Ev Blog Səhifə 416

Sankt Peterburq turu – Fevral ayı

0

Fevral ayına səyahətimizmi var??

Sankt Peterburq turu✈️

5 gecə /6 gün – – Cəmi 209 usd


Qiymətə daxildir:

-Aviabilet (gediş-dönüş)

-Otel (5 gecə /6gün)

-Qidalanma (səhər yeməyi)

-Səyahət sığortası


Qeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.


Əlavə məlumat üçün :

☎️+994 12 564 60 30

? +994 50 664 60 30 (WhatsApp)

? +994 55 664 60 30

? +994 70 664 60 30

? http://gotravel.az

? info@gotravel.az

Ünvan :Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı)

Səyahət edən sərnişinlər üçün məlumat

0

Sərnişinlər üçün məlumat

Əziz, oxucularımız, bu gün sizə “Silk Travel” şirkətinin də məhz sərnişinlər  üçün qadağan olunmuş, təhlükəli  əşyaları sizlərə təqdim edirik.

Sizin yükünüzdə ciddi şəkildə qadağan olunan əşyalar:

-Radioaktiv maddələr

– Qaz

– Partlayıcı maddələr

– Fişənglər

– Zəhər

– Korroziyaya uğrayan maddələr

– Maqnitlər

Baqaja verilməsinə icazə verilən, lakin salona daxil edilməsi qəti şəkildə qadağan olan əşyalar:

– silah-sursat

– Soyuq silah

– Odlu silah

Aviaşirkətlərin çoxunda, mayelərin, gellərin və aerozolların aviasərnişinin əl yükündə daşınmasına məhdudiyyətlər mövcuddur.

Məhdudiyyət aşağıdakılara şamil olunur:

– su və digər içkilər, şorbalar, şirələr;

– kremlər, losyonlar və yağlar;

– ətirlər;

– spreylər;

– gellər, həmçinin saç və duş gelləri;

– kiçik balonlarda olan maddələr, həmçinin, təraş üçün köpük, digər köpüklər və dezodorantlar;

– pastalar, həmçinin diş məcunları;

– sulu və bərk maddələrin qarışığı;

– tuş;

– istənilən digər maddələr.

Yuxarıda sadalananlardan yalnız az bir qisminin təyyarəyə gətirilməsi sərnişinlərə icazə verilir, lakin o şərtlə ki, onlar 100 ml həcmdən artıq olmayan tutumda qablaşdırılırlar.

Göstəriləndən daha artıq həcmdə əl yükünə yalnız aşağıdakı hallarda icazə verilir:

– uçuş zamanı zəruri olan uşaq qidası;

– uçuş zamanı zəruri olan dərmanlar (orijinal bağlamada, sərnişin üçün həmin preparatın zərurliyini təsdiqləyən lazımi tibbi arayışla və ya sərnişinin adını göstərildiyi reseptlə birlikdə)

– aeroportlarda və hava gəmilərinin içindəkı vergisiz ticarət mağazalarında əldə olunmuş içkilər və ətirlər. Əgər onlar xüsusi möhürlənmiş bağlamalarda satılmışdırsa, yoxlamadan keçənə qədər onun bütövlüyünü pozmayın – əks halda bağlamanın içindəkilər xüsusi yoxlama məntəqəsində müsadirə oluna bilər.

Hörmətli sərnişinlər, yoxlama zamanı hazır olun ki, Sizdən bu əşyaların və maddələrin zəruriliyini sübut etmək xahiş oluna bilər.

“Van Shopping Fest-2018” ilə turizm axını

0

“Van Shopping Fest-2018”

“Van Shopping Fest-2018” Azərbaycan ilə Van arasında turizm axınını artıra bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva deyib.

35 Türkiyə şirkəti ilə Azərbaycana səfərə gəldiklərini deyən palata rəhbəri bildirib ki, şirkətlər arasında müxtəlif sektorun – inşaat, qida, sənaye və digər sahələrin nümayəndələr var.

N.Tavka qeyd edib ki, “Van Shopping Fest-2018″ gələn il martın 15-dən aprelin 5-dək Van şəhərində keçiriləcək. “Festivala bir çox ölkədən turistlər gələcək, o cümlədən Azərbaycan iş adamlarını və vətəndaşlarını da həmin tarixdə Vana dəvət edirik. Van şəhəri ilə Azərbaycan arasında turizm əlaqələri zəifdir. Van şəhərinin turizm potensialının yüksək olması, qədim Van gölünün sahilində yerləşməsi şəhərimizə turist axınını gücləndirir. Biz istərdik ki, həm Vanda, həm də Bakıda keçiriləcək Shopping Festivallara iki şəhərin sakinlərini cəlb edək. Xüsusilə Novruz bayramının hər iki şəhərdə yüksək səviyyədə keçirilməsi turizm əlaqələrimizin inkişafında mühüm rol oynamalıdır”, – deyə Necdet Takva bildirib.

Türkiyə və Azərbaycan hər zamanki kimi qardaş ölkə olmaqla yanaşı, turizm sahəsində də bunu əks etdirir və etdirəcəyinə ümid edirik.

Bakıda 2 yeni küçə yaradıla bilər

0

Yeni dizayn…yeni küçələr…

Azərbaycanda turizmin inkişafı məqsədilə Bakıda Nizami küçəsinin “Torqovı” adı ilə tanınan hissəsi kimi daha iki küçənin yaradılması ilə bağlı təkliflər var.

Trend-ə istinadən xəbər veririk ki, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, Mərkəzi Univermaqdan “5 mərtəbə”yə gedən küçələrin ikisinin avtomobil hərəkəti olmadan gəzinti küçəsi olması nəzərdə tutulur: “Bununla bağlı təkliflər var, lakin hansı qərarın veriləcəyi barədə indidən danışmaq çətindir”.

K.Quluzadə bildirib ki, bələdçi akademiyasının yaradılması ilə bağlı təkliflər var: “Bir çox bələdçilər Azərbaycan tarixini və mədəniyyətini, yer adlarını düzgün bilmədiyi üçün turistlərə düzgün məlumat vermirlər: “Ona görə də istəyirik ki, peşəkar bələdçilər hazırlansın”.

Onun sözlərinə görə, Gürcüstanla birgə regional turizm paketlərinin hazırlanması nəzərdə tutulur: “Bu paket çərçivəsində turist həm Gürcüstana, həm də Azərbaycana səfər edəcək”.

Əcnəbilərin Azərbaycanda qeydiyyata alınma proseduru sadələşdirilir.

0

Prosedur Sadələşdirilir.

Əcnəbilərin Azərbaycanda qeydiyyata alınma proseduru sadələşdirilir.

 Report-a istinadən xəbər veririk ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə edilən əlavəyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmayacaq.

Layihədə bildirilib ki, Miqrasiya Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Müvafiq dəyişikliyə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Hazırkı dəyişikliyin məqsədi əcnəbinin Azərbaycanda qeydiyyata alınma prosedurunun sadələşdirilməsindən ibarətdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələrin – SİYAHISI

0

Vizasız səyahət??

Azərbaycan vətəndaşlarının pasport ilə vizasız gedə biləcəyiniz ölkələrin siyahısı açıqlanıb.

“Ölkə.Az”  xəbər verir ki, bütün təqdim olunan vizasız və ya birbaşa sərhəddə viza verən ölkələrə səyahət etmək üçün hər kəsin yanında qüvvədə olan ümumvətəndaş pasport (Xarici pasport) olmalıdır.

Oxuculara Azərbaycan vətəndaşlarının vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər edə biləcəkləri ölkələri təqdim edirik. Siyahıdakı ölkələrin qarşısında (sərhəddə) qeydi olarsa, demək həmin ölkəyə gedərkən viza sərhəddə təqdim edilir.

Avropa:

Albaniya, Belarus, Bosniya və Herseqovina, Gürcüstan, Makedoniya, Moldova, Çernoqoriya (Monteneqro), Rusiya, Türkiyə, Ukrayna.

Asiya:

İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Malayziya, Fələstin, Qətər, Tacikistan, Özbəkistan, Banqladeş (sərhəddə), Kamboca (sərhəddə), İordaniya (sərhəddə), Laos (sərhəddə), Livan (sərhəddə), Makao (sərhəddə), Maldiv (sərhəddə), Nepal (sərhəddə), Şərqi Timor (sərhəddə).

Karib dənizi, Mərkəzi və Cənubi Amerika:

Antiqua və Barbuda, Baham adaları, Barbados, Kolumbiya, Ekvador, Haiti, Sent – Vinsent və Qrenadin Boliviya (sərhəddə), Dominika (sərhəddə), Yamayka (sərhəddə), Nikaraqua (sərhəddə).

Afrika:

Namibiya (sərhəddə), Kabo – Verde (sərhəddə), Komor (sərhəddə), Fildişi sahili (sərhəddə), Cibuti (sərhəddə), Qvineya-Bisau (sərhəddə), Madaqaskar (sərhəddə), Malavi (sərhəddə), Mavritaniya (sərhəddə), Mavriki (sərhəddə), Mozambik (sərhəddə), Seyşell (sərhəddə), Tanzaniya (sərhəddə), Toqo (sərhəddə), Uqanda (sərhəddə), Zimbabve (sərhəddə).

Okeaniya:

Mikroneziya, Vanuatu, Marşall adaları (sərhəddə), Palau (sərhəddə), Samoa (sərhəddə), Tuvalu (sərhəddə).

Xatırladaq ki, viza (lat. — icazə) — xarici pasportda və ya pasportu əvəz edən hər hansı digər sənəddə xüsusi icazə yazısıdır. Viza sahibinin ölkəyə girişi və orda qalması hüququnu təsdiq edir. Səlahiyyətli dövlət orqanları tərəfindən, adətən Konsulluq şöbələri, bəzi hallarda isə immiqrasiya xidmətləri tərəfindən birbaşa sərhəddə — aeroportda verilir. Viza adətən saxtalaşdırılmadan qorunmuş yapışqan kağız formasında, bəzi hallarda isə möhür formasında olur. Vizada növbəti qeydlər olur: vizanın qüvvədə olduğu müddətdə onun sahibinin qala biləcəyi ölkə və ya ölkələr; girişin ilk günü və qalmanın son günü tarixi; verilmə yeri və tarixi; vizanın növü yazılır.

Asan Viza sistemində yeniliklər

0

Asan Viza rejimi

“ASAN Viza” sisteminin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi ilə bağlı tədbirlər çərçivəsində “ASAN Viza” sistemində təkmilləşdirmə işləri aparılaraq portalın fransız dili versiyası istifadəyə verilib.

Bu barədə ASAN-dan məlumat alınıb.

Hazırda portal 6 dildə (Azərbaycan, ingilis, fransız, ərəb, fars və rus) fəaliyyət göstərir.

Əlavə olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qaydalarına dair məlumatlandırmasını təmin etmək və müvəqqəti qeydiyyatın aparılması məqsədilə “ASAN Viza” portalı üzərindən Dövlət Miqrasiya Xidmətinin internet səhifəsinə keçid təmin edilib.

Xatırladaq ki, “ASAN Viza” sistemi prezident İlham Əliyevin 2016-cı il 1 iyun tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb.

Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standard elektron vizanı 3 iş günü, sürətləndirilmiş qaydada isə 3 saat ərzində 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edə bilər.

Qeyd edək ki, elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

“ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Azərbaycanda qış turizminə maraq artır – QİYMƏTLƏR

0

Azərbaycanda qış turizmi

Havalar soyuduqca qış turizm mərkəzlərinə təlabat artır. Artıq bir çox turizm mərkəzlərində hazırlıqlara başlanılıb.

Xəzər TV-yə istinadən məlumata görə, daha çox qış turizm mənbəyi hesab edilən Quba-Qusar və Qəbələdəki otellərdə bütün hazırlıqlar görülüb.

Həmçinin Qəbələdəki otellərdə bu il turist cəlbi üçün bəzi yeniliklər də olacaq. Qiymətlərə gəlincə isə, bu il artım çox olmayacaq.

Qəbələdən fərqli olaraq Quba və Qusardakı otellərdə mövsüm sabahdan start götürəcək və burdakı qiymətlər keçən illə müqayisədə 20-30 faiz artıb. Cənub zonasına da gələn turistlərin sayı kifayət qədərdir. Bu otellərdə bir gecə üçün gecələmək minimum 20 manatdan başlayır.

Otel nümayəndələrinin sözlərinə görə, bura müraciət edən xarici turistlər daha çox milli mətbəxə üstünlük verir. Rezervasiyalar isə əsasən onlayn şəkildə internet üzərindən aparılır.

Bakının torpağına qar dəyməmiş üstəlik havalar çox piskən üz tutun Azərbaycanın qış mövsümi gözəl olan məkanlara. Həmişə istirahətdə.

Azərbaycanda mehmanxana tipli obyektlərin siyahısı açıqlandı

0

Mehmanxana növlərinin siyahısı

Nazirlər Kabineti “Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin Siyahısı”nı təsdiq edib.

Siyahıya 19 yerləşmə vasitəsi növü daxil edilib.

Bura mehmanxanalar və motellər, sanatoriyalar, pansionatlar, yerləşdirmə imkanlarına malik konqres mərkəzləri, istirahət evləri, istirahət bazaları, istirahət mərkəzləri, qonaq evləri, sağlamlıq düşərgələri, idman düşərgələri, ovçu (balıqçı) evləri, turist bazaları, turist evləri, kempinqlər, yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.), çoxmənzilli binalarda mənzillər (otaqlar), hostellər, dağ sığınacaqları, uşaq sağlamlıq düşərgələri daxildir.

Yerləşmə vasitələrinin növləri:

 

 

1.Mehmanxanalar və motellər

2.Sanatoriyalar

3.Pansionatlar

4.Yerləşdirmə imkanlarına malik konqres mərkəzləri

5.İstirahət evləri

6.İstirahət bazaları

7.İstirahət mərkəzləri

8.Qonaq evləri

9.Sağlamlıq düşərgələri

10.İdman düşərgələri

11.Ovçu (balıqçı) evləri

12.Turist bazaları

13.Turist evləri

14.Kempinqlər

15.Yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.)

16.Çoxmənzilli binalarda mənzillər (otaqlar)

17.Hostellər

18.Dağ sığınacaqları

19.Uşaq sağlamlıq düşərgələri

Təşəkkürlər bizlə qalın.

Bodrum türk Riverasının qoynunda – FOTO

0

Bodrum – Türkiyənin mavi suları

Egey dənizinin sahilində, yarımadada yerləşən balaca şəhər – Bodrum. 31 min əhalisi olan bu şəhər Türkiyənin ən elit kurortu adını ciddi cəhdlə qoruyur.

Zəngin tarix, təmiz çimərlikləri, ideal iqlimi və unikal mövqeyi şəhərə əlavə üstünlük verir. Buna görə də dünyanın ən tanınmış hotel şəbəkələri Bodrumda fəaliyyət göstərir.

Bütün bunlara baxmayaraq, Bodrumda qiymətlər hamıya uyğun olduğundan istənilən təbəqənin nümayəndəsi burada rahat şəkildə istirahət edə bilər.

Biz Bodrum turizminin maraqlı cəhətlərini göstərmək üçün həmin şəhərə yollanırıq!

Bodrum

Mavi sahilin neməti

Əvvəlcə qeyd edək ki, Bakıdan Bodruma birbaşa aviareys var. 3 saatlıq uçuşla siz nağıllar aləminə daxil ola bilərsiniz.

Bodrum

Bodrum Türkiyənin Avropaya ən yaxın kurortudur. 4 kilometrlik məsafədə Yunanıstanın Kos adaları yerləşir.Qədimdə Bodrumun yerində əhalisi, əsasən, yunanlardan ibarət olan Halikarnas şəhəri yerləşib. Qədim və çiçəklənən Halikarnasın təməli yunanlar tərəfindən qoyulub. Bu səbəbdən Bodruma gələndə, dərhal Türkiyədə olduğunun fərqinə varmırsan. Mavi dəniz fonunda ağappaq tikililərin olması, ətrafdakı şam meşələri ilə örtülən təpələr və sahilə bağlı yaxtalar. Bu, Yunanıstan, İtaliya, Fransanın Aralıq dənizi kurortlarının tipik görüntüləridir. Təsadüfi deyil ki, “The New York Times” bir vaxtlar Bodrumu “Türkiyənin Sen-Tropesi” adına layiq görüb. Maraqlıdır ki, Bordumun sahillərini Aralıq yox, Egey dənizi sığallayır. Bu da sahil boyu ideal iqlimi müəyyən edir: yay vaxtı havanın orta hərarəti 25-28 dərəcə, suyun temperaturu 21-25 dərəcə təşkil edir. Qonşu kurortlarda insanların 40 dərəcə istidən əziyyət çəkdiyini nəzərə alsaq, fərqi daha aydın hiss etmiş olarıq.

Turistlər Bodrumda rahat çimərlik istirahətindən savayı, asudə vaxtın mənalı keçirilməsi üçün yaxşı imkanlar əldə edirlər. Burada fəal idman növləri ilə məşğul olmaq və ya memarlıq şedevrlərinə vaxt sərf etmək olar.

Halikarnas mavzoleyi qədim zamanların 7 dünya möcüzəsi siyahısına daxil olub. Mavzoleyin özü qorunub saxlanılmasa da, Bodrumda ondan heç də geri qalmayan haqqında bəhs edəcəyimiz unikal tarixi abidələr var.

Bodrum

Lakin macəra ardınca getməzdən əvvəl buradakı istirahətdən alacağınız xoş təəsuratın böyük hissəsini təşkil edəcək mehmanxananın seçimi ilə məşğul olmaq lazımdır. Bizim Bodrumda qaldığımız ilk məkan – “Mandarin Oriental” diqqətəlayiq məşhur mehmanxana şəbəkəsinin dəbdəbəli bəndlərindən biridir. “Mandarin Oriental” mehmanxanalarına dünyanın ən məhşur turizm məkanlarında rast gəlmək olar: Barselona, London, Paris, Milan, Nyu-York və əlbəttə, Bodrumda. İki fərdi çimərliyi və istirahət üçün müxtəlif rahatlıqları olan dəbdəbəli 5 ulduzlu mehmanxana Bodrumda ideal bir məkanda – Cənnət körfəzində yerləşib. Bu, mənzərəli təpələr və şam ağacları ilə əhatə olunan dənizdən sonrakı ilk xətdir.

Həzzin formulu

Mandarin hotel

Biz “Mandarin” hotelin üçüncü mərtəbəsində yerləşən ikinəfərlik nömrədə yerləşirik. Buradan Egey dənizinə möhtəşəm mənzərə açılır.

Rahat və işıqlı nömrədə istirahət üçün böyük vanna otağından tutmuş qəhvəbişirənə qədər bütün detallar nəzərə alınıb.

Maraqlıdır ki, 129 nömrədə yüksək səs texnologiyası ilə tanınan Bang & Olufsen şirkətinin avadanlığı quraşdırılıb.

Hotelin ətrafı yaşıllığa bürünüb, ətrafda çoxlu görünməyən hovuzlar, çardaqlar, qəlyanaltı üçün məkanlar və restoranlar fəaliyyət göstərir. Hotelin interyeri təbiətlə harmoniya təşkil edən ağaclardan qurulub.

Qeyd etmək yerinə düşər ki, hotelin interyeri ilə məşhur dizayner Antonio Çitterio məşğul olub.

Yüngül qəlyanaltı üçün məşhur “IOKI” brendinə məxsus olan “Kurochan” hotelinə üz tuturuq. Bu şəbəkənin İstanbulda bir neçə restoranı var.

Bu restoranda yaponiyalı aşbazın hazırladığı Asiya mətbəxinin ən ləzzətli təamlarını dadmaq olar.

Burada balıqdan hazırlanmış tempura və dəniz məhsullarını, tərəvəzdən hazırlanaraq qızardılmış klyareni dadmağınız məsləhətdir.

Təbii ki, hotel bütün kulinar ləzzətləri dadmaq üçün yeganə məkan deyil. Burada 8 restoran və bar fəaliyyət göstərir. Növbəti günlərdə biz çimərlik klubu olan “The Sands”da Aralıq dənizinin məhsullarını və türk mətbəxinin təamlarını dadırıq, “ La Suite Bodrum Lounge”da caz musiqisinin sədaları altında kokteylər, çərəzlər və sprinq-rollardan ləzzət alırıq.

Egey dənizinə möhtəşəm mənzərəsi olan “Bodrum Balıkçısı” restoranında təklif olunan yerli balıq növləri və dəniz məhsullarını da diqqətdən kənar saxlamaq olmaz.

İstirahət…

Bu arada, italyan restoranını da yaddan çıxarmaq olmaz. “Mandarin Oriental” hoteldə yerləşən “Assaggio” restoranında italyan mətbəxini ləzzətini dadmaq mümkündür. Burada əla italyan pastası, raviolli və ənənəvi lazaninidən həzz almaq olar.

Bodrum öz gözəlliyi və qonaqpərvərliyi ilə əsrarəngizdir. Biz yalnız türk rivieriasının bir hissəsini araşdırdıq. Gələn yazımızda bu kurort zonasının gecə həyatından, ənənəvi bazardan, ad çıxarmış tekstilindən, xalçasından və antik abidələri ilə məşhur olan Efesdən bəhs edəcəyik.