Ev Blog Səhifə 73

X Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 14-də fəaliyyətə başlayacaq

0
Multikulturalizm

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Azərbaycan multikulturalizmi modelinin bəşəri sülhə töhfəsi” adlı X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinə fevralın 14-də start verəcək.

Mərkəz yarandığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılmasıdır. Beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan və mütəmadi olaraq ildə iki dəfə təşkil edilib. Beynəlxalq multikulturalizm qış və yay məktəblərinin təşkil olunmasıdır. 2019-cu ilin payız semestrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin iştirak edəcəyi X Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 14-dən 22-dək Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarında da fəaliyyət göstərəcək.

Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorumaqdır. Ölkəmizdə öz gözləri ilə görmələrinə şərait yaratmaqdır.

X Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Ukrayna, Kolumbiya, Xorvatiya, Hindistan, İraq, Yaponiya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Litva, Monteneqro, Moldova, Nigeriya, Portuqaliya, Rusiya, San-Tome və Prinsipi Demokratik Respublikası, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbənin iştirak edəcəyi gözlənilir. Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum danışılacaq. Tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.

Qış məktəbi müddətində iştirakçıların BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşü planlaşdırılır. Tələbələr Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edəcək, Qobustanda, Atəşgahda, İçərişəhərdə, “Şahdağ” Qış-Yay Turizm Kompleksində, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində, Quba Soyqırımı Memorial Kompleksində olacaq. Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yerli əhali ilə görüşlər keçirəcək. Məscid, kilsə və sinaqoqları ziyarət edəcəklər. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyib. İntellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

Rəsmi Pekin İtaliyanı koronavirus ilə bağlı məsələyə daha obyektiv yanaşmağa çağırıb

0
turizm

Çin rəsmiləri hesab edir ki, İtaliya hökuməti koronavirus təhlükəsinə daha elmi cəhətdən yanaşmalı, iki ölkə arasındakı hazırkı əlaqələrə yenidən baxaraq obyektiv və rasional həll yolları tapmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu fevralın 10-da keçirdiyi onlayn mətbuat konfransında Çinin İtaliyadakı səfiri Qen Şuan deyib. O ölkəsi ilə İtaliya arasındakı anlaşılmazlıq barədə suala cavab verərkən bildirib ki, İtaliya hökumətinin həddindən artıq sərt tədbirlər görməyəcəyinə ümid edir. Diplomat vurğulayıb ki, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməklə iki ölkə arasındakı birbaşa uçuşları bərpa etmək olar. Səfir, həmçinin İtaliya hökumətinin Çinə göstərdiyi dəstəyi də yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, iki ölkə arasında birbaşa uçuşlar yanvarın 30-da dayandırılıb.

Elə bu dəqiqələrdə isə İtaliya hökumətinin üzvləri Baş Nazir Cüzeppe Kontenin rəhbərliyi altında iclasa başlayıb. İclasın məqsədi koronavirus və onun İtaliya üçün real təhlükəsinin müzakirəsidir. İştirakçılar mövcud vəziyyəti dəyərləndirmək, onun yerli iqtisadiyyata, xüsusən turizmə vurduğu zərərlər barədə fikir mübadiləsi aparacaqlar.

Türkiyədə 185 nəfər Rusiya vətəndaşı ölüb

0
Aleksey Yerxov

2019-cu ildə Türkiyədə 185 nəfər Rusiya vətəndaşı həlak olub.

Cebhe.info-nun məlumatına görə, bu açıqlama ilə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov çıxış edib.

Onun sözlərinə görə, 154 nəfər Türkiyənin Aralıq dənizi sahilindəki istirahət mərkəzlərində, 31 nəfər isə İstanbul konsulluğu bölgəsində dünyasını dəyişib.

“Rusiyadan Türkiyəyə turpaketlər artmaqda davam edir. 2018-ci ildə biz 6 milyondan danışırdıqsa, ötən il turistlərin sayı 17 faiz artaraq 7 milyon nəfərə çatıb. Ancaq rekord göstəricilərdən danışarkən daha kədərli şeyləri də xatırlamaq lazımdır. Kədərli haldır ki, ötən turist mövsümündə 154 nəfər vətəndaşımız Türkiyənin Aralıq dənizi sahilində istirahət mərkəzlərində, 31 nəfər isə İstanbul konusulluğu dairəsində həlak olub, 68 nəfər sanitar-tibbi yardımla təmin edilib”, – Yerxov belə deyib.

Diplomat əlavə edibi ki, ölənlərin sayı 2018-ci ilə nisbətən bir qədər az olsa da, rəqəmlər çox xoşagəlməzdir:

2018-ci illə müqayisədə, keçən il vətəndaşların roto və enterovirus infeksiyaları ilə bağlı şikayət etməsi halları olmasa da, qidanın keyfiyyəti və fərdi zəhərlənmə halları ilə bağlı şikayətlər təbii ki, olub. Allaha şükür, turizm avtobusları ilə böyük, ciddi qəzaların qarşısını ala bildik. Lakin vətəndaşlarımızın, xüsusilə uşaqların boğulması nəticəsində ölənlərin sayı xeyli artdı”, – deyə səfir bildirib.

Turizm şirkətləri Bakıda oynanacaq oyunlarla bağlı “hücum”a keçib

0
turizm

Futbol üzrə Türkiyə millisinin qrup matçlarına ev sahibliyi edəcək Bakıya “turizm hücumu” başlayıb. Xüsusilə Qara dəniz bölgəsindən quru yolu ilə səfərlər diqqət mərkəzində olsa da, iyun ayı üçün bəzi təyyarə reyslərinə də bilet artıq tükənib.

Furbol üzrə bu il keçiriləcək Avropa çempionatı (Avro-2020) Azərbaycan turizmi üçün dopinq olacaq. İyunda “A” qrupunun oyunlarına, iyulda isə ¼ finala ev sahibliyi edəcək Bakı xüsusilə qonşu ölkələrdən futbolu canlı izləmək istəyənlərin hədəfindədir. Türkiyə millisinin qrup oyunlarına ev sahibliyi edəcək Azərbaycan paytaxtına türkiyəli tərəfdarların gedə bilməsi üçün hazırlıqlar bitib. Oraya “Setur”, “Jolly” və “Prontotour” kimi Türkiyə şirkətləri də turlar təklif etdir.

Xüsusilə Qara dəniz bölgəsindən quru yolu ilə səfərlər diqqət mərkəzində olsa da, Azərbaycan Hava Yollarının iyunda gerçəkləşdirəcəyi İstanbul-Bakı reyslərinin biletləri artıq bitib. Avtobuslarla tur ən azı 550 dollardan, təyyarə ilə turlar isə 750 avrodan başlayır. Oyunlara hələ 4 ay qalsa da, gediş-gəliş aviabiletlərinin qiyməti 2 dəfə artıb. Qarşılaşmaların keçiriləcəyi həftələr üçün təyyarə biletinin qiyməti təxminən 2 min lirədir.

İstanbuldan Bakıya avtobusla getmək istəyən tərəfdar biletə təxminən 300 lirə ödəməlidir. Oyun günlərində Bakıda otel qiymətlərinin 5 dəfəyədək artacağı gözlənilir.

Ötən il UEFA Avropa Liqasının finalına ev sahibliyi etmiş Azərbaycana turist axını 11% artmışdı. Həmin il ölkə 3,2 milyon turisti qəbul etmişdi. Bu, türkiyəli turistlərə də aiddir – ötən il onların sayında da 8% artım olmuşdu (317 min nəfər). Bu il isə Avro-2020 sayəsində Azərbaycana gedəcək türkiyəli turist sayının 15% artacağı gözlənilir.

Bakı digər ölkələrdən biletlərin nisbətən ucuz olması ilə fərqlənir.

“Türkiyəli tərəfdarları səbirsizliklə gözləyirik”

Türkiyə ilə İtaliya milliləri arasında keçiriləcək matçın ən ucuz bileti 50 avrodursa, Bakı və Buxarestdə keçiriləcək oyunlara bilet bir qədər ucuzdur. UEFA bunu milli gəlir səviyyəsini nəzərə alaraq müəyyənləşdirib – 30 avro. Biletlər www.euro2020.affa.az saytı vasitəsilə satılır.

Qara dənizli turizm şirkətləri gediş üçün vizanın tələb olunmadığı Azərbaycanda keçiriləcək oyunlarla bağlı aktiv fəaliyyətə keçib. Rizə, Trabzon və Samsun kimi vilayətlərdəki turizm agentlikləri quru yolu ilə tur paketləri satır. Paketlərə oteldə qalmaq da daxildir. Avtobusla Azərbaycana Gürcüstandan keçərək getmək mümkündür. Gürcüstana da giriş üçün viza tələb olunmur.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Baş müşaviri Florian Zenqstşmit bu yaxınlarda Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahət Sərgisində (EMITT) iştirak etmək üçün İstanbula gəlmişdi. “Dünya”ya açıqlamasında o, Türkiyə millisinin Bakıda keçirəcəyi qarşılaşmalarla bağlı hazırlıq gördüklərini, səbirsizliklə türkiyəli tərəfdarları gözlədiklərini söyləyib.

Türkiyə millisinin Bakıda öz evindəki kimi oynayacağını deyən Zenqstşmit bildirib ki, xüsusilə türkiyəli tərəfdarların Bakıda özlərini evdə hiss etmələri üçün şəhərin bir çox yerində xüsusi hazırlıqlar görüləcək. “Girişin pulsuz olacağı fanat meydançaları qurulacaq, Ağ Şəhər bulvarında müxtəlif əyləncələr təşkil ediləcək”, – deyə o, qeyd edib.

Türkiyə yığmasının Bakıda oynayacağı iki matç arasında 4 gün olduğunu xatırladan Zenqstşmit hesab edir ki, bu, türkiyəli turistlər üçün həm də Azərbaycan paytaxtını gəzmək, görmək fürsətidir. Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı Azərbaycana gedən türkiyəli turistlərin sayından 3 dəfə çoxdur: “Bu vəziyyəti dəyişmək, türkiyəli turistlərin diqqətini cəlb etmək üçün addımlar atırıq. Türkiyə bazarının dəyişən ehtiyaclarını qarşılamaq, məhsul müxtəlifliyini inkişaf etdirmək üçün bu sahəyə investisiya yatırılır. Buraya o cümlədən, şəhər gəzintiləri, incəsənət və musiqi festivalları, dağlara xüsusi “cip” turları, üzüm bağları turları və idman həvəskarları üçün qolf daxildir“.

Qonşu ölkələr olan Rusiya ilə Gürcüstan da maraq göstərir

Avro-2020 çərçivəsində Bakıda oynanacaq matçlara Türkiyə ilə yanaşı, Rusiya və Gürcüstan kimi qonşu ölkələrdən də böyük marağın olduğunu deyən Zenqstşmit bildirib ki, futbol turniri nəticəsində Azərbaycana gələcək qonaq sayında 20% artım gözlənilir.

Avropalılar da çoxalır

Ötən il Formula 1 üzrə Azərbaycan Qran prisi, UEFA Avropa Liqasının finalı kimi yüksək profilli idman tədbirlərində ev sahibliyi etmiş Azərbaycan, əsasən Rusiya, Türkiyə, Gürcüstan və İrandan turist qəbul edir. Bununla yanaşı, ötən il Azərbaycana Birləşmiş Krallıqdan gələn turist sayında 25,3, Çindən gələnlərin sayında 62,4, Almaniyadan gələnlərin sayında 19,4% artım olub.

Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biridir

0
turizm

BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) “Dünya Turizm Barometrinin” (World Tourism Barometer (WTB) Annex 18) yanvar hesabatına əsasən Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biri kimi qiymətləndirilib. Qeyd edək ki, hesabat ildə dörd dəfə nəşr olunur və turizm istiqamətləri üzrə ən son məlumatların təhlilini özündə cəmləşdirir.

Milli.Az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı Trend-ə bildirir ki, bir qədər əvvəl açıqlanan “İnternational Tourism Highlights 2019” məlumatında da Azərbaycana gələn turistlərin ümumi sayında 2017-ci il ilə müqayisədə 2018-ci ildə 6,2% artım qeydə alınıb. Müqayisə etdikdə müşahidə olunur ki, Azərbaycan Latviya, Estoniya, Rusiya, Türkmənistan, Qırğızıstan, Ukrayna kimi region ölkələrini, inkişaf etmiş Avropa ölkələrindən isə İspaniya, Fransa, Avstriya, Almaniya kimi ölkələri geridə qoyub. Həmçinin, 2019-cu ildə 11,4% artımla Azərbaycan 18-ci yerdə qərarlaşmaqla ən sürətlə inkişaf edən ölkələrdən biri olaraq dəyərləndirilib. “Hesabatda qeyd olunub ki, vacib idman tədbirlərinə ev sahibliyi, viza prosesinin sadələşdirilməsi və beynəlxalq mətbuatda aparılan reklam kampaniyaları ölkədə turizmin inkişafını təşviq edib. Turizm sektorunda xidmət paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği, fiziki və sosial regional turizm infrastrukturunun məqsədyönlü inkişafı istiqamətində əsaslı tədbirlər icra edilib. Həmçinin, ənənəvi və müasir müalicə imkanlarından istifadə edilməklə sağlamlıq, perspektivli qış turizmi və ekoturizmin inkişafına investisiya qoyuluşları və bu kimi digər tədbirlər turizmin ÜDM-də payının artımına, yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir.

“N.Kazımlı əlavə edib ki, turizm qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən biridir. Həmçinin, beynəlxalq metodologiyalara əsasən də ölkənin əlverişli coğrafi mövqeyindən istifadə edilməklə hava əlaqəsinin və əlçatanlığının artırılmasıdır. Qədim tarixə, ənənəvi dəyərlərə, cəlbedici təbiətə malik olması ilə yerli dəyərlərin beynəlxalq aləmdə uğurla təbliği bu sahənin əsas potensial imkanlarından hesab olunur. Turizm sektorunun inkişafının dəstəklənməsi nəticəsində mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 2015-ci illə müqayisədə 2018-ci ildə 60 ədəddir. Müvafiq xidmətlərdən istifadə edən yerli və əcnəbi turistlərin sayı isə 991,330 min nəfər artıb. Turizm dövlət-özəl tərəfdaşlığı əsasında xarici investisiyaların əsas payı ilə ekoloji dayanıqlıq prinsipləri əsas götürül

kəndlərin və regionların inkişafına əsas təkanverici qüvvəsi olaraq Azərbaycanın beynəlxalq arenada qabaqcıl mövqe tutmasına şərait yaradır.

Hesabatda bildirilir ki, Brexit prosesi (Böyük Britaniyanın Avropa Birliyindən çıxması), geosiyasi və ticari gərginlik, qlobal iqtisadiyyatdakı yavaşlama, eyni zamanda Avropadakı bir neçə aşağıbüdcəli aviaşirkətlərin qəza hadisələri kimi mənfi faktorların mövcud olmasına baxmayaraq, 2019-cu ildə beynəlxalq turist axını 4% artaraq, 1,5 milyarda çatıb. Ən çox inkişaf Mərkəzi Asiya ölkələrində 8%, Asiya və Sakit Okean ölkələrində 5% qeydə alınıb. Dünyada son 9 ildə ən çox səfərlərin olduğu Avropaya (Azərbaycan da daxil olmaqla) turist axını 4% artıb.

BMT-nin Dünya Turizm Təşkilatı təqdim etdiyi hesabatda dünyadakı beynəlxalq turist axınının 2020-ci ildə müsbət tempi qoruyaraq 3%-dən 4%-ə artacağını proqnozlaşdırır. İİTKM-in analitiki qeyd edir ki, Azərbaycanda Prezidentin rəhbərliyi ilə iqtisadiyyatın sürətlə inkişaf edən sahəsi olaraq turizm bazarının təkmilləşdirilməsidir. Turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində əsaslı islahat tədbirləri həyata keçirilir. Bu istiqamətdə mühüm işlər görülür. Həmin tədbirlərə misal olaraq, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Şurası Bakıda “Travel Business Azerbaijan 2020” konfransınını təşkil etməsini göstərmək olar. Tədbirdə 500-ə yaxın yerli turizm sərgisi 400 beynəlxalq və yerli alıcıya 1200 turizm məhsulunu təqdim edəcəkdir. Bundan başqa, 2018-ci ildə Azərbaycan Turizm Şurası ölkənin turizm potensialını və imkanlarını təbliğ etmək məqsədilə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Rusiya və Hindistan da daxil olmaqla 6 ölkədə tamamilə yeni milli turizm ofislərini istifadəyə verib. Həmçinin, növbəti illərdə dörd yeni ofisin açılacağı, onlardan ikisinin İngiltərə və Cənubi Koreyada yerləşəcəyi bildirilir. Bu kimi yeniliklər Azərbaycanda turizm sektoruna əhəmiyyətli dərəcədə öz tövhəsini verərək böyük inkişaf təmin edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2019-cu ildə açıqladığı “Turizm və səyahətin rəqabət qabiliyyəti” adlı hesabatı keçirilib. Bu hesabata əsasən də Azərbaycan turizmdə biznes mühiti üzrə ötən hesabatla müqayisədə 57-ci mövqedən 28-ci pilləyə qədər irəliləməyə nail olub. Əldə olunan nailiyyətə əsasən hesabatda Azərbaycan “turizm sahəsində biznes mühiti üzrə dünyada ən çox inkişafa nail olmuş ölkə” statusunda qiymətləndirilib.

Şengen vizası üçün müraciət qaydalarında nələr dəyişib?

0
Şengen vizası

Şengen vizası nədir?

Şengen zonasına daxil olan 26 Avropa ölkəsinə qısa müddətli səyahət üçün verilən viza belə adlanır. Bu vizanı alan şəxs Şengen zonasındakı bütün ölkələrə giriş hüququnu qazanır.

Səyahət və ya işgüzar səfər üçün verilən Şengen vizası 180 gün ərzində toplam 90 gün həmin ölkələrdə qalmağa imkan verir.

İsveçrənin heç bir xəritədə görünməyən sərhədlərini necə keçdim?Xaricdə iş: əmək miqrasiyası dünyanı necə dəyişirŞengen zonasına daxil olan ölkələrAlmaniyaİsveçNorveçAvstriyaİsveçrəPolşaBelçikaİtaliyaPortuqaliya Çexiya İslandiyaSlovakiyaDanimarkaLatviyaSloveniyaEstoniyaLixtenşteynYunanıstanFinlandiyaLitvaFransaLüksemburqNiderlandMacarıstanİspaniyaMalta

Viza rüsumu artırılıb

Şengen vizası rüsumu böyüklər üçün 60 avrodan 80 avroya, 6-12 yaş arası uşaqlar üçünsə 35 avrodan 40 avroya qaldırılıb.

Avropa İttifaqı ilə viza prosedurlarının sadələşdirilməsi sazişi imzalamış ölkələrin vətəndaşları üçün viza rüsumu dəyişməyəcək.

Elektron müraciət imkanı yaradılıb

Viza üçün müraciət qaydası sadələşdirilib. Şengen zonasına daxil olan ölkələr artıq elektron müraciətlər də qəbul edəcəklər. Müraciət formalarını elektron qaydada imzalayıb göndərmək mümkün olacaq.

Müraciət müddəti artırılıb

İndiyə qədər Şengen vizası üçün müraciət müddəti səyahət tarixindən ən azı 3 ay əvvəl təqdim edilməliydi. Yeni qaydalarda bu müddət 6 aya qaldırılıb.

-Tez-tez səyahət edənlər üçün güzəşt nəzərdə tutulub

Şengen ölkələrini ziyarət etmiş və viza tarixçəsində heç bir problem olmamış şəxslərin 1 ildən 5 ilə qədər çoxgirişli viza almaları asanlaşdırılıb.

Onlar vizada göstərilən müddət ərzində Şengen ölkələrinə bir neçə dəfə gedə biləcəklər.

Qaydalar niyə dəyişdi?

Turizm və səyahət Avropa iqtisadiyyatında önəmli rol oynayır. Turizm marşrutları baxımından Aİ ölkələri ilk yerləri tuturlar.

Avropa Birliyinin rəsmi saytındakı məlumata görə, son 9 ildə Aİ üzvü olan ölkələrə viza müraciətləri 57 faiz artıb – 2009-cu ildə 10,2 milyon müraciət olmuşdusa, 2018-ci ildə bu say 16 milyona yüksəlib.

Ona görə də təhlükəsizlik və nəzarət məsələlərini təmin etmək şərtilə, viza qaydalarını sadələşdirmək ehtiyacı yaranıb. Viza rüsumları sonuncu dəfə 2006-cı ildə artırılmışdı.

Müraciətdə hansı məlumatlar qeyd olunmalıdır?

İmzalı müraciət formasında son 10 il ərzində alınmış və yeni səyahətdən qayıdandan sonra ən azı 3 ay keçərli olacaq pasportun göstəriciləri, şəkil, tibbi sığorta, səyahət zamanı xərcləməyə yetəcək qədər gəlir sahibi olduğunu təsdiq edən sənəd, səyahət səbəbiylə bağlı sənədlər əks olunmalıdır.

Viza müraciətinə hansı müddət ərzində cavab verilir?

Müraciətə baxılma müddəti maksimum 15 gündür. Əlavə araşdırma tələb edən hallarda bu müddət artırıla bilər.

İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi? Bir çox sualınıza cavablar

Bu gün Abşeron Milli Parkının 15 yaşı tamam olur

0
Abşeron Milli Parkı

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə 783 hektar sahədə – Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb.

Milli Park Bakının cənub-şərq qurtaracağında – Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsidir. Nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılmasıdır. Ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılmasıdır. Ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.

Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, qırmızıbaş qaz, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşıb. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılıb. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

“Şəbəkə” xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

0
Şəbəkə

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Azərpoçt” MMC-nin tərkibində yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 3 ili tamam olur.

“Azərpoçt” MMC-dən AZƏRTAC-a bildirilib ki, hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 4-ü isə Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir.

“Şəbəkə” xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. “Şəbəkə” mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.

Mərkəzlərdə əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərilir. Eyni zamanda, “Şəbəkə” xidmət mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka və açıqcaların satışı, pul köçürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların IMEI qeydiyyatı həyata keçirilir. Müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. Şəbəkələrdə “SmartPay” ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda, şənbə və bazar günləri xidmət göstərilir. “Şəbəkə” və “Azərpoçt” MMC-yə məxsus 169 Çağrı mərkəzi isə həftənin bütün günləri 24 saat ərzində daxil olan bütün sorğuları qəbul edir, cavablandırır. Eyni zamanda, “Azərpoçt” MMC-nin rəsmi saytındakı onlayn konsultasiya vasitəsilə müraciətlərinizi ünvanlaya bilərsiniz. “Azərpoçt” MMC və “Şəbəkə”yə məxsus “Facebook” səhifələrindən də operativ olaraq bizimlə əlaqə saxlamaq mümkündür.

“Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Yaxın zamanlarda xidmət mərkəzlərinin respublikanın bütün iri şəhər və rayonlarında da fəaliyyət göstərməsi nəzərdə tutulub.

Tbilisi Mtsxeta Bakuriani turu

0
Tbilisi Mtsxeta Bakuriani

?Sevgililer gününə özəl Tbilisi Mtsxeta Bakuriani turu?
?Gürcüstanda⛷ürəyinizə yaxın olan insanla?fərqli keçirməyi düşünürsüzsə, sizə bu turumuza qoşulmağı tövsiyyə edirik ?Həm fərqli,həm də cibə uyğun 2 günlük
sevgi dolu Gürcüstan turumuz ❤14-17 Fevral ❤ ——————————————————————————
?Tbilisi – Mtsxeta – Bakuriani ?Turun qiyməti – 89 AZN.
✔Qiymətə daxildir :
?Hoteldə səhər yeməyi ( 2 dəfə );
? Komfortlu nəqliyyat ;
?Hoteldə gecələmə( Zedazeni hotel)
?‍♂Tbilisi şəhərində gəzinti;
?Bakuriani dağ-xizək kompleksinə gediş ;
?Mtsxetada gəzinti ;
?Shopping (TBİLİSİ MALL);
?Fotosessiya
?Rus və gürcü dilli tur rəhbəri ;
————————————————————————
TUR PROQRAM:
.♦14 Fevral⏱- 22:00- Gənclik metrosunda toplanış
.♦15 Fevral ⏱ – 07.30 – Oteldə yerləşmə .
.♦15 Fevral ⏱- 09:00- Oteldə səhər yeməyi .
.♦15 Fevral ⏱ 10:00 – Bakuriani dağ-xizək kompleksinə gediş .
.♦15 Fevral ⏱ 18:00 – Bakurianidən cıxış, otelə dönüş ;
.♦16 Fevral ⏱ 09:00 – Oteldə səhər yeməyi .
.♦16 Fevral ⏱ 10:00- Mtsxeta şəhərinə gediş ;
.♦16 Fevral ⏱ 14:30 -Tbilisi Malla gediş ;
.♦16 Fevral ⏱ 16:30 -Tbilisi mərkəzinə gediş .
.♦16 Fevral ⏱ 21:00 – Bakiya yola düşmə .
.♦17 Fevral ⏱- 07:00- Bakiya çatmaq
————————————————————————

Əlaqə nömrəsi 070-264-60-30

Çindəki epidemiya İtaliya iqtisadiyyatına ciddi zərbə vurur

0
İtaliya

Çin və İtaliya arasındakı diplomatik əlaqələrin yarım əsrlik tarixi İtaliyada 2020-ci ildə turizm və mədəniyyət ilinin qeyd edilməsi ilə qeyd olunacaq.

AZƏRTAC xəbər verir ki, Çində yaranan və sürətlə yayılan koronavirus epidemiyası bununla bağlı nəzərdə tutulan tədbirlərin bir çoxunun təxirə salınmasına səbəb olub.

Bir neçə ay əvvəl İtaliyanın əsas hava limanlarından biri olan Romadakı “Fiumicino”dan Çinə yeni marşrutların açılmasına baxmayaraq, hazırda bütün uçuşlar dayandırılıb. Uçuşların nə vaxt bərpa olacağı isə hələ ki, məlum deyil.


İtaliya ildə orta hesabla 50 milyon turist qəbul edir və bunların da böyük hissəsi məhz Çindən gəlir. Ölkə Çin turistləri üçün Fransa, Almaniya və İspaniyadan daha populyar istiqamətdir. Birbaşa reyslərin dayandırılması isə bu baxımdan İtaliya iqtisadiyyatına böyük zərbə vurur. Mütəxəssislərin proqnozlarına görə, turizm sektoruna dəyən zərər 4,5 milyard avroya çatacaq. Bu məbləğə çinli turistlərin İtaliyanın bahalı brend mağazalarından etdikləri alış-veriş də daxildir. Bu brendlərin əsas alıcıları da sözügedən və ərəb ölkələrindən gələn turistlərdir.