Çamadanı necə yığmaq lazımdır.
Çamadanı necə yığmaq lazımdır ki heçnəyi unutmayasan.
Yay istirahət fəslidir. Hər birimiz bu mövsümü səbrsizliklə gözləyirik ki, tək işdən deyil, məişət qayğılarından istirahət edək. Hər kəs fərqli istirahət etsə də, əksəriyyət xaricə getməyə önəm verir.
Hara getsəniz belə, heç bir səyahət çamadansız ola bilməz. Belə olanda bir sual ortaya çıxır: “Özümlə nə götürüm?” Sual primitiv görünsə də, çox ciddi problemdir. Bəzən götürdüyün əşyalar tamamilə lazımsız olur. Axı tropik adada şalvar və gödəkçə nəyə lazımdır ki?
Çamadanı necə yığmaq lazımdır ki, heç nəyi unutmayasan? İstirahət üçün nə lazımdır?
Bu məsələlərlə bağlı tanınmış bloqer və şairə Zəhra Bədəlbəylinin fikirləri öyrənilib. “Adətən yayda isti ölkələrə gedirik. Bu səbəbdən düşünmürəm ki, çox şey lazım olur. Bir çamadan bəs edir. Ancaq qadınların çoxu belə düşünmür. Yay istirahəti üçün çamadan yığmaq daha asandır. Çimərlik üçün lazım olan şeylər, 2-3 don, şort, şlyapa. Dəriyə qulluq üçün kremi də unutmaq lazım deyil.
Mənə həmişə cəmi bir çamadan bəs edir. Əgər nəsə lazım olarsa, yerində ala bilirəm. Şükür Allaha ki, hər yerdə hər şey satırlar. Mənim çamadanımda kosmetika, losyon, gel və dəriyə qulluq vasitələri olur. Məncə, hər şeydən vacib bunlardır”, – o qeyd edib.
Bəs siz necə fikirləşirsiniz ?
Sevgililər üçün cənnət məkanlar
Sevgililər üçün romantik cənnət məkanlar.

Hollandiyada qumdan otel
Hollandiyada yenə bir fərqli otel
Yəqin dəniz kənarında kimlərinsə düzəltdiyi qum heykəl görmüsünüz.Bu heykəllər bir toxunuşla yerlə bir olur. Hollandiyada da qumdan otel düzəldiblər. Nə qədər qəribə səslənsə də, bu qum otelin içində “wi-fi”-dan kral dairəsinə qədər hər şey var. Burda bir gecə qalmaq 168 dollara başa gəlir.
Hollandiyada dünyanın ən qəribə otellərindən biri istifadəyə verilib. Buzdan otellər yaradan isveç və finlandlardan geri qalmayan hollandlar, qumdan mehmanxana ucaldıb.
Dəniz sahilində çoxları qumdan heykəllər, qalalar qurmağı sevir. Hollandlar isə bu sevgini əsas götürərək, dəniz qumundan otel inşa etmək qərarına gəlib. Bunun üçün 800 tondan çox qum istifadə olunub. Nə qədər qəribə səslənsə də, bu otel heç də bəzək üçün deyil. Əksinə, qumdan oteldə işıq, daimi su, şüşə pəncərələr, kral dairəsi, xalçalar, lüks hamam otaqları, hətta “vay-fay” da var.
Qum otelin tizaynına da söz ola bilməz. Hər otaqda müxtəlif qum heykəllər yaradan heykəltaraşlar, terrakota döyüşçülərinin heykəlləri isə qonaqları uzaq keçmişlə tanış edir. Bu oteldə gecələmək istəyənlər gərək 168 dollarından keçsin. Amma bunun üçün də tələsmək lazımdır. Belə ki, qumdan yaradılan otel 3 gün sonra bağlanacaq. Onun yenidən açılması üçün 1 il gözləmək lazım gələcək.
Təşkilatçılar Hollandiyadakı qum otelin böyük marağa səbəb olduğunu nəzərə alaraq, böyük britaniya və almaniyada da oxşar tikililər inşa etmək niyyətindədir.
Ən məşhur pivə bayramı Almaniyada
Almaniyada pivə bayramı-Oktoberfest
Almaniyanın Münhen şəhərində “Oktoberfest” pivə bayramı başa çatdı.
Festivalın mərkəzi Terezienvizedə idi. İlk “Oktoberfest” 1810-cu ildə taxt-tac varisi, şahzadə Lüdviqlə şahzadə Saksonlu-Hildburqhauslu Terezanın toyu şərəfinə keçirilmişdi. 1819-cu ildə isə festivalın təşkili və idarə olunması Münhen şəhər şurasına həvalə olunub.
1487-ci ildə Bavariyada qəbul olunmuş “Pivənin təmizliyi haqqında” qanuna müvafiq olaraq “Oktoberfest”də yalnız yerli pivə verilir. Bu səbəbdən də festivalda ənənəvi olaraq Münhenin 6 pivə istehsalçısı (“Paulaner”, “Augustiner-Brau”, “Lowenbrau”, “Hofbrau”, “Hacker-Pschorr-Brau” və “Spaten-Franziskaner-Brau”) təmsil olunublar.
Bosniya və Herseqovinada gəziləcək yerlər.
Seçiminizi dəyişdirəcək gözəlliklər- Bosniya Herseqovina
Bosniya və Herseqovinanın hər daşı, torpağı, küçələri Osmanlı tarixi (1463-1878) qoxur desək yanılmarıq və üstəlik bura cibinizə münasib ölkələr siyahısındadır. İşdir, əgər məzuniyyət planları qurub artıq ölkə və şəhər seçimi etmisinizsə, təəssüf edirik. Çünki bütün planlarınızı alt-üst edəcək reportajı sizə təqdim edir. Əgər sözügedən ölkənin gəziləcək yerləri sizə maraqlıdırsa, haydi gəzməyə ?
Mostar körpüsü
Bosniya və Herseqovinanın simvolu Mostar körpüsüdür. 24 metr hündürlüyündəki körpünün çox maraqlı hekayəsi var. Bir vaxtlar evlənmək istəyən gənclər cəsarətli olduqlarını sübut etmək üçün bu körpüdən özlərini atırmışlar. Bu ənənə zamanla bir qədər dəyişsə də hazırda yenə qüvvədədir. Körpünün ətrafında tarixi əşyalar və hədiyyəlik əl işləri satılan kiçik mağazalar mövcuddur. Koski Mehmet Paşa Məscidi, Saat qülləsi də körpünün yaxınlığındadır.
Baş bazar
Paytaxt Sarayevonun ən görməli yerlərinin başında gəlir. Bütün gözəl turistik məkanlar da Baş bazardadır. Burada İstanbulun Qapalı çarşısına bənzədilən Qazi Husrev adına bazar, muzey və məscid mövcuddur. Sarayevonun digər simvolu Sebil adlanan yerdir ki, “burdan su içənin Bosniya və Herseqovinaya bir daha yolu düşər”, deyirlər. Bol mağazaların olduğu Mula Mustafe küçəsi ilə gəzəndə isə Sönməyən atəş abidəsinə rast gələ bilərsiniz.
Sarayevo kilsəsi
Kilsə 1884-cü ildə neoqotik üslübda tikilib. Kilsənin ikinci adı İsanın böyük ürəyidir. Xarici görünüşü ilə diqqət çəkən başqa bir bina isə Sarayevo Milli Kitabxanasıdır. Kitabxanadan məşhur Latinska körpüsünə gedə bilərsiniz.
İnadkar Kuca evi
Avstriya-Macarıstan İmperatorluğu Sarayevonu işğal etdikdən sonra çayın kənarına görkəmli bir bələdiyyə binası tikdirmək istəyib. Ancaq sözün əsl mənasında inadkar olan Benderija adlı biri “burda mənim evim var”, deyərək binanın tikilməsinə icazə verməyib. Uzun müzakirələrdən və get-gəllərdən sonra Benderija bir şərtlə binanın tikilməsinə razı olub ki, evinin eynisindən çayın qarşı tərəfində inşa olunacaq. Əlaqədar şəxslər şərti qəbul edib və evin tamamilə eynisindən çayın qarşı tərəfində tikiblər. Həmin ev indi də bosniyalıların inadkarlığını təmsil edir.
Yellow Bastion
Sarayevoda gəzməli məkanlar bir-birinə çox yaxındır. Ona görə də bura ayaqla gəzə biləcəyiniz şəhərlər siyahısındadır. Sebil adlanan yerdən 10 dəqiqə yuxarıya doğru yeriyəndə müsəlman məzarlığı yaxınlığında Yellow Basiton deyilən bir divar görəcəksiniz. Buradan Sarayevonun gözəlliyini görə bilərsiniz.
Blagaj qəsəbəsi
Bosniya və Herseqovinanın ən məşhur qəsəbələrindən biridir. Buranı məşhur edən isə dərvişlər üçün Buna çayının üzərində tikilən Blagaj təkyəsi və ya Alpərənlər təkyəsidir. 1520-ci ildə inşa edilən tikili Bosniyanın sürətlə müsəlmanlığı qəbul etməsində önəmli rol oynayıb.
Yalnız səyahət üçün maraqlı məşhur 10 şəhər
Səyahət üçün ən maraqlı şəhərlər.
ABŞ-ın “Airbnb” şirkəti yalnız səyahət üçün ən məşhur şəhərlərin reytinqini açıqlayıb.
Siyahıda ilk sırada Argentinanın paytaxtı Buenos-Ayres qərarlaşıb. İlk üçlüyü Kanadanın Toronto və Norveçin Oslo şəhərləri tamamlayır. Bu şəhərlərdə otaqların 27 faizi təkbaşına səyahət edən şəxslər tərəfindən rezervasiya olunub.
Top 10-luğu təqdim edirik:
1. Buenos-Ayres, Argentina
2. Toronto, Kanada
3. Oslo, Norveç
4. Mexiko, Meksika
5. Hoşimin, Vyetnam
6. Köln, Almaniya
7. Yohannesburq, Cənubi Afrika Respublikası
8. San-Paulu, Braziliya
9. Oklend, Yeni Zellandiya
10. Şarlott, ABŞ
Səyahət etməy qərarına gəlsəz bu məqaləmdə olan şəhərlərin sizində zövqünüzü oxşayacağına inanıram.
193 ölkəyə səyahət yerində Bakı ilk sırada
Mədəniyyət və memarlıq şəhəri-Bakı.
ABŞ-ın məşhur “USA TODAY” informasiya agentliyində dərc olunan məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı qeyd olunub.
Dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sırada qeyd olunur.
“Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyət və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir” – deyən 27 yaşlı səyyah şəhərdə müasir arxitekrura və qədim binaların ahəngini də vurğulayır.
Möhtəşəm tur— Budapeşt – Praqa-Vyana
3-lü möhtəşəm tur
Budapeşt – Praqa – Vyana yeni il turu 550 avro✈
Qiymətə daxildir 😕
-Aviabilet (Bakı – Budapeşt – Bakı)
-4*otel (6 gecə mərkəzdə) – 550 avro
2 gecə Budapeşt
2 gecə Praqa
2 gecə Vyana
-Səhər yeməyi
-Sığorta
-Transfer (Hava limanı – Budapeştdə otel)
-Şəhərlər arası nəqliyyat (Budapeşt-Vyana, Vyana-Praqa,Praqa-Budapeşt)
Qiymətə daxil deyil:❌
-Viza rüsumu
Qeyd :2 nəfərlik otaqda 1 nəfər üçün hesaba alınıb.
Biletinizi həm sifarişlə, həmdə Bolkartla alıb, 1 aydan 12 aya qədər hissə – hissə ödəyə bilərsiz.
Əlavə məlumat üçün :
☎ +994 12 564 60 30
? +994 50 664 60 30 (WhatsApp)
? +994 55 664 60 30
? +994 70 664 60 30
? http://gotravel.az
? info@gotravel.az