Ev Blog Səhifə 411

Hotellərin “qara siyahı”sı açıqlanıb.

0

İlkin qara siyahı artıq hazırdır.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. N.Bağırov bu siyahının ictimaiyyət üçün açıq olmadığını, yalnız AzTA-nın üzvləri üçün nəzərdə tutulduğunu söyləyib.

1.Turistlər

O qeyd edib ki, siyahıya artıq 10 fiziki və hüquqi şəxs daxil edilib. Sistemə yalnız turistləri aldadan turizm şirkətləri deyil, şirkətləri, hotelləri aldadan müştərilər də daxil edilib: “Elə turistlər var ki, onlar şirkətləri aldadırlar, hansısa xidmətdən istifadə edirlər, amma pulunu vermirlər. Hansısa hotel və turizm şirkəti ilə problemləri olan, onları aldadan bir neçə şəxsin adı artıq bu siyahıya daxil edilib. Həmin şəxslər ölkəyə girişinə qadağa qoyulan şəxslər deyil və yerli turistlərdir”.

2.Azərbaycan Hava Yolları

Oxşar təcrübənin artıq “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən tətbiqi edildiyini və onların da “Arzuolunmaz şəxslər” siyahısının olduğunu deyən N.Bağırov bildirib ki, AzTA-nın istənilən üzvü siyahıya məlumat daxil edə bilməz. Hər hansı neqativ hala yol verənlər barədə məlumat sistemə daxil edilməmişdən əvvəl həmin məlumat AzTA-nın komitələri tərəfindən tam araşdırılır.Əsaslı nəticələr olduğu halda, məlumat verilən şirkət və şəxs haqqında məlumatlar sistemə daxil edilir.

3.Turizm sənayəsi

N.Bağırov qeyd edib ki, “qara siyahı”nın hazırlanması oraya daxil edilən şəxslər barəsində inzibati tədbirlərin görülməsi demək deyil. Siyahının hazırlanmasında əsas məqsəd AzTA üzvlərini dələduzluqla məşğul olan, xoşagəlməz hallara yol verən turizm sənayesi üzvləri barədə məlumatlandırmaqdır.

4.AzTA üzvləri

Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir və onun aktiv üzvlərinin sayı 100-ə yaxındır. AzTA üzvləri ölkənin turizm sənayesində aktiv fəaliyyət göstərən müəssisələrdir.

Rusiyalı turistlər Azərbaycana gəmi ilə gələcəklər.

0

Rusiyadan Azərbaycana gediş- gəliş rahatlaşacaq.

“Moskva Çay Gəmiçiliyi” ASC-nin baş direktoru Konstantin Anisimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.

1.Pyotr  Velikiy

Görüş zamanı tərəflər Xəzər dənizində PV300VD layihəli “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə dəniz turlarının təşkili haqqında memorandum imzalayıblar. Rusiyalı qonaqlar bildiriblər ki, Bakı güclü turizm imkanına malikdir. Bu baxımdan, dəniz səyahətlərinin təşkili Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.

2.Rusiya  və  Azərbaycan

Məlum olub ki, bu layihənin gerçəkləşməsi dəniz nəqliyyatı sahəsində Rusiya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsini təşviq edəcək, ölkələrin turizm potensialından istifadə üçün geniş imkanlar yaradacaq. Müzakirələr zamanı qeyd edilib ki, bu layihə ilə təkcə Xəzəryanı ölkələrdən deyil, ABŞ, Avstraliya, Avropa və Çindən olan turistləri də cəlb etmək mümkün olacaq.

3.Xəzəryanı ölkələr

Danışıqların yekununda K.Anisimov və R.Vəliyev əməkdaşlığa dair birgə memorandum imzalayıblar. Memoranduma əsasən, 2019-cu ilin sonuna kimi hazırda tikilməkdə olan “Pyotr Velikiy” gəmisi ilə Bakıya turistlərin səfəri təşkil ediləcək. Həmin gəmi 310 sərnişin tutumuna və yüksək rahatlığa malik olacaq. Kruiz layneri vasitəsilə sərnişinlər Qara dənizə, Rusiyanın liman şəhərlərinə, Xəzəryanı ölkələrə səyahət edə biləcəklər. Burada fitnes zalı, çimərlik hovuzu, restoranlar, kinoteatr zalları və digər istirahət otaqları olacaq.

Gəminin texniki göstəriciləri ona Xəzərdə mövcud limanlara yan almağa imkan verəcək.  Uzunluğu 141, eni 16.82 metr olan gəmidə turistlərə 90 nəfərlik heyət xidmət göstərəcək.

 

Azərbaycana səfər edən amerikalı turistlərə xəbərdarlıq olundu

0

Amerikalı turistlərə xəbərdarlıq.

ABŞ Dövlət Departamenti amerikalı turistlərin dünyanın hər bir ölkəsinə təhlükəsiz səfərlər etmələrini qiymətləndirərək səyahət məsləhət proqramı açıqlayıb.

1.Dövlət Departamenti

Proqramda Dövlət Departamenti terrorizm təhlükəsi ilə əlaqədar amerikalı turistləri Azərbaycana səfər edərkən diqqətli olmağa çağırıb.

2.Dağlıq Qarabağ

Bildirilir ki, bəzi sahələrdə risk artıb.

Əsas risk kimi Dağlıq Qarabağ göstərilib. Departament amerikalılara bu bölgəyə səfər etməməyi məsləhət görüb. Qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi davam edir.

3.Təmas xətti

“Tez-tez atışmalar və artilleriya sistemlərindən, o cümlədən yeraltı minalardan və minaatanlardan istifadə insanların ölümünə və yaralanmasına səbəb olur. Bu səbəbdən amerikalılar “Təmas xətti” yaxınlığında olan yollardan çəkinməlidirlər”.

Sudanın gizli xəritəsi-Piramidalar

0

Sudan piramidaları.

Şimali Sudanın gizli xəzinəsi – Sudan piramidaları, digər adı ilə Nubiya piramidaları Misirdəkilərin əksinə, susuz səhralarda baxımsız qalıb. Çoxlarının varlığından xəbərdar olmadığı bu tikililər ölkədəki müharibə fonunda unudulub.

1.Nubiya pramidaları

Nubiya piramidaları Moreo bölgəsində, Sudanın paytaxtı Hartumdan 200 km şimalda, Baqraviyahda yerləşir. Həmin ərazidə 255 piramida var. Misir piramidaları “Yuneskonun mədəni irsləri” siyahısına salınsa da, Sudandakı piramidalar buraya daxil edilməyib.

2.Moreo adası

Həmin piramidalara turist axını, demək olar ki, yoxdur.

Piramidaların yerləşdiyi bölgə, Moreo adası – bir vaxtlar Qara Fironlar olaraq tanınan Quş krallığı hökmdarlarının yaşadığı paytaxt olub. E.ə. 720-300-cü illərdə tikilən piramidaların uzunluğu 6 və 30 metr arasında dəyişir. Giriş qisimləri günəşin doğuşunu qarşılamaq üçün qərbə doğru inşa edilib. Yüz illərdir yaşayan bu canlı tarixin inşası Misir piramidaları tikiləndən sonra başa çatıb.

3.Yunan və Roma mədəniyyəti

YUNESKO-ya görə, piramidaların dekorasiyasında istifadə olunan Misir, Yunan və Roma mədəniyyətinə aid detallar onları qiymətsiz bir əsərə çevirib. Ancaq Hartum Beynəlxalq Muzeyinin direktoru Abdel-Rəhman Ömərin ifadəsinə görə, XIX əsrdə bəzi arxeoloqlar piramidaların qızıl hissələrini söküblər.

4.Əlbəşir höküməti

Ölkədəki vətəndaş müharibəsi Sudan turizmini süquta uğradır. Əl-Bəşir hökuməti isə bu qiymətli tarixi əsərlərə yetərincə diqqət ayırmır.

Qatar Sudanın bu tarixi əsərlərinin yenilənməsi üçün 135 milyon dollar pul ayırsa da, bu əraziyə gələn turistlərin sayı ildə 15 mini keçmir.

5.Şəhər

Sudan piramidaları səhranın ortasında qeyb olmuş bir şəhər kimi onu kəşf edən ziyarətçiləri gözləyir.

 

 

Dünyanın ən yaxşı turizm istiqamətləri məlum oldu

0

Ən yaxşı turizm istiqamətləri.

Dünyanın ən iri turizm portallarından sayılan “TripAdvisor” dünyanın ən yaxşı turizm istiqamətləri ilə bağlı reytinqin qaliblərini açıqlayıb.

1.Top Destinations on the Rise 

Birinci yerdə Yaponiyanın o qədər də tanınmayan İsiqaki adası gəlir. Həmin ada “Top Destinations on the Rise” nominasiyası üzrə turistlər arasında ilin seçimi olub. İsiqaki füsunkar ağ çimərlikləri və sualtı qayaların zəngin fauna və florası ilə tanınır. Adıçəkilən ada, eyni zamanda, sörfinq, dayvinq və snorklinq üçün ən münasib məkanlardan hesab olunur. Adanın əsas incilərindən sayılan Manqrov meşələri və dağının yaratdığı füsunkar landşaft İsiqakidə istirahətin daha möhtəşəm keçəcəyini vəd edir.

2.Havay adaları

İkinci yerdə Havay adalarında yerləşən Kapa kurortu gəlir. Kapa avarçəkmə və su xizəyi ilə məşğul olmağı sevənlər arasında kifayət qədər populyar məkanlardan sayılır.

3.Nayrobi

Üçüncü yerdə isə Keniyanın paytaxtı Nayrobi qərarlaşıb. Adıçəkilən şəhər Afrikada safari üçün ən yaxşı məkanlardan hesab olunur. Turistlərə burada şəhərin gecə həyatı ilə tanış olmaq, Afrikanın izdihamlı bazarlarına və saysız-hesabsız ekzotik heyvanları olan bir neçə milli parka baş çəkmək imkanı yaradılır.

Bundan başqa, reytinqin ilk onluğunda Kanada, Polşa, Kosta-Rika, Latviya, Xorvatiya, İspaniya və Mərakeş kimi ölkələrin adları hallanır.

“Baku Guide”bələdçi kataloqunun növbəti sayı çapdan çıxıb – fotolar

0

              “Baku Guide”

“Bakının qış menyusu”, “Bakıda çay mədəniyyəti”, “Bakı 3 günə” – bunlar artıq dördüncü ildir paytaxtımıza təşrif buyuran əcnəbi qonaqlara, eləcə də aktiv istirahət həvəskarı olan şəhər sakinlərinə bələdçilik edən “Baku Guide” kataloqudur.

1.Bələdçi kataloqu

Bələdçi kataloqunun bu sayı da kiçikdən böyüyə ən müxtəlif zövq sahibləri üçün – qurmanlardan teatrallara, melomanlardan şopinq və ekstrim  həvəskarlarınadək – maraqlı materiallarla zəngindir. İngilis və rus dillərində nəşr olunan kataloqun budəfəki buraxılışının rubrika və bölmələrində fərqli və yaddaqalan istirahət arzulayan hər kəs axtardığını tapa biləcək.

2.Bakını  kəşf et

“Bakını kəşf et” bölməsində rəngarəng illüstrasiyalarla təqdim olunan yazılarda qədim şəhərin həm ənənəvi, özünəməxsus koloriti, həm də ultramüasir yenilikləri, eləcə də mövsümə uyğun özəllikləri diqqəti çəkir.  Bakıya istər tək, istər ailəliklə gələnləri burada ürəkləri istəyən istirahət və əyləncə gözləyir.

3.Bakı 3 günə

Şəhərimizə qısa müddətə gələnlər üçün isə “Bakı 3 günə” yazısı maraqlı olacaq. İçərişəhərdə Qız qalası və Şirvanşahlar sarayından başlanan marşrut şəhərin əsas gəzməli-gərməli yerlərini əhatə edir. Bununla bərabər, minilliklərin vərəqləndiyi Qobustan, Yanardağ  və Atəşgah qoruqlarına baş çəkə, “Bakının memarlıq inciləri”ni gözdən keçirə, “Tarixə toxun”ub Azərbaycanın milli geyimləri haqqında məlumat əldə edə bilərsiz.

4.Odlar Yurdunda qar nağılı

“Baku Guide” ənənəsinə sadiq qalaraq Azərbaycanın paytaxtdan kənar gözəlliklərini də oxucularına təqdim edir. “Odlar Yurdunda qar nağılı” yazısı mövsümün nəfəsini təbiət qoynunda duymaq və əsl qış havasını yaşamaq istəyənlər üçün nəzərdə tutulub. Yazıda qış istirahəti həvəskarlarına faydalı məsləhətlər verilir. Vurğulanır ki, Azərbaycanda təbii iqlim müxtəlifliyi ilboyu istirahət üçün geniş imkanlar açır.

5.Tax Free

Kataloqun bu sayında həmçinin turistlər üçün maraq kəsb edən “ASAN Viza” xidməti, “Tax Free” sistemi, bu sistemin üstünlükləri, şərtləri, “Baku City Tour”, şəhər turunun marşrutu barədə materiallar verilib. Şəhərdəki məşhur restoran və kafelər, bar və pablar, şopinq həvəskarları üçün iri ticarət mərkəzləri, əyləncə axtaranlar üçün karaoke və gecə klubları, kinoteatrlar barədə məlumatlar da “Baku Guide” oxucularına bələdçilik edir.

Ən böyük gəmi dənizdə

0

         Ən bahali reys gəmisi

Dünyanın ən böyük və ən bahalı reys gəmisi Oasis of the Seas Finlandiyada suya endirildi. 1.3 milyard dollara başa gələn nəhəng gəmi, ilk səfərinə bazar günü çıxacaq. AFPin xəbərinə görə; Yüzlərlə işçi gəminin suya endiriləcəyi son ana qədər işlərini davam etdirdi.

1.ABŞ limanı

Suyun üzərindəki yüksəkliyi 65 metrə çatan gəmi, 360 metr uzunluğunda və 47 metr genişliyində. Gəmi, 6 min 360 yolçu ilə 2 min 100 personalı saxlayacaq tutumda. Nəhəng gəmi ilk səfərində, ABŞ limanı Fort Lauderdaledən, Haitiyə getmək üzrə dəmir götürəcək.

2.Gəmi

Gəmidə hovuzlar, gerçək ağac və bitkilərin tapıldığı bağça, restoranlar, əyləncə salonları, barlar, kino salonları və futbol sahəsi böyüklüyündə amfiteatr var.

 

 

23 mehmenxana və turizm obyektinin lisenziyası ləğv edilib

0

          Lisenziyaların ləğvi

Bu il yanvar-iyun ayları ərzində Azərbaycanda 5 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş xüsusi razılıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ləğv edilib.

 

Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, həmin müddətdə turizm fəaliyyəti ilə bağlı 22 hüquqi və fiziki şəxsə verilmiş lisenziyalar ləğv edilib. Onlardan yalnız 4-nün fəaliyyəti daha sonra bərpa edilib.

Bu ilin yanvar-iyun ayları ərzində 27 hüquqi və fiziki şəxsin təqdim edilmiş sənədlərinə baxılıb və onlara turizm fəaliyyəti ilə məşğul olmaq üçün (lisenziya) verilib. Hazırda respublikada 194 turizm şirkəti fəaliyyət göstərir.

Həmin müddət ərzində 24 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Hazırda respublika ərazisində 335 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.

 

 

 

 

Madrid şəhərində yoqa dərsləri

0

Madrid şəhərində yerləşən “Retrio” parkında yoqa dərsləri keçirilir

Madrid şəhərində yerləşən “Retiro” parkında həftədə 2 dəfə – çərşənbə axşamı və cümə axşamı günlərində yoqa dərsləri keçirilir.

Dərslərdə iştirak etmək üçün kiçik xalça və rahat geyim tələb olunur.

Yoqa dərsləri 25 nəfərdən ibarət qrup üzrə keçirilir. Dərslərdə iştirak etmək üçün isə yalnızca 3 avro ödəmək kifayətdir.

Dünyanın 10 ən güclü universitetləri

0

Güclü universitetlər?

“Times” tərəfindən hazırlanmış dünyanın 10 ən güclü universitetləri siyahısında 8 ABŞ, 2 Britaniya universiteti yer alıb.

Azərbaycanlı tələbələrin təhsil almaq üçün ən çox getdiyi ölkələrdən olan Türkiyə və Rusiyanın heç bir universiteti ən güclü 100 universitet sırasında yoxdur.

Universtet

Siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Dördüncü və beşinci yerlərdə isə Cambridge və Oxford gəlir.

Siyahı, beynəlxalq paneli təşkil edən akademiklərin rəyləri əsasında hazırlanıb.

DÜNYANIN ƏN ETİBARLI 10 UNİVERSİTETİ BUNLARDIR:

1.Harvard Universiteti;

2.Massachusetts Texnologiya İnstitutu;

3.Stanford Universiteti;

4.Cambridge Universiteti;

5.Oxford Universiteti;

6.California, Berkeley Universiteti;

7.Princeton Universiteti;

8.Yale Universiteti;

9.Columbia Universiteti;

10.California Texnologiya İnstitutu.

Dünyanın 100 ən güclü universiteti sırasına Asiya qitəsindən 17 ali təhsil ocağı daxil olub.Toku Universiteti 12-ci, Çinin Tsinghua Universiteti 18-ci, Pekin Universiteti 21-ci, Sinqapurun Milli Universiteti isə 26-cı yerdədir.

Siyahıda heç bir Azərbaycan universiteti yer almayıb.