Qeyd edək ki, regionlarda həyata keçirilən layihələr çərçivəsində 18 şəhərdə tullantı sutəmizləyici qurğuların tikintisi yekinlaşıb. Cari ilin sonuna qədər daha 9 şəhərdə tullantı sutəmizləyici qurğuların inşası başa çatacaq. Ümumilikdə, indiyədək 52 şəhər və rayon mərkəzində içməli su və tullantı su layihələri icra olunub. Bu şəhərlərin 30-da içməli su və kanalizasiya, 11-də isə içməli şəbəkələrinin tikintisi yekunlaşıb.
Səfir: “Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var”
“Danimarka ilə Azərbaycanın liman sahəsində münasibətlərinin inkişaf perspektivləri böyükdür”.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Svend Ollinq deyib.
O bildirib ki, Danimarkanın liman sənayesində təcrübələri və innovasiyaları məşhurdur:
“Danimarka şirkətləri öz tərəfdaşlarına sahilyanı zonaların, planlaşdırma və limanların layihələndirilməsi sahəsində biliklərini təqdim edir”.
Ticarət münasibətlərinin cari vəziyyətindən danışan səfir deyib ki, uzun illər ərzində Danimarkadan Azərbaycana ixracın böyük hissəsini əczaçılıq preparatları təşkil edir və ölkə bu sahədə ticarətin səviyyəsinin qorunmasında maraqlıdır:
“Bundan başqa, “Carlsberg” pivəbişirmə şirkətimiz Azərbaycanda özünü tanıda bilib. Danimarka şirkətləri bu sektorlarda Azərbaycan şirkətləri və distribütorları ilə sıx əməkdaşlıqda maraqlıdır”.
S.Ollinq, həmçinin turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyib:
“Azərbaycan çox maraqlı tarixə malik ölkədir, insanları da xüsusilə qonaqpərvərdir. Bundan başqa, Bakı çox gözəl müasir şəhərdir və turistlər bir çox rekreativ imkanlar təqdim edir. Danimarkaya gəldikdə isə Kopenhagen 2020-ci ildə səyahət üçün ən yaxşı yerlərdən biri hesab olunmuşdu. Biz bütün dünyadan, o cümlədən Azərbaycandan turistləri qarşılamaqdan məmnunuq”.
İƏT Qəbələni 2020-ci il üçün Turizm şəhəri elan edib
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan Respublikası və İƏT qurumları ilə əlaqəli şəkildə Qəbələni “İƏT 2020”-nin Turizm şəhəri elan edib.
APA-nın məlumatına görə, “ftnnews.com” saytında dərc olunmuş məqalədə bildirilir ki, İslam Turizm Paytaxtı hər il İƏT tərəfindən üzv dövlətlərlə məsləhətləşmələr əsnasında seçilir. Proqramın məqsədi seçilmiş paytaxtların turizm və iqtisadi imkanlarını artırmaq, məhsul və xidmətlər mübadiləsi yolu ilə İslam həmrəyliyini gücləndirmək və turizm sektorunda infrastrukturu dəstəkləməkdir.
İƏT turizmi inkişaf etdirmək, mədəniyyət və incəsənəti nümayiş etdirmək və şəhər və bölgələrdə İslam turizm sərgiləri keçirmək üçün Azərbaycan Respublikası ilə əlaqəli şəkildə hərtərəfli proqram hazırlayır. XI İƏT nazirlər konfransına ev sahibliyi edəcək Qəbələ üçün 2020-ci ilin son dərəcə məhsuldar bir il olacağı gözlənilir.
Məqalədə iş adamı Tale Heydərovun fikrilərinə də yer ayrılıb. T. Heydərov bildirib ki, bu, Qəbələ üçün böyük şərəfdir. “İƏT qlobal miqyasda 57 ölkəni və 1.8 milyarddan çox insanı təmsil edən güclü qurumdur. Bu təyinat Qəbələ şəhərinin dünyada tanınmasına, həmçinin, turizm və yerli iqtisadiyyatın inkişafı üçün unikal bir imkan verəcək. Azərbaycan dünyada artıq qədim tarixi, füsunkar mədəniyyəti və uzun müddətdir davam edən ənənələri ilə tanınır. Ancaq Bakıdan kənardakı regionlar və şəhərlər hələ kəşf edilərək xəritəyə əlavə olunmalıdır. Mən ümid edirəm ki, 2020-ci il mənim mənəvi evim və IV əsrdə Qafqaz Albaniyasının qədim paytaxtı olmuş Qəbələnin turizmində dönüş anı kimi qeyd olunacaq. Mən təkcə İslam dünyasından olanları deyil, bütün turistləri bu qədim və bütün fəsilləri olan mədəniyyət şəhərini kəşf etməyə dəvət edirəm”, – deyə Tale Heydərov qeyd edib.
İş adamı vurğulayıb ki, Qəbələnin İƏT tərəfindən tanınması onun gənclərə, eyni zamanda yaşlılara təklif etdiyi mədəni və turizm təcrübəsinin genişliyini təsdiq edir: “Mən bütün həyatım boyu Qəbələ ilə sıx əlaqədə olmuş və birbaşa onun idman mədəniyyətinin artırılmasına töhfə verməyə çalışmışam. “Qəbələ” İdman Klubunun və Futbol Klubunun sıfırdan əsasını qoydum. Onlar bu günə qədər yerli ictimaiyyət üçün resurs və yerli əhali üçün böyük qürur mənbəyidir. Belə qurumların, xüsusilə də Premyer Liqa futbol klubunun əsasının qoyulması mənə böyük sevinc və bilik verdi, eyni zamanda məni bu regionla əbədi bağlarla əlaqələndirdi.
Qəbələni görmək istəyən, lakin bu şəhəri tanımayanlar əmin ola bilərlər ki, onların hər səfəri müxtəlif həyəcanlı macəralarla dolu olacaq. Qəbələ şəhəri hər fəsil və hər yaş qrupundan olan turistlər üçün müxtəlif fəaliyyət növləri təklif edir. Qəbələ hər il Beynəlxalq Klassik Musiqi Festivalına ev sahibliyi edir. Eyni zamanda Qafqaz regionundakı ən böyük xizək mərkəzlərindən biri olan “Tufandağ” Xizək Kompleksi burada yerləşir. Nohur göl və Yeddi Gözəl şəlaləsi təbiəti sevən hər bir şəxsin görməli olduğu yerlərdir. Möhtəşəm kulinariya nemətlərindən zövq almaq istəyən səyahətçilər hər il keçirilən Beynəlxalq Mürəbbə Festivalı ilə yanaşı, şəhərin zəngin və olduqca müxtəlif kulinariya nümunələrindən həzz ala bilərlər.
Qəbələ, həmçinin, arxeoloji məkanların çoxluğu ilə fərqlənir. Onun zəngin tarixi keçmişi hələ I əsrdə Plini kimi qədim müəlliflər tərəfindən sənədləşdirilib. Bu məkanlar sırasında heyrətamiz Cümə Məscidi, İmam Baba Məqbərəsi və Tarixi Etnoqrafiya Muzeyi də var.
İƏT-in Qəbələni seçməsi ona özünü dünyaya daha çox göstərmə və uzunömürlü miras yaratmağa imkan verir. Bu şəhərin indi turizmi inkişaf etdirmək və adını İslam dünyasında daha geniş miqyasda tanıtmaq şansı var. Azərbaycan tarixini və mədəniyyətini təbliğ etməkdə həddindən artıq həvəsli biri kimi, mən bu xüsusi hadisəyə görə bundan daha həyəcanlı ola bilməzdim”.
Qazaxıstan Azərbaycanın turizm sahəsində əldə etdiyi təcrübəni öyrənmək niyyətindədir
Azərbaycanda turizm sahəsi inkişaf edir və biz bu təcrübəni öyrənməliyik.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Parlament Məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin turizm cəmiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Spiker qeyd edib ki, bu gün Qazaxıstan turizm sahəsində mövcud olan ən yaxşı dünya təcrübəsini öyrənməlidir. Bir çox ölkələr öz sərvətlərinin əhəmiyyətli hissəsini turizmdən əldə etdikləri gəlirlər hesabına qurmuşlar. Buna misal olaraq təkcə ABŞ, İspaniya, Fransa, İtaliya, Çin kimi turizm bazarının liderlərini deyil, həm də qonşularımız – Azərbaycan və Özbəkistanı qeyd etmək olar. Bu ölkələrdə dövlət tərəfindən qəbul edilmiş qanunvericilik, təşkilati, iqtisadi və digər tədbirlər nəticəsində turizm milli iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən birinə çevrilmişdir.
Qazaxıstanın turizmin inkişafı üçün böyük potensialı olduğunu deyən Nurlan Niqmatulin hesab edir ki, bu sahənin inkişafı üçün yeni proqram işlənilməlidir.
Şarm əl-Şeyx kurortu “yaşıl şəhər” elan edilib
Misirin Cənubi Sinay qubernatorluğu Qırmızı dənizin sahilində yerləşən məşhur Şarm əl-Şeyx kurortunu “yaşıl şəhər” elan edib. Vilayətin qubernatoru bildirib ki, bu turizm məkanında tezliklə ekoloji cəhətdən təmiz məişət ləvazimatlarının istehsalına başlanacaq. Plastik qablardan istifadə qadağan olunacaq və günəş enerjisi ilə işləyəcək elektrik stansiyaları qurulacaq.
AZƏRTAC “Egyptindependent” saytına istinadla xəbər verir ki, Cənubi Sinayın Turizm Departamenti “yaşıl şəhər” layihəsini həyata keçirmək üçün vilayətin sərmayəçiləri və otel sahibləri ilə görüş keçirib. Qeyd olunub ki, ildən-ilə daha çox turist cəlb edən bu şəhərdə yenilənən enerji mənbələrindən istifadə olunması böyük əhəmiyyətə malikdir. Misirin günəşli iqlimini nəzərə alan sərmayədarlar bu enerji mənbəyi ilə işləyən stansiyaların qurulmasına maliyyə vəsaiti ayıracaqlarını bildiriblər. İlk addımı isə ölkənin Ətraf Mühit Nazirliyi atacaq: Şarm əl-Şeyxdə ilkin olaraq 5 meqavat, daha sonra gücü 40 meqavata çatdırılacaq ilk günəş elektrik enerjisi stansiyası istifadəyə veriləcək. Misir kurortunun bu mühüm təşəbbüsünə BMT-nin İnkişaf Proqramı da qoşulub. Bu təşkilatın dəstəyi ilə bir il əvvəl də 5 milyon dollar dəyərində ekoloji layihə həyata keçirilib.
Şahdağ turları
“Şahdağ” Turizm Mərkəzi il boyu bir çox əyləncə növləri təklif etməklə qonaqlarının daim maraqlı və zövqlü istirahətini təmin edib. Şahdağ Azərbaycanın şimal-şərqində dağın yaxınlığında yerləşir. Bura Qafqazın ən gözəl guşələri sırasında əbəs yerə qeyd edilmir. Həmçinin təmiz təravətli dağ havasına görə daim fərqlənir. Öz əzəmətinə və müxtəlifliyinə görə fərqlənən Şahdağın -20°C soyuq qışı, +20°C isti yay axşamları ilə əvəzlənir. Buranın iqlimi dağ xizəkçiliyi idmanı üçün tam uyğundur. Bu və bir çox digər səbəblərə görə məhz Şahdağ dağının ətəyində müasir, bütün Avropa tələblərinə cavab verən turizm kompleksi salınmışdır.

Hal-hazırda Şahdağda aktiv istirahət etmək üçün lazım olan hər şey mövcuddur. Dörd ədəd rahat və təhlükəsiz qaldırıcı lift, xizəkçilik və snowboard avadanlığının icarəsi də mümkündür. Eyni zamanda burada yüksək xidmət səviyyəsinə sahib olan bir neçə otel, kurort ərazisində tibbi yardım məntəqəsi, dağ xizəkçilik məktəbi, geniş avtomobil dayanacağı və ən gənc dağ idmanı həvəskarları üçün xalça zolağı fəaliyyət göstərir.

2012-ci ildən istifadəyə verilən Şahdağ turizm kompleksinə hər il bir çox turist səyahət edir. Təbii ki bu bizim şirkətlə daha fərqlidir. 14 fevraldan mövsüm açılışını edən kompleksə hər həftəiçi və həftəsonu Daxiliturlar.azərbaycan-ın təşkilatçılığı və gülərüz kollektivi ilə turlar təşkil olunur. Bizim turlar məhz gününü fərqli keçirmək istəyənlər üçün nəzərdə tutulub. Qiymətlərimizdə münasibdir;
Standart paket– 16 azn
Ekonom paket– 12 azn
Turlarımız şoumen aparıcı tərəfindən aparılır. Yol boyu müxtəlif əyləncəli oyunlar keçirilir. Qiymətə həmçinin professional fotoçəkiliş, səhər yeməyi, çay süfrəsi və diskotekada daxildir.

Uşaqdan böyüyə hər kəsə uyğun əyləncələrin olduğu “Şahdağ” Turizm Mərkəzində siz təbii gözəlliklər əhatəsində, saf və təravətli dağ havasında bizimlə birlikdə marağlı bir tur keçirmək istəyirsinizsə vaxt itirmədən bizimlə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrəmiz: 070-264-60-30
Turlarımızı daim sosial şəbəkələrdən izləmək üçün;
İnstagram: daxiliturlar.azerbaycan
Facebook: Daxili Turlar Azərbaycan
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev ABŞ-ın ən böyük farsdilli radiosu olan, Los-Ancelesdə fəaliyyət göstərən KIRN radiosunun aparıcısı Debbi Amininin dəvətilə radionun “One World, One Community” (Bir Dünya, Bir İcma) proqramının qonağı olub. Baş konsul müsahibəsində Azərbaycanla bağlı geniş məlumat verib. Proqram, həmçinin canlı şəkildə kanalın rəsmi sosial şəbəkə profillərində video formatında da yayımlanıb.
AZƏRTAC Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna istinadla xəbər verir ki, müsahibədə N.Ağayev ölkəmizin müstəqillik tarixi haqqında ətraflı danışıb. 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığını deyib. Eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü bildirib.
Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən baş konsul ölkəmizdə müsəlmanlar ilə yanaşı, xristian, yəhudi, bəhai və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.
Azərbaycanda neft sənayesinin tarixi inkişafı haqda danışan baş konsul Azərbaycan neftinin faşist Almaniyası üzərində qələbənin əldə olunmasında oynadığı mühüm rolu qeyd edib. Eyni zamanda, N.Ağayev İkinci Dünya müharibəsində Holokostdan qaçan minlərlə yəhudiyə Azərbaycanda sığınacaq verildiyini vurğulayıb.
Baş konsul daha sonra Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, əsrarəngiz təbiəti, turizm imkanları, Bakı şəhərinin görməli yerləri, həmçinin Baş Konsulluğun Los-Ancelesdə keçirdiyi tədbirlər və digər mövzular barədə tamaşaçıları məlumatlandırıb. Müsahibə zamanı “Arşın mal alan” operettasından hissələr, eləcə də Azərbaycanın turizm imkanlarına dair fars dilində hazırlanmış çarx səsləndirilib.
Qeyd edək ki, Los-Ancelesdə və ümumilikdə Kaliforniya ştatının cənubunda sayı 500 mini keçən İran icması mövcuddur. Bu da ABŞ-da ən çox iranlının yaşadığı bölgə hesab olunur.
Pakistanlı jurnalist Naxçıvandan yazıb
Pakistanın “dailytimes.com.pk” internet saytında “Azərbaycanı tanıyaq” sərlövhəli məqalə yerləşdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalənin müəllifi, “Hum news” kanalının təqdimatçı-prodüseri və müxbiri Şiffa Zakriya Naxçıvanın dini turizm məkanlarından olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Nuh Peyğəmbərin məzarüstü türbəsi ilə bağlı məlumatlar verib.
Məqalədə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın bir hissəsidir və paytaxtı Naxçıvan şəhəridir. Bakıdan Naxçıvana quru yollar yoxdur. Əshabi-Kəhf Naxçıvan şəhərinin şərq hissəsindəki təbii mağarada yerləşir. Qədim dövrlərdən bəri Əshabi-Kəhf yeddi adamın əsrlərboyu yatdığı müqəddəs yer hesab olunur.
Müəllif vurğulayıb ki, muxtar respublika, eyni zamanda, turistlərin Nuh Peyğəmbərə görə ziyarət etdiyi müqəddəs məkandır. Nuhun məqbərəsi 2006-cı ildə bərpa edilib. Türbənin altında daş sütun yerləşir. Nuhun məzarının bu sütunun altında olduğu ehtimal edilir. Rəssam Bəhruz Kəngərlinin 100 il əvvəl çəkdiyi və hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan rəsm əsəri də türbənin tarixi haqqında məlumat verir.
ZAQATALA – QAX – ŞƏKİ – OĞUZ – QƏBƏLƏ – TUFANDAĞ TURU
Novruz bayramına özəl möhtəşəm 5* QAX EL RESORT HOTELİNDƏ gecələməklə ZAQATALA – QAX – ŞƏKİ – OĞUZ – QƏBƏLƏ – TUFANDAĞ TURU
● Tarix : 21 – 22 – 23 Mart (2 gecə/ 3 gün)
● Qiymət – 159 AZN
Tura daxildir:
✔ Nəqliyyat xidməti
✔ Qax El Resort Hotelində Gecələmə (5) (2 gecə/ 3 gün)
✔ Qidalanma: 3 dəfə Səhər yeməyi
✔ Hoteldaxili Fitness və SPA xidmətləri, Sauna və Türk hamamı, Qapalı Hovuz, Fitness zalı, Tennis masası, Bilyard, Cinema Club
✔ Ekskursiyalar:
- Zaqatala – Hope lake, Zaqatala ekskursiyası
- Qax – İlisu şəlaləsi, Ulu körpü, Sumuq qala
- Şəki – Xan Sarayı, Karvansaray, Şirniyyat evi,
- Oğuz – Xalxal istirahət mərkəzi
- Qəbələ – Tufandag Yay Qış İstirahət Kompleksi, Nohurgöl
✔ Qayıdışda çay fasiləsi
✔ Fotoçəkiliş
✔ Tur Rəhbəri
✔ Yolboyu Əyləncəli Oyunlar
Qiymətə daxil deyil:
- Muzey və komplekslərə giriş biletləri
– İlisu şəlaləsinə qalxmaq üçün Niva markalı maşınlar
Qeyd:
- Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
- 0-4 yaş uşaqlar pulsuz (1 uşaq, nəqliyyat və hoteldə yer tutmazsa)
- Hava şəraitinə uyğun olaraq proqramda dəyişiklik ola bilər