Ev Blog Səhifə 46

7 təpə üzərində yerləşən İtaliya

0
İtaliya

İtaliyanın paytaxtı Roma şəhəridir. (Bakı vaxtından 3 saat geri) Bütün yollar bu şəhərə gətirir. Roma – çoxəsrlik tarixə malik qədim bir şəhərdir. Roma imperiyasının yaranmasından bu günə qədərki İtaliya tarixi Romada əks olunmuşdur. Bütün abidələri, məbədləri, arenaları saymaq çətindir, Romanın möhtəşəmliyini anlamaq da çətindir. Ancaq bunu anlayaraq onun bütün gözəlliklərini dərk etmək mümkündür. Bu səbəbdən çoxları İtaliyanın ürəyində – Romada olmadan İtaliyanı başa düşmək olmaz deyirlər.

İtaliya

Əhalisi: təxminən 58 milyon Etnik qruplar; italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (1992-ci il üçün); kişilərdə – 74 yaş, qadınlarda – 81 yaş. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10.

İtaliya

Dövlət dili: italyan dili Turizm sahəsində işləyən hər kəs ingilis və fransız dilini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.

İqlimi

İtaliya

İqlimi subtropik və mülayim Aralıq dənizi iqlimidir. İqlimin müxtəlifliyi coğrafi uzunluqla izah edilir. Italiyanın şimalında, Padan ovalığında subtropikdən mülayimə keçid iqlimi hökm sürür – isti yay (iyul +22C + 24 C) və soyuq qış (yanvar, təxminən 0). Italiyanın ada hissəsində iqlim Aralıq dənizi iqlim tipidir, ilin 2/3 hissəsi orada açıq mavi səma, isti və quru yay (iyulda +26C), qış idə isti və mülayim hava (yanvarda +8C +10C) müşahidə olunur. Alp dağlarını çıxmaq şərtilə qar nadir hallarda yağır. Alp dağlarında 1500 m.-dən hündür ərazilər ilin 200 günü qar ilə örtülüdür. Yarımadanın cənubunda martdan oktyabra kimi quru, isti Saxara küləyi- «sirokko» əsir. Bu dövrdə temperatur +35 C kimi yüksəlir.

İqtisadiyyatı

Pul vahidi avrodur. Restoranların və mağazaların əksəriyyəti pulu dəyişdirmir. Oteldə komissiya haqqı bankdakına nisbətən yüksək olduğundan orada pulu dəyişdirməsəniz yaxşıdır. Banklar bir qayda olaraq, 8.30- 13.30 kimi, və nahardan bir saat sonra (adətən 15.00 – 16.00) açıq olur. İri şəhərlərin aeroportlarında və dəmir yolu vağzallarında da pul mübadiləsini etmək olar. Mübadilə avtomatlarının sayı günbəgün artmaqdadır (onlar əsasən Aİ valyutalarını və ABŞ dollarını dəyişdirirlər). Avtomatlardan istifadə qaydaları elə onların üstündə, bir neçə dildə yazılmışdır. Şəhərlərdə, restoranlarda və böyük univermaqlarda kredit kartlarının köməyilə hesablaşmaq olar; American Express, Diner’s Club, Visa və Master Card. Balaca şəhərlərdə və kəndlərdə bu hesablaşma üsulu populyar deyil.

Euro

Aİ-yə daxil olmayan ölkələrdən İtaliyaya gömrüksüz idxal normaları; 200 ədəd siqaret, 50 siqaret və ya 250 q tütün, 1 l spirtli içki, 50 q ətir. Aİ ərazisinə gömrüksüz idxal normaları; siqaret – 400 ədəd, nazik siqara( birinin çəkisi – 3 qr.) – 400 ədəd, tütün – 1 kq, 22% li spirtli içki – 20 l, şərab – 90 l, köpüklənən şərab – 60 l, pivə – 110 l. Yuxarıda göstərilən miqdardan artıq gətirilən məhsullar kommersiya məqsədli hesab olunur və onların nəqli üçün rəsmi qoşma sənədlər olmalıdır.

Nəqliyyat

Avtomobil icarəsi: İtaliyada təqribi qiymətlər- qeyri-məhdud yol qət edilmə ilə»ekomom» klass avtomobil gündə 54$ və həftədə 237$ başa gələcək. Bu məbləğə 19$ li vergi daxil edilməmişdir. Bəzi iri firmalara İtalyan qanunvericiliyi ƏDV götürməmək hüququ verir. Belə firmalardan – Auto Europe ( tel. 207/828 – 2525 və ya 800/223 – 5555), Europe by Car (tel. 800/223 – 1516 və ya 800/252 – 9401), Kemwel Group (tel. 914/ 835 -5555 və ya 800/678 – 0678). Avtomobil icarəyə götürmək üçün beynəlxalq sürücülük vəsiqəsi lazımdır. Maşının saz halda olmasına və yol qəzası halında sığortalanmasına əmin olun. Bir qayda olaraq, icarəyə verən firma tərəfindən verilən sığorta maşının oğurlanmasına aid olmur. Oğurlanma zamanı xərcləri örtən sığorta üçün gündə 10 $- 15$ ödəməlisiniz. Sərxoş halda maşın sürmə cəriməsi yüksəkdir. Hətta həbsə alma da ola bilər. İtaliyada yol polisi çox ciddidir, və rüşvətə işarə olsa avtoinspektor avtomobilisti həbsə göndərə bilər. Bir çox yanacaq doldurma məntəqələri 19.00 –dan sonra işləmirlər, günorta 2-3 saatlıq fasilə ilə işləyirlər. Bundan başqa bazar günü isə istirahət günüdür. Əsas trasslarda YDM lər gecə-gündüz işləyirlər.

Bayram və istirahət günləri

6 yanvar, pasxa bazar ertəsi, 25 aprel – faşizmdən qurtuluş günü, 1 may – əmək günü, 2 iyun – respublika elan olunması günü (Romada paradla keçir), 15 avqust – Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr – milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır). Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma – Petr, Milan – Amvrosiy, Turin – İoann və s. İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.

İtaliyada bayramlar

Dəyərli məsləhətlər: – İtaliyaya getməyə hazırlaşarkən, nəzərə alın ki, rayonların əksəriyyətində ingiliscə danışmırlar. Danışsalar da siz heç nə başa düşməyəcəksiniz. Bu xoşagəlməzlik sizi ən gözlənilməz yerlərdə, restoranlarda və ya otellərdə yaxalaya bilər. Buna görə həmişə deməyə sözünüz olsun deyə danışıq kitabçasını götürməyi unutmayın. – Pulları, qiymətli əşyaları, passport və aviabiletləri oteldə portyenin seyfində (bəzi otellərdə bu xidmət ödənişlidir) ya da özünüzlə gəzdirin. Otelin seyfinə təhvil verilməmiş qiymətli əşyalara görə administrasiya məsuliyyət daşımır. – Mübadilə məntəqələrində və bank şöbələrində valyuta dəyişdirərkən valyutanın kursundan başqa, mübadilə üçün götürülən faizə də nəzər yetirin. Bu faiz bir qayda olaraq, heç yerdə yazılmır. Ona görə də onu kassirdən soruşmaq lazımıdır. Valyuta mübadiləsinə görə faiz 10% qədər olmaldır. – Vaxtınızı boş yerə sərf edib ucuz restoran axtarmayın. Bütün restoranlarda qiymətlər təqribən eynidir (+ – 20%). Əlbəttə ki, şəhərin mərkəzində restoranlar baha, ətrafında ucuzudur. Bu halda seçim kriteriyası rahatlıq və assortimentdir. əgər yeməkdə qənaət etmək istəyirsinizsə, «Makdonalds»a, «Burger King»ə və ya «Avtoqril» ə baş çəkə bilərsiniz. – Qatarlara bilet alan zaman uşaqlarınızın yaşını qeyd edin. Əgər tələbəsinizsə bunu da deyin. İtalyan dəmir yolu nəqliyyatında güzəşt sistemi çox maraqlıdır və bunu bilərək siz kifayət qədər yaxşı qənaət etmiş olarsınız. Lakin, vaqona girməzdən əvvəl perrondakı xüsusi avtomatda bileti komposterləməyi unutmayın. – Əgər taksidən istifadə etmək istəyirsinizsə, taksilərin dayandığı dayanacağı tapmaq lazımdır. Məhz burada taksi tapmaq mümkündür, çünki küçədə əlinizi yelləməklə taksi tutmaq mümkün olmayacaq. Heyni zamanda taksini telefonla da (oteldə) sifariş etmək olar, amma əgər italyan dilini bilirsinizsə. – Otelin nömrəsindəki barda olan içkilər nömrənin qiymətinə aid edilmir. Bar-soyuducudan içdiyiniz və ya yediyiniz hər şey sonradan hesaba daxil ediləcək və oteli tərk edərkən sizə təqdim olunacaq. Eyni şey telefon danışıqlarına da aiddir. Nəinki şəhərlərarası və ölkələr arası danışıqlar, hətta şəhər daxili danışıqlar da ödənişlidir. – Nəqliyyatda gediş haqqı salonun daxilindəki avtomatlarda komposterləşdirilən talonlarda ödənilir (əgər bu tramvay və ya avtobusdursa, metroda isə – turniketdə). Tramvay və avtobuslardakı talonlar satılmır və onları dükanlarda və ya keçidlərin kassalarında almaq mümkün deyil.

İtaliya

Leonardo Da Vinçi və Dantenin, Kolizey və Piza qalasının, makaron və pizzanın vətəni olan möhtəşəm İtaliya bu gün də gözəl dağ və dəniz peyzajları, orta əsr şəhərlərinin qeyri-adi memarlığı və hər yerdə hiss olunan qədim mədəniyyəti ilə bütün dünyadan tuirstləri cəlb edir. İntibah dövrü mədəniyyətinin izləri burada memarlıqdan, rəssamlıq və musiqidən tutmuş hər şeydə görünür. «Əbədi şəhər» Roma – öz meydanları və fontanları, qədim abidələri və Vatikan muzeyləri ilə ürəyinizi fəth edcək. İntibahın beşiyi olan Florensiya şəhəri heç də Romadan geri qalımır. Burada demək olar ki, hər bir ev incəsənət abidəsidir. Sevgililərin arzusu və karnavallar vətəni olan Venesiya şəhəri 122 adaya bölən, çoxsaylı kanallarla hərəkət edən qondolalarla bütün turistləri cəlb edir. Neapolda siz şən mahnılarla və dağılmış Pompeylə, portağal meşəcikləri və boz Vezuvi ilə, Milanda isə mövsümün ən dəbli geyimləri ilə tanış olacaqsınız. İtaliya həmçinin gözəl çimərlikləri ilə də fərqlənir. Burada aktiv istirahət etmək üçün hər cür şərait var. Bütün dünyadan turistlər bura xizək sürmək, dəniz dibi və kanyonları tədqiq etmək, çaylarla səyahət etmək və Avropanın «çəkmə»si üzərindən uçmaq üçün gəlirlər.

Gəziləcək yerlər – Yunan adaları

0

Möhtəşəm çimərlikləri, sevimli qəsəbələri, ləzzətli yeməkləri və qonaqpərvər xalqı ilə Yunan adalarına hər il bütün dünyadan minlərlə turist tərəfindən üstünlük verilir. Adalardan bəziləri tarixi abidələri, bəziləri çimərlikləri, bəziləri isə gecə həyatı və sosial ortamları ilə önə çıxır. Burada hər kəs üçün zövqünə uyğun ada tapmaq mümkündür. Romantik tətil, əyləncəli və ya sadəcə istirahət edəcəyiniz bir tətil – seçim sizindir. İstərsəniz, bir çox adanı gəzmək üçün yerli turlara da qoşula bilərsiniz.

Rodos, Kos, Midilli, Meis, SaqqızSisam adaları qapıda viza imkanı təmin edildiyi üçün ən çox üstünlük verilən adalardır. Başqa adalar üçün ucuz və rahat aviareyslər də mövcuddur. Pandemiya dövründə bir çox turizm ölkələrinin sərhədlərinin bağlı olduğunu və adalara girişin açıldığını nəzərə alaraq ən gözəl Yunan adası haqqında vacib məlumatları təqdim edir.

1. MİKONOS

Mykonos adası

Əyləncə, gecə həyatı, çılğın partilər deyiləndə ağla ilk gələn ada Mikonosdur. Burada həyat 24 saat davam edir. Çimərliklərdə təşkil edilən partilər səhərin ilk işıqlarına qədər insanları əyləndirir. Turistlərin qələbəlik yaratdığı adada bir çox konseptdə kafe, restoran və əyləncə məkanı var. Xüsusilə, dostlarla planlaşdırılan tətillər üçün çox uyğun adadır. Mikonos sərbəstlik adasıdır. Çünki burada hər kəs bir-birinə və digər insanların seçimlərinə hörmətlə yanaşır. Başqalarını narahat etmədiyiniz müddətdə bu adada istədiyinizi edə bilərsiniz. Mikonosa səyahətinizdə mütləq axşamüstü şəhər mərkəzindəki yel dəyirmanlarında Günəşin qürubunu seyr etməlisiniz.

2. SANTORİNİ

Santorini

Santorini ağappaq evləri və mavi qübbəli kilsələri ilə məşhurdur. Daha çox bal ayı cütlükləri tərəfindən üstünlük verilir. Adada gerçək romantik atmosfer var. Oia və Tira adanın 2 inkişaf etmiş şəhəridir. Bu şəhərlər arasında avtobus səfərləri təşkil edilir, səfər yarım saat olur. Santorinidə bir digər məşhur konsept də təbii ki, sonsuzluq hovuzlarıdır. Hotelin və ya icarəyə götürdüyünüz evin hovuzunda üzərkən su, sanki Egey dənizi ilə bütünləşir və ortaya unudulmaz anlar çıxır. İnsan bu hovuzdan saatlarla çıxmaq istəmir. Santorininin romantik axşam yeməkləri cütlüklər üçün unudulmaz xatirələrdən olur.

3. KRİT

Krit adası

Krit Yunanıstanın ən böyük adasıdır. Bu ada, xüsusilə, tarixi dəyərləri və keçmişi ilə məşhurdur. Avropanın ən qədim sarayı olduğu düşünülən Knossos Kritdə yerləşir. Krit qalası, Venesiya limanı kimi bir çox tarixi yer də turistlərin marağını cəlb edir. Tarixi abidələrin böyük hissəsi II Dünya müharibəsi zamanı bombardmana məruz qalıb. Bu olmasaydı, Krit, ehtimal ki, açıq hava muzeyi olacaqdı.

4. PATMOS

Patmos

Patmos olduqca kiçik adadır. Amma xüsusilə, xristianlar üçün əhəmiyyəti böyükdür. St. Con Monastrı müqəddəs yerdir, çünki “İncil”in böyük qisminin burada yazıldığına inanılır. Visit Greece | Patmos Buna görə də Efesdəki Məryəm Ana Evini ziyarət edən xristianlar daha sonra Patmos adasına gələrək bu monastrı gəzirlər. Turist qələbəliyindən uzaq, sakit bir adada istirahət istəyənlər üçün Patmos gözəl seçimdir.

5. RODOS

Rodos

Rodos da Krit kimi ön plana çıxan adalardan biridir. Kritinia Qalası adanın ən əhəmiyyətli tikililərindəndir. Rodosun bütün qədim şəhərləri UNESKO-nun Dünya Mədəni İrs siyahısına salınıb. Bu ada dəniz tətili etmək üçün şahanə çimərliklərə sahibdir.

6. ZAKİNTOS

Zakintos adası

Zakintos və xüsusilə, Navaqio çimərliyinin fotolarını daha əvvəl mütləq sosial şəbəkələrdə görmüş olarsınız. Zakintos Yunan adaları içində gözəl sahilləri ilə məşhurlaşmış adadır. Bu ada digərlərindən fərqli olaraq Egey dənizində deyil, İon dənizində yerləşir.

7. SAQQIZ ADASI

5-ci böyük Yunan adası olan Saqqız bir-birindən maraqlı tarixi qəsəbələri, gözəl çimərlikləri ilə məşhurdur. Ada adından bəlli olduğu kimi, saqqız istehsalı ilə də məşhurlaşıb.

8. MİDİLLİ ADASI

Midili adası

Midilli Yunanıstanın 3-cü böyük adasıdır və bu adanın mərkəzi şəhəri olduqca inkişaf edib. Adada axtardığınız hər şeyi tapmaq mümkündür. Lakin burada gəzməli yerlər bir-birindən uzaqdır. Buna görə ya ictimai nəqliyyatdan istifadə etməli, ya da avtomobil icarəyə götürməlisiniz.

Turistlərin ən çox getdiyi şəhərlər

0

Honq Konq dünyada turistlərin ən çox baş çəkdiyi şəhərdir. “Euromonitor International” market tədqiqatları şirkətinin açıqladığı reytinqdə belə deyilir.

Bu il Honq Konqa 25,7 milyon turistin baş çəkəcəyi gözlənir.

100 şəhərin yer aldığı siyahı Asiya turizmindəki artımı üzə çıxarıb.

Ötən il Honq Konqa gedən turistlərin sayı 3,2 faiz azalıb. Bu, Çinlə gərginliyin artmasıyla izah olunur. Belə ki, Pekin bu əraziyə daha çox nəzarət etməyə can atıb.

Ancaq “Euromonitor” bu azalmanın qısamüddətli olacağını, artımın yenidən sürət götürəcəyini bildirir. 2025-ci ilədək Honq Konqa gedən turist sayının ilə 45 milyona çatacağı gözlənir.

Honq Konqdan fərqli olaraq, Tailandın paytaxtı Banqkoka səfər edənlərin sayı artıb. Bu, daha çox Çindən ilk dəfə gələn səyahətçiləri hədəfləyən tur-paketlərlə izah olunur. Banqkoka səyahət sayı 9,5 faiz artıb. 21,3 milyon nəfərə çatıb.

London isə 19,8 milyon turistlə üçüncü yerdə qərarlaşıb.

2017-ci ildə Londona səfərlər 3,4 faiz artıb ki, bu, əsasən, ölkə ötən il Avropa Birliyindən çıxmağa səs verəndən sonra funt-sterlinqin 15 faiz ucuzlaşmasıyla yozulur. Britaniyanın bahalı yer olması fikri dəyişdikcə, səyahət edənləri də çoxalıb.

İlk onluğa Sinqapur, Makao, Dubay, Nyu-York, Şençjen və Kuala-Lumpur da düşüb.

Rusiyanın Moskva şəhəri 100 ölkə içində 46, Sankt Peterburq 70-ci yerdədir.

Kasıb turistləri ölkəyə buraxmayacaqlar

0
Thailand

Tailand hökuməti bildirib ki, Phuket, Samui, Panqan və Phi-Phi adalarındakı 4 və 5 ulduzlu otellərdə nömrə bron edənlərə üstünlük veriləcək

 Tailandın Turizm və İdman naziri Phiphat Ratçakitprakarn bəyan edib ki, koronavirus pandemiyası səbəbilə qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra ölkə varlı turistlərə istiqamətlənəcək. Gezmeli.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, zəngin olmayan səyyahların ölkəyə gəlişi “dövlət protokolu” konsepsiyasına daxil deyil. 

Tailand hökuməti bildirib ki, Phuket, Samui, Panqan və Phi-Phi adalarındakı 4 və 5 ulduzlu otellərdə nömrə bron edənlərə üstünlük veriləcək. Onun fikrincə, gələn mövsüm – yəni noyabrdan fevraladək – ölkəyə cəmi 10 milyon turist gələcək. Bu isə 2019-cu ildə Tailandda istirahət edənlərin dörddə biridir.

Nazir vurğulayıb ki, turist axınının bu cür azalması ətraf mühit və çimərliklərə bərpa olunmağa yardım edəcək. O xatırladıb ki, karantin dövründə qumlu sahillərə tısbağalar qayıdıb, dəniz inəkləri (lamantinlər) də sahil yaxınlığında müşahidə olunub. Hətta çəhrayı delfinləri də görən olub.

“Əgər biz bu sahədə ən böyük fürsəti əldən qaçırsaq, Tailand uduzacaq. Bu, bütün turizm sistemini yeniləməyə imklan verəcək”,  – Ratçakitprakarn deyib.

Tailand adaları karantin səbəbindən iyunun 30-dək bağlıdır. Bundan sonra krallıq sərhədlərini Avstraliya, Yaponiya və Çinin bəzi əyalətlərindən olan səyahətçilər üçün açmağı planlaşdırır. Nazir bildirib ki, turistlər onlarda koronavirusun olmadığını təsdiqləyən sənədlər təqdim etməli olacaqlar. Oraya gələnlər isə seçdikləri adada 14 gün qalmağa məcburdurlar.

İyunun 11-də Tailandda son 3 həftə ərzində ilk dəfə COVID-19-a yeni yoluxma olmadığı bildirildi. Burada söhbət infeksiyanın insandan-insana keçməsindən gedirdi: son zamanlar yoluxma halları Tailandda ancaq kənardan gələnlərdə müşahidə olunurdu, həmin adamların hamısı karantinə alındı.

İyunun 20-nə olan məlumata görə, Tailandda indiyədək 3147 koronavirusa yoluxma halı aşkarlanıb. 58 nəfər COVID-19-dan dünyasını dəyişib.

Gəziləcək yerlər – Tbilisi

0
Tbilisi

Tbilisinin məşhur Rustavelli prospektində 10-15 dəqiqə gəzişsəniz virtual ya da real bir tanışla rastlaşmaq ehtimalınız yüksəkdir. Başqa cür desək, azı bir neçə azərbaycanlı görəcəksiniz. Azərbaycanlıların Tbilisiyə bu qədər çox səyahət etməsinin bir neçə səbəbi var. Buranın yaxın olması və qiymətlərin Bakıdan xeyli ucuz olması bu səbəblərdən yalnız ikisidir.

Tbilisi

Yeni ili burda qarşılaya bilərsiniz

Tbilisidə Yeni il

Tbilisi həm də bu regionda yeni ilin ən maraqlı və orjinal keçirildiyi şəhərlərdəndir. Elə buna görə də, yeni ili Tbilisidə qarşılamaq istəyənlər çoxdur. Təbii ki, hamı daha əvvəl bu şəhərdə olmayıb və sosial şəbəklərdə fotolarını bəyəndiyimiz dostlar da bizimlə bütün detalları paylaşmırlar. Elə buna görə də Tbilisiyə getmək arzusunda olanlar üçün məlumat xarakterli bir yazı hazırlamaq qərarına gəldim.

Tbilisidə nəqliyyat

Tbilisiyə getmək üçün avtobus, qatar təyyarədən istifadə edə bilərsiniz. Təbii ki, qiymət və təqdim olunan xidmətdə fərq var. Ən ucuzundan başlayaq.

Nəqliyyat

Bakıdan Tbilisiyə avtobus biletinin standart qiyməti 12,5 manatdır, bayram, bəzən də qrafikin sıx olduğu günlərdə 13 manat ola bilər. Bakı Beynəlxalq Avtovağzalından hər gün Bakı-Tbilisi avtobusları çıxır. Əksər vaxtlarda axşam saat 9-da və 11-də çıxan bu avtobuslar çox nadir hallarda ünvanına çatır. Bileti alarkən bu haqda sizə bir kəlmə də demirlər, hətta sürücü düz sərhədə çatana qədər sizə Tbilisiyə gedirik deyəcək. Amma sərhədi keçəndən sonra tap o sürücünü görüm, necə tapırsan. Avtobuslarda texniki problemlər olduğundan çox vaxt sərhəddən keçə bilmirlər, sərnişinlər də taksi ilə Tbilisiyə getməyə məcbur olurlar. Bu haqda indiyə qədər olunan şikayətlərdən hər hansı nəticə əldə olunduğunu görməmişəm.

Mərkəzə cəmi 4 Lariyə

Tbilisi

Belə hal baş verərsə, taksiyə qaçmağa tələsməyin. “Qırmızı Körpü” sərhəd keçid məntəqəsindən Tbilisiyə təxminən bir saatlıq yoldu. Taksilər bu yol üçün ən yaxşı halda 15-20 lari alırlar. Əslində isə daha ucuz getmək imkanınız var. Hər gün bir saatdan bir, axşam saat 6-ya qədər sərhəddən Tbilisi vağzalına “marşurutka”lar gedir. Qiyməti isə 4 laridir (təxminən 3 manat). Vağzal şəhərdən kənarda deyil, “Station Square” metrostansiyası vağzal binası ilə yanaşıdır. İki stansiya o tərəfdə isə Rustavelli stansiyasıdır. Buradan şəhərin mərkəzi hesab olunan Rustavelli prospektinə çıxa bilərsiniz.

Gəncədən Tbilisyə

Əgər Gəncədən Tbilisiyə gedəcəksinizsə, Gəncədəki “Şəmkir avtovağzalı”ndan Qazağa gəlib, oradan “Qırmızı körpü”nü keçə bilərsiniz. Qazax avtovağzalından hər gün bir saatdan bir “Qırmızı körpü”yə mikroavtobus gedir.

Gəncədən Tbilisiyə

Bakı Tbilisi qatarına bir bilet 43 manatdır. Qatar vaxt etibarilə ünvana daha gec çatsa da avtbusdan daha rahatdır.

Bakıdan Tbilisiyə ən ucuz təyyarə biletləri 100-120 avro arası dəyişir.

Metrodan istifadə

Metrodan istifadə etmək üçün 5 lariyə kart almaq lazımdır. Bu kart təkcə metroda yox, avtobusda da istifadə olunur. Metroda bir gedişin qiyməti 50 tetridir (35 qəpik).

Metro

Gürcüstanda avtobuslar kart sistemi ilə işləyir. Metro üçün aldığınız kartı avtobusda da istifadə edə bilərsiniz. Bir gediş 50 tetridir. Kart sistemi “marşurutka”lara aid deyil, onlar hələ də ənənəvi sistemlə işləyir, qiymət isə 50 yox, 80 tetridir.

Gəziləcək yerlər-Möntrö

0
Möntrö

Montrö Cenevrə aeroportundan maşınla bir saatlıq uzaqlıqdadır. Əsl istirahət şəhəridir. Rahatladıcı, ruhlandırıcı ab-havası var. Yəqin turistlərin şəhərə vurğunluğu da ondandır. Görməli məkanları, tarixi abidələri var.

Tarixi yerləri sevənlər Cenevrə gölünün mənzərəsi fonunda yerləşən Orta Əsrlərə aid “Şilyon” qəsrini mütləq görməlidir. Təbiəti sevənlər isə dağda yerləşən “Marmot cənnəti” parkına gedə bilər. Parkda heyvanlara da rast gəlmək olur.

Qaldığımız qonşu Vevedən Montröyə qatarla cəmi altı dəqiqəyə gəldik. Otelimiz “Grand Hotel Suisse-Majestic” dəmir yolu stansiyasının yanındadır. Yüz illik tarixi olan bu dördulduzlu otel şəhərin mərkəzində, Cenevrə gölü yaxınlığında yerləşir.

Gəlin, şəhərlə tanışlığa da elə buradan başlayaq. Montrö Cenevrə gölü və Alp dağlarının əhatəsindədir. Sahil zolağı bütün şəhər həyatının mərkəzidir. Veve ilə Montrönü birləşdirən, “Şilyon” qəsrinə qədər uzanan ərazi yaşıllıq, güllük-çiçəklikdir. Gölün hər yerində yelkənli gəmi və katerlər var. Sakinlər və qonaqlar kiçik gəmilərlə göl turuna çıxırlar. Üstəlik, gölün duru suyu həm üzmək, həm də su idmanı üçün əlverişlidir. Sahildə Cenevrə gölünün rəmzi sayılan çoxlu qu quşları da olur.

Caz sədaları altında gəzinti

otel

Sahil boyunca düzülən binalar, otelimiz, möhtəşəm “Fairmont Le Montreux Palace” “Gözəl əyyamlar” (“Belle Époque”) dövrünə aiddir. Sahildə canlı musiqinin ifa olunduğu çoxsaylı müasir kafe və restoranlar da var. Montrö həm də caz şəhəridir. 1967-ci ildən bu yana hər il iyunun əvvəlində şəhərdə caz festivalı keçirilir.  Festivala dünyanın hər yerindən ifaçılar gəlir. Həmin dövr musiqi təkcə caz-klub və salonlarda səslənmir. Parklarda, küçələrdə də cazdan zövq almaq olur. Festival əvvəlcə sırf caz tədbiri kimi düşünülsə də, 1970-ci ildən burada soul, rok, blüz və s. kimi istiqamətləri təmsil edən musiqiçilər də iştirak edirlər. “Rolling Stones”, “Deep Purple”, “Queen” kimi qruplar tez-tez festivalın qonağı olurlar.

Şəhər sakinlərinin sevdiyi qruplar

Queen qrup

Montrödə Britaniyanın “Queen” qrupuna xüsusi sevgi var. O qədər ki, şəhərdə bu qrupun yaradıcılığına həsr olunmuş muzey də tikilib. Sahildə isə qrupun solisti, Montrönü çox sevmiş və bir neçə il burada yaşamış Freddi Merkurinin abidəsi ucalır. “Queen” qrupu uğur qazanmış albomlarının böyük hissəsini Montrödə, “Mountain Studio”da yazdırıb. Elə muzey də bu studiyada yerləşir. Eksponatları isə çoxsaylı xatirə əşyaları, musiqiçilərin səhnə geyimləri, mahnılarının əlyazmaları və istifadə etdikləri musiqi alətləridir.

Şilyon qəsri

Cenevrə gölü sahilində yerləşən “Şilyon” qəsri Montrönün görməli məkanlarındandır. Bu qəsr şəhərə gələn hər bir turistin mütləq getmək istədiyi əsl orta əsr attraksionudur. Qəsr İsveçrənin ən gəliş-gedişli tarixi tikilisidir.

Şilyon” 400 il ərzində Savoyya qraflarının iqamətgahı olub. Deyilənə görə, İsveçrə vətənpərvəri və tarixçisi Fransua Bonivar qalanın içindəki zindanda dörd il qandallanmış vəziyyətdə saxlanılıb. Bu əhvalat lord Bayronu 1816-cı ildə poemasını yazmağa ruhlandırıb.

Şilyon qəsri

Cenevrə gölü ilə dik dağ yamacları arasında yerləşən qayalıq ada hələ tarixdən əvvəlki dövrlərdə məskunlaşmış ərazi olub. Cenevrə gölündə gəmilərin hərəkəti və Sen-Bernar aşırımına gedən çox mühüm yol yüz illər boyu bu adadan idarə olunub. 1536-cı ildə Bern sakinləri qəsri ələ keçiriblər. 1803-cü ildə isə Vo kantonunun müstəqilliyinin elan edilməsi ilə əlaqədar bu kantonun sərəncamına keçib.

Hazırda qəsrdə muzey yerləşir. Muzeyin hər il 350 mindən çox ziyarətçisi olur. Bütün kompleks 25 bina, iki dairəvi divarla müdafiə olunan üç daxili həyətdən ibarətdir. Qəsrə daxil olanda orta əsr cəngavərləri və şahzadə qızları haqqında nağıllardakı şəhərə düşdüyünü zənn edirsən. Burada hər şey ilkin görkəmində saxlanılıb. Daş döşənmiş küçələr, oyma naxışlı taxta eyvanlar, aşırma körpülər. XIV əsrə aid naxışlı divarları, bernlilərin hökmranlığı dövrünə aid yeraltı anbarları, dəbdəbəli salonları və yataq otaqlarını görmək olar. Ekspozisiyanı orta əsrlər dövrünə aid əsl silahlar – toplar, gürzlər, tüfənglər, mancanaqlar, nizələr və s. tamamlayır. Ayrı-ayrı stendlərdə orijinal cəngavər yaraq-əsləhəsi təqdim olunub.

Qəsr bir tərəfdən yaşıl qayalarla, digər tərəfdən Cenevrə gölü ilə əhatələnib. Fransızlar gölü “Leman” adlandırırlar. Qəsrlə gölü taxta körpü birləşdirir. Gələn turistlər məhz bu mənzərə fonunda fotolar çəkdirirlər.

Dəmir yolları ilə məşhur olan ölkə

İsveçrə gözəl təbiəti ilə seçilir. Dağları isə bir başqa aləmdir. Odur ki, biz də dağ gəzintisi etmək qərarına gəldik.

Möntrö yolları

İsveçrədə qatarlar dağlarda ən populyar nəqliyyat vasitəsidir. İsveçrəlilər mürəkkəb relyefli yerlərdə dəmir yolları tikintisi sahəsində professionaldırlar. Onlar buna iki adi rels arasına dişli rels qoyulmasını nəzərdə tutan xüsusi texnologiya sayəsində nail olublar. Belə dəmir yollarında hərəkət edən qatarlar da müvafiq olaraq dişli təkərlərlə təchiz edilirlər. Dişli dəmir yollarının qatarları adi qatarlardan fərqlidir. Dik yoxuşlarda asanlıqla hərəkət edir. İsveçrə bu tip dəmir yollarının sayına görə dünya rekordçusudur. 20-dən çox belə yolu var.

Tarlaları gözəllik rəmzi olan ölkə

Möntrö tarlaları

Yolumuz Montrödən Roşe-de-Neyədir. Dəniz səviyyəsindən 2042 metr yüksəklikdə yerləşən Marmot qoruğu da buradadır. Qatar dağlara qalxdıqca Cenevrə gölünə, Savoyyaya, Voya, Valeyə və Alp dağlarına əsrarəngiz mənzərə açılır. Getdikcə meşələri çəmənliklər və nərgizgülü bitən talalar əvəzləyir. Burada bitən nərgizgülü yazıçı Lev Tolstoyun və Ernest Heminqueyin əsərlərində də xatırlanır. 1897-1957-ci illərdə burada nərgizgülü festivalları da keçirilib. İndi isə nərgizgülü talaları öz gözəlliyi ilə fotoqrafları, turistləri, velosipedçiləri, Skandinaviya yerişini sevənləri və paraplaneristləri cəlb edir.

Alp bağı

Bənzərsiz landşaftlara qırx dəqiqə ərzində tamaşa edə-edə Roşe-de-Neyə çatırıq. Turistlər marmotların yuvalarına tamaşa edir. Bura “Marmot cənnəti” də adlanır. Qoruqda 14 növ marmot saxlanır. Şüşə arakəsmədən marmotların həyatını müşahidə etmək olur. Marmotlar turistlərə öyrəşiblər. Bəzən yuvalarından çıxaraq təpəciklərə qalxır, özlərini günə verirlər.

Möntrö Alp Garden

Yuxarıdakı gözəl məkanlardan biri də “Alp bağı”dır. 1896-cı ildə açılan bu bağda dünyanın hər yerindən təqribən min növ dağ bitkisi əkilib. Qeyri-adi hisslər yaşamaq istəyənlərə hər cür rahatlığı olan əsl alaçıqlarda gecələmək təklif olunur.

Harada, Nə yeyək ?

Möntrö

Nahar etmək üçün yaxınlıqdakı Ko şəhərciyinə yollandıq. Qatarla Koya 10 dəqiqəlik yoldur. Burada dəniz səviyyəsindən 1150 metr yüksəklikdə ənənəvi İsveçrə şalesi – “Le CouCou” (“Ququ quşu”) ailə otel-restoranı yerləşir. Restoranın terrasından Cenevrə gölünə və meşə ilə örtülmüş dağlara açılan mənzərəyə baxdıqca doymaq olmur. Bu yerlərin mətbəxində isə ancaq və ancaq yerli orqanik məhsullardan istifadə edilir.

Şokolad Qatar

Şokolad Qatar

Yeri gəlmişkən, “Roşe-de-Ney”ə və başqa regionlara təkcə adi qatarla deyil, həm də maydan oktyabradək işləyən “Şokolad Qatar”la da getmək olur. Bu tur yalnız birinci dərəcəli – ya 1915-ci ilin vintaj vaqonunda, ya da müasir panoramlı vaqonlarda səyahət təklif edir. Belə turu fərqləndirən cəhət budur ki, gediş haqqına isti qəhvə, kruasanlar və pendirli fondü, habelə “Nestle” şokolad fabrikinə getmək və onun məhsullarını dequstasiya etmək daxildir. Necə deyərlər, həm ziyarət, həm ticarət 

Sadəcə qadınlardan ibarət olan kənd

0
Lolosoli kəndi

1990-cı ildə ingilis əsgərləri tərəfindən zorlanan 15 qadın tərəfindən yaradılan kənd zamanla uşaq yaşda evləndirilən, qadın sünnətinə məruz qalan, ailədaxili şiddət, təcavüz və oxşar digər zorakılıqlarla üzləşən qadınlara da sığınacaq olub.

Lolosoli kənd

Rebeka Lolosoli adlı qadın tərəfindən yaradılan kənd kişilərin etirazına səbəb olub. Mühafizəkarlığı ilə tanınan Samburu xalqının kişi nümayəndələri Rebekaya dərs vermək məqsədilə onu vəhşicəsinə döyüb. Lolosoli bu vəziyyətə etiraz edərək, əməli addımlar atmaq barədə qərar qəbul edib. Samburu xalqının özünəməxsus qaydaları var.

Müəyyən yaşa çatmış qız uşaqları yaşlı və döyüşçü kişiyə müvəqqəti olaraq verilir. Bu dövrdə qızlar hamilə qala bilməzlər. Əgər bu, baş versə, uşaq abort edilir.

Lolosoli kənd

Lolosoli kəndin əsasını qoyandan sonra kişilər tərəfindən təhdid edilib. Lakin qadın fikrini dəyişməyib. Hazırda kənddə 47 qadın və 200 uşaq yaşayır. Əraziyə çox sayda turist gəlir və qadınlar hazırladıqlarını onlara sataraq ehtiyaclarını qarşılayırlar. Kənd sakinləri həmçinin maarifləndirmə prosesində də fəal iştirak edirlər.

Sakinlərdən olan 38 yaşlı Ceyn heyvanları otardığı zaman 3 əsgərin təcavüzünə məruz qalıb. Başına gələnləri həyat yoldaşına danışıb. Həyat yoldaşı buna görə onu döyüb. Hadisədən sonra o, 3 uşağını da götürərək kəndə üz tutub. Digər bir qadın isə 11 yaşında 1 inək qarşılığında atası tərəfindən 57 yaşlı adamla evləndirilməyə məcbur edilib. O da toydan 1 gün sonra Umojaya qaçıb.

Lolosoli kənd

Umoja sakinləri burada, yeni həyatlarında kişilərə yer olmadığını və kənddə özlərini təhlükəsiz hiss etdiklərini bildirirlər.

Nə turist var, nə qonaq, amma Naftalan nə edəcəyini bilir

0
Naftalan

Pandemiya ilə əlaqədar xarici turistlərin Naftalana gəlişi hələ mümkün olmasa da yerli turistlər və şəhər əhalisi yeniliyi maraqla qarşılayıblar.

Turizm şəhəri Naftalan daha bir ilkə imza atıb. Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalan şəhər əhalisinin və turistlərin ixtiyarına verilib.

“Kiçik Pulsuz Kitabxana” anlamına gələn layihə əsasında insanlar buradan kitablar seçərək oxuya, eyni zamanda paylaşmaq istədikləri kitabı kitabxanaya əlavə edə bilərlər. Kitabxana artıq www.littlefreelibrary.org kitabxanalar reyestrinə unikal #100833 nişanı altında düşüb və ölkəmiz həmin saytın xəritəsində yer alıb.

 “Little Free Library” layihəsinin Naftalana gətirilməsində əsas məqsəd kitabları insanlar üçün daha əlçatan etmək və onların maariflənməsində yardımçı olmaqdır. Burada istənilən şəxsin pulsuz və günün istənilən saatında fəaliyyət göstərən kitabxanadan yararlanması üçün şərait yaradılıb. Buna nəzarəti isə könüllülər öz üzərinə götürüblər. Sputnik Azərbaycan-a layihə haqda məlumat verən könüllü Günel Abbasova burada Azərbaycan dili ilə yanaşı, rus, ingilis və türk dillərində hər yaşa uyğun kitabların yer aldığını söyləyib:

 “Kitabxanamız yenidir. Demək olar ki, hər yaşa və hər zövqə uyğun kitablar toplamışıq. Oxucular burada dünya klassikləri, uşaq ədəbiyyatı, eyni zamanda ölkəmiz haqda kitablardan yararlana bilirlər. İstənilən şəxs kitabxanamızdan istifadə edə, həmçinin paylaşmaq istədiyi kitabı kitabxanamıza hədiyyə edə bilər”.

Pandemiya ilə əlaqədar xarici turistlərin Naftalana gəlişi hələ mümkün olmasa da yerli turistlər və şəhər əhalisi yeniliyi maraqla qarşılayıblar. 

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 45 faizə qədər azalıb

0
turizm

2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 42,3 faiz azalaraq 944,7 min nəfər olub. Ölkə vətəndaşlarının 33,8 faizi İrana, 29,8 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 6,3 faizi isə digər ölkələrə səfər edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gedənlərin 68,9 faizini kişilər əhatə edib. 31,1 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 50,3 faiz, Türkiyəyə gedənlərin sayı 42,4 faiz olub. Gürcüstana gedənlərin sayı 36,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 35,6 faiz azalıb.

2020-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 82,4 faizi dəmir yolu və avtomobil, 16,3 faizi hava, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Turizm agentlikləri ilə aviaşirkətlər arasında hansı narazılıqlar yaşanır?

0
turizm

Azərbaycanda bir sıra xarici ölkələrə uçuşların bərpa edilməsində aktivlik müşahidə edilir. Misal olaraq, 2020-ci ilin 2 iyul tarixindən başlayaraq Azərbaycan Hava Yolları (AZAL) həftədə iki dəfə (cümə axşamı və şənbə günləri) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək. Türk Hava Yolları (THY) aviaşirkəti isə iyulun 1-dən etibarən çərşənbə və cümə günləri reyslər həyata keçirəcək.

Bəs, görəsən, uçuşların bu istiqamətdə bərpa edilməsi ölkədəki turizm şirkətlərinin fəaliyyətində nə kimi canlanma yaradıb?

Gezmeli.az -dan “Report”a istinadən xəbər verir ki bu barədə turizm sahəsi üzrə ekspert Rəhman Quliyev aviaşirkətlərdən narazı olduğunu ifadə edib:

“Pandemiyanın yayılması ilə Azərbaycanda bir sıra fəaliyyət sahələrində müəyyən fasilələr yarandı. Ölkə rəhbərliyinin tələb və tövsiyələrinə uyğun olaraq, turizm şirkətləri işçi ixtisarı etmədi. Turizm şirkətlərinə bir aylıq əməkhaqqı yardımı oldu. Digər ayların əməkhaqlarını, icarə xərclərini və digər xərcləri turizm şirkətləri özləri qarşıladılar. Çünki ümid edirdilər ki, bir neçə aydan sonra reyslər müəyyən qədər bərpa olacaq və onlar da həmin reyslərdən satışlar edəcəklər. Nəticədə reabilitasiya baş verəcək. Lakin, təəssüf ki, həm AZAL, həm də Türk Hava Yolları turizm şirkətlərini bu məsələdə qıraqda qoydular. Uçuşların bərpa edilməsinə baxmayaraq, turizm şirkətlərinə verilən əvvəlki satışı bu dəfə aviaşirkətlər vermədilər. Nəticədə turizm şirkətlərinin bağlanılması məcburiyyəti yaranacaq və onlarda çalışan əməkdaşların ixtisara düşməyi qaçılmaz olacaq. Turizm şirkətlərində on minlərlə işçinin ixtisara düşəcəyi qaçılmazdır. Aviaşirkətlər bilet satışının turizm şirkətlərinə verilməməsinin səbəbi kimi pandemiya dövrünün olmasını, insanların kassalara axının qarşısını almaq və bilet satışını onlayn etmək istəməsini göstərir. Amma nəzərə almaq lazımdır ki, turizm şirkətləri də onlayn işləyirlər. İndi bütün biletlər elektron versiyada yazılıb müştərinin elektron qutusuna göndərilir. Müştəri də pulunu elektron şəkildə ödəyir”.

R.Quliyevin sözlərinə görə müştərilər turizm şirkətlərinə aviaşirkətlərdən şikayətlər edirlər:

“Müştərilər turizm şirkətlərinə müraciət edərək aviaşirkətlərlə birbaşa əlaqə yarada bilmədiklərini, onlara məktublar yazsalar da, cavabının gəlmədiyini bildirir və kömək istəyirlər. Müştərilər bizə zəng vurub aviaşirkətlərin sistemlərinin donması, biletin qaytarılması şərtlərini müştərilərə izah edən şəxsin olmaması, hər hansı problem olanda aviaşirkətlərin zənglərə və məktublara cavab verməməsi barədə şikayətlər edirlər. Müştəri turizm şirkətləri ilə birbaşa işləyəndə onlar hər biletin üzərinə çox kiçik məbləğ qoyaraq ona xidmət göstərir. Müştəri də əlavə vaxt itirmir. Şirkət onun bütün məsələlərini həll edir. Satışı turizm şirkətinə verməyəndə isə şirkət müştərinin problemlərini həll etməkdə çətinlik çəkir”.

Ekspert turistin maarifləndirilməsi baxımından turizm şirkətlərinin rolunu ön plana çəkib:

“Əvvəllər turizmçilər müştərilərini maarifləndirirdi. Onlar müştərilərin hara getmələrini nəzarətdə saxlayıb onların istəklərinə uyğun yönləndirirdi. İstanbula gedən şəxsin başqa bir Avropa ölkəsinə də uçuşu vardısa, turizm şirkəti onu hansı saatda yola çıxmaq, nə qədər ara məsafəsi saxlamaq, gedəcəyi yerdə hansı problemlərlə üzləşəcəyi barədə məlumatlandırırdı. Müştəriləri maarifləndirməkdə turizm şirkətlərinin rolu danılmaz idi. Bu gün isə turist aviaşirkətlərin saytında tam məlumat almaqda çətinlik çəkir. Turizm şirkəti də bilet satmayanda hansısa müştəriyə informasiya vermək məcburiyyətində deyil. Ona görə də gərək aviaşirkətlər turizm agentlikləri ilə əməkdaşlıq etsinlər. Bu beş ay ərzində turizm şirkətləri öz büdcələrindən xeyli xərc çəkmişdilər və ümid edirdilər ki, reyslər açılandan sonra reabilitasiya olacaq. Təəssüf ki, aviaşirkətlər turizm şirkətlərini oyundan kənarda qoydular”.