Bütün bunlar İndoneziya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir.
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları “Şahdağ” Turizm Mərkəzində
Fevralın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə ekskursiya ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə iştirakçılarına buradakı otellər və müxtəlif xidmətlər barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir.
Qış məktəbinin iştirakçıları mərkəzin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Fevralın 22-dək davam edəcək X Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Ukrayna, Kolumbiya, Xorvatiya, Hindistan, İraq, Yaponiya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Litva, Monteneqro, Moldova, Nigeriya, Portuqaliya, Rusiya, San-Tome və Prinsipi Demokratik Respublikası, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbə iştirak edir.
Naftalanın ictimai yerlərində hərəkət məhdudiyyəti olan turistlər üçün panduslar quraşdırılacaq
Respublikamızda sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən olan Naftalan yaxın vaxtlarda hərəkət məhdudiyyəti olan şəhər sakinləri, eləcə də yerli və xarici turistlər üçün maneəsiz şəhərə çevriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, nadir təbii tərkibə malik olan müalicəvi əhəmiyyətli Naftalan neftinin şöhrətinin bütün dünyada ildən-ilə daha geniş yayılması bu şəhərə gələn turistlərin sayında son 5 ildə hər il yeni rekordun qeydə alınması ilə nəticələnib. Keçən il Naftalan rekord həddə – 61 ölkədən 40 min turist qəbul edib. Qarşıdakı illərdə isə şəhərə gələn turistlərin sayının 60 minə çatdırılması nəzərdə tutulub. Naftalanda turizmin inkişafı üçün görülmüş bütün işlər – şəhər infrastrukturunun daha da müasirləşdirib. Turist məmnunluğunun yaradılmasını zəruri edib.
Bu məqsədlə Naftalan şəhərinin turizm inkişaf planı təsdiq olunub. Planın məqsədi Naftalan şəhərini turistlər üçün daha cəlbedici etməkdir. Naftalanın mövcud turizm potensialından səmərəli istifadə etməklə bütövlükdə şəhəri turizm diyarına çevirməkdir. Müvafiq infrastruktura uyğun xidmətlər təklif etməkdir. Qarşıya qoyulmuş hədəflərə nail olunması üçün Naftalanda turistlərin rahatlığını təmin etmək üçün şəhər rəhbərliyinin təşəbbüsü və Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin dəstəyi ilə ödənişsiz nəqliyyat xidməti, “Gözəl Naftalan” sanatoriyasının dəstəyi ilə “Naftalan 24/7” satıcısız mağaza fəaliyyətə başlayıb.
Eyni zamanda, şəhərin Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov və Qələbə parklarında, eləcə də digər ictimai yerlərdə panduslar quraşdırılacaq. Beləliklə, Naftalan yaxın vaxtlarda hərəkət məhdudiyyəti olan həm şəhər sakinləri, həm də turistlər üçün maneəsiz bir şəhərə çevriləcək.
Azərbaycan və İran Bakıda turizmlə bağlı müştərək ofis yaradır
“Azərbaycan və İran turizm sahəsi üzrə müştərək ofis yaradır”.
Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Turizm və hava yolları xidmətləri üzrə ofislər birliyinin sədri Hörmətullah Rəfiyi deyib.
O bildirib ki, əldə olunmuş razılığa əsasən, iki ölkənin turizm sahəsi üzrə müştərək ofisi Bakı şəhərində yerləşəcək: “Ofisdə iki ölkə arasında turistlərin gediş-gəlişlərinin qeydiyyatı aparılacaq. Beləliklə hər iki ölkənin turistlərinin hüquqlarının qorunması və rifahı təmin olunacaq”.
H. Rəfiyinin sözlərinə görə, iki ölkə arasında turistlərin gediş-gəlişi rəsmi turizm şirkətləri və ofisləri tərəfindən həyata keçiriləcək.
İki ölkə arasında təyyarə reyslərinin sayının artırılmasının zəruriliyini bildirən H. Rəfiyi vurğulayıb ki, İran və Azərbaycan arasında dəniz turizminin inkişaf etdirilməsi istiqamətində də iş aparılır.
SHAHDAG TURU
Standart paket 17 AZN
Qiymətə daxildir:
-Komfortlu Avtobus -Səhər yeməyi
-Cay və musiqi (disko )
-Foto çəkiliş (iCloud Ile keyfiyyətli)
-Tur Rəhbər
-Maraqlı oyunlar və hədiyyələr
-06:30-07:00 Toplaşma yeri :
Gənclik m/s-nın yanı, T.Bəhrəmov stadionunun qarşısı
10:00-10:30 Səhər Yeməyi
10:30-11:30 Quba – Şahdağ yolu
11:30-12:00 “Şahdağ Qış-Yay Turizm kompleksi”nə giriş
12:00-16:00 “Şahdağ Qış-Yay Turizm kompleksi”ndə istirahət və əyləncə vaxtı
16:00 Xahiş edirik avtobusun yanında toplaşın.
17:30-19:00 Çay süfrəsi və diskoteka
19:00 – 21:30 Quba – Bakı yolu ( yol üstü Beşbarmaqda fasilə )
21:30 – 22:00 Bakıya
Qeyd:
-10 nəfərdən çox qruplar üçün 1 şəxs ödənişsiz
Tur zamanı spirtli içkilər qəti qadağandır.
0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməzsə).
5 yaşdan yuxarı tam ödəniş.
-Kanat və xizəkdən istifadə, həmçinin kompleks ərazisindəki digər əyləncəli xidmətlər qiymətə daxil deyil.
Etrafli melumat ucun 070-264-60-30
Azərbaycan otellərindən Novruz Bayramı təklifləri – QİYMƏTLƏR
Novruz Bayramı yaxınlaşır, bu bayram ilə əlaqədar olaraq Azərbaycanda 5 gün qeyri-iş günü olacaqdır. Bir çoxları Novruz Bayramını unudulmaz keçirməyi, rayonlara və ya ölkə xaricinə səyahət etməyi planlaşdırır.
Artıq Azərbaycanın regionlardakı beşulduzlu mehmanxanlar Novruz Bayramı münasibətilə öz təkliflərini təqdim etməyə başlayıblar.
FED.az mehmanxanalardan və turizm şirkətlərindən məlumatları təqdim edir.
CƏNUB ZONASININ ƏN MÖHTƏŞƏM OTELİNDƏN EKSKLYUZİV QİYMƏTLƏR
Lənkəranın Haftoni qəsəbəsində yerləşən, meşə və dağlardan ibarət gözəl mənzərə ilə əhatə olunmuş “Lankaran Springs Wellness Resort” otel Novruz bayramı proqramını açıqlayıb. Proqram 20 Mart – 22 Mart günlərini (2 gecə/3 gün) əhatə edir.

Beşulduzlu sağlamlıq oteli bildirir ki, turistlərin Novruz bayramını unudulmaz keçirməsi üçün eksklyuziv qiymətlər təqdim olunur. Belə ki, 2 gecə/3 gün üçün qiymətlər 2 nəfər üçün 650 manatdan başlayır. Balkonlu standart otaq 650 manat, terraslı standart otaq üçün qiymət 700 manatdır. 6 yaşadək uşaqlar ödənişsizdir.
2 nəfər üçün nəzərdə tutulmuş bu qiymətlərə 20 və 21 Mart tarixlərində üç dəfə açıq buffet qidalanma, Kosa, Keçəl və Bahar qızının iştirakı ilə qonaqların qarşılanması, Novruz xonçası, Barbekü qonaqlığı, milli rəqslər, incəsənət sərgisi, Muğam ifası, “Nənələr” qrupunun çıxışı, canlı musiqi proqramı daxildir. Həmçinin, hovuz və fitness mərkəzindən istifadə, SPA: Sauna (quru və buxar), Türk hamamı, buz otağı, termal hovuz və.s uşaqlar üçün bir sıra əyləncələr daxildir.
ŞABRANDAKI KUROT KOMPLEKSİ DƏ BAYRAM ŞƏNLİYİNƏ DƏVƏT EDİR
Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən müalicəvi-bərpa kurort kompleksi “Qalaaltı Hotel & Spa” da sizləri şən, maraqlı və əyləncə dolu bayram şənliyinə dəvət edir.
Novruz şənlikləri paket olaraq 20-24 mart tarixləri arasında istənilən ardıcıl 2 gecəni (20-22 mart və ya 21-23 mart) əhatə edir. Qiymət 2 gecə, 2 nəfər üçün 650 mantdır. 0-5 yaş uşaqlar ödənişsizdir.

Novruz proqramına Kosa, Keçəl və Bahar qızının iştirakı ilə qonaqların qarşılanması, Novruz xonçası, milli rəqslər, qonaqlarla milli oyunların keçirilməsi, yumurta döyüşü, gündə üç dəfə qidalanma (zəngin açıq bufet), Muğam saatları, Novruz tonqalı, açıq havada növbənöv yeməklər, canlı musiqi, uşaqlar üçün oyunlar daxildir.
QUBA PALACE HOTEL-DƏN NOVRUZ BAYRAMI QİYMƏTLƏRİ

Quba şəhərində 5 ulduzlu otel “Quba Palace Hotel”də Novruz Bayramı qiymətlərini açıqlayıb. 20 -24 Mart tarixlərində 1 gecə/2 gün üçün qiymətlər 250 manatdan başlayır. Belə ki, dağ mənzərəli “Deluxe” otaq 250 manat, göl mənzərəli “Deluxe” otaq 270 manatdır. Qiymət 2 nəfər üçün nəzərdə tutulub. Qiymətlərə oteldə gecələmə, səhər və şam yeməyi, Spa xidmətləri (qapalı hovuz, türk hamamı, sauna, fitness) daxildir.
QƏDİM ŞƏKİDƏ NOVRUZU LÜKS QARŞILAMAĞIN XƏRCİ
Novruz bayramını Şəkidə, qədim Kiş kəndinin girəcəyində yerləşən “Marxal Resort & Spa” kompleksində də keçirə bilərsiniz.
20 – 24 Mart tarixlərində “Marxal Resort & Spa” kompleksində 2 nəfərin 1 gecə qalması üçün qiymətlər 340 manatdan başlayır. Belə ki, Standard otaq (eyvansız) 340 manata, Standard otaq (eyvanlı) 370 manata, Triple otaq 470 manata, Deluks Suite otaq 430 manata, Künc Suite otaq 450 manata, Ambassador Suite otaq 1060 manata, iki nəfərlik villa 450 manata, Standard Villa (4 nəfərlik) 690 manata, orta ölçülü villa (6 nəfərlik) 1030 manata, böyük ölçülü villa (8 nəfərlik) 1320 manata təklif olunur. Minimal 2 gecə sifariş olunmalıdır.
