Ev Blog Səhifə 92

İtaliya mətbuatı: Bakı Avrasiya məkanında ən heyrətamiz turizm istiqamətidir

0
İtaliya mətbəxi

İtaliyanın nüfuzlu “Corriere della Sera” qəzetinin populyar “Io Donna” jurnalında “Azərbaycanın paytaxtı Bakıya səyahət. Avrasiya məkanında səyahət etmək üçün ən heyrətamiz istiqamət” sərlövhəli məqalə dərc edilib.

Paytaxt Bakının turizm imkanlarından bəhs edən məqalənin müəllifi italyan jurnalist Gianna Testadır.

Yazıda Bakıda müasir göydələnlərin, qədim qalaların, tarixi abidələrin olduğu bildirilir. Qeyd edilir ki, tarixini qoruyaraq daima dəyişməkdə olan Bakıda gəzərkən özünü ilk baxışda sanki bir yandan Paris bulvarında, digər yandan isə orta əsrlərə məxsus qədim şəhərin əhatəsində müxtəlif üslubları özündə əks etdirən bir harmoniyanın içində hiss edirsən. Burada turistlərin sevimli məkanlarından olan Dənizkənarı Milli Parkda müasir əyləncə mərkəzlərindən tutmuş möhtəşəm mənzərəli restoranlara, komfortlu otellərə, alış-veriş mərkəzlərinə qədər geniş imkanlar mövcuddur. Müəllifin fikrincə, “Alov qüllələri” kompleksi, heyrətamiz Heydər Əliyev Mərkəzi kimi möhtəşəm memarlıq layihələri ilə görünüşünə yeni imic verən Bakı daim inkişaf etməkdədir. Məhz bu səbəbdən müxtəlif mədəniyyətlərin ahəngini özündə əks etdirən Bakı gözləri qamaşdıran məxsusi bir turizm istiqaməti olaraq diqqəti cəlb edir.

Məqalədə qədimlik ilə müasirliyin vəhdətindən bəhs olunur. Bunun bariz nümunəsi olan Azərbaycan Milli Xalça Muzeyindən söz açılır. Bu möhtəşəm muzeyin fondunda 10 minə yaxın qədim eksponatın saxlanıldığı bildirilir. Bununla yanaşı, Bakıda bu kimi bir çox görməli yerlərin olduğu vurğulanır. Bu xüsusda Tarix Muzeyinin, turistləri tarixi səyahətə aparan Hacı Zeynalabdin Tağıyevin ev muzeyinin, ekspozisiyası XX əsr azərbaycanlı və xarici rəssamların əsərlərindən ibarət olan Müasir İncəsənət Muzeyinin adları çəkilir.

Məqalədə, həmçinin UNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil olmuş İçərişəhərdən, orada yerləşən memarlıq incilərindən, o cümlədən Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar, hamamlar, muzeylər və digər memarlıq nümunələrindən bəhs edilir. Turistlərə maraqlı ola biləcək restoranlar və Azərbaycan milli mətbəxinin əsasını təşkil edən yeməklər (dolma, plov və s.) barədə məlumatlar verilir.

Müəllif yazıda Azərbaycanın neft sənayesinin inkişaf tarixinə də toxunur. Sonda məqalədə paytaxt Bakının 2020-ci il UEFA Avropa Çempionatına ev sahibliyi edəcək 12 şəhərdən biri olduğu qeyd edilir.

Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür.

https://www.iodonna.it/lifestyle/viaggi/2019/12/27/baku-capitale-azerbaijan-consigli-viaggio/.

DİZİ TURU

0
Dizi turu

DİZİ MƏKANLARINI GÖRMƏYƏ HAZIRSINIZ?

2020 ci ilin Novruz Bayramında yaddaşlarda qalacaq DİZİ TURU ?

?QİYMƏT: 349?

Turun başlanma tarixi :
?20.03.2020 – ⏰ 21:00

Turun bitmə tarixi :

?27.03.2020 – ⏰ 07:00

?Komfortlu Nəqliyyat
?‍♂ Gülərüz tur rəhbəri
? Otel 3* (4 gecə 5 gün)
? Qidalanma (oteldə səhər yeməyi 4 gün)
? Dizi setlərinə giriş
? Aktyorlar ilə fotoçəkiliş
? Dizi məkanlarına giriş
? İstanbul şəhər Turu
? Şopping Turu
? Bələdçi
? Səyahət sığortası
☕ Yol boyu çay, kofe, və sərinləşdirici sular
? Ekskursiyalar

? Fotosessiya

Turun proqramı aşağıdakı kimi olacaqdır:

1⃣-ci gün – Gəzinti turu

?Giriş – otelə check inn
✅ Sultanahmet camisi
✅ Yerebatan sarnıcı
✅ Topkapı sarayı
✅ Ayasofya
✅ Qalata külesi
✅ Taksim meydanı

2⃣-ci gün – Dizi turu

?Çukur
?Aşk-i Memnu
?Yasak Elma
?Garipçe
?Zekeryaköy
?Rumeli feneri kalesi

3⃣-cü gün – Dizi turu

?Diriliş Ertuğrul
?Eşkiya Dünya’ya hükümdar olmaz
?Kurtuluş Osman
?Kuzguncuk
?Fatih korusu
?Anadolu feneri ve kalesi

4⃣-cü gün – Shopping turu??

?Vadi İstanbul mall
?Vialand mall
?Beyoğlu – Taksim – İstiklal caddesi – Galataya yürüyüş

5⃣- ci gün – Vapur turu

✅ Marmara dənizində vapur gəzintisi
? Çıxış – Oteldən check out

ℹ Qiymət 2 və ya 3 nəfərlik otaqlarda 1 nəfər üçün nəzərdə tutulub.
ℹ Hoteldə yerləşmə 2 və 3 nəfərlik otaqlarda nəzərdə tutulub
ℹ Muzeylərə və digər gəzinti yerlərinə giriş pulları turun məbləğinə daxil deyil.
ℹ Tur müddətində turistlərimizin alış-veriş etmələri və rahat gəzmələri üçün asudə zamanlarda nəzərdə tutulub.
ℹ 0-5 yaş uşaqlar avtobusda yer tutmamaq şərti ilə pulsuzdur.

ℹ Şəkillər turdan 1 gün sora link vasitəsilə telefonunuza göndərilir.

?Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:

☎+994 70 264 60 30

Hər üç aydan bir qazanları küçəyə daşımaq: pul sel kimi axacaq

0
turizm

Bölgələrimizdə yemək festivalları keçiriləcək. Hər bölgə öz mətbəxini geniş təbliğ edib turistlərdə maraq oyadacaq

 Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycanda qastronomiya turizmi və onun inkişaf yolları müzakirə olunub. Tədbirdə qastroturizmlə bağlı “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə, həmtəsisçisi Kəmalə Məmmədova və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov iştirak ediblər.

Azər Allahverənov bildirib ki, Azərbaycanda son illər turizmin inkişafı istiqamətində əməli addımlar atılır. Turizmin bir sıra növləri inkişaf və təbliğ olunur. A.Allahvəronov artıq ölkəmizdə qastronomiya turizminin təbliği ilə bağlı da tədbirlər keçirildiyini, Göyçayda Nar, Balakəndə Xurma festivallarının buna bir nümunə olduğunu söyləyib. O bildirib ki, Azərbaycanın zəngin mətbəxi ölkəmizdə qastronomiya turizminin inkişafına zəmin yaradır.

Fəxrəndə Həsənzadə də qastronomiya turizminin inkişafı ilə bağlı bir sıra tədbirlərə start verildiyini qeyd edib. O bildirib ki, turistlər Azərbaycan mətbəxinə böyük maraq göstərirlər. Hətta xarici ölkələrdən sırf Azərbaycan mətbəxindən dadmaq üçün gələn turistlər var. F.Həsənzadə bəzi məkanlarda qastroturizmin inkişafı üçün ustad dərslərin keçirildiyini, buraya Azərbaycanın ən məşhur aşpazlarının cəlb edildiyini söyləyib. K.Məmmədova isə çıxışında qeyd edib ki, qastronomiya turizmin inkişaf konsepsiyasında aparıcı xətlərdən biri olmalıdır: “Çünki bizim mətbəximiz çox zəngin və dadlıdır. Biz nəzərdə tutmuşuq ki, hər üç aydan bir bölgələrdə belə festivallar keçirək. Bu festivallar barədə turoperatorlara məlumat verməklə ölkəmizdə qastroturizmə marağı artıraq. Biz Dövlət Turizm Agentliyinə də təşəkkür edirik ki, bizə bu cür festivalların təşkilində böyük dəstək verir”.

A.Allahverənov qastronomiya turizminin inkişafı üçün ustad dərslərin və festivalların açıq məkanlarda keçirilməsinin daha məqsədəuyğun olduğunu söyləyib. O bildirib ki, İçərişəhərdə və turistlərin cəmləşdiyi digər məkanlarda belə festivalların keçirilməsi Azərbaycana gələn turistlərdə milli mətbəximizin zənginliyinə maraq yarada bilər. O, qastronomiya turizminin inkişafı və təbliği üçün medianın da dəstəyinə ehtiyac olduğunu bildirib. Tədbirdə qeyd edilib ki, Azərbaycanda qastroturizmin təbliği elə yerli turistlərdə də maraq yarada bilər. Çünki elə yeməklərimiz var ki, onların adından və dadından xəbərsizik. Məsələn, “tünbəki dolması” haqda çox az paytaxt sakini eşidib: “Elə yeməklərimiz var ki, onlar məhz spesifik bölgələrimizin mətbəxinə daxildir. Məsələn, qaxac yemək üçün Qax zonasına, ləvəngi yemək üçün cənub bölgəsinə üz tutmaq daha məqsədəuyğundur. Ona görə də biz bölgələrin mətbəxinin təbliği üçün həmin regionlarda festivalların keçirilməsini nəzərdə tutmuşuq”.

Şahdağa qatarla gedəcəyik – Vəsait ayrıldı

0
Şahdağ

İlham Əliyev Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 3 milyon manat ayırıb

 Prezident İlham Əliyev “Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, sənəd ölkədə turizmin inkişaf etdirilməsi, yeni turizm marşrutunun yaradılması məqsədilə imzalanıb.

Sərəncamla Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə bu sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2020-ci ilin ilk günlərində Gürcüstan turu

0
TBİLİSİ - BAKURİANİ TURU

2020-ci ilin ilk günlərində Gürcüstan səfərimiz var !!!

Turumuza qoşularaq Tbilisi və Bakuriani şəhərlərinə səyahət edib, istirahətin dadını çıxarın (Y)

TBİLİSİ – BAKURİANİ TURU (y)
• Tarix: 3-6 Yanvar (2 gün-1 gecə)

Turun qiyməti: 85 AZN

● Qiymətə daxildir:
• Komfortlu nəqliyyat
• Oteldə səhər yeməyi
• Oteldə gecələmə
Zedazeni otel 3* (Mtsxeta)
• Ekskursiyalar
• Fotosessiya
• Tur rəhbəri

• Tbilisi Mall (alış-veriş mərkəzi)

● Qeyd:
• Qiymət 2 və 3 nəfərlik otaqlarda bir nəfər üçün nəzərdə tutulmuşdur

• Hər ailədən 5 yaşa qədər bir uşaq pulsuz iştirak edə bilər

• Start: 3 yanvar 21.30 Toplanış (gənclik metrosu yaxınlığı)
• Finiş: 6 yanvar 06.00-07.00 (gənclik metrosu yaxınlığı)

Əlaqə nömrəsi 070-264-60-30

Azərbaycanda qida turizminə maraq varmı – Fəxrəndə Həsənzadə şərh edir

0
Fəxrəndə Həsənzadə

Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə deyir ki, Azərbaycan kulinariyasına maraq böyükdür

“Qida turizminin genişləndirilməsi xarici turistlərin Azərbaycan regionlarına marağının artırılması üçün vacibdir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində qida turizmi ilə bağlı keçirilən tədbirdə “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə deyib.

Fəxrəndə Həsənzadə bildirib ki, Azərbaycan kulinariyasına maraq böyükdür: “Artıq bəzi turizm şirkətləri bununla bağlı ustad dərslərinin keçirilməsini istəyir. Bu ildən etibarən çalışırq ki, hər iki həftədən bir, ya da ayda bir dəfə hər hansı festival təşkil edək. Bizim tədbirlərimizə xaricilər tərəfindən də yüksək maraq var. 2020-ci ildə hər 3 aydan bir regionlarımıza uyğun festivallar keçirməyi planlaşdırırıq”.

Dörd sfinks heykəli Misirin Karnak məbədindən Qahirənin Tahrir meydanına gətiriləcək

0
Misir

Dörd sfinks heykəli Misirin Luksor şəhərindəki Karnak məbədindən Qahirənin Tahrir meydanına gətiriləcək və burada bərpa olunan obeliskin ətrafında yerləşdiriləcək. AZƏRTAC MENA agentliyinə istinadla xəbər verir ki, bu barədə Karnak Tarixi Abidələri İdarəsinin rəhbəri Mustafa əl Sağir məlumat verib.

Qeyd olunub ki, obelisk Tahrir meydanına Zaqaziq şəhərindəki açıq havadakı arxeologiya muzeyindən iki ay əvvəl gətirilib. Bu muzeyin ilk sırasında yerləşən 30 sfinks heykəli Misir fironlarının müxtəlif sülalələri dövründə məbədin girişində qoyulub. Onların ətrafında Taharqa sütunları və kiçik kilsələr inşa edilib. Kebbaş yolu adlanan meydanda da bərpa işlərin 90 faizi baş çatdırılıb və tezliklə turistlərin ziyarətinə açılacaq.

Fironların istifadə etdikləri Kebbaş yolu hazırda dünyanın ən uzun ara keçidi və açıq hava muzeyidir. Onun bərpa olunması Misirin turizm sənayesi üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu yolun istifadəyə verilməsi sayəsində Karnak məbədi kompleksi ilə Luksor məbədi birləşəcək. Fironların dövründə bu ərazidə mərasimlər və festivallar keçirilib. O, 2013-cü ildən etibarən Misirin Turizm Nazirliyi tərəfindən səyahət siyahısına əlavə edilib. Kebbaş yolunun uzunluğu 2,7 kilometrdir və bu keçid boyu ümumilikdə 1200 sfinks heykəli yerləşir.

“Sfinks” sözü yunancadan tərcümədə “boğucu”, “boğan” mənasını daşıyır. Sfinks – qadın başlı, şir bədənli, quş qanadlı mifoloji bir varlıqdır. Qədim misirlilər bu heykəllərə qoruyucu tanrılar kimi sitayiş ediblər.

Coğrafi İnformasiya Sistemlərinin idarə olunması ilə bağlı proqram təminatı və elektron xəritə hazırlanıb

0
elektron xəritə

Nəqliyyatı intelektual idarəetmə sisteminin ən əhəmiyyətli komponentlərindən olan Coğrafi İnformasiya Sistemlərinin (CİS) idarə olunması ilə bağlı proqram təminatı və elektron xəritə hazırlanıb.

Proqram təminatında Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri üzrə 34 bölmədən ibarət məkan məlumatları verilib. Digər coğrafi məlumatları özündə əks etdirən rəqəmsal xəritə əks olunub. Yaradılan CİS bazasında yol sərhədləri, yol nişanlanması, kəsişmələr, yolayrıcı zolaqlar, velosiped yolları, parklanma yerləri, taksi və avtobus duracaqları, avtobus zolaqları və sair haqqında məlumatlar yerləşdirilib. CİS bazası yol və şəhər infrastrukturu haqqında geniş məlumat əldə etmək, müxtəlif hesabatlar, analizlər və emal proseslərini həyata keçirtməyə imkan verir. Bu rəqəmsal xəritədən istifadə etməklə gələcəkdə naviqasiya sistemi işləməsi üçün lazım olan məkan məlumatlarını əldə etmək də mümkün olacaq.

CİS xəritəsində Bakı, Sumqayıt və Abşeron yarmadasında mövcud olan tarixi yerlər, muzeylər bir sözlə turizm potensiallı məkanların yerləri barədə məlumatlar əks olunub. Xəritə Azərbaycanın turizm potensialına da ayrıca töhfə vermiş olacaq. CİS gələcəyin planlaşdırılması, insan və ətraf mühit əlaqələrini modelləşdirmək üçün bizə geniş imkanlar yaradır. Beləliklə bu gün tam əminliklə deyə bilərik ki, CİS-in meydana çıxması məkan məlumatlarının toplanması, sistemləşdirilməsi üçün vacibdir. Təhlil və xəritləşdirilməsi baxımından da yeni mərhələnin başlanğıcını qoyub.

Eyni zamanda, müntəzəm marşrut xətləri üzrə avtobusların vahid mərkəzdən idarə olunacaq . Bu məqsəd ilə Mərkəzləşdirilmiş Dispetçer Xidmətinin yaradılması işləri də artıq yekunlaşmaq üzrədir. Bununla bağlı işlər iki istiqamətdə aparılıb. Sözügedən xidmətin yaradılması real vaxt rejimində marşrut xətləri üzrə avtobusların hərəkət cədvəlinə və sxeminə riayət olunmasına nəzarət etməyə imkan verəcək.

Azərbaycanda ilk dəfə Qubada “ağıllı bağ” yaradılır

0
ağıllı bağ

Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə “ağıllı bağ” yaradılır. 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edəcək. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunacaq.

ağıllı bağ

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu yeni layihənin icrasına başlayıb. “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılacaq və kompüter idarəetməsi tətbiq olunacaq.

Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becəriləcək. Artıq tinglərin əkin prosesinə başlanılıb.

ağıllı bağ

Bu bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılır. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışacaq. Gələcəkdə bu təcrübədən ölkəmizin çətin relyefli, elektrik enerjisi ilə təminat yerindən uzaq məsafədə yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq.

Ağıllı bağ”da Günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılır. Bununla da məhsul itkisinin qarşısı alınacaq.

Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağda çalışanların sayı isə minimuma düşəcək. Bağ salındıqdan sonra cəmi 3 nəfər – su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edəcək.

ağıllı bağ

Ağıllı bağ”da mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunacaq. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürüləcək. Bundan başqa sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq.

Daha bir yenilik isə ondan ibarətdir ki, “ağıllı bağ”da dədə-baba alma sortlarından ən populyarı “Qızıl Əhmədi”nin və institut tərəfindən yaradılan yeni “Sədəf” sortunun superintensiv qaydada yetişdirilməsi sınaqdan keçiriləcək.

Ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması yanvar ayının sonuna kimi başa çatdırılacaq.

YENİ İL GÜRCÜSTAN TURU

0
YENİ İL GÜRCÜSTAN TURU

??? YENİ İL GÜRCÜSTAN TURU:
TBİLİSİ – MTSXETA – BAKURİANİ ???
❄30 dekabr – 2 yanvar (3 gün – 2 gecə)
❄Qiyməti: 89 dollar
❄*Qeyd: 50 manat ilkin ödəniş edərək rezervasiya edə bilərsiz
❄❄❄❄❄❄❄❄
Qiymətə daxildir:
?Komfortlu nəqliyyat
? 2 gecə 3 gün oteldə gecələmə
? 2 dəfə oteldə səhər yeməyi
??‍♂ Bələdçi
? Qrup şəklində foto çəkilis.
❄❄❄❄❄❄❄❄
❄Turun Proqramı:❄
?30 dekabr:?

23:00 Bakıdan yola düşmə
.
? 31 dekabr:?

MTSXETA – Tarixi kəndə ekskursiya:
~ Kəndin tarixi küçələri
~ Jvari Monastırı
~ Svetitskhoveli Kafedralı
~ Kür və Araqvi çayları qovuşan sahil

Tiflisə qayıdış

Tiflisə çatma və otelə yerləşmə, istirahət

Gəzinti:
~ Azadlıq meydanı
~ Sülh körpüsü (şüşəli körpü)
~ Rike park-Müsiqili fontan
~ Kanat
~ Narikala
~ Sulfur hamamları
~ Cümə məscidi
~ Botanika bağı

Tiflis gecələrində gəzinti:
~ Şardeni küçəsi
~ Sioni küçəsi
~ Rustaveli küçəsi
~ Parlament binası
~ Axşam bayram konsertinə baxmaq
~ Şəhərin Mərkəzində Atəşfəşanlığa baxmaq
.
?01 Yanvar:?

Gəzintiyə yola düşmək:
~ Mtatsminda dağüstü park
~ Funiklyor
~ Atraksiyonlar
~ Prezident sarayı
~ Gürcüstan milli muzeyi
~ Sovet İşğal Muzeyi
~ Gözəl Sənətlər Muzeyi
~ Kaçueti kilsəsi
~ Müasir İncəsənət muzeyi
~ Tiflis Tarix Muzeyi
.
?2 yanvar:?
– BAKURİANİ şəhərinə səyahət:
~ Xizək mərkəzinə səyahət
~ Qayıdışda Tiflis Mall

22:00 – Bakıya qayıdış
.
?3 yanvar:?

06:00-07:00 – Bakıya çatmaq
❄❄❄❄❄❄❄❄
Qeyd: Muzey və digər yerlərə giriş biletləri, turun ödənişinə daxil deyil.

Əlavə məlumat 070-264-60-30