Ev Blog Səhifə 54

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb

0
Azərbaycan və Türkiyə

2020-ci ilin fevralında Azərbaycandan Türkiyəyə 52 143 turist səfər edib. Bu da 2019-cu ilin fevralı ilə müqayisədə 3,13 faiz çoxdur.

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 3,01 faiz təşkil edib.

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 106 931 turist səfər edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,72 faiz çoxdur.

2020-ci ilin yanvar-fevral aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 3,04 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2020-ci ilin fevralında Türkiyəyə 1,733 milyon turist səfər edib. Bu da ötən ilin yanvarı ilə müqayisədə 3,76 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan Türkiyəyə 901 723 turist səfər edib ki, bu da 2018-ci illə müqayisədə 5,03 faiz çox olub. Bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2 faiz təşkil edib.

Misir Prezidenti koronavirusla mübarizəyə 6 milyard dollardan çox vəsait ayırıb

0
Misir Prezidenti Əbdülfəttah əs-Sisi

Misir Prezidenti Əbdülfəttah əs-Sisi koronavirus pandemiyası ilə bağlı keçirdiyi müşavirədə ölkə vətəndaşlarını xəstəliyin yayılmasının qarşısını almaq üçün daha iki həftə ərzində qaydalara riayət etməyə çağırıb.

Dövlət başçısı yerli telekanallarda canlı yayımlanan tədbirdə geniş nitq söyləyib. COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə 100 milyard Misir funtu (6,39 milyard dollar) ayrıldığını bəyan edib.

O bildirib ki, turizm obyektlərinin, digər müəssisələrin fəaliyyətinin dayandığı, habelə aeroportların bağlandığı bir vaxtda ölkənin fond birjasının dəstəklənməsi məqsədilə Misir Mərkəzi Bankı əlavə 20 milyard Misir funtu (1,28 milyard dollar) ayıracaq.

Misir Prezidenti qeyd edib ki, COVID-19 çox sürətlə yayılır. Qısa zamanda minlərlə insan bu virusa yoluxa bilər. O, əhalini qaydaları pozan obyektlər barədə hökumətə məlumat verməyə çağırıb.

Əbdülfəttah əs-Sisi vurğulayıb ki, dövlətin kifayət qədər maliyyə və ərzaq imkanları var. Vətəndaşlar ev karantinində də əziyyət çəkməyəcəklər. Vurğulanıb ki, Misir ən azı üç aylıq ərzaq ehtiyatına malikdir.

Misirdə koronavirusdan ölənlərin sayı 6 nəfərə çatıb

0
Misir

Son iki gün ərzində Misirdə daha iki nəfər koronavirus səbəbindən həyatını itirib.

AZƏRTAC Misir Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həyatını itirənlər 78 yaşlı İtaliya vətəndaşı və 70 yaşlı Qahirə sakinidir. Beləliklə, ölkədə COVID-19 virusundan ölənlərin sayı 6 nəfərə çatıb.

Məlumatda qeyd olunur ki, martın 17-də Misirdə koronavirusa 30 yoluxma faktı qeydə alınıb. COVID-19 virusuna yoluxanların ümumi sayı isə 196 nəfərdir. Ölkənin xəstəxanalarında koronavirus müayinəsi aparan daha 6 laboratoriya açılıb. Son iki gündə səhiyyə müəssisələrinə qızdırma şikayəti ilə müraciət edən 34 nəfərdə isə koronavirus aşkarlanmayıb.


Misir hökuməti pandemiyanın qarşısını almaq məqsədilə turizm sektorunun fəaliyyətini dayandırıb. Otellərdə dezinfeksiya işləri aparılır, məscidlərdə cümə namazı da daxil olmaqla, kütləvi ibadət qadağan edilib, kinoteatr, konsert zalları və aeroportlar bağlanılıb. Bundan başqa, hökumət tibbi spirt və maskaların ixracını dayandırıb.

Dubay turistlərə və yerli sakinlərə onlayn xidmət təqdim edir

0
Onlayn xidmət

Dubay Əmirliyinin Mədəniyyət və İncəsənət Departamenti turistlər və yerli sakinlər üçün “Dubai360.com” internet saytı vasitəsilə alternativ muzey xidməti təqdim edir.

Bu onlayn platformada şəhərin panoramı və görməli məkanları ilə ətraflı tanış olmaq olar.

Departamentin rəhbərliyi bildirib ki, xidmətin yaradılmasında əsas məqsəd koronavirus pandemiyası ilə əlaqədar turistik məkanların və muzeylərin bağlanıldığı bir vaxtda şəhərin qonaqları və sakinlərinə mədəni irsin təbliğ edilməsidir.

İnternet saytında videomateriallar və fotoşəkillər vasitəsilə Dubayın ən gözəl məkanları və mədəniyyət obyektlərini görmək mümkündür. O cümlədən Etihad Muzeyi, Əl Fəhidi Tarix Qoruğu, Numizmatika Muzeyi, qədim abidələr və müasir turizm məkanlarına onlayn səyahət etmək olar. Muzey eksponatları arasında görkəmli Səudiyyə şairi Əl Oqalli, Dubay şəhərinin əsasını qoyan Şeyx Rəşidin ev-muzeyi də var. Bundan başqa, onlayn xidmət vasitəsilə Əmirliyin ən qədim məkanı olan Əl Fəhidi qalasına da virtual səyahət təşkil edilir.

Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib

0
Fuad Nağıyev

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət edib.

Gezmeli.az xəbər verir ki, müraciətdə bu günlərdə dünyanın bir sıra çətinliklərlə üz-üzə qaldığı, COVID-19 virusunun yayılmasının bütün dövlətlərin sərhədlərinin bağlanmasına səbəb olduğu, habelə bir çox ölkələrin iqtisadiyyatına zərbə vurduğu qeyd olunur.

Müraciətdə deyilir: “Böhran nəticəsində dünya turizm sənayesi ən çox zərər görən sahələrdən biri oldu. Belə ki, bütün dünya üzrə hotellər bağlanır, turizm agentlikləri, sahibkarlar iflasa uğrayır, işçilər ixtisara salınır. Təəssüf ki, qlobal turizm sənayesinin bir hissəsi olmaqla Azərbaycanın turizm sahəsi də itkilər vermək məcburiyyətində qalır. Biz ümumi vəziyyətdən xəbərdarıq, sənayedən daxil olan, həmçinin sizinlə mütəmadi keçirdiyimiz görüşlər zamanı aldığımız məlumatlara əsasən Azərbaycanda turizm biznesində proseslərin müvəqqəti olaraq dayandırılması və işçilərin ixtisar edilməsi faktları ilə tanışıq. Əlbəttə, bu, çox ağır və təəssüfləndirici haldır. Hələ ilin əvvəlində Prezident İlham Əliyev turizm sahəsinin neft-qaz sənayesindən sonra iqtisadiyyatın ikinci gəlirli sahəsi olduğunu vurğulayaraq uğurlarımızı qeyd etmişdi. Biz birgə səylərimizin nəticəsində ildən-ilə Azərbaycana daha çox turistin cəlb olunmasına, ölkədə daxili turizmin inkişafına, infrastrukturun genişlənməsinə və ən əsası yüksək ixtisaslı kadrların hazırlanmasına nail olmuşuq. Hazırkı qlobal böhrandan da, bu çətin vəziyyətdən də məhz birgə səylərimiz nəticəsində çıxa bilərik.

Hər kəsə məlumdur ki, turizm sahəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdiyi bir sahə olub və olmaqda da davam edir. Biz həmişə hər sahədə bu dəstəyi hiss etmişik və inanırıq ki, yenə hiss edəcəyik.

Tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət başçısı tərəfindən hökumət strukturlarına yaxın günlərdə təkliflər paketinin hazırlanması tapşırılıb.

Prezident İlham Əliyevin tapşırıqları çərçivəsində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən də digər dövlət strukturları ilə birgə Azərbaycan turizm sənayesinin dəstəklənməsi üzrə təkliflər paketi hazırlanaraq hökumətə təqdim edilib.

Hazırda hamımız üçün ən əsas amil bu sahədə fəaliyyət göstərən hər kəsi dəstəkləməkdir. Təbii ki, yüksəkixtisaslı kadrların itkisi bizim sənaye üçün böyük ziyan deməkdir. Biz buna yol verə bilmərik. Biz – dövlət sektorunun təmsilçiləri və siz – sahibkarlar bu günlərdə vəziyyətin və qəbul edilmiş qərarların məsuliyyətini anlayaraq davranmalı, turizm sənayesinin, ölkənin və vətəndaşların rifahı naminə birlikdə olmalıyıq. Buna görə də hər birinizi bu və ya digər qərarları qəbul edərkən sosial məsuliyyəti dərk edərək addım atmağa səsləyirik. Sevindirici haldır ki, artıq bir sıra sahibkarlar iş yerlərinin saxlanması ilə bağlı bizim tövsiyələri nəzərə almaq barədə qərar qəbul ediblər. Qeyd etməliyik ki, XXI əsrin əvvəllərindən dünya turizm sənayesi artıq bir neçə dəfə qlobal böhranla üzləşib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı dövrü, 2003-cü ildə SARS epidemiyasını, həmçinin 2009-cu ildə qlobal iqtisadi böhranı buna misal çəkmək olar. Azərbaycanın turizm sahəsi çox gənc olduğundan biz hələ bu cür böhran vəziyyətlərdən keçməmişik. Ancaq yeni dünya sistemi göstərir ki, hər böhrandan sonra turizm bərpa olunur və daha da sürətlə inkişaf edir. Şübhəsiz, bu dəfə də belə olacaq. Böhran mütləq surətdə keçəcək. Biz bu böhrandan birgə səylərimiz nəticəsində çıxacağıq. Əlbəttə, biz peşəkar kadrlarımızı qoruyub saxlaya bilsək, bu proses daha effektiv olmaqla daha qısa müddətdə baş verəcək”.

Sonda Fuad Nağıyev turizm təmsilçiləri və turizm sənayesinin üzvlərini Novruz bayramı münasibətilə təbrik edib.

Birləşmiş Ərəb Əmirliklərində turizm obyektlərinin fəaliyyəti dayandırılıb

0
BƏƏ

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti COVID-19 yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün turizm şirkətlərinə təlimat göndərib.

Gezmeli.az xəbər Azərtca istinadən xəbər verir ki, təlimatda bütün kruizlər, səhra düşərgələri, safari və üzən restoranların qadağan edildiyi bildirilir.

Departamentin məlumatında qeyd olunur ki, təlimat dərhal qüvvəyə minir və növbəti göstəriş verilənə qədər ona əməl olunmalıdır. Həmçinin bildirilir ki, BƏƏ-nin bütün sakinlərinin, turistlərin və sektorun əməkdaşlarının sağlamlığını və təhlükəsizlini təmin etmək məqsədilə sənədin icrasına nəzarəti xüsusi müfəttiş qrupu həyata keçirəcək.

Bütün turizm operatorları bu qadağaya ciddi şəkildə əməl etməlidir. Təlimatın şərtlərinin pozulması qeydə alındıqda isə şirkətlərə cərimələr tətbiq ediləcək“, – deyə məlumatda vurğulanır.

Malta aeroportu sərnişin reysləri üçün qapadılıb

0
Malta aeroportu

Malta aeroportu martın 20-dən etibarən daxil olan bütün sərnişin reysləri üçün qapadılıb. Bundan sonra müvəqqəti olaraq ancaq yük, humanitar məqsədli və vətənə uçuşlar saxlanılıb.

AZƏRTAC xəbər verir ki, əsas gəlirləri turizm üzərində qurulan ölkədə bu günədək 38 koronavirus yoluxması faktı qeydə alınıb ki, bunlardan da 32-si xəstəliyi kənardan gətirib.

Aeroportun bağlanması və turistlərin gəlməsinə qoyulan qadağa ölkə iqtisadiyyatına çox ciddi ziyan vuracaq. Ümumdaxili məhsulunun dörddəbirinin turizm gəlirlərindən formalaşan ölkə üçün bu itkilər ağırdır və bu, kütləvi işsizlik deməkdir. Proqnozlara əsasən, növbəti ildə isə ölkə iqtisadiyyatı iki dəfə azalacaq.

Maltanın İqtisadiyyat naziri Silvio Şembri parlamentdəki çıxışı zamanı dediyi “xarici işçilər ölkələrinə qayıtmalıdırlar” sözləri ilə də tənqidlərə məruz qalıb. Nazir parlamentdə bunları demişdi: “Biz xeyriyyəçi deyilik. Ona görə də, ilk növbədə, Malta vətəndaşlarının aqibətini düşünməliyik. Xarici işçilər isə ölkələrinə qayıtmalıdır”. Daha sonra tənqidlərlə qarşılaşan nazir sözləri üçün üzr istəyərək bildirib ki, qanuni əmək müqaviləsinə sahib olan xaricilər deport olunmayacaq.

AYİB koronavirusun təsirini azaltmaq üçün 1 milyard avro ayırır

0
AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirusun (COVİD 19) yayıldığı ölkələrdə virusun şirkətlərə təsirini azaltmaq üçün 1 milyard avro dəyərində “Həmrəylik Paketi” elan edib.

“Report” bu barədə banka istinadən xəbər verir.

Bankın açıqlamasında bildirilib ki, bu addım böhrana ilkin cavabdır və lazım olduqda qurum daha çox tədbir görməyə hazırdır. “Həmrəylik Paketi” əsasən 38 inkişaf etməkdə olan ölkənin özəl sektorun inkişafı dəstəklənib. Həmin ölkələrə investisiya qoyan bankın səhmdarları tərəfindən təsdiqlənib.

Məlumata görə, təcili yardım proqramı çərçivəsində AYİB müvəqqəti kredit çətinliyi yaşayan güclü iş imkanlarına malik mövcud müştərilərinin maliyyələşməsini təmin etmək üçün “dayanıqlıq çərçivəsi” yaradacaq.

“COVİD 19 pandemiyası və onun iqtisadi nəticələri AYİB və onun fəaliyyət göstərdiyi ölkələr üçün misli görünməmiş bir çətinlik yaradır. Səhmdarları, üzv ölkələri, tərəfdaşlar və müştərilərin həmrəyliyinə cavab vermək üçün bank mövcud müştərilər üçün fövqalədə likvidlik, dövriyyə kapitalı və ticarətin maliyyələşməsini daxil olmaqla 1 milyard avro əlavə maliyyələşməni təmin edən bir çərçivə yaratdı. Bu ilk addımdır. Bank cavab tədbirlərini daha da genişləndirməyə hazırdır və fəaliyyət göstərdiyi ölkələr, beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində maliyyələşdirmə alətlərini nəzərdən keçirmək, tənzimləmək və genişləndirmək üçün fəal və təxirəsalınmaz addımlar atır”, – AYİB prezidenti Suma Çakrabarti deyib.

Yardım paketi çərçivəsində xüsusən kiçik və orta sahibkarlığı dəstəkləmək üçün ticarətin maliyyələşdirməsi genişləndiriləcək. Maliyyə qurumları vasitəsi ilə iki ilə qədər qısamüddətli maliyyələşdirmə təmin ediləcək. Bundan başqa, Bank, digər şirkətlər, enerji subyektləri üçün iki ilədək qısamüddətli dövriyyə vəsaitləri təmin edəcək. Həmçinin bələdiyyə, enerji və infrastruktur subyektlərinin balansın yenidən qurulması və qısamüddətli likvidlik dəstəyi verməyə hazırdır.

AYİB mövcud kreditlərin yenidən təşkili, həmçinin ödəmə müddətinin uzadılması və digər kredit şərtləri dəyişdiriləcək. Yerli valyuta ilə ödəmə qabiliyyətindən istifadə edilməsi imkanlarını qiymətləndirəcək.

Ekspertlər qeyd edib ki, bu qərarla AYİB ötən il 10,1 milyard avro investisiya yatırdığı analoji ölkələrə güclü maliyyə dəstəyi verəcəyini göstərir. Xüsusən Orta Asiya, Şərqi Avropa, Qafqaz, Rusiya, cənub-şərqi Avropada iqtisadi artım zəifləyib.

Qlobal tədarük zəncirinə yüksək səviyyədə inteqrasiya olunan və xüsusilə Çin və Avropadan birbaşa asılılığı olan ölkələr virusdan daha çox əziyyət çəkir. Sektorlar üzrə isə AYİB-ə üzv ölkələrdə ən çox turizmə zərər dəyəcəyi gözlənilir.

Neftin qiymətindəki son azalma ilə AYİB-ə üzv neft istehsal edən ölkələrə ciddi təsir edəcək. Neft sektorunda işləyən işçilərin öz ölkələrinə pul köçürmələrinin həcminin azalması gözlənilir.

Turizm sektoruna müddətli vergi güzəştlərinin verilməsi təklif olunur

0
turizm

Xəbər verildiyi kimi Gürcüstan hökuməti koronavirusa görə dəyən zərərin azaldılması məqsədi ilə hotel, restoran, turizm agentlikləri və turoperatorları 4 ay müddətinə (mart, aprel, may, iyun) gəlir və əmlak vergilərindən azad edilib.

Koronavirusla bağlı Azərbaycanda da daxili və xarici turist axınının azaldığı, əvvəlcədən sifariş verilmiş turların və otel rezervasiyaları ləğv olunub. Xüsusilə də Novruz Bayramı ilə əlaqədar tədbirlərin təxirə salınması səbəbindən turizm sektorunun müəyyən gəlirlərini itirdiyi məlumdur.

Turizm üzrə ekspert Ceyhun Aşurov Bizimyol.info-ya açıqlama verib. O bildirib ki, bu məsələ ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinda dünyada yayılmış koronavirus infeksiyasının Azərbaycanın turizm sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

“Görüşdə turizm obyektlərindən tutulan vergilərin və sosial sığorta haqlarının güzəştlərin tətbiq edilməsi və ya iyun ayına qədər azad edilməsi təklif olundu. Koronavirusa qarşı mübarizədə Azərbaycanın imicini möhkəmləndirmək üçün işi aparılmalıdır. Xüsusən, sərhəd buraxlış məntəqələrində virusa qarşı mübarizəni əks etdirən görüntülərin paylaşılması məqsədə uyğundur. Biz əcnəbilərə ölkəmizdə virusun yayılması üçün heç bir şəraitin yaradılmadığı nümayiş etdirməliyik. Biz bunu etməsək hava reyslərinin açıq olduğu ölkələrdən turistlər bizə ehtiyatla gələcəklər. Yəni virusla doğru şəkildə mübarizə apardığımızı göstərməliyik”,-deyə ekspert Ceyhun Aşurov bildirib.

Ekspert bildirib ki, son üç ildə rezervasiya xidmətlərinə görə onlayn saytlara edilən ödəniş üçün əlavə vergi tələb olunur. “Virusla bağlı vəziyyətin gərgin davam etdiyi müddətdə bu vergilərin tutulmasının dayandırılmasını təklif edirik”.

Ceyhun Aşurov dövlətin kommunal xidmətlərinin sabit xərclərinin ödənilməsində sahibkarlara dəstək olmasını və borclu olan sahibkarların bank kreditlərinin faizinin dayandırılmasını təklif edib.


Rusiyalı ekspert dünya iqtisadiyyatının koronavirusdan sonra nə vaxt bərpa olunacağını açıqladı – MÜSAHİBƏ

0
koronavirus

İqtisad elmləri doktoru, professor Aleksey Xarlamovun “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsi:

– Koronavirus dünya iqtisadiyyatına necə təsir edir? Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər Rusiyaya kömək edəcəkmi?

– Bu gün dünya iqtisadiyyatının ümumi zərəri 1 trilyon ABŞ dollarından çoxdur və ümumqlobal strategiya olmadığından vəziyyət get-gedə pisləşir. ÜST yalnız fəsadlardan danışır. Müəyyən vaksin nümunələri var, amma onların bu virusla mübarizə aparmaq üçün 100% səmərəli olacağı zəmanəti yoxdur.

Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər dövlət orqanlarının bütün fəaliyyətini nizamlamağa, əhalini sakitləşdirməyə, koronavirusun pikini proqnozlaşdıra biləcəyimiz və sonrakı davranışı daha düzgün qura biləcəyimiz vəziyyət yaratmağa imkan verir. Buraya özünü təcrid etmək, virusun mümkün yoluxmasına səbəb ola biləcək insan izdihamı olan yerlərin bağlanması daxildir. Ən əsası, bu, panikanı aradan qaldıracaq.

– Bu gün Azərbaycan və Rusiya sərhədlərini bağlayıblar, bu, ölkələrimiz arasındakı ikitərəfli iqtisadi münasibətlərə necə təsir edə bilər? Hansı sahələrdə itkilər ola bilər?

– Bizimlə sərhədi ən son bağlayan Azərbaycan xalqına təşəkkür edirəm. Azərbaycanlılar sona qədər səbr etdi. Sərhədlər insanlar üçün bağlanıb, malların tranziti üçün o, hələ də açıqdır. Turizm isə gözləyə bilər. Bu, bizim qardaş sevgimizə, anlayışımıza və əmək qaynağımıza heç bir şəkildə təsir etməyəcək. Sadəcə bir-birimizin diyarında bir qədər çox qalacağıq və bununla həm də dostluq münasibətlərimizə dəstək olacağıq.

Rusiya xalqı kimi, Azərbaycan xalqı da neft qiymətlərinin qlobal konyukturasının mövcud risklərini, OPEC-in uğursuzluğunu, OPEC+dən çıxışı öz üzərində hiss etməlidir. Bütün bunlar hadisələrə fərqli baxmağa imkan verəcək. Birincisi, neft kartellərinin gələcək razılaşmalarına, ikincisi, qloballaşmaya və üçüncüsü, bütün millətlər arasında kompromis səbəbinə. Hamımız sürətləndiyimizdən, qloballaşdığımızdan çoxdan belə fasiləyə ehtiyacımız var idi. Ancaq daha ciddi böhranlar yaşadığımız üçün sakitcə oturub düşünəcəyik və hamı üçün qlobal müdrik ədalətli qərar verəcəyik.

– Hazırda qlobal iqtisadiyyat tənəzzülə uğrayır. Sizcə, o, nə vaxt bərpa olunacaq?

– Məncə, maksimum il yarım və ya iki il. Özü də çinlilər artıq koronavirusla əlaqəli pik nöqtəni adlayıblar. Düşünürəm ki, oradakı Kommunist Partiyası onları itkiləri yaxın gələcəkdə azı 30-40% səviyyəsində kompensasiya etməyə məcbur edəcək və bir-iki il ərzində isə əvvəlki səviyyəyə qayıdacağımızı gözləyirik.

Amma onu da deməliyəm ki, may ayında maliyyə-iqtisadi böhran və qlobal tənəzzül olacağı gözlənilir. Düşünürəm ki, buna da dözəcəyik, çünki indi qloballaşma anlayışı artıq məhv olub, indi daha çox milli səviyyəyə və daxili planlaşdırmaya, gömrük tənzimləməsinə keçirik. Sərhədlərin bağlanması hər bir ölkənin suverenliyinə öz yolu ilə baxmasına və bir-biri ilə qardaşlıq münasibətlərinin inkişafını dəstəkləməkdə maraqlı olan ən yaxın ölkələrlə mümkün yaxınlaşmanı tapmasına imkan verəcək.