Ev Blog Səhifə 263

KUŞADASI, ÇEŞME Tur Paketlərin erkən rezervasiyası başladı – Go Travel

0
Go Travel

Uçuşlar bir-başa olaraq Azal ilə baqaj daxili olacaq.

? Go Travel – dan YAY TURU rezervasiya eden hər bir şəxsə Şahdağ Turu HƏDİYYƏ olunacaqdır. 

✅Qiymət qalxdıqdan sonra: “mənə niyə demədiz”, “bilsəydim alardım”, “kaş həmin vaxtı alardım” kimi sözlər işlətməmək üçün rezerv etmənin əsl zamanıdır.

❗Qiymətə daxildir: 845 AZN

✈ – Aviabilet (gediş-dönüş) 

? – 23kq baqaj + 10kq əl yükü

? – Otel (7 gecə / 8 gün)

? – Qidalanma gündə 5 dəfə (All inclusive)

? – Səyahət Sığortası

? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)

? – Hədiyyə (Şahdağ turu)

Otellər və qiymətlər

? DABAKLAR HOTEL (4*) – 845 AZN
?MY AEGEAN STAR HOTEL (4*) – 1025 AZN
?RAMADA HOTEL & SUITES (5*) – 1080 AZN
?PANORAMA HILL HOTEL (4*) – 1110 AZN
?GRAND EFE HOTEL (4*) – 1195 AZN
?SENTINUS HOTEL (4*) – 1195 AZN
?LABRANDA EPHESUS PRINCESS (5*) – 1200 AZN
?EPHESIA HOTEL (4*) – 1305 AZN
?NOTION KESRE BEACH (4*) – 1315 AZN
?GRAND BELISH BEACH RESORT (5*) – 1320 AZN
?FANTASIA DELUXE HOTEL (5*) – 1340 AZN
?OMER HOLIDAY RESORT (5*) – 1340 AZN
?CACTUS CLUB PARADISE BEACH (4*) – 1350 AZN
?BATIHAN BEACH RESORT & SPA (4*) – 1370 AZN
?PALMIN HOTEL (4*) – 1375 AZN
?SUHAN 360 HOTEL BEACH (5*) – 1385 AZN
?CLUB YALI HOTELS & RESORT (5*) – 1422 AZN
?GRAND HOTEL ONTUR CESME (5*) – 1475 AZN
?LADONIA HOTELS ADAKULE (5*) – 1480 AZN
?PINE BAY HOLIDAY RESORT (5*) – 1495 AZN
?KORUMAR DELUXE HOTEL (5*) – 1495 AZN
?LE BLEU HOTEL & RESORT (5*) – 1545 AZN
?RAMADA RESORT KUSHADASI (5*) – 1560 AZN
?KUSTUR CLUB HOLIDAY VILLAGE (5*) – 1570 AZN
?ARIA CLAROS BEACH (5*) – 1585 AZN
?INFINITY KUSADASI BY YELKEN (5*) – 1630 AZN
?TUSAN BEACH RESORT (5*) – 1645 AZN
?GRAND BLUE SKY HOTEL (4*) – 1665 AZN
?PALM WINGS BEACH HOTEL (5*) – 1670 AZN
?RADISSON BLU RESORT & SPA (5*) – 1680 AZN
?EUPHORIA AEGEAN RESORT & SPA (5*) – 1715 AZN
?PALM WINGS EPHESUS HOTELS (5*) – 1822 AZN
?AQUA FANTASY HOTEL (5*) – 1950 AZN
?ILICA HOTEL WELLNESS RESORT (5*) – 2040 AZN
?KORUMAR EPHESUS BEACH & SPA (5*) – 2060 AZN
?SHERATON CESME HOTEL (5*) – 2060 AZN

? – Tarix İyul ayına 1 nəfər üçün nəzərdə tutulmuşdur.
❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Uzunömürlülər diyarında

0
Lerik

   Lerik turistlərə nə vəd edir?

Lerik



   Azərbaycanın bölgələrində mövcud olan turizm potensialı ilk növbədə regionlarımızın əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Son vaxtlar müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, paytaxtdan regionlara gedən yolların bərpası nəinki xarici turistlərin, eyni zamanda yerli insanlarımızın da öz istirahətlərini bölgələrimizdə keçirməsinə maraqlarını artırır. 

Turizm



   Hazırda turizm mövsümünün qızğın dövrüdür. Bu səbəbdən də Azərbaycanın turizm üçün əlverişli olan rayonları ilə bağlı bilgilərimizi oxucularımızla bölüşməyi qərara aldıq. Beləliklə, uzunömürlülər diyarı sayılan Lerikin əhalisinin sayı 67.400 nəfərdir. Azərbaycanın ən gözəl guşələrindən biri olan Lerik rayou Talış dağlarının qoynunda yerləşir. Buranın gözəl təbiəti, meşənin ətri duyulan dağ havası, bulaqlar, çaylar, münbit torpaq bu diyarın sakinlərinin uzunömürlü olmasını şərtləndirir. Lerikdə yay fəslində havanın temperaturu çox nadir hallarda + 25 dərəcəni keçir. Lakin yazda yağışların çox yağması bəzən yollarda gediş-gəlişi çətinləşdirir, bəzi kəndlərə gedib-gəlmək tamamilə mümkünsüz olur. 



  Abidələr yerli sakinlər tərəfindən mühafizə olunur

Lerik



   Lerik meşələrinin əlçatmaz guşələrində yaşayan bəbir və digər heyvanlar bu gün mövcud qanunlarla qorunur.
   Burada qaban, tülkü, dovşan, quş (ördək, kəklik) ovlamaq üçün hər cür şərait var. Talış dağlarının ən yüksək nöqtələri Kömürgöy (2492 m)Qızyurdu (2433 m) zirvələridir.
   Bu diyarın özünəməxsus tarixi var ki, bu da bütün Azərbaycanın mürəkkəb tarixinin ən maraqlı məqamlarını özündə əks etdirir. Lerik rayonunun ərazisində bu diyarın hələ Neolit dövründə məskunlaşmış olmasını sübut edən çoxsaylı mədəniyyət və tarix abidələri qalır. Məsələn, Daş dövründən qalmış mağara şəklində düşərgə yeri, Mistandağ kəndinin yaxınlığında dəniz səviyyəsindən təqribən 2430 m yüksəklikdə yerləşən qədim Qızyurdu məskəni bu qəbildəndir.

Məqbərələr


   Conu kəndinin yaxınlığındakı Baba Həsən məqbərəsi, Mondigah kəndindəki Baba İsa məqbərəsi, Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Cəngəmiran kəndinə gedən yolun kənarındakı Cabir məqbərəsi (XII-XIV əsrlər) və Xəlifə Zəkəriyyə məqbərəsi yerli sakinlər tərəfindən mühafizə olunur, həmin məqbərələrin ərazisindəki qədim və adi yaşlı ağaclara səcdə edilir. Vaxtilə Aleksandr Düma Cəngəmiran kəndində olmuş, sonradan öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin qəhrəmanlıqlarla dolu taleyini poetik şəkildə təsvir etmişdir.
   Lüləkəran kəndində XIX əsrdə inşa edilmiş orijinal məscid salamat qalıb. Rayonun bir sıra kəndlərində daşdan düzəldilmiş qoç fiqurlarının saxlanması da diqqətəlayiq faktdır. 



   Lerikdə 163 il

Leriik



  Yuxarıda qeyd etdiyimiz kimi, Lerik rayonu uzunömürlülər diyarı kimi məşhurdur. Məsələn, bu rayonun sakini Şirəli Müslümov (1812-1975) 163 il fəal həyat tərzi keçirərək, uzunömürlülük üzrə dünya rekordu müəyyən edib. Rayonun digər sakini Mahmud Eyvazov (1808-1958) 150 il yaşayıb. Lerikdə bu gün də yaşı bir əsri keçən, lakin əmək qabiliyyətini itirməyən onlarla sakin yaşayır.
   Rayonda xalq sənəti növlərindən xalçaçılıq, ağacdan müxtəlif məişət əşyalarının hazırlanması, eləcə də dulusçuluq sənəti daha çox inkişaf edib. Buradakı xalça toxuculuğunun məxsusi cəhəti ondan ibarətdir ki, bu xalçalar ənənəvi xanalarda deyil, birbaşa döşəmə üzərində yerləşən üfüqi xanada toxunur.
   Rayonun inzibati mərkəzi Lerik şəhəridir. Bakıdan məsafəsi 325 km olan Lerik şəhəri Talış dağlarının ətəyində, məhsuldar düzənlik sahədə yerləşir. Burada tarix-diyarşünaslıq muzeyinə getmək, Qarabağ münaqişəsinin qurbanlarının xatirəsinə ucaldılmış memoriala baxmaq mümkündür.



   «Relax»da ilin bütün fəsillərində dincəlmək olar



   Lerikə gələnlər yerli sakinlərin mənzillərində, eləcə də Lənkəran-Lerik yolu boyunca yerləşən çoxsaylı istirahət zonalarında qala bilərlər. Bunlardan «Relax», “Təbəssüm”, “Meşəbəyi”, “Xəyal”, “Ağgöl”, “Paradiz”«Şəlalə» istirahət zonaları il ərzində ən çox turist qəbul edənlərdir. Unikal təbiətli Lerikin istirahət mərkəzləri artıq xarici turistlərin də rəğbətini qazanıb.
   Rayonda fəaliyyət göstərən «Relax» Lənkəran-Lerik yolunun 34-cü kilometrliyində əsrarəngiz təbiəti olan bir məkanda yerləşir. İstirahət mərkəzinin reklam direktoru Fərhad Salmanovun dediyinə görə, «Relax» ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir: «Mərkəz 65 ailənin istirahəti üçün nəzərdə tutulmuş kotteclərdən, 3 mərtəbəli, 35 birotaqlı və 15 ikiotaqlı mənzili olan hoteldən ibarətdir. Mərkəzimizdə həmçinin 500 nəfərlik restoran-zal da mövcuddur».

Turizm sənayesi

Lerik

Qeyd edək ki, hazırda «Relax» Turizm İstirahət Mərkəzində 350 nəfərdən çox turistin istirahəti üçün hər cür şərait var. 
   Bu yerdə maraqlı bir məqamı da oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, ekspertlərin rəyinə görə, ölkəmizdə turizm sektorunun müsbət amillərə malik olması yaxın 5 ildə Azərbaycanın turizm sənayesinin rəqabət aparmaq qabiliyyətinin yüksəlməsinə imkan yaradacaq. 

Qobustan, paxlava, məbədlər: bunlardan hansı biri rusiyalı turistlərin qəlbində iz qoyur

0
Rusiyalı turistlər

Rusiyadan olan gənclər Bakıya səfərləri zamanı aldıqları təəssüratları jurnalistlərlə bölüşüblər.

Azərbaycan olduqca gözəl ölkədir. Burada qədim məbədlər ən yaxşı müasir memarlar tərəfindən tikilmiş binalarla yanaşı durur. Paytaxtın siması qəribəliyi, eyni zamanda, qədimliklə novatorluğun harmoniyasını əks etdirir. Bu səbəbdən hər kəsin mahiyyətcə öz Bakısı var. Kimi ürəyində Qız qalası haqqında xatirələri ömürlük saxlayır, kimi Ağ şəhər bulvarını xatırlayır, kimi də Heydər Əliyev Mərkəzinin futurizm arxitekturasının böyük təsiri altında qalır.

Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərliyi ilə Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun jurnalistləri gənc nəsildən olan turistlər arasında sorğu aparmağı, Azərbaycanın onlar üçün haradan başlamasına və qəlblərində hansı izləri qoymasına aydınlıq gətirməyi qərara alıblar.

Kirill və onun Moskva Dövlət Linqvistika Universitetinin tələbələri olan dostları üçün bu, hər şeydən əvvəl Qobustan idi. Onlar zəmanəyə bürünən daşlara, qədim insanların 6 min qayaüstü təsvirinə baxmaq üçün xüsusi olaraq birlikdə gəliblər. Kirill deyib: “Hər halda bizim həyatımızda vaxt sürətlə keçir, daim vurnuxuruq. Biz bunların keçmişdə necə baş verməsini hiss etmək istədik. Biz qeyri-adiliyə baxmağı xoşlayırıq. Qobustandan başqa qeyri-adiliyi mən hələ ki, az görmüşəm. Burada əbədiyyəti hiss edirsən. Başqa cür heç nə demək olmur”.

Qobustan

Lyudmilanı

Lyudmilanı Bakının memarlığı, xüsusən yeni binalar valeh edib. O deyib: “Mənim atam memardır. Heç vaxt bu sənətə meylim olmayıb, iqtisadiyyat üzrə təhsilimi bitirib bankda çalışıram. Bir dəfə istirahət günlərində ailəmlə Azərbaycana getdik. Həm yaxın idi, həm də baha deyildi. Mən orada başa düşdüm ki, atam xətlərin harmoniyasını müzakirə edəndə nə barədə danışırmış. Mən həmişə gülürdüm, çünki həddən artıq poetik idi. Lakin Heydər Əliyev Mərkəzi – məhz bu, əsl poeziya idi. Yaxud məni özünün ideyası ilə sarsıdan Xalça Muzeyi. Şəhərdə bu dərəcədə maraqlı nə isə tikməkdən ötrü necə də qeyri-standart fikirləşmək lazımdır”. Lyudmila Azərbaycana bir daha sentyabrda gəlmək, şəhəri gecəyarısı seyr etmək fikrindədir. Eyni zamanda, əgər alınarsa, hansısa qoruq-parka baş çəkmək istəyir. Axı, Azərbaycan təbiəti payızda görünməmiş dərəcədə təmtəraqlıdır.

Mark və Olqa hətta bilmirdilər ki, nəyin üzərində dayansınlar: onlar üçün Azərbaycana səfər daha yaddaqalan olub. Çünki söhbət toy səyahətindən gedir. Səfərdən əvvəl onlar çoxsaylı forumlara baxıb, hətta Azərbaycanın tarixi haqqında məqalələr də oxuyublar. Mark gülümsəyərək deyir: “Bir sözlə, biz hazırlıqlı gəlmişdik. Lakin reallıq gözlədiklərimizi ötüb keçdi. Biz fikirləşmirdik ki, hər şey – insanlar da, təbiət də, daim tamaşa etmək istədiyimiz şəhərin özü də bu qədər yaxşı ola bilər. Heydər Məscidi – bu, sadəcə bir fantastikadır. Biz məscidə iki dəfə – gündüz və axşam gəldik. Səmanın fonunda içindən parlayan ağ daş… bu, çox maraqlıdır!”. Olqa Şəhidlər xiyabanından dərin təəssüratla ayrılıb. O deyib: “Şəhid” bizə çox da tanış söz deyil, əslində isə bu, Vətəni uğrunda canından keçən insandır. Orada dəfn edilən insanlar Vətəni müdafiə ediblər. Mənim babam Stalinqrad döyüşlərində həlak olub, özüm oralardanam və bilirəm ki, həm ruslar, həm azərbaycanlılar birgə vuruşublar. Orada onların xatirələrinə nəhəng memorial ucaldılıb. Bax, onlar da şəhid olublar, müqəddəslik uğrunda həlak olublar”.

Dmitri Savelyev

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, hazırda rusiyalı gənclərin dost qonşu ölkə haqqında 5 il bundan əvvələ nisbətən daha çox məlumatı var. “Burada jurnalistlərin işi və ölkə haqqında insanların bir-birinə ötürdüyü məlumatlar özünü büruzə verib. Lakin hər şeydən əvvəl, Azərbaycanın turistlərin ölkəyə cəlb edilməsinə yönələn fəal siyasət aparması faktdır. Burada həm gənclər forumları, həm böyük idman tədbirləri, həm “Jara” festivalı, – Rusiyadan bu musiqi bayramına böyük məmnuniyyətlə gəlirlər, – öz rolunu oynayır. Buna görə də Azərbaycana turist axını artır və hər şeydən əvvəl gənclər hesabına artır. Çünki gənclər daha çevikdir, hər yenilik onlara maraqlıdır və daha rahat əlaqə qururlar”, – deyə D.Savelyev vurğulayıb.

Qız qalası

Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin rəhbəri Nataliya Krasovskaya gülərək deyib: “Biz sorğu apararkən məlum oldu ki, ən azından Qız qalası, Dənizkənarı Bulvar, İçərişəhərin küçələri hamının yadında qalıb. Əksəriyyəti təkcə Bakıya deyil, məsələn Qəbələyə, Şəkiyə gedir. Hətta bir cütlük Şəki paxlavasının dadını jestlərlə başa saldı – bəzən insan fikrini sözlərlə ifadə etməkdə çətinlik çəkir. Məlum oldu ki, qastronomik turizm gənclər üçün daha cəlbedici olub. Bu, eyni zamanda, həm adət edilmiş, həm də ekzotik təəssüratlardır. Hər kəs kabab yeyib. Lakin Bakıda hazırlanan kababı hamı yeməyib! Memarlıq, təbiət abidələri, qədim məbədlər – bütün bunlar Rusiyadan olan gənc turistlərdə böyük maraq oyadır. Bu, çox mühümdür: onlar bilirlər ki, hara gedirlər, nəyə baxırlar. Bir çoxları üçün bu, Azərbaycan gözəllikləri haqqında romanın yalnız başlanğıcıdır”.

Oleq Safonov: Xəzər dənizində kruiz turizminin inkişafının böyük perspektivləri var

0
Oleq Safonov

Azərbaycan ilə Rusiyanın bütün sahələrdə əməkdaşlığı fəal inkişaf edir. Xüsusilə turizm sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlarımız həqiqətən çoxdur. Təkcə 2018-ci ilin yanvar-fevral aylarında 600 mindən çox Rusiya vətəndaşı Azərbaycana səfər edib. Rusiyadan turist axını 17 faiz artıb. Bu sahədə dinamika müsbətdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artım qeydə alınıb. Rusiyalılar Azərbaycanda özlərini həmişə rahat hiss ediblər. Qarşılıqlı münasibətlərin tarixi, əsrlərlə davam edən dostluq, dil baryerinin olmaması, azərbaycanlılara xas olan qonaqpərvərlik ikitərəfli turizm əlaqələrinin inkişafı üçün həmişə əsas olub. Bu münasibətlər qarşılıqlıdır. Azərbaycan vətəndaşları da Rusiya Federasiyasında özlərini heç də az rahat hiss etmirlər.

Rusiya Federal Turizm Agentliyinin rəhbəri, Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumun iştirakçısı Oleq Safonov bu fikirləri müsahibəsində söyləyib. O bildirib ki, Forum çərçivəsində “Turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda “dəyirmi masa” keçirilməsi bu sahədə əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə şərait yaradacaq. Dövlət strukturlarının və turizm təşkilatlarının “dəyirmi masa”da iştirak edən nümayəndələri əməkdaşlığın perspektivlərini müzakirə edirlər.

O.Safonov deyib: “Hesab edirəm ki, rusiyalıların Azərbaycana axını artacaq. Rusiyalı turistlər istəyirlər ki, Azərbaycanda səyahətlərin coğrafiyası genişlənsin. Onlar Azərbaycanın gözəl regionlarına da getmək istəyirlər. Azərbaycan vətəndaşları da Moskvaya və Sankt-Peterburqa getməyi xoşlayırlar, lakin bu şəhərlərdən əlavə, Rusiyada 85 region var, onlar da səyahət üçün çox maraqlıdır”.

Federal agentliyin rəhbəri vurğulayıb ki, məsələn, Xəzər dənizində kruiz turizminin inkişafı çox perspektivli hesab edilir. Müxtəlif sərhədaşırı kruiz xətləri çox populyar olacaq.

Rusiya Federal Turizm Agentliyinin rəhbəri O.Safonov daha sonra deyib: “Kruiz, qastronomik və etnik turizm yaradılmasına ehtiyac var. Paket turlarının yaradılması məsələsi də müzakirə edilir. Bizim imkanlarımız çoxdur”.

Avto və mototuristlərə faydalı məsləhətlər

0

   Turizm mövsümünün qızğın çağıdır. Respublikamızın yüzlərlə motorlu nəqliyyat vasitələri olan səyahətçiləri öz məzuniyyətlərini, asudə günlərini meşəlik ərazilərdə, çay, göl, dəniz sahillərində keçirirlər. Güman edirəm ki, hazırda avto və mototuristlərə təbiət qoynunda əsas davranış, ətraf mühitə qayğı ilə yanaşma qaydalarını xatırlatmağın əsl vaxtıdır.

   Öz marşrutlarınızda yalnız motorlu nəqliyyatın keçməsi üçün icazə verilən yerlərdən istifadə edin. Çaylara, göllərə, ot ortüklərinə yanacaq və mühərrik yağlarının qalıqlarını boşaltmayın. Maşınlarınızı istirahət və çimərliklərə yaxın yerlərdə yumayın. Təbiəti tullantılarla zibilləməyin, sizdən sonra bu yerlərə gələnlərin sağlamlığı və təhlükəsizliyi haqqında düşünün. Unutmayın ki, kağız tullantısı iki ildən sonra çürüyür. Çaylar, göllər, su anbarları sahillərindəki bitkilərin zədələnməsinə yol verməyin. Bu yerlərdə bitkilər mühüm su mühafizəçisi rolunu oynayır. Suqoruyucu zolaqların yaxınlığında odla ehtiyatlı olun, yanğın meşəni məhv edib torpağı müdafiəsiz qoymuş olar.

Erroziyaya meyilli sahələr


   Erroziyaya meyilli sahələrdə düşərgə qurmayın. Turist yürüşləri zamanı çalışın ki, otlar çox tapdanıb xarab olmasın, yarğan təpəliklərində, yamaclarda yaşıllıqlar zədələnməsin. Buralarda olan yaşıllıq torpağın bərkidilməsinə kömək edir, yarğan və çala-çuxurların artmasının qarşısını alır. Canlı ağacları kəsib-doğrayaraq koma, sığınacaq, sipər düzəltməyin. 
   Yürüşə çıxarkən özünüzlə hava ilə doldurulan döşəklər, yataq torbası, adyal, çadır quraşdırmaq və tonqal yandırmaq üçün lazımi ləvazimat və əşyaları götürməyi unutmayın.
   Tonqal üçün əsasən su hövzələrinə yaxın, xüsusi ayrılmış açıq yerləri, köhnə tonqal yandırılan yerləri və ya çoxdan tapdalanmış meydançaları, açıq talaları seçmək lazımdır.
   Yaşıl çəmənlikdə tonqal yandırmaq məcburiyyəti yaranarsa, tonqal üçün nəzərdə tutulan ərazidəki otlar bel vasitəsilə ehmallıca qazılaraq götürülməli və kənara qoyulmalı, tonqal söndürüldükdən və yeri soyuduqdan sonra həmin ot kütlələri əvvəlki yerinə qaytarılaraq torpağa basdırılmalıdır. Tonqalı ağacların yaxınlığında yandırmaq olmaz. Quru qamış, qarğı, mamır və ot olan yerlərdə və ya torflu ərazilərdə tonqal yandırmaq təhlükəlidir. Cavan iynəyarpaqlı ağaclar bitən yerlərdə, ağacları kəsilmiş meşəliklərdə tonqal yandırmaq qəti olmaz. Çünki bu yerlərdə alov sürətlə yayılaraq böyük yanğına səbəb ola bilər.

Odlu silah


   Səyahətə odlu silah aparmazdan öncə bilməlisiniz ki, yalnız ovçular cəmiyyətinin üzvlərinə vəhşi heyvan və quş ovlamağa icazə verilir. O da müəyyən vaxtlarda, yerlərdə və normalara riayət etmək şərtilə həyata keçirilir. Yaxşı olar ki, silahın əvəzinə fotoaparat götürəsiniz. “Fotoovçuluq” çətin olsa da, əldə olunan şikar və qənimət daha sərfəli və uzunmüddətlidir.
   Əgər siz quşların nəğməsini eşitmək, çeyran, maral və ya dələ görmək, meşədə həqiqətən istirahət etmək istəyirsinizsə, radioqəbuledicini işə salmayın və əlavə səs-küy yaratmayın.
   Səyahət marşrutunu nəzərdən keçirərək hansı görməli, maraqlı obyektlərlə yol boyu rastlaşacağınızı öncədən özünüz üçün qeyd edin. Onların arasında mühafizə olunan təbiət abidələrinə – park, yasaqlıq, qoruq və s. baş çəkmək üçün hansı məhdudiyyətlərin olduğunu aydınlaşdırın. Yaddan çıxarmayın ki, bu yerlərdə yaşıllıqlara, qayalara, qədim abidələrə və s. xüsusi ehtiyatlı münasibət tələb olunur. 
   Ağac və kolların əkilməsində fəal iştirak etmək, meşələrə qulluq etmək – turistlərin ictimai-səmərəli fəaliyyətlərinin ən yaxşı növlərindəndir və təbiətin mühafizəsinə ən gözəl hədiyyədir.

Yaponiyanın traicy.com saytı “Azərbaycana səyahət“ adlı məqalə yayıb

0
“Azərbaycana səyahət“

Yaponiyanın traicy.com saytı “Azərbaycana səyahət” adlı məqalə yayıb.

Məqalə “Azərbaycan Hava Yolları” aydın şəkildə Tokioya uçuşlar planlaşdırdığını bildirir” cümləsi ilə başlayır.

Azərbaycanın son illər sürətli və dinamik inkişaf yolu keçdiyinin qeyd edib. Ölkəmizin logistik mərkəzə, Şimal və Cənub, Şərq ilə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrildiyi vurğulanır. Qeyd edilir ki, sərnişin təyyarələri donanmasını genişləndirən Azərbaycan Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə kimi şəhərlərlə hava əlaqəsi yaratmağı planlaşdırır. Hazırda Yaponiya ilə Azərbaycan arasında birbaşa uçuşlar yoxdur.

Məqalədə “Azərbaycan Hava Yolları” QSC barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, ölkənin paytaxtı Bakı şəhərində yerləşən bu şirkət “Boeing-737” təyyarələrinin sayını artırmaqda davam edib. 2018-ci ildə marşrutların sayını da çoxaltmağa çalışır. Məlumatda, həmçinin qeyd edilir ki, öz müasir arxitekturası, gözəlliyi və xidmət keyfiyyəti ilə diqqəti cəlb edən Heydər Əliyev Beynəlxalq Aeroportu ildə təqribən 7 milyon sərnişinə xidmət göstərir və onların sayını artırmaq məqsədilə iş davam etdirilir.

Pakistanda beynəlxalq turizm sərgisində Azərbaycan pavilyonu böyük maraqla qarşılanıb

0
Pakistanda beynəlxalq turizm sərgisi

Pakistanın Kəraçi şəhərindəki Expo Mərkəzində “Pakistan Travel Mart” turizm sərgisi açılıb.

 Sərgidə Pakistan, Malayziya, Vyetnam, Şri-Lanka, Tailand, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən bir sıra turizm, sığorta şirkətləri, otellər, aviaşirkətlər öz xidmətlərini nümayiş etdiriblər.

Pakistanda beynəlxalq turizm sərgisi

Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları da sərgiyə qatılıb. İkinci böyük heyətlə iştirak edən ölkəmiz ilk dəfə olaraq Azərbaycan Turizm Assosiasiyası (AZTA) və 18 müxtəlif turizm şirkəti və otel nümayəndələrindən ibarət 30 nəfərlə təmsil olunub.

Azərbaycanı təmsil edən şirkətlərin stendləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. AZTA-nın üzvləri Azərbaycana aid stendlərlə maraqlanan hər bir iştirakçıya ölkəmizin turizm sənayesində müşahidə olunan inkişaf, ildən-ilə artan turist axını, eləcə də ölkədə hökm sürən sabitlik və təhlükəsizlik şəraiti barədə geniş məlumat veriblər.

Pakistanda beynəlxalq turizm sərgisi

Sərgi çərçivəsində müxtəlif mövzularda konfranslar və beynəlxalq forum da təşkil olunub. Tədbirlərdə və Pakistanın Xeybər-Paxtunxva və Gilgit-Baltistan əyalətlərinin turizm üzrə nazirlərinin iştirakı ilə təşkil edilmiş şam yeməyi keçirilib. Azərbaycan nümayəndələri təşkilatçılara öz təşəkkürlərini çatdırıb, ölkəmizdə xüsusən son illərdə turizm sahəsində əldə olunan inkişafı və ölkəyə gələn turistlərin sayındakı ciddi artımın olduğunu vurğulayıblar.

Forumda iştirak edən Pakistanın Sind əyalətinin təhsil, mədəniyyət və turizm naziri Azərbaycanda turizm sektorunda əldə olunmuş inkişafdan danışıb. Həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Sərgidə iştirakçılara səfirliyimizin Azərbaycan və turizmə aid hazırladığı bukletlər paylanılıb. Eləcə də ATA-nın və turizm şirkətlərinin müxtəlif təbliğat materiallarıda paylanılıb.

Pakistanda beynəlxalq turizm sərgisi

Məlumat üçün bildirək ki, son iki ildə Pakistandan ölkəmizə gələn turistlərin sayında 8 dəfədən çox artım müşahidə edilib.

Elit və işgüzar turizmin peşəkarları Bakıda toplaşıblar

0
Turizm biznesinin peşəkarları

Fevralın 11-də “JW Marriott Absheron Baku” otelində turizm biznesinin peşəkarları üçün “B2B Luxury & MICE Workshop” tədbir keçirilib.

Azərbaycan paytaxtında artıq səkkizinci dəfə keçirilən “B2B Luxury & MICE Workshop” seminarında 20-yə yaxın turizm ofisinin, dəbdəbəli otellərin və dünyanın müxtəlif aviaşirkətlərinin nümayəndələri xarici turizm sahəsində fəaliyyət göstərən aparıcı Azərbaycan şirkətlərinin menecerləri ilə tanış olmaq üçün bir yerə toplaşıblar.

Turizm biznesinin peşəkarları

“B2B Luxury & MICE Workshop” seminarının təşkilatçısı Britaniyada turizm marketinqi və kommunikasiyalar sahəsində fəaliyyət göstərən TMI şirkətidir.

Seminar iştirakçılarının diqqəti dəbdəbəli və eksklüziv turizm məhsullarına – otel və kurortlara, aviaşirkətlərə, qəbuledici şirkətlərə (DMC) və müxtəlif turist istiqamətlərinə, o cümlədən milli və regional turizm ofislərinə cəlb edilib.

Tədbirin işgüzar hissəsində Azərbaycanın turizm şirkətlərinin əməkdaşları xarici turizm təşkilatlarının nümayəndələri ilə fərdi görüşlər keçiriblər.

Builki “B2B Luxury & MICE Workshop” Azərbaycanda bir sıra yeni, prestijli istirahət istiqamətlərini, o cümlədən İspaniyadakı Tenerife adasını təqdim edib.

Mariya Çeplin

Tenerifinin turizm ofisinin Rusiyada və MDB məkanında nümayəndəsi Mariya Çeplin sözlərinə görə, Kanar adalarının tələbkar azərbaycanlı turistlərə maraqlı təklifləri var. O deyir: “Tenerife Kanar arxipelaqındakı adaların ən böyüyüdür. Onun başlıca xüsusiyyəti Avropa üçün nadir sayılan iqlimidir. Burada havanın temperaturu ilboyu müsbət 20-29 dərəcə həddində dəyişir. Bu səbəbdən Tenerifeni “Əbədi bahar adası” adlandırırlar. Avropanın başqa yerlərində qış olanda Tenerife çimərliklərində qaralmaq və çimmək olar. Uşaqlı ailələr “Loro park” adlı heyvanat parkına getməyi xoşlayırlar. Burada dəniz qaranquşları və dəniz şirlərinin şousu, “Siam Park” akvaparkı və başqa əyləncə imkanları var. Kanar mətbəxi də İspaniya, Latın Amerikası və Afrika mətbəxlərinin ən yaxşı nümunələrini təklif edir. Məsələn, burada kartofu dəniz suyunda bişirirlər, nəticədə bayır tərəfdən duzlu, içəridən şirin bir yemək alınır. Nəhayət, İspaniyanın ən uca nöqtəsi və UNESCO-nun dünya irsi abidəsi olan Teyde vulkanı da Tenerife adasında yerləşir.

Turizm biznesinin peşəkarları

Tədbirdə İspaniya daha bir obyektlə – Kataloniyanın turizm ofisi ilə təmsil olunub. 2018-ci il kimi 2019-cu il də Kataloniyada Mədəni Turizm İli hesab edilir. Kataloniya adı çəkiləndə dərhal memar Antonio Qaudi yada düşür. Bu memarın vətəni Reus şəhərindəki Qaudi Mərkəzi interaktiv Quel parkı hesabına genişlənib (park özü Barselonada yerləşir).

Tatyana Mixaleva

Kataloniya turizm ofisinin Rusiyada və MDB ölkələrində PR-xidmətinin rəhbəri Tatyana Mixaleva deyir: “Barselona Azərbaycan turistləri arasında çox populyardır. Onlar bu şəhərin görməli yerləri ilə çox maraqlanırlar. Barselonaya gələn qonaqlar oradan Kataloniyanın başqa şəhərlərinə də bir günlük ekskursiyalara gedə bilərlər. Məsələn, uşaqlı ailələr Barselonadan təqribən 1 saatlıq məsafədə Tarraqona rayonunda yerləşən “Port Aventura” adlı əyləncə parkları kompleksinə getməyə çalışırlar. Azərbaycan ilə Kataloniya arasında turist mübadiləsinin fəal inkişafı üçün yeganə maneə birbaşa daimi uçuş reydlərinin olmamasıdır. Ümidvarıq ki, əvvəlki illərdə olduğu kimi bu il də “Azal” şirkəti mövsümi birbaşa reyslər təşkil edəcək”.

Sloveniya turizm ofisi bir sıra otellərin və qəbuledici şirkətlərin nümayəndələri şəxsində təmsil olunmuşdu. Belə şirkətlərin çoxu “B2B Luxury & MICE Workshop” tədbirlərində müntəzəm iştirak edir. Seminarda beynəlxalq otel brendləri – “Intercontinental-Vienna Hotel” və Moskvadan “Crown Plaza” ilk dəfə təmsil olunmuşdu. Mərkəzin satış üzrə böyük meneceri Tatyana Prudnikova deyir: “Tədbirin azərbaycanlı iştirakçılarının çoxunun “Crowne Plaza Moscow World Trade Centre” barədə məlumatı azdır. Yeri gəlmişkən deyim ki, Rusiyanın paytaxtında yerləşən bu lüks kompleksə müxtəlif tədbirlər keçirilməsi üçün 36 zal, 11 restoran və diqqəti cəlb edən 724 otel nömrəsi daxildir. Kompleks həm MİCE-sənayesinin nümayəndələri, həm də adi turistlər üçün maraqlı ola bilər”.

Builki tədbirdə Yunanıstanın ən nüfuzlu mehmanxana komplekslərində birinin – Peloponnes yarımadasında, Yunanıstanın ən böyük və dəbdəbəli otel brendi olan “Grecotel”in yaxınlığında yerləşən “Costa Navarino Resort”un nümayəndələri də iştirak ediblər.

Turizm biznesinin peşəkarları

“B2B Luxury & MICE Workshop”un beynəlxalq əlaqələndiricisi Helen Lloyd deyib: “Hər dəfə Bakıya gələndə sanki öz evimizə qayıdırıq. Biz xarici turizm bazarının bərpa olmasının, gəlmə turizm bazarının genişlənməsinin və beynəlxalq diqqəti cəlb etməyə başlamasının şahidi oluruq. Bu, bizi çox sevindirir. Öz işgüzar fəaliyyətləri çərçivəsində “B2B Luxury & MICE Workshop” seminarında iştirak edən beynəlxalq şirkətlərin nümayəndələrinin əksəriyyəti sonradan ölkəmiz barədə daha çox məlumat əldə etmək üçün çox vaxt ailələri ilə birlikdə Bakıya gəlirlər. Tədbirdə iştirak etdikləri dövrdə qısamüddətli səfər onları ruhlandırır.

Turizm biznesinin peşəkarları

Qeyd edək ki, vorkşoplar Tbilisidə Almatıda davam edəcək.

Bakı MDB-nin beş ən romantik şəhərlər sırasında yer alıb

0

Bakı şəhəri MDB-nin ən romantik şəhərlərinin ilk beşliyinə daxil olub.

Bu barədə “TurStat” analitik agentliyinin tərtib etdiyi reytinq siyahısında göstərilib.

Reytinqdə ilk beşliyə Bakı ilə yanaşı, Tbilisi, Astana, Minsk və Kişinyov da daxil olub.

Siyahıda Almatı Bişkek şəhərləri də yer alıb.

Qeyd edək ki, şəhərlərin reytinqi rusiyalı turistlərin iştirak etdiyi internet sorğusu əsasında tərtib olunub.

Turizmdə yeni trend – astroturizm

0
Astroturizm

Müasir dünyamızda gecə işıqlandırmaları o qədər geniş əraziləri əhatə edir. Əksər insanlar, xüsusilə də şəhər əhalisi gecələr səmada ulduzları seyr edə bilmir. İşıq çirklənməsi adını alan bu vəziyyət artıq dünyanın əksər ərazilərində müşahidə edilir. Təbii gecə qaranlığına bürünmüş ərazilərin sayı getdikcə azalır.

Avstriyada “Nightflight” adlı fotoqrafçılar qrupu özləri də bilmədən yeni turizm trendinin əsasını qoyublar. 2014-cü ildən başlayaraq Vyanadan 35 kilometr hava məsafəsində yerləşən Qrosmuql ərazisinə ulduzlu səmanın fotosunu çəkmək istəyənlər üçündür. Turlar təşkil edən qrup qısa zaman içində geniş marağa səbəb olub. Hər tərəfi təpəlik landşaftla əhatələnmiş Qrosmuql həm peşəkar, həm də həvəskar fotoqraflar və astronomlar, eləcə də gecə səmada ulduz və Kəhkəşanı seyr etmək istəyən insanlar üçün maqnitə çevrilib. Qrupun rəhbəri Karoline Mrazek bildirib ki, paytaxt Vyanaya yaxın olan bu ərazi insanların gəliş-gedişini asanlaşdırır və perseydon yağışı, komet axını və ya ay tutulmaları olan gecələrdə yüzlərlə insan Qrosmuqla üz tutur.

Qeyd edək ki, işıq çirklənməsi insan orqanizmində gecə-gündüz ritmini tənzimləyən melatonin hormonuna mənfi təsir göstərir, eyni zamanda, gecə aktiv olan heyvanlar səmtləşmə instinktini və həmçinin bir sıra bitkilərin də fəsil dəyişimi ritmini pozur. Hazırda ABŞ-da ölkə ərazisinin 80 faizi, Avropada isə 99 faizində əhali orta və yüksək həddə işıq çirklənməsinə məruz qalmış səma altında yaşayır.

Avstriyalı fotoqrafçıların layihəsi artıq beynəlxalq əks-səda doğurub və dünyanın müxtəlif ölkələrində oxşar layihələr getdikcə artmaqdadır. Qeyd edilir ki, astroturizm aydın gecə səması altında gəzmək və ya rəsədxanalara baş çəkmək formasında həyata keçirilir. Eyni zamanda, turizmin bu qolu ekoloji turizm sayılır. Çünki insanlar təbiətlə təmasda olur, regional turizmə də dəstək göstərirlər.