-Bakı reysinə Azərbaycan vətəndaşları və ölkəmizdə daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Hava yolları şirkətinin saytında iyul və avqust ayları üçün Bakı-London və ya London-Bakı sərəflərinin qiyməti ekonom sinfi üçün  770 AZN, yüksək xidmət sinfi üçün isə 1539 AZN nəzərdə tutulub.

Bakı-Berlin-Bakı marşrutu 

İyulun 17-dən etibarən isə AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə – cümə günləri həyata keçiriləcək. Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə reallaşacaq. 

Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq.

Berlin-Bakı reysinə isə Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Hava yolları şirkətinin saytında iyul ayı üçün Bakı-Berlin və ya Berlin-Bakı sərəflərinin qiyməti ekonom sinfi üçün 603 AZN, yüksək xidmət sinfi üçün isə 1372 AZN nəzərdə tutulub.

Bakı-Minsk marşrutu

Son olaraq, AZAL-la marketinq tərəfdaşlığı əsasında iyul ayında “Belavia” aviaşirkəti Bakı-Minsk reyslərini həyata keçirəcək.

Belə ki, bu gündən etibarən uçuşların tezliyi həftədə iki dəfə – cümə və bazar günləri olmaqla ümumilikdə yeddi reys yerinə yetirilməsi planlaşdırılır.

Aviabiletləri həm www.azal.az saytında, həm də www.belavia.by saytından əldə etmək mümkündür.

Bakı-Minsk reysi ilə Belarusa giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq.

Biletlərin qiymətlərinə gəldikdə isə yay aylarında Bakıdan təşkil olunan uçuşlar üzrə ən uyğun məbləğlər bu reyslər üçün təklif olunub. Belə ki, bilet qiymətləri iyul ayı üçün 680 manat nəzərdə tutulsa da, avqust ayında 296 manata ekonom sinfinə bilet tapmaq mümkündür. 

Türkiyə və Rusiya aviareysləri bərpa edir

0
Hava limanı

Türkiyə və Rusiya iyulun 15-dən etibarən iki ölkə arasında uçuşların bərpa edilməsinə dair razılığa gəlib.

Gezmeli.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu açıqlama verib: “Bu gündən etibarən Rusiya ilə uçuşlara başlamaq barədə razılığa gəldik”.

Nazir bildirib ki, 11 iyundan etibarən 31 ölkə ilə uçuşların yenidən başladılması ilə yanaşı 20 ölkə ilə də danışıqlar aparılıb. Rusiyanın da siyahıya daxil olması ilə uçuşların başladıldığı ölkə sayı 32-yə çatıb.

Qeyd edək ki, bir müddət əvvəl hər iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutmuşdu. Regional məsələlərlə yanaşı, turizmin bərpası da müzakirə olunmuşdu.

Gəziləcək yerlər – Şri lanka

0
Şri-lanka

Deməli dostlar, qeyd eliyim ki, Şri Lanka qətiyyən qorxulu bir yer deyil, heç bir iynə (vaccination) falan vurmaq lazım deyil. İki ay İndoneziyada qalmış bir adam kimi deyə bilərəm ki, Şri Lanka daha rahat və daha təmiz bir ölkədir.

Şri lanka

Şri Lanka səyahətinizi mükəmməl etmək üçün yaxşı marşrut qurmağı bacarmalısınız. Mən 12 günlük marşurtu dostlarımla birgə qurmaq üçün yəgin ki, 100-ə yaxın blog və videolara baxmışam və şəxsi fikrimi, baxışımı sizlərlə rahatlıqla bölüşə bilərəm.

Uçuşdan əvvəl

Təyyarə biletləri çox müxtəlifdir. Amma Bakıdan gediş-gəliş üçün qiymət və komfort baxımından ən rahatı Airarabia.com-dur. Biletin qiyməti 550 ABŞ dolları etdi, 1 adama. Dirəşsəniz, tarixlərlə biraz da oynasanız, 500 civarında da tapa bilərsiniz. Qeyd edim ki, “low coster”di, yəni təəssüf ki, yalnız əl baqajı daxildir və yemək içmək olmur, amma mən əlavə ruqzak da götürmüşdüm (içində yeyib içmək və s.) və heç bir problem olmadı. Baku – Şarjah – Colombo. Şarjada gözləməni qeyd etməsək ümumi uçuş 7 saat 30 dəqiqə edir.

Şri lanka

Viza

Şri lanka

10 dəqiqə vaxt alır. Onlayn bütün lazım olan məlumatları qeyd edirsiniz. 30 günlük səyahət vizası üçün 35 dollar rəsmi rüsumdur, 3 dollarda sayt özü nəsə atış gəldi, oldu 38 dollar.

Marşrut

Hansı fəsildə getməyinizdən çox şey asılır. Bizim halımızda bu yaya təsadüf etdiyi üçün həmin temperatura uyğun olaraq şəhəri və vaxtlarını planladıq. İyul ayının ortalarına qədər yağışlar davam edir, adanın qərb və cənub tərəflərində. O baxımdan biz başladıq mərkəz və şərqdən ki, cənubdakı o möhtəşəm çimərliklərə gedənə qədər yağışlar azalsın. O boyda pul xərclə və zaqar almamış qayıt?! No, babe! ?

Şri Lanka

Colombo

Colombo paytaxtdır. Səyahətinizin müddəti 2 həftə və ya daha azdırsa, təklif edirəm ki, orada qalmayın, təyyarə enən kimi gedin növbəti şəhərinizə. Həmin o yorğunçuluğun qarşısını almaq üçün isə mini van sifariş vermişdik elə Bakıdan, whatsapp vasitəsi ilə. Şri Lanka Airport Services (+94773571443).

Colombo

Colombodan Sigiriyaya (ilk kəşf edəcəyimiz şəhərə) 10.500 Rupiyə apardılar bizi (1 manat = 100 rupi). Baha səslənə bilər, amma səhər tezdən çatacağmızı bilib biraz güvənli yol axtardıq və qiymət baxımından da bundan sərfəli şəxsi transfer tapmaq mümkün olmadı. 5 nəfər idik, adama 21 manat, lüks həyat.??

Sigriya

Sigriya

Sigiriyada əsas məqsəd Lion Rock-u görmək idi. Amma möhtəşəm şəkil üçün Lion Rocka 50 manat verib qalxmaq yox da… Onunla üzbəüz daha möhtəşəm mənzərəsi olan Pidurangala-ya dırmaşmağı məshələt görürük, cəmi 5 manatdı. Rahat deyil həmin yolu qət etmək, amma dəyər, mənzərə nəfəskəsicidir.

Trincomalee

Trincomalee

Sigiriyada 1 gün qalıb, davam etdik şərq sahilinə: Trincomalee! Avtobus təxmini 3 saatdan çox getdi və 1 manat 62 qəpik idi yol pulu. Trincomalee yetərincə geniş ərazi tutur, daha az turist olan və daha gözəl çimərlikli yer sayılır Nilaveli (Trincomalee-dən 20-30 dəq məsafədə). 3 gecə qaldıq ki, biraz şellənək. Amma, Nilavelidə qalanda (Nilaveli Hybrit Holiday Hotel) mən biraz sivilizasiya üçün darıxırdım, çox az adam var idi, okean-otel vəssalam. Orda qaldığımız müddətdə bir günümüzü Trincomaleedə keçirdik səhərdən axşama, və düşündüm ki elə burda qalsaq yaxşı olardı. Çimərlikdi burda da var, əlavə olaraq bazar, kef, turist, kokteyllər də var. İndi baxın da.

Ella

Ella

Növbədə əsas getmək istədiyimiz yer Ella şəhəri idi. Amma gördük ki yol çox uzun olar ora, ona görə fikirləşdik ki, bir gecə Kandy şəhərində qalaq. Həm adı çox çəkilirdi bloqlarda, həm də işimizin adı nədi.

Kandy

Yaxşı ki Kandy-ə getdik, yoxsa evimiz yıxılardı. Şoppinq falan elədik o heç, sən demə 2 ildi haqqında oxuduğum məşhur “blue train” burdan gedir Ellaya. Biz də elə bilirik ki, o train Elladan harasa gedir və yolüstü o məşhur körpü, “9 Arches Bridge”dən keçir. Bir gün Kandy-də kapsula formasında olan hosteldə qaldıq, 9 manatdan, adı Bunk Planet idi. KFC-də adam balası kimi yedik, və qatara bilet aldıq Ella-ya. 3 klass var. Ən ucuzu 3-cüdü, hardaki adam adamı minir, 1 manat 70 qəpik. Biz 2-ci klassa aldıq, yarı minildik, 3 manata. 1-ci klass isə 11 manat idi. Şri Lankada 20 qəpiyin söhbətini edən dostlar kimi təbii ki, 1-ci klass barədə heç düşünmədik.

Qatara minəndə camaat bir birini əzir. Amma yerlilərdən çox o sarı-sarı mədəni avropalılar var ha, bir oyun çıxarırlar ki, pəncərənin yanında oturmaq üçün ..

Kandy

Bir müddət 2 oğlan ayaqüstə qaldıq, amma yerli camaatdan bir neçəsi təklif elədi ki, biz Ella-ya qədər getmirik, növbəti stansiyada əyləşin bizim yerimizə. Sağolsunlar elə də oldu. Amma oturmaq maraqsız olur. 155 km yolu qatar 6 saat 20 dəqiqəyə getsə də, elə istəyirsən ki, dayanmadan yola baxasan. Əmin olun ki, həyatınızda unutmayacağınız mənzərə və tunellərdən keçir qatar.

Ella-da qaldığımız yeri 2 əlli hamıya məsləhət görürük: Ella Hide View. Ucuz deyil, gecəsi adama 25 manata gəlir, amma elə mənzərəsi və səhər-axşam yeməyi var ki, oteldən çıxmaq istəmirsən.

Ella-da çoxlu çay plantasiyaları, məşhur 9 arches körpüsü var ki, mütləq getmək lazımdı. Piyada gəziləsi istiqamətlərdədir. Amma onu da deyim ki, vaxtınız bol olarsa Nuwara Eliya adlı şəhər də var yaxınlıqda, hansı ki deyilənə görə mükəmməldir və  ordan “Adam Pik”ə çıxmaq olur (biz özümüzə əziyyət vermək istəmədik). Şri Lankada bir deyim var, “Şri Lankaya gəlib Adam pik-ə çıxmayan dəlidi, amma ikinci dəfə çıxan da dəlidi”. İstənilən halda, 2 gün qalıb yolumuza davam etdik.

Elladan sonra məqsəd fil görmək və son olaraq passiv istirahət edəcəyimiz cənnət məkanı görmək idi. Uzun yollardan biraz qorxandan sonra, bir qrup komfort sevən Azərbaycanlı gənc daha bir mini van daşınıb 120 manata, getdilər filə baxmağa, ordan da növbəti şəhərə “Unawatuna”ya.

Unawatuna

Fillər milli parklarda olur, standart olaraq giriş 30 manatdı adam başı və Jeep falan da kirayələyəndə qalırsan belə. Əslində gedirdik ora, sadəcə öyrəndik ki, onun yanında balaca fillərin evi var (yetimxana kimi) harda ki, onları yemləyirlər və sən baxırsan, 5 manat verib getdik ora. İnstaqramda adı “Udawalwe Elephant transit home” kimi çıxırdı. Yolüstü isə məşhur Udawalawe Milli Parkının yanından keçirdik və içəridəki nəhəng fillər düz yolun qırağına qədər gəlmişdi. Sürücü saxladı, düşdük şəkil çəkdirdik sağlığınıza, qoyduq instaqrama. Məndə çox da yaxşı alınmamışdı deyə şəkil, story kimi atdım. 30 manat da qaldı cibimizdə.

Unawatuna

Və, və, və çatdıq cənub sahilinə, Unawatuna-ya. (Nooit Gedacht Heritage Hotel).
4 nəfərlik idi otaq, Bakıdan yazıb soruşmuşduq, dedilər 5 nəfər də qalsa okaydi. Amma 1 nəfər üçün səhər yeməyinin pulunu verdik. 10 dollar deyirdilər, 5 dollara saldıq. Adam başı 3 gecə, 4 günə 100 manat çıxdı. Baha deyil. O biri yerlərdə qənaət etmişdik ki, burda hovuzlu və s. kimi yaxşı yerdə qalaq. Dostlarım okean-okean deyib dil tökürdü, amma yaşıllıqda olan o hovuzun möhtəşəm isti suyu min dənə Hind okeanına dəyərdi.

Ən gözəl çimərliklər burdadı. Google-da nə çıxsa qabağınıza, bilin ki burdadı. Yağış mövsümünün sonu idi deyə 3 günümüzdən 1-i çiskinli keçdi. Amma həmin vaxt ərzində də məşhur Şri Lanka Ayurvedic massajından faydalanmış olduq. 1 saat bütün bədən (almost) 30 manat deyirdilər, amma dil töküb 15 manat (1500 rupi) verib adama, şelləndik.

Galle

Orda yaxında Dalawella beach var, hardaki palmadan o məşhur yellənçək asılıb. Dirəşsəniz, “Bounty”nin reklamını çəkmək olar. Və mütləq şəkildə Unawatunadan cəmi 5 km məsafədə yerləşən Galle şəhərinə gedin, möhtəşəmdir.

Galle

Uçuşumuz üçün Colomboya qayıtmalı idik, oteldən günorta çıxdıq ki, çemodanlarla Colomboda çox gözləməyək. 3 manata aparır avtobus. Ekpress avtobusa mindirmək istəsələr razı olmayın, şəhərin mərkəzindən çox uzaq saxlayır, gərək bir o qədər də yol gedib çatasan Colombonun mərkəzinə.

Evdəkilərə və dostlara alınacaq bir şeylər qalıbsa, Colomboda son pullarınızı və enerjinizi xərcləyə bilərsiniz. Şəhərin səs-küyündən həzz alıb, bezib, biraz eqzotik meyvələr alıb hava limanına qaça bilərsiniz.

Ümümi marşrut belə idi:

Colombo – Sigiriya – Trincomalee (Nilaveli) – Kandy – Ella (Nuwara Eliya) – Udawalawe – Unawatuna (Dalawella, Galle) – Colombo

Bu yazılanlardan başqa şimal sahillərində Jaffna şəhəri var, sadəcə bizim plandan çox kənarda idi. Jaffna yerdən qaynayan təbii sularına görə məşhurdur.

Digər ip ucları:

  1. Pulunuzu nəğd aparın, çox az yerdə kart işlənilir.
  2. Yaş salfetdən bol-bol aparın. Avtobusda və ya tuk-tukda uzun yol gedəndə, üz tüstüdən çirk olur.
  3. Siqaret çəkənsizsə (arabir olsa da belə) Bakıdan kisə-kisə alın aparın, orda 15 manatdan ucuz tapmaq çətindi.
  4. Çox içənsizsə biraz pauza edin, yerli pivə Lion Beer ən ucuz halda 3 manat olur. Bəzi hallarda da dalınca qaçırlar ki, butulkanı qaytar.
  5. Sosial media manyakısınızsa, başınız sağ olsun. Wi-fi gücnən tapırsan, tez-tez də evin yiyəsinə deyirsən ki, bir dənə onu söndür yandır da, şəkil paylaşılmır nəsə. İlişdi yenə.
  6. Və tam ruhunuzla sevin yenilikləri. İnsanların sizə həyəcanlı baxışını, acı yeməkləri, yanıltmaca oxşayan dillərini, ditdililəri (“OFF” alın aparın), və eyni zamanda göz oxşayan yaşıllıq, vəhşi təbiətlə birbaşa təmas, ruhun dincəlməyi, okean suyunun inanılmazcasına dəriyə müsbət təsiri, Pidurangala-ya çıxandaki o həyəcan və günəş batımı, kokosdan hazırlanmış müxtəlif kokteyllər və ən gözəli, 2 manata ananas freş ^^