Koronavirusun yeni növünün yayılması qlobal iqtisadiyyatın bir sıra sahələrinə, o cümlədən də turizm sektoruna ciddi zərbələr vurmaqdadır. Bu bölgə turizminə də öz təsirlərini göstərməkdədir. Azərbaycanlı turistlərin ən çox üz tutduğu Gürcüstanda koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkə ərazisinə daxil olma şərtlərini sərtləşdirilib. Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında qəbul olunan qərara əsasən, Gürcüstana gedən və son 14 gün ərzində epidemiya riskinin olduğu ölkələrdə səfərdə olan yerli və xarici ölkə vətəndaşları ölkəyə daxil olarkən koronavirus tetsindən keçmələri barədə sertifikat təqdim etməli olacaqlar. Əcnəbilər bu sənədi gəldiyi ölkənin və ya tranzit ölkənin müvafiq laboratoriyasından əldə etməlidir. Gürcüstana daxil olan şəxslər sərhəd-keçid məntəqələrində intensiv tibbi yoxlanışdan keçiriləcək və məcburi qaydada 14 günlük karantində saxlanılacaqlar. Bu qərarın region turizminə təsirləri necə olacaq? Dövlət Miqrasiya Xidməti Yanında İctimai Şuranın sədri Azər Allahverənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu cür qadağa Rusiyada da tətbiq olunur: “Bu daha çox Rusiyanın Sibir əyalətlərinə aiddir. Miqrantlardan tələb olunur ki, onlar analiz versinlər və koronavirusun daşıyıcısı olub-olmamaları barədə tibbi arayış təqdim etsinlər. Bu yalnız virus riski yüksək olan ölkələrə gedən turistlərə deyil, bütün əmək miqrantlarına da şamil edilir. Gürcüstanda da belə bir arayışın tələb olunması başadüşüləndir. Həmin şəxslərin karantinə alınması mümkün riskləri azaldan haldır. Amma istənilən halda bu cür tədbirlərin həyata keçirilməsi turizmə mənfi təsir edir. Bu həm daxili turizmə, həm də turizm mübadiləsinə təsir edəcək. Bu yalnız risk faktoru yüksək olan ölkələrdən gələnlərə deyil, digər ölkə vətəndaşlarına da aiddir”. Ekspert bildirir ki, virus iqtisadiyyatın ən çox təsir etdiyi sahələrdən biri də turizm sektorudur: “Yaxın bir neçə aydan sonrakı göstəricilər Gürcüstanın bundan aldığı zərərin həcminin nə qədər olacağını göstərəcək. Son illərin statistikasına baxdıqda görürük ki, Gürcüstanda turizm axını yüksək idi – 7-8 milyon nəfərə qədər turist səfərləri baş verirdi, artıq ölkədə 10 milyondan artıq turist qəbul etməklə bağlı strategiyanı açıqlamışdılar. İndi koronavirusla bağlı olan durum ölkənin turizm sektoruna böyük zərbə vurmuş olacaq”. Azər Allhverənov deyir ki, Gürcüstanda qaydaların sərtləşdirilməsi Azərbaycana təsirsiz ötüşməyəcək: “Bu səfər turizminə mənfi təsirini göstərəcək. Çünki azərbaycanlıların xaricdə istirahət etməyə üstünlük verən böyük hissəsi Gürcüstana üz tuturdu. Amma hazırda artıq bu ölkəyə səfər etmək istəyən vətəndaşlarımızın sayında azalma müşahidə olunur. Ayrı-ayrı aidiyyatı qurumlarda keçirdiyimiz görüşlər zamanı məlum olur ki, Gürcüstan istiqamətində satılan turpaketlər üçün müraciət edən insanların sayında azalma müşahidə olunur”.
Koronavirus dünya turizminə çox böyük zərbə vurub. İnsanlar səyahət hayında deyil. Dünya turizminin mərkəzlərindən sayılan İtaliyada xeyli şəhər karantindədir.
Bizimyol.info xəbər verir ki, virus təyyarə biletləri qiymətinə də çox təsir göstərib. İtaliyadan başlayaq. Bakıdan paytaxt Romaya getmək heç vaxt bu qədər ucuz görünməmişdi. Məsələn, 1-8 aprel tarixlərindəki ora və geri biletini sizə bir çox aviaşirkətlər təxminən 400 manata təklif edər. Hələ söhbət loukosterlərdən getmir. Bir neçə uçuşla qiyməti lap aşağı salmaq olar.
Parisə səyahət bir az baha başa gələr. Hərçənd əvvəlcə “Wizzair”lə Budapeştə uçmaq qiyməti lap ucuzlaşdırardı. Koronavirus Fransanı hələ tam iflic etməyib. Hər halda vəziyyət İtaliyadakı kimi deyil. Yəni Parisə səyahətin tam zamanıdır.
Əsl fərqi uzaq reyslərin qiymətlərinə nəzər salanda hiss etmək olur. Yaxın bir ay ərzində Yaponiyanın paytaxtı Tokioya gedib-gəlmək uzağı 450 dollara başa gələr. Vaxt var idi 800-900 dollarlıq biletlər müzakirə olunurdu.
Bir az da uzağa “gedək”. Götürək Argentinanın paytaxtı Buenos-Ayresi. Bakıdan ora və geri təyyarə biletini 600 dollardan bir az baha əldə etmək mümkündür. Halbuki əvvəllər dördrəqəmli bilet qiymətlərindən söhbət gedirdi. Düzdür, birbaşa uçmursunuz, amma yenə də çox sərfəli variantdır. Nəzərə alaq ki, bu Cənubi Amerika ölkəsində hələ koronavirus qeydə alınmayıb. Deməli, səyahət üçün əla imkandır.
Misirdə Nil çayında üzən kruiz gəmisində 33 nəfərdə koronavirus aşkar edilib. Onlardan birinin həyatını itirdiyi xəbərindən sonra bu ölkənin Səhiyyə Nazirliyi bəyanat yayıb.
Səhiyyə naziri Hala Zayed ölkənin turizm sektorunun tam təhlükəsiz olduğunu və bütün otellərdə, səyahət gəmilərində dezinfeksiya işlərinin aparıldığını deyib. O əlavə edib ki, koronavirusa yoluxmuş xəstələrin də karantin şəraitində müalicəsi davam etdirilir.
Martın 8-də Misirin Turizm naziri Xalid əl-Anani, Mülki Aviasiya naziri Məhəmməd Manar və Luksor vilayətinin qubernatoru Mustafa Əlham turistlərlə birlikdə Karnak məbədinə təşkil olunan turda iştirak ediblər. Səyahət zamanı jurnalistlərə Misirin turizm sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, ölkədə koronavirusun yayılmasına qarşı bütün zəruri tədbirlər görülür və əcnəbi turistlərin narahatlığı üçün heç bir əsas yoxdur.
Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir. Bütün sahələrdə olduğu kimi, turizm sektorunda da qabaqlayıcı tədbirlər görülür. Ölkəmizin dilbər guşələrindən biri də turistlərin ən çox üz tutduğu Lənkərandır.
turizm
Rayonda yerləşən istirahət kompleksinin icraçı direktoru Kazım Kazımov AZƏRTAC-a bildirib ki, müştərilərin sağlamlığının təminatı üçün səhər və gecə saatlarında profilaktik tədbirlər icra olunur: “İşçi heyətimizin hər bir üzvü işə başlamazdan əvvəl həkim müayinəsindən keçirilir. Xidmət zamanı da tez-tez gigiyenik qaydalara riayət edilir. Bölgəmizdə koronavirus təhlükəsi yoxdur. Hər bir turist həmişəki kimi gəlib səfalı məkanlarımızda istirahət edə bilər”.
Kompleksin insan resursları departamentinin müdiri Elnur Əliyev isə qeyd edib ki, hər bir insan öz şəxsi gigiyenasına fikir verməlidir: “Restoranımızda aparılan bu dezinfeksiya tədbirləri müştərilərimizin sağlamlığının qorunmasına yönəlib. Çalışırıq ki, turistlər restoranımızda olarkən hər hansı problemlə qarşılaşmasınlar. Bir sözlə, bu işlər müştərilərimizin sağlamlığı üçündür”.
turizm
Lənkəranda yerləşən 17 mehmanxana və otel tipli obyektlərin hər birində gündəlik dezinfeksiya tədbirləri görülür, işçilər arasında maarifləndirmə aparılır.
?????Novruz tətilində Möhtəşəm 3-lük? ?Batumi-Trabzon-Tbilisi turu? ✅ Qiymət:159 USD ✅ Tarix:19.03.2020 ✅ Bakıya çatma:25.03.2020 ?İlkin ödəniş 50$,qalan hissəsini gedişə 15 gün qalmış tam ödəniş etmək şansı ! Qiymətə Daxildir⤵ ✅ Komfortlu Nəqliyyat (Monitorlu və razetkalı VİP Travego). ✅ Gecələmə – 1gecə Batumi, 2 gecə Trabzon, 1 gecə Tbilisi. ? İberia Hotel 3* https://www.booking.com/hotel/ge/iberia.ru.html ? Sanlı Hotel Hamam & Spa 3* https://www.booking.com/hotel/tr/sanli-hotel-hammam-spa.ru.html ? Avangard Hotel 3* https://www.booking.com/hotel/tr/sanli-hotel-hammam-spa.ru.html ✅ Qidalanma BB (4 Səhər yeməyi oteldə). ✅ Gülərüz Tur Rəhbəri. ✅ Foto çəkiliş qrup şəkilində. ✅ Yol boyu əyləncəli və intellektual oyunlar,və qaliblərə dəyərli hədiyyələr! ✅ Wifi.(Wifi haqqında məlumatı qeyd bölməsində ətraflı oxumağınız xahiş olunur.)
✅ Hostes və nəqliyyatda içkilər (su,çay,kofe,)
Ekskursiyalar⤵
???Batumi
?Batumi Bulvar Gəzintisi.
?Batumi Əli ve Nino Heykəli.
?Batumi Delfinariya ( 20 lari ).
?Batumi İtalyan Şəhəri.
???Trabzon
?Trabzon Forum shopping.
?Trabzon meydanı.
?Uzungöl.
?Ayder yaylası.
???Tbilisi
?Tbilisi şəhər gəzintisi.
?Qədim Tbilisi şəlaləsi.
?Sevgililər Körpüsü.
?Arzular Körpüsü.
?Heydər Əliyev parkı.
?Abantubani hamamları.
?Gürcü Anası (Kartlis Deda).
?Tblisi Kanat gəzintisi Narikala-5 lari.
?Qədim Tbilisi şəhər gəzintisi.
?Tbilisi Mall shopping.
Qeyd⤵ ❇ Qiymət iki nəfərlik otaqda 1nəfər üçün nəzərdə tutulub. ❇ 5-yaşa qədər hər ailədən 1-uşaq ödənişsizdir (Əgər oteldə və avtobusda yer verilmərsə). ❇ Kanat və Muzeylərə giriş bilətləri turun qiymətinə daxil deyil. ❇ Wifi haqqında məlumat.(Provayderə ən çox 10-telefon qoşula bilər.Məlum məsələdirki nəqliyyat üçün nəzərdə tutulmuş provayderlər kiçik ölçüdə olduğundan ən çox 10-nəfər qoşulur). ❇ Toplanış: 19-Mart saat 18:00-da Gənclikdə. ❇ Bakıya çatma: 25.03.2020 Səhər saat:8-9 iradələrində (gömrükdən asılı olaraq) Əlavə suallarınıza WhatsApp nömrələrimizdə cavab tapa bilərsiniz.
Ədəbiyyat və sənət jurnalı olan “Ustad”ın 34-cü nömrəsi çap olunub.
AZƏRTAC xəbər verir ki, bu nömrədə müxtəlif məzmunda araşdırma yazılar, esselər, hekayə və şeirlər, müsahibələr və digər sənət yazıları yer alıb.
Jurnal baş redaktor Şəmil Sadiqin “Teatrımızın dirilişi” yazısı ilə başlayır. Məqalə İlqar Fəhminin “Mənəm, mən…” mistik-psixoloji dramı əsasında YUĞ teatrının hazırladığı tamaşa haqqındadır.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə müsahibədə müasir kitabçılıq, mədəni tədbirlər fonunda kitaba maraq, regionlarda kitab oxuma həvəsi və s. haqqında danışılıb.
Filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın Dino Busattinin “Tatar çölü” romanı haqqında yazısı, Səlim Babullaoğlunun “Noyabr gündəliyi” jurnalının bu nömrəsində çap edilib.
Azərbaycan mühacirətinin ən görkəmli nümayəndələrindən olan Süleyman Təkinərin sovet tənqidi haqqında 1959-cu ildə Almaniyada çap olunmuş məqaləsi Azərbaycan dilinə uyğunlaşdırılaraq dərc olunub. Məqalədə sovet tənqidçilərinin Rəsul Rza yaradıcılığına münasibəti qabardılır.
Müasir türk ədəbiyyatından Hakan Bıçakıçının hekayələri AMEA-ın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirovanın tərcüməsində oxuculara təqdim edilib.
Azərbaycan bölgələrində son illərdə yaranan ədəbiyyatın janr və forma müxtəlifliyi, toxunular mövzular və s. barədə Nizami Hüseynovun “Bölgələrdə nədən yazılır?” məqaləsində məlumat verilib.
Pərvinin tərcüməsində Aykut Ərtoğrulun “Dünyanın ən qəzəbli hekayəsi”, Camal Şakarın “Bəzən gələcək gəlməz”, Güray Süngünün “İşıqlı baş”, Nəcib Tosunun isə “Balaca Bərivan” hekayələri, Ceylan Mumoğlu tərcüməsində isə Səid Faiq Abasıyanıqın “Açıq səma altında otel” hekayələri jurnalın bu nömrəsində yer alıb.
Kino-resenziya rubrikasında Kamran Şeyxzamanlı Con Lennonun ölümündən bəhs edən “27-ci hissə” filmi haqqında yazıb. Filmdəki “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə qəhrəmanın taleyi arasındakı paralellər şərh edilib.
Şeir rubrikasında Emin Pirinin, Orxan Yaşarın və Vasif Zöhraboğlunun şeirləri dərc olunub. Fərid Məmmədovun “Uçmağı öyrənmək” və Uraqanın “Qurban” hekayəsi də oxucuların ixtiyarına verilib. Eyyub Məmmədovun “Finişdən o yandakı həyat” esse-yazısı Salam Sarvan yaradıcılığına həsr olunub.
Jurnalın sənət rubrikasında “Kubizm – inteqrativ sənət” haqqında araşdırma yazı verilib. Rəssamlıqda kubizmin doğuluşu, əsas nümayəndələri və digər sənət sahələrində təzahürü barədə araşdırmanın müəllifi Nizami Hüseynovdur.
“Turizm şirkətlərinə göstəriş verilib ki, koronavirus yayılan ölkələrə gedənlər, bu ölkələrdən gələnlər təlimatlandırılsın“.
APA-nın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
O bildirib ki, koronavirusla bağlı dünya üzrə səyahətlərin azalması prosesi gedir: “İnsanlar artıq hər hansı ölkədən deyil, regionda koronavirus olduqda həmin bölgəyə getməkdən çəkinirlər. Bu vəziyyət Azərbaycana da təsir edəcək. Artıq Gürcüstanda da koronavirus aşkarlanıb. Daha əvvəl isə İran, İtaliya və digər ölkələrdə virus aşkarlanıb”.
Qurum rəsmisi bildirib ki, bəzi ölkələr artıq sərhədlərini də bağlayır: “Buna görə də virusun turizmə təsirini rəqəmlərlə demək tezdir. Ancaq böhranla bağlı ssenarilərimiz var. Biz əsasən marketinq siyasətimizdə korreksiyalar edirik. Bu ilin birinci yarısı üçün Çinlə ciddi layihələrimiz var idi. Onlar indi həyata keçirilmədiyi üçün səylərimizi digər bazarlara yönəldəcəyik”.
Kənan Quluzadənin sözlərinə görə, 2018-2023-cü illər üzrə konsepsiya ondan ibarət idi ki, bazarların coğrafiyası genişləndirilsin, hər hansı bazarda problem yarandıqda digərləri ilə işlənilsin: “Düşünürük ki, koronavirusun turizmə mənfi təsiri olacaq. Amma necə olacağını hadisələrin gedişatından və verilən qərarlardan görəcəyik”.
“Dövlət Turizm Agentliyi hər bir ssenariyə hazırdır. Ölkədə Novruz bayramına hazırlıqlar davam edir. Novruzla əlaqədar şənliklərin və tədbirlərin keçirilməsi hamısı qüvvədədir. Hadisələr regionumuzda və dünyada hər gün dəyişir və bu, nəzərə alınmalıdır”.
APA-nın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.
O qeyd edib ki, ötən il Azərbaycan turizmi mənfi tendensiya ilə başlamışdı, bu il isə müsbət tendensiya müşahidə olunur: “İndi koronavirusa görə bu dövrləri müqayisə etmək hələ tezdir. Koronavirus Azərbaycanın sərhədlərinə təzə gəlib. Yanvarda koronavirus Çində olsa da, bu qədər qlobal səviyyədə deyildi. Yanvarda Azərbaycana gələn turistlərin sayında 18 faiz artım var idi. Fevralda da rəqəmlər müsbət olacaq”.
K. Quluzadə deyib ki, İtaliya, Avropanın digər ölkələri, İranda, Gürcüstanda xəstəlik aşkarlanıb: ”Ətraf ölkələrdə ciddi problemlər var. Martın birinci yarısının sonunda tendensiyanın nədən ibarət olacağı, rəqəmlərin necə dəyişəcəyi bilinəcək. Biz ümid edirik ki, illik rəqəmlərimiz mənfi olmayacaq. Bu, hadisələrin gedişatından asılıdır”.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin Şida Kartli rayonunun qubernatoru Georgi Xojevanişvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regionlar arasında iqtisadi, ticari və turizm potensialının artırılması məsələləri müzakirə olunub. Səfir D.Həsənov martın 5-də Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumu barədə məlumat verib. Bildirib ki, bu cür tədbirlər hər iki ölkənin iş adamları və biznes strukturları arasında əlaqələrin inkişafında mühüm rol oynayır.
G.XojevanişviliŞidi Kartli bölgəsinin Azərbaycan iş adamları üçün cəlbedici ola biləcəyini diqqətə çatdırıb. Hər iki ölkənin regionları arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Koronavirus digər sahələrə olduğu kimi, turizm və hotel biznesinə də öz mənfi təsirini göstərib. Hazırda turistlər gəzməkdən çox evdə oturmağı daha çox üstün tuturlar.
Bunu Trend-ə açıqlamasında Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib.
Onun sözlərinə görə, aparılan monitorinqlər onu göstərir ki, koronavirus turizmə mənfi təsir edib: “Misal üçün, şəhər mərkəzində olan və əsasən turistlərə köklənən restoranlar bu gün əziyyət çəkir, işləri zəif gedir. Restoranlara nəinki turistlər, hətta yerli sakinlər də az üz tutur”.
S.Dübəndi qeyd edib ki, Azərbaycanda koronavirus xəstəlik şəklində deyil, daha çox panika halında yaşanır:
“Ölkəmizdə bu xəstəlik geniş yayılmayıb və biz bu xəstəliyin təsiri altında deyilik. Bu da dövlətin və səhiyyənin sayəsindədir. Ümid ediirəm ki, həm səhiyyə, həm də səhiyyə ətrafında yaradılan qurumlar bu işin öhdəsindən yüksək səviyyədə gələcək”.
Qeyd edək ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında operativ qərargah hava limanlarında, sərhəd nəzarət-buraxılış məntəqələrində yoluxmuş şəxslərin müəyyənləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirir, xüsusi avadanlıqlardan istifadə olunmaqla ölkəyə daxil olanlara nəzarət aparılır.
Ölkədə xəstəxanalarda infeksion palatalar ayrılıb, karantin zonaları yaradılıb, İranla sərhəd boyunca isə xüsusi səyyar laboratoriyalar quraşdırılıb.
Profilaktika tədbirləri çərçivəsində sanasiya tədbirləri görülən bütün təhsil müəssisələrində, uşaq bağçalarında dərslər dayandırılıb.
Dezinfeksiya həmçinin avtobus, metro stansiyaları, vağzal və dəmiryolunda da aparılır. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün təcili tədbirlərə kəskin diqqət çəkərək material hazırlamaq tövsiyə edilir. ÜST məlumatlarına əsasən dezinfeksiya tədbirləri etibarlı nəticə verir, sərhəddə karantin nəzarəti isə koronavirusun yayılmasını minimuma endirməyə imkan verir.